Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə120/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   116   117   118   119   120   121   122   123   ...   135

Dövlät Maliyyäsi 
 
287 
əmtəə və xidmətlərin uyğunlaşdırılması üçün 12497500 sayda mübadilə növündən 
istifadə edilsin. 
Pul islahatları və dəyər ölçüsü 
İstənilən ölkənin hökuməti  əvvəl qoyduğu qiymətlər miqdarını  dəyişə bilər. 
Belə  dəyişilmə pul islahatı adlanır. Pul islahatı – bir dəyər ölçüsündən digərinə 
keçiddir və bu keçid ümumi pul məbləğinin azaldılması ilə müşayiət olunur. 
 Hiper (ifrat) inflyasiya olan ölkələrdə pul islahatı milli valyutaya olan inamı 
artırır, çünki hökumət pul islahatı keçirərkən əhalini inflyasiya proqramını dayan-
dıracağı haqda xəbərdar edir. Hiper inflyasiyada pul qiymətdən o qədər düşür ki, 
artıq öz funksiyasını yerinə yetirə bilmir və barter mexanizmindən istifadə olunur. 
Pul yığım vasitəsi kimi 
Yığım vasitəsi - əmtəələrin satışı  və xidmətlərin göstərilməsindən sonra əldə 
olunan elə aktivə deyilir ki, gələcəkdə öz nominal alıcılıq qabiliyyətini saxlaya bilsin. 
Pulun üçüncü funksiyası – yığım vasitəsi kimi çıxış edə bilməsidir. Əlbəttə, is-
tənilən aktiv yığım vasitəsi kimi çıxış edə bilər. İnsanlar öz var-dövlətlərini qiymət-
li daşlar, incəsənət  əsərləri, evlər, aksiya və öhdəliklər  şəklində saxlaya bilərlər. 
Ancaq pul bu funksiyanı yerinə yetirmək üçün daha uyğundur, çünki ona likvidlik 
xüsusiyyəti xasdır. 
Likvidlik – aktivlərin ödəniş forması kimi çıxış edə  və öz nominal dəyərini 
saxlaya bilməsidir. 
Pul bu xüsusiyyətlərə malikdir. O tədavül vasitəsi kimi çıxış edə bilir və dəyər 
ölçüsü funksiyası olduğuna görə qiymət miqyası səviyyəsində öz nominal dəyərini 
itirmir. Digər aktivlərdə bu xüsusiyyət az və ya çox miqdarda var, ancaq pulda 
olduğu kimi onlar tam likvidliyə malik deyillər. Məsələn: hökumətin qısamüddətli 
qiymətli kağızları  və veksellər adətən yüksək likvidli sayılırlar. Çünki bu kağız-
ların bazar qiymətləri, demək olar ki, günbəgün heç dəyişmir və istənilən an maliy-
yə fondlarında satıla bilərlər. Bu zaman sövdələşmə xərcləri çox az miqdarda olacaq. 
Aksiya və uzunmüddətli öhdəliklər (müxtəlif özəl firmalar tərəfindən buraxı-
lan) hökumət kağızlarına nisbətən daha az likvidliyə malikdir. Bu aktivlərin qiy-
məti müəyyən vaxt ərzində tez-tez dəyişir və onların satılması və alınması zamanı 
çıxan xərclər çox olur. Bu aktivlər orta səviyyəli likvidliyə malikdirlər. 
Mülk (ev, ferma, mağaza və s.) çox az likvidliyə malikdirlər. Onların qiyməti 
çox dəyişkəndir. Evə və ya torpaq sahəsinə alıcı tapmaq bir neçə ay vaxt tələb edə 
bilər və bu əməliyyatlar üçün alınan xərclər ( maklerlərə verilən pul, reklam, hüqu-
qi rəsmiləşdirmə) çox böyükdür. 
Pulun likvidlik xüsusiyyəti onu qısa müddətə saxlamaq üçün ideal yığım 
vasitəsi edir. Ancaq pulun nöqsanı odur ki, sahibi az likvidli aktivlər saxlamaq əvə-


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
288 
zinə pulu saxlamağa üstünlük verərsə, onda o az likvidli aktivlərin gətirdiyi gəlir-
lərdən  əl çəkməlidir. Düzdür, elə bank hesabları var ki, pulu ora qoyduqda gəlir 
götürmək mümkün olur. Ancaq bu gəlir korporasiyanın obliqasiyalarından gələn 
gəlirdən, aksiyalara verilən dividentlərdən və ya firma və mağazaların əldə etdik-
ləri gəlirlərdən çox aşağıdır.  
İnflyasiya dövründə pul, yığım vasitəsi kimi öz cəlbediciliyini itirir. Əgər gün-
dəlik dollara, pesoya və ya manata daha az əmtəə almaq mümkün olarsa, insanlar 
pulu daha az müddətə saxlamaq istəyəcəklər. Məlumdur ki, hiperinflyasiya döv-
ründə  işçilər  əmək haqqını aylıq yox, gündəlik tələb edirlər ki, pullarını sabahkı 
gün qiymətlər qalxana qədər xərcləyə bilsinlər. 
O ölkədə ki hiperinflyasiya hökm sürür, orada yerli valyuta yığım vasitəsi kimi 
istifadə olunmur. İnsanlar yerli valyutanı qazandıqdan sonra onu dollara və ya hər 
hansı bir digər valyutaya dəyişirlər. Bundan sonra onlara müəyyən  əmtəə  və ya 
xidmət növü lazım olduqda, dolları öz yerli valyutalarına çevirirlər. 
Pulun tədiyə vasitəsi funksiyası 
Əmtəə istehsalının və tədavülünün inkişafı ilə əlaqədar olaraq əmtəələrin kre-
ditə satılması zərurəti yarandı. Pulun tədiyə funksiyası rolunu – əmtəələrin kreditə 
satılması təşkil edir. 
Əmtəələr kreditə satılarkən pul əmtəə tədavülündə fəaliyyət göstərir. Lakin pul 
tədiyə vasitəsi kimi əmtəə tədavülündən kənarda –əmək haqları və maliyyə öhdə-
likləri verilən zaman fəaliyyət göstərir. 
Pulun tədiyə vasitəsi funksiyasından kredit pullar – veksellər, banknotlar, çek-
lər törəyir. Kağız pullar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. 
I –   Kağız pullar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə  tədiyə va-
sitəsidirlər. 
II –  Kağız pulları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap 
edir. 
Pul kütləsinin həcminin hesablanması.  
Pul aqreqatı 
İqtisadi sistemdə dövr edən pulun kəmiyyətinin hesablanması real məhsul 
istehsalının həcminə, qiymətlərin səviyyəsinə, məşğulluğa və başqa iqtisadi dəyi-
şənlərə təsir göstərə bilər. Ancaq bu məsələ o qədər də asan deyil. Məsələ ondadır 
ki, müasir iqtisadiyyatda müxtəlif aktivlər müəyyən dərəcədə pulun bütün funksi-
yalarını yerinə yetirə bilirlər. Ona görə də biz pul və digər aktivlər arasında sərhəd 
çəkə bilmərik. Bu bölmədə biz pul aqreqatlarını nəzərdən keçirəcəyik. 
Pul aqreqatı – pulun alternativi kimi çıxış edən istənilən spesifik aktivlər qru-
puna deyilir.  


Dövlät Maliyyäsi 
 
289 
Pul aqreqatı dar şəkildə - pul tədavül vasitəsi kimi 
ABŞ-ın timsalında iqtisadiyyatda müxtəlif pul aqreqatlarının payına baxaq. 
1999-cu il üçün ABŞ-da M1 və M2 parametrlərinə baxaq. (milyard dollar) 
Nağd 
pullar 
 
     232 
Transaksion əmanətlər 
 
    563 
Tələb olunana qədər qoyulan əmanətlər 
  277 
Digər çek depozitləri 
 
    285 
Ümumi 

 
     795 
Pul bazarının ümumi fondları 
 
   318 
Pul bazarının depozit hesabları 
 
   485 
Əmanət kassaları 
 
    410 
Təcili əmanətlər 
     1143 
Birgünlük borcgötürmə haqqında razılaşmalar    
64 
Avroyla və s.-lə ifadə olunmuş birgünlük istiqrazlar  
17 
Ümumi M 3232
∗ 
Nağd pul – kağız və metal pullar 
Transaksion əmanətlər – depozitlər çek və ya elektron pul köçürmənin köməyi 
ilə keçirilən əməliyyatlar nəticəsində bir hesabdan başqa bir hesaba keçirilən ödə-
nişlər. 
M1 parametri – nağd pul və transaksion əmanətlər daxildir. 
Tələb olunana qədər qoyulan əmanətlər – faizlə  gəlir gətirməyən  əmanətlər. 
Sahibləri yalnız çek və elektron köçürmələrdən istifadə edə bilər. 
Digər çek depozitləri – faizlə gəlir gətirən əmanətlər 
Transaksional  əmanətlər həm kommersiya bankları, həm də  əmanət saxlayan 
institutlar tərəfindən qəbul olunur. Birlikdə onlar depozit institutları adlanır. 
Daha geniş pul aqreqatı pul yığım vasitəsi kimi 
Bu pul aqreqatı pulun likvidlik xüsusiyyətinə əsaslanır. Bu aqreqat növünə bir 
neçə aktiv daxil edilib. Bu aktivlərin nominal dəyəri var və ödəniş üçün nağd pul 
və ya transaksional depozitlərə çevrilə bilər. Ancaq bir çox hallarda bu aktivlər bir 
şəxsin balansından digərinə köçürülə bilməz (elektron köçürmə və ya çek vasitəsilə). 
Bu aqreqata aşağıdakılar daxildir: 
Pul bazarının ümumi fondları: Müstəqil maliyyə vasitəçiləri əhaliyə firmanın 
aksiyalarını satırlar və  əldə edilən gəlirə qiymətli kağızlar alırlar. Bu kağızlardan 
gələn gəlir, demək olar ki, bütövlükdə aksiya sahiblərinə keçir. Alınan kağızların 
qiyməti həmişə sabit olduğuna görə firma qarantiya verə bilər ki, bir payın qiyməti 
həmişə sabit olacaq (=1$). Bu fondlar öz auksionerlərinə çekdən və elektron köçür-


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə