Dövlät Maliyyäsi
307
zaman Mərkəzi bankın pul bazarına və kapital bazarına təsiri ondan ibarətdir ki, o
Kəsir bazarda faiz dəyişməklə kredit institutları üçün dövlətin qiymətli kağızlarını
alıb-satmasına müsbət şərait yaradır və onların likvidliyinin artırılmasına təsir edir.
Kəsir bazarda əməliyyatlar bir tərəfdən Mərkəzi bankla, digər tərəfdən kredit təş-
kilatları arasında həyata keçirilir və bu əməliyyatlar diskont siyasətini nisbətən
qısamüddətli konyuktur müxtəlifliklərinə daha çox adaptasiya olunur. Ümumiy-
yətlə, bu metod daha çox büdcə defisitinin artdığı şəraitdə tətbiq olunur.
Azərbaycanda açıq bazar siyasəti “Mərkəzi Bank haqqında” Azərbaycan Res-
publikası qanununun 30-cu maddəsilə tənzimlənir:
Mərkəzi Bank açıq bazarda aşağıdakı əməliyyatları apara bilər:
- dövlətin buraxdığı qiymətli kağızlarla alqı-satqı və digər əməliyyatlar;
- özünün buraxdığı qiymətli kağızlarla alqı-satqı və digər əməliyyatlar;
- xarici valyuta ilə alqı-satqı və digər əməliyyatlar;
- Pul siyasətinin həyata keçirilməsi məqsədi ilə buraxılan Mərkəzi Bankın
borc qiymətli kağızlarının buraxılışı və dövriyyəsi qaydaları qanunverici-
liklə müəyyən edilir;
- Faiz dərəcələrinin müəyyənləşdirilməsi.
Bu metoda diskont və ya yenidən maliyyələşdirmə siyasəti də deyilir. Milli
kommersiya banklarının yenidən maliyyələşdirmə şərtlərinin dəyişdirilməsi, val-
yuta məzənnəsinin və tədiyə balansının tənzimlənməsi məqsədilə bu metoddan
istifadə edilir. Mərkəzi Bank kommersiya və dövlət banklarına kredit verir və bu
kreditə görə sabit faiz tələb edir. Uçot dərəcəsi birbaşa olaraq həm milli valyutanın
məzənnəsinə, həm də kommersiya və dövlət bankları tərəfindən kredit bazarında
təyin edilən kreditə görə faizə təsir edir. Bu yolla dövlət kreditorların sayına, alınan
kreditlərin məbləğinə və s. dolayı təsir edir. Uçot dərəcələrinin artırılması iqtisadi
fəallığın azalmasına səbəb olur və adətən inflyasiyaya nəzarət edilməsi üçün həyata
keçirilir. Bu zaman pul bazarında kredit və depozitlər üzrə dərəcələrin yüksəlməsi
qiymətli kağızlar təklifinin yüksəlməsinə, tələbin aşağı düşməsinə səbəb olur. Uçot
dərəcələrinin azaldılması isə iqtisadi fəallığı stimullaşdırmaqla, iqtisadi inkişafa
səbəb olur.
11.6.2. FAİZ DƏRƏCƏLƏRİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
Mərkəzi Bank uçot dərəcəsini və öz əməliyyatları üzrə faiz dərəcələrini müəy-
yənləşdirir.
Mərkəzi Bank uçot dərəcəsini müəyyənləşdirərkən ölkədəki mövcud makro-
iqtisadi durumu və maliyyə bazarının vəziyyətini nəzərə alır.
Mərkəzi Bank öz əməliyyatları üzrə faiz dərəcələrini pul bazarının likvidlik
vəziyyətini nəzərə alaraq özünün Kəsir bazar, yenidənmaliyyələşdirilmə və depozit
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
308
əməliyyatları üzrə faiz dərəcələrini təsbit etməklə və ya hərraclarda tələb və təklif
əsasında müəyyənləşdirir.
Mərkəzi Bank müəyyən etdiyi uçot dərəcəsini və öz əməliyyatları üzrə faiz də-
rəcələrini dərc etdirir.
120
11.6.3. MƏCBURİ EHTİYAT NORMALARI
Kommersiya bankları Mərkəzi Bankda minimum ehtiyat saxlamaq məcburiy-
yətindədir. Bu metod vasitəsi ilə, Mərkəzi Bank kommersiya banklarının kredit
vermə imkanlarını azaldır, banklar arasında sağlam rəqabəti təmin edir, bankların
likvidliyini sığortalayır, müştərilərin əmanətlərinə zəmanət verir, bankların vəsait-
lərinə nəzarət edir. Bu zaman saxlanılan vəsaitə görə Mərkəzi Banka nə vəsait
ödənir, nə də banklardan vəsait alınır.
Azərbaycanda məcburi ehtiyatlar siyasəti “Mərkəzi Bank haqqında” Azərbay-
can Respublikası qanununun 32-ci maddəsi ilə tənzimlənir:
11.6.4. MƏCBURİ EHTİYATLARIN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
Mərkəzi Bank kredit təşkilatlarına məcburi ehtiyatlar saxlamaq barədə göstəriş
verə bilər. Ehtiyatlar depozitlərin faizi nisbətində müəyyən edilir və Mərkəzi Bank-
da saxlanılır. Tələb olunan ehtiyatların norması, hesablanması və saxlanması qay-
dası Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir.
Məcburi ehtiyatlar təmin edilmədikdə, Mərkəzi Bank ehtiyatı təmin etməyən
kredit təşkilatına və onun inzibatçılarına qarşı Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərini tətbiq edə bilər.
11.6.5. MİLLİ VALYUTANIN MƏZƏNNƏSİNİN TƏYİNİ VƏ
TƏNZİMLƏNMƏSİ
Valyuta tənzimlənməsi geniş anlayış olub, milli valyutanın əsas xarici valyuta-
larla nisbətini, xarici valyutanın ölkə daxilində dövriyyəsinin beynəlxalq hesab-
laşmaları, valyutada məcburi olan ödəmələr sistemini və s. əks etdirir. Hər milli
valyuta digər valyutalara nisbətən pul dəyərinə malikdir ki, buda valyuta kursunun
(məzənnəsinin) təyin edilməsi, ticarət əməliyyatları həyata keçirmək üçün, dünya
bazar qiymətləri ilə daxili milli bazar qiymətlərini müqayisə etmək üçün, müəssisə
və təşkilatıların hesablarının xarici valyutada yenidən qiymətləndirilməsi üçün
vacib sayılır. Bazar iqtisadiyyatında dövlət tərəfindən həyata keçirilən belə tənzim-
ləmələr valyuta siyasətində əks olunur. Valyuta siyasətinin iki forması mövcuddur:
1) Struktur valyuta siyasəti – Dünya valyuta sistemində struktur müxtəlifliklərin
həyata keçirilməsinə yönəldilən uzunmüddətli tədbirlər məcmusudur. O, valyuta
islahatları formasında reallaşdırılır.
121
120
“Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının qanunu
Dövlät Maliyyäsi
309
2) Cari valyuta siyasəti – Bu, operativ olaraq valyuta məzənnəsinin tənzim-
lənməsinə, gündəlik valyuta əməliyyatlarının, valyuta bazarının və qızıl bazarının
tənzimlənməsinə yönəldilən qısamüddətli tədbirlər məcmusudur.
Valyuta siyasətinin aşağıdakı metodları var:
1) Diskont valyuta siyasəti;
2) Deviz valyuta siyasəti metodları.
Diskont valyuta siyasəti metodu Mərkəzi Bankın təyin etdiyi uçot dərəcəsinin
milli valyutanın məzənnəsinə təsirini əks etdirir. Yəni dərəcə yüksək olduqda milli
valyutaya tələb artır və milli valyutanın dəyəri xarici ölkələrin valyutalarına nisbə-
tən artır və əksinə, yəni dövlət uçot dərəcəsinin köməyilə ölkəyə kapital axınını
tənzimləyir. Bununla da tədiyə balansının vəziyyətinin və milli valyuta kursunun
(yaxşılaşma-sına) yüksəlməsinə səbəb olur.
Deviz valyuta siyasəti milli valyuta məzənnəsinə dövlət orqanlarının xarici
valyuta alıb-satması yolu ilə təsiri metodudur. Milli valyutanın məzənnəsini artır-
maq məqsədilə mərkəzi bank xarici valyutanı satır və əksinə, milli valyutanın mə-
zənnəsini azaltmaq məqsədilə xarici valyutanı alır.
11.6.6. BANK ƏMƏLİYYATLARININ MƏHDUDLAŞDIRILMASI
Azərbaycanda bank əməliyyatlarının məhdudlaşdırılması “Mərkəzi Bank haqqın-
da” Azərbaycan Respublikası qanununun 35-ci maddəsi ilə tənzimlənir. Bank əmə-
liyyatlarının məhdudlaşdırılması pul siyasətinin həyata keçirilməsi məqsədilə istisna
hallarda qanunvericiliyə müvafiq olaraq Mərkəzi Bank kredit təşkilatları tərəfindən
aparılan ayrı-ayrı əməliyyatları müvəqqəti məhdudlaşdıra, o cümlədən onların əmə-
liyyatları üzrə faiz dərəcələrinin aşağı və yuxarı hədlərini müəyyənləşdirə bilər.
11.6.7. MƏRKƏZLƏŞMİŞ KREDİTLƏRİN VERİLMƏSİ
Dövlət iqtisadiyyatda müəyyən struktur müxtəliflikləri aparmaq üçün və bəzi
sahələri inkişaf etdirmək üçün mərkəzləşdirilmiş şəkildə aşağı faizli, uzunmüddətli
və yaxud digər güzəştli şərtlərlə kreditlər verirlər. Verilən kreditlər yalnız verilən
idarənin, təşkilatın, müəssisənin və s. baş idarəsinə verilir. Çox vaxt belə kredit təş-
kilatlarının yenidən maliyyələşdirilməsi “Mərkəzi Bank haqqında” Azərbaycan Res-
publikası qanununun 33-cu maddəsilə tənzimlənir:
11.6.8. KREDİT TƏŞKİLATLARININ YENİDƏN
MALİYYƏLƏŞDİRİLMƏSİ
Pul siyasətinin həyata keçirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən kredit
təşkilatlarının yenidən maliyyələşdirilməsi həyata keçirilir. Bu zaman verilən kre-
121
Dr. Ş. Əhmədoğlu, “Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyati”. Bakı. 2006 s.14
Dostları ilə paylaş: |