Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
296
Gəlir nə qədər çox olarsa, vergiödəmə də bir o qədər çox olacaq. İqtisadiyyatın
inkişafı gəlirlərin çoxalmasına gətirib çıxarır. Bu da alınan vergilərin səviyyəsini ço-
xaldır. Bu asılılıq vergiqoymanın proqressiv növünün aparılmasına görə əmələ gəlib.
İqtisadi siyasətdəki adət-ənənələr də vergi yükünə təsir göstərir. Sosial yönüm-
lü bazar iqtisadiyyatı ölkələrində (İsveç modeli) bu, ÜMM-un 50%-ni təşkil edir.
Monetar prinsiplərinə əsaslanaraq inkişaf edən ölkələrdə, təxminən, 30% olur. So-
sial yönümlü ölkələrdə vergilərin yüksək səviyyəsi cəmiyyətin sosial stabilliyinin
qiymətidir. Vergilərin istehlakçıların üzərinə qoyulması (əmtəələrin və xidmətlərin
qiymətləri üzərinə qoyulur) nəticəsində burada qiymətlərin də səviyyəsi yüksəkdir.
Vergilərin həcmi həmçinin iqtisadi tsikllərdən də asılıdır. Böhran vaxtı vergi-
lərin səviyyəsi aşağı, yüksəliş vaxtı isə yuxarı olur.
Bilirik ki, fiskal siyasətin ikinci mühüm vasitəsi dövlət xərcləridir. Dövlət
xərcləri vasitəsilə milli gəlirin xeyli hissəsi yenidən bölünür, dövlətin iqtisadi və
sosial siyasətləri həyata keçirilir. Dövlət xərclərindən aşağıdakı məqsədlər üçün
istifadə edilir:
1. iqtisadi;
2. müharibə və müdafiə üçün;
3. sosial
məqsədlər;
4. xarici iqtisadiyyat və siyasətə yönəldilən fəaliyyət;
5. idarəetmə aparatının saxlanılması.
Dövlət xərcləri əsasən müharibə, iqtisadi böhran, depressiya, təbii fəlakətlər
dövründə artır. Bununla da dövlət öz əhalisinə kömək edir.
Fiskal siyasət, əsasən, iqtisadiyyatın stabilləşdirilməsi üçün istifadə olunur.
Fiskal siyasətin fundamental məqsədi işsizliyi və inflyasiyanı yox etməkdir. İşsizlik
və ya depressiya zamanı stimullaşdırıcı fiskal siyasət hökm sürməlidir. O, özünə
hökumət xərclərinin artırılması, yaxud vergilərin azalması (2), yaxud da (1) və (2)-
nin birgə istifadə edilməsi olan (3) daxil edir.
Və əksinə, əgər iqtisadiyyatda inflyasiya hökm sürürsə, bu zaman qabağı alı-
nan fiskal siyasət hökm sürməlidir. Bu siyasətə hökumət xərclərinin azaldılması
(1), yaxud vergilərin artırılması (2), ya da (1) və (2)-nin birləşməsi olan (3) daxildir.
Fiskal siyasətin yürüdülməsi bir tərəfdən büdcədə balanslaşdırma yaratmağa
kömək edir, digər tərəfdən isə bu siyasət vasitəsilə makro-iqtisadi tarazlıq yarat-
mağa çalışılır.
11.4. MAKROİQTİSADİ SİYASƏTƏ KEYNESÇİ VƏ
MONETARİST BAXIŞLAR
Pul-kredit və maliyyə-vergi siyasətləri uzun inkişaf yolu keçmişlər. Müxtəlif
iqtisadi məktəblərin nümayəndələri bu siyasətlər haqqında öz fikirlərini söylə-
Dövlät Maliyyäsi
297
mişlər. Hal-hazırda bu siyasətlərin iqtisadiyyata etdikləri təsir və onların istifadə
etdikləri alətlər iqtisadçıların mübahisə predmetidir.
Əsasən Keynesçilər, monetaristlər və yeni klassik məktəbin nümayəndələri bu
haqda öz fikirlərini söyləmişlər.
Keynes konsepsiyasını II dünya müharibəsindən sonra bir çox iqtisadçılar
qəbul etdi. Bir çox inkişaf etmiş ölkələrin hakimiyyəti öz iqtisadi siyasətini keçi-
rərkən Keynesçilərin prinsiplərindən istifadə edirdilər. Ancaq sonradan Keynesçi-
lərin metodlarını şübhə altına qoyan yeni iqtisadi nəzəriyyələr meydana çıxdı. Bu
nəzəriyyələr əsasən monetarizm və səmərəli gözləmələr nəzəriyyələri idi.
30-cu illərin sosial-iqtisadi reallıqlarına əsaslanaraq meydana çıxan C. Keynes
nəzəriyyəsində ilk dəfə olaraq bazar iqtisadiyyatı şəraitində cəmiyyətin iqtisadi
həyatına dövlətin müdaxiləsinin konseptual nəzəri əsasları işlənib hazırlandı. C.
Keynes 1936-cı ldə çapdan çıxmış”Məşğulluğun, Faizin və Pulun ümumi nəzəriy-
yəsi” əsərində klassik və neoklassik təlimlərdən fərqli olaraq sübut etdi ki, dövlət
tələb səviyyəsinə təsir göstərməklə bütünlükdə iqtisadiyyatı tənzimləyə bilər. Bu
nəzəriyyənin əsasında səmərəli tələb ideyası durur. İqtisadiyyatın tənzimlənməsinin
Keynes modeli, hər şeydən əvvəl, tələbin idarə olunmasında dövlət tənzimlənməsi
ilə bazar mexanizminin vəhdətinə əsaslanır.
İqtisadi ədəbiyyatda dövlət tənzimlənməsinin Keynes modeli aşağıdakı istiqa-
mətdə müəyyənləşdirilib.
1. Dövlət büdcəsi vasitəsi ilə milli gəlirin çox hissəsinin yenidən bölüşdürül-
məsinə nail olunur;
2. Dövlət və qarışıq müəssisələrin yaradılması balansına sahibkarlığın geniş
dövlət bölməsi yaradılır;
3. İqtisadi mühiti sabitləşdirmək, tsiklik enib-qalxmaları yumşaltmaq, milli
məhsulun yüksək artım sürətinə nail olmaq və məşğulluğun səmərəli səviyyəsini
təmin etmək üçün büdcə-maliyyə və kredit-maliyyə tənzimlənmələrindən geniş
istifadə olunur.
Keynesçilərin fikrinə görə bazar iqtisadiyyatı daxilən davamsız bir sistemdir.
Onların fikrinə görə kapitalizm makroiqtisadi stabilliyi təmin edə bilən mexanizmə
malik deyil. Əsas iqtisadi parametrlər arasındakı disproporsiyalar məşğulluğun,
qiymətin, istehsalın həcmində tsiklik dəyişmələr əmələ gətirir. Ona görə də Key-
nesçilərin fikrincə, hökumət milli təsərrüfatın işlərinə qarışmalı, müxtəlif nəzarət
funksiyalarını yerinə yetirməli və əsasən də pul-kredit və fiskal siyasət keçirməlidir.
Monetaristlərin fikrinə görə isə bazar iqtisadiyyatı yüksək iqtisadi stabillik
təmin edə bilər. Onların fikrinə görə bütün tsiklik proseslər bazar mexanizminin
zəifliyinə görə deyil, hökumət orqanlarının səhv fəaliyyəti nəticəsində baş verir.
Buna görə də hökumət sektorlarının sayını minimuma endirmək, həmçinin diskret
pul-kredit siyasəti vasitəsilə bazar sisteminə təsirini azaltmaq lazımdır.
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
298
Keynesçilik və monetarizm, əsasən, riyazi tənliklər əsasında mövcuddurlar.
Keynes nəzəriyyəsi I yerə məcmu xərclər və onların komponentlərini çıxardır.
Keynesçilərin əsas tənliyi bu şəkildədir:
C+I+NX+G= ÜMM
Burada C – əhalinin istehlak xərcləri, I – investisiya, NX – təmiz ixracat, G –
hökumət xərcləridir. Bu bərabərliyin əsası o deməkdir ki, əhalinin məcmu xərcləri
istehsal edilən ümumi əmtəə və xidmətlərin dəyərinə bərabərdir. M.Fridmen və
F.Hayek belə hesab edirlər ki, dövlətin idarə edilmə sistemi bürokratiyadır, səmə-
rəsizdir. Ümumiyyətlə, klassik nəzəriyyə tərəfdarları makroiqtisadi səviyyədə is-
tehsalın həcminə, məşğulluq səviyyəsinə dövlətin təsir göstərməsini məqsədəuyğun
saymırdılar.
Keynesçilər fikirləşirlər ki, pul-kredit siyasətinin strateji konsepsiyası ilə
ÜMM-un nominal müxtəlifliyi arasındakı əlaqə çox böyükdür. Müxtəlif monetar
alətlərin tətbiqi bank sisteminin ehtiyatlarının dəyişməsinə səbəb olur, bu da pul
təklifinə təsir göstərir. Pul təklifinin dəyişməsi isə faiz normasına təsir göstərir.
Doğrudan da əgər pul təklifi artarsa, kredit götürmək asanlaşar, çünki maliyyə
resursları təklifi artır, bu da onların qiymətini – faiz normasını azaldır. Pul kütləsi
azaldıqda isə, əks nəticə meydana çıxır.
Faiz dərəcəsinin dəyişilməsi isə investisiya proyektlərinin effektivliyini dəyiş-
dirir və kapital qoyuluşuna təsir göstərir. Birincisi, faiz dərəcəsinin dəyişilməsi is-
tehsala və qiymətli kağızlara qoyulan kapitalın miqdarını dəyişdirir. İkincisi isə, iri
proyektlərin həyata keçirilməsində faiz normasının azacıq belə dəyişdirilməsi
kapitalın miqdarının çox böyük miqdarda dəyişməsinə səbəb olur.
İnvestisiyaların məcmu həcmi ÜMM-un həcminə təsir göstərir. Buna görə də
pul-kredit siyasəti vasitəsilə inflyasiyaya və istehsalın fiziki həcminə təsir gös-
tərmək olar.
Keynesçilər boyunlarına alırlar ki, pul-kredit siyasətinin fəaliyyəti və iqtisadiy-
yatın vəziyyəti arasındakı əlaqə çox mürəkkəbdir. İqtisadi zəncirlərin biri əgər
qırılsa, onda bütün iqtisadi sistem şok vəziyyətinə düşər. Pul-kredit siyasətini proq-
nozlaşdırmaq üçün Mərkəzi Bank gərək hər bir iqtisadi parametr haqqında ətraflı
məlumat əldə etsin. Bu məlumatları isə real şəraitdə əldə etmək mümkün deyil.
Ona görə də pul təklifinin dəyişdirilməsi iqtisadiyyatda hökumət miqyasında göz-
lənilməyən müxtəlifliklər əmələ gətirir. Bu da fiskal siyasətlə müqayisədə onun
qeyri-effektivliyini göstərir.
Monetaristlərə görə isə pul təklifinin dəyişdirilməsi Keynesçilərin fikirləş-
diklərindən daha çox, əsas makroiqtisadi parametrləri təyin edir. Bundan əlavə, on-
lara görə məşğulluq, istehsalın və inflyasiyanın səviyyəsini müəyyən edən iqtisadi
parametrlər arasında pul təklifi ən vacib (praktik olaraq yeganə) faktor sayıla bilər.
Monetaristlər Keynesçilərdən tamamilə fərqlənən bir səbəb-nəticə əlaqəsini irəli
Dostları ilə paylaş: |