Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə118/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   114   115   116   117   118   119   120   121   ...   135

Dövlät Maliyyäsi 
 
281 
21,7%-ni isə (1 milyard ABŞ dolları) hökumətə verilən, icraçıya ötürülən və icraçı 
tərəfindən qaytarılan kreditlər təşkil edir.   
Cədvəl 10.1. AR-nın Xarici Dövlət Borcu 
Azərbaycana xaricdən cəlb edilən kreditlər və oların strukturu barədə  
1 yanvar 2012-cu il tarixi vəziyyətinə məlumat  (mln. ABŞ dolları ilə) 
  
İstifadə olunmuş və dövlət 
borcu hesab edilən kreditlər 
üzrə 
  
    
  
 
I. Cəmi kreditlərin məbləği 
    
4 812,6 
 
   ÜDM faiz nisbəti 
    
7,6% 
 
   Adam başına düşən xarici borc 
    
521,6 
ABŞ dol. 
  
 
  
 
 
II. Kreditlərin strukturu 
    
 
 
1. İqtisadi islahatlar üçün cəlb edilən kreditlər  
325,8 
11,2% 
 Beynəlxalq Valyuta Fondu 
 
  
220,2 
5,4% 
 Dünya Bankı 
 
  
1 255,7 
28,8% 
  
    
 
 
2. İnvestisiya layihələri üçün cəlb edilən kreditlər  
3591,0 
88,8% 
Elektrik enerjisi sektoru 
 
  
1135,4 38,9% 
Kənd təsərrüfatı və meliorasiya 
 
  
227,6 7,8% 
Yol tikintisi və nəqliyyat 
 
  
676,9 23,2% 
Kimya sahəsi 
 
  
18,5 0,6% 
Neft və qaz sektoru 
 
  
169,5 5,8% 
İşğaldan azad olunmuş ərazilərin bərpası 
 
  
56,1 
Sosial sahələr 
 
  
221,3 7,6% 
Digər sahələr 
 
  
80,5 2,8% 
  
 
  
 
 
faizlər 
    
14,6 mln. ABŞ dolları 
o cümlədən  
 büdcədən 
    
19,4 mln. ABŞ dolları 
 Beynəlxalq Valyuta Fondu üzrə əsas borcun qaytarılması 
8,7 mln. ABŞ dolları 
Mənbə: www.finance.gov.az 
Əgər artım tempi bu sürətlə davam edərsə, onda kreditə görə öhdəliklər, borc-
lar və xidmət sahəsində müəyyən çətinliklər və problemlər yaşana bilər. Onu da 
nəzərə almaq lazımdır ki, bu ildən ÜDM-in artımında ciddi müxtəlifliklər olacağı 
gözlənilir. Hətta 2013-ci ildə Azərbaycanda ÜDM-in artım tempi 3.5 faiz proq-
nozlaşdırılır. Borcların sahələr üzrə bölüşdürülməsində qeyri-bərabərlik var. Məsə-
lən, ötən il ən çox kredit energetika sektoruna (33%) ayrılıb. Nəqliyyat sektoruna 9, 
sosial sa-hələrə 8, kənd təsərrüfatı və meliorasiyaya 6% ayrılıb.  
İnkişaf nəticəsində, dövlət büdcəsi ilə yanaşı, valyuta ehtiyatları da ildən-ilə 
artır. Hazırda Azərbaycanın valyuta ehtiyatları təqribən 50 milyard dollara çatmış, 
eyni zamanda, təkcə Dövlət Neft Fondundakı vəsaitlərin həcmi 40 milyard dollar 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
282 
təşkil edir. Bütün bunlar isə həyata keçirilən layihələrin daxili mənbələr balansına 
maliyyələşdirilməsinə imkan verir. Təkcə bir faktı vurğulayaq ki, Azərbaycan Bakı 
-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişi üçün Gürcüstan dövlətinə 300 milyon dol-
lar həcmində kredit ayırmışdır və bu faktın özü Azərbaycanın regionda lider oldu-
ğuna şübhə yeri qoymur. Bütün bunları görməyən və ya görmək istəməyən müxalif 
qüvvələrin diqqəti daha çox Azərbaycanın xarici borclarına yönəltməyə çalışması 
belə, vəziyyəti onların xeyrinə dəyişmir.  
Bir məsələni də unutmaq olmaz ki, dünyada heç bir dövlət təkbaşına, dünyaya 
inteqrasiya olunmadan inkişaf edə bilməz. Bu baxımdan bu gün dünyada elə bir 
dövlət yoxdur ki, onun xarici borcları olmasın. Dünya iqtisadi sisteminə sürətli in-
teqrasiya dövlətlərlə beynəlxalq maliyyə qurumları arasında qarşılıqlı öhdəliklərin, 
borcların formalaşmasına səbəb olur. Hətta dünyanın ən inkişaf etmiş dövlətləri də 
müəyyən qlobal layihələrin həyata keçirilməsi üçün beynəlxalq maliyyə qurumla-
rından uzunmüddətli kreditlər götürürlər.  Əvvəldə qeyd olunduğu kimi, xarici 
borcların artımı yalnız ÜDM-in 30 faizini ötdükdə inkişaf üçün təhlükəli tenden-
siya sayılır. Dünyanın inkişaf etmiş ölkələrinin xarici borcları ÜDM-in 20-60 faizi-
ni təşkil etdiyi halda, Azərbaycan üzrə bu rəqəm cəmi 7,6 faizdir və onun ölkə 
üçün heç bir təhlükəsi yoxdur.  
Məlumat üçün qeyd edək ki, Rusiyanın xarici borcu 540 milyard dollar və ya 
ölkə ÜDM-nin 20 faizinə  bərabərdir. Qonşu Gürcüstanın xarici borcu 3 milyard 
686 milyon dollar təşkil edir ki, ÜDM həcmini nəzərə alsaq, bu çox böyük rə-
qəmdir. 2012-cu ilin əvvəlinə olan məlumata görə, Ukraynanın xarici borcu 
165,382 milyard dollar təşkil etmişdir. Bu da o deməkdir ki, 60 milyonluq ukray-
nalıların hər birinə orta hesabla 3000 dollardan artıq borc düşür. Ümumiyyətlə
xarici borclar Almaniyada ÜDM-in 68 faizini, Fransada 66 faizini, ABŞ-da 53 
faizini, Böyük Britaniyada 43 faizini, Norveçdə 36 faizini, Qazaxıstanda 10 faizini 
təşkil edir. Göründüyü kimi, bu ölkələrlə müqayisədə Azərbaycanın xarici borcu 
olduqca cüzidir. 
Azərbaycana böyük həcmli neft pulları daxil olmaqdadır. Eyni zamanda, hö-
kumət xarici ölkələrdən və beynəlxalq təşkilatlardan  kredit alır.  Həm neft pulları, 
həm də alınan böyük kreditlər investisiya layihələrinə yönəldilir.  
 
 
 
 


 
 
283 
 
ONBİRİNCİ FƏSİL 
MALİYYƏ VƏ PUL KREDİT SİYASƏTİ 
11.1. PUL-KREDİT SİYASƏTİ, MAHİYYƏTİ VƏ 
DÖVLƏTİN İQTİSADİ SİYASƏTİNDƏ ONUN ROLU 
Pul-kredit siyasəti – istehsalın həcminin, məşğulluğun və qiymətlərin səviyyə-
sini sabit saxlamaq üçün pul təklifindəki müxtəlifliklərdən ibarətdir. Daha konkret 
olaraq belə demək olar ki, pul-kredit siyasəti enmə zamanı  xərclərin çoxalması 
üçün pul təklifini çoxaldır, inflyasiya zamanı isə əksinə olaraq pul təklifini azaldır. 
Pul-kredit siyasətinin əsas ideyası iqtisadiyyatda tam məşğulluğu təmin etmək 
və inflyasiya olmayan bir səviyyəyə çatmağa kömək etməkdir. Pul-kredit siyasəti, 
əsasən, iqtisadiyyatı stabilləşdirmək üçün istifadə edilən pul təklifindəki müxtə-
lifliklərdən ibarətdir. 
Pul-kredit siyasəti iqtisadiyyatın vəziyyətindən asılı olaraq ya kreditin stimul-
laşdırılmasına və pul emissiyasına (kredit ekspansiyası), ya da kredit verilməsinin 
məhdudlaşdırılmasına (kredit restriksiyasına) yönəldilir. Böhran dövründə Mərkəzi 
Bank kredit verilməsinin artırılması və faiz dərəcəsinin azaldılması ilə konyunktu-
ranı canlandırmağa çalışır. Əksinə, yüksəliş dövründə isə qiymətlər qalxdığına və 
iqtisadiyyatda disproporsiyalar artdığına görə  Mərkəzi Bank kreditin verilməsini 
azaldır. 
İqtisadiyyatın idarə edilməsi üçün pul-kredit siyasətinin aşağıdakı metodları var: 
1. Ümumi; 
2. Selektiv 
Pul-kredit siyasətinin ümumi metodları 3 yerə bölünür: 
1. Açıq bazarda aparılan əməliyyatlar: 
Kəsir bazarda aparılan əməliyyatlar – pul təklifi nəzarətinin ən başlıca vasitə-
lərindən biridir. Kəsir bazarda aparılan əməliyyatlar dedikdə federal ehtiyat bank-
ları tərəfindən aksiyaların və hökumət öhdəliklərinin alınması və satışı başa düşülür.  
2. Ehtiyat normalarının dəyişilməsi: 
Ehtiyat normalarının dəyişilməsi bank sisteminin pul yaratma qabiliyyətinə 2 
cür təsir edir. 
−  əlavə ehtiyatların ölçüsünə təsir göstərir; 
−  pul multiplikatorunun ölçüsünü dəyişdirir. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə