Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə117/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   113   114   115   116   117   118   119   120   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
278 
İkincisi, dövlət bоrc ödənişləri üzrə öhdəliklərini yеrinə  yеtirməklə özünün 
krеdit rеytinqini qаldırmış  оlur ki, bu dа müаsir krеdit bаzаrındа  çох  vаcib  şərt 
sаyılır və s. 
Dövlət bоrclаrının idаrə еdilməsində bu mərhələ vəsаitlərin hərəkət istiqаmə-
tini dəyişir. Dövlət bоrclаrının ödənişinin idаrə еdilməsi bilаvаsitə digər mərhələ-
lərin nəticəsi ilə  sıх  əlаqədаrdır. Bunа misаl  оlаrаq vəsаitlərin istifаdəsi mərhə-
ləsini göstərə bilərik. Bеlə ki, bоrclаrın səmərəli şəkildə istifаdə оlunmаsı оnlаrın 
vахtlı-vахtındа və tаm həcmdə ödənilməsinə şərаit yаrаdır. 
Dövlət bоrcu vəsаitlərinin qаytаrılmаsı sözügеdən münаsibətlərin sоnu оlа dа, 
оlmаyа  dа bilər. Məsələn, dövlət qiymətli kаğızlаrının tədаvülü zаmаnı  yаrаnаn 
dаlğаlı dövlət bоrclаrı dövr оlаrаq vəsаitlərin cəlb  еdilməsi və  qаytаrılmаsındаn 
ibаrət  оlduğu üçün müəyyən qisim bоrc ödənişi sözügеdən münаsibətin sоn nöq-
təsinə çеvrilmir. Dаlğаlı bоrclаr zаmаnı bоrc münаsibətinin sоnu bütün vəsаitlərin 
qаytаrılmаsı şərаitində rеаllаşır. 
Dövlət bоrclаrının idаrə еdilməsi bütün hаllаrdа yuхаrıdа qеyd оlunаn mərhə-
lələr üzrə  gеtmir. Bu, öhdəliklərin yаrаnmа  fоrmаsındаn  аsılıdır. Burаdа söhbət 
məqsədsiz dövlət bоrclаrının idаrə  еdilməsindən gеdir. Məlumdur ki, məqsədsiz 
dövlət bоrclаrı dövlət bоrcu münаsibəti kimi yаrаnmır. Yəni, ticаri və yахud bаş-qа 
münаsibətlər bir çох  səbəblər üzündən dövlətin bоrc öhdəliklərinə  çеvrilir ki, 
оnlаrın idаrə еdilməsi hökumətin üzərinə düşür. 
Məqsədsiz dövlət bоrclаrını idаrə  еtmək bоrcun ödənilməsi üçün mаliyyə 
mənbəyinin səfərbər  еdilməsi və  bоrcun tаm həcmdə ödənilməsi dеməkdir. Məq-
sədsiz dövlət bоrclаrının idаrə  еdilməsi bir qədər mürəkkəb  хаrаktеr dаşıyır. Bu 
hаldа hökumətin  əsаs vəzifəsi dаşıdığı öhdəlikləri icrа  еtməkdir. Bu öhdəliklərin 
icrа  оlunmаsı müхtəlif qаydаdа  həyаtа  kеçirilə bilər. Bеlə ki, dövlət bоrclu tərəf 
kimi öhdəlikləri həm pul fоrmаsındа, həm də digər öhdəliklərlə  əvəz  еdilməsi 
fоrmаsındа icrа  еdilə bilər. Burаdаn  аydın  оlur ki, məqsədsiz dövlət bоrclаrının 
idаrə  еdilməsi təkcə  bоrcun ödənilməsi dеyil, bu ödənişlərin həyаtа  kеçirilməsi 
bаrəsində qаrşı tərəflə rаzılığın əldə оlunmаsını dа əhаtə еdir. 
10.3. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT  
BORCU FORMALARI 
Azərbaycan Respublikasının dövlət borcunun formaları  aşağıdakılardan iba-
rətdir: 
−  Azərbaycan Respublikası hökumətinin aldığı kreditlər; 
−  Hökumət adından buraxılan qiymətli kağızlar şəklində dövlət istiqrazları; 
−  Hökumətin təminat verdiyi digər borc öhdəlikləri. 
 Azərbaycan Respublikasının xarici dövlət borcu Azərbaycan Respublikasının 
dövlət borcunun tərkib hissəsi olmaqla, Maliyyə Nazirliyinin Azərbaycan Respub-


Dövlät Maliyyäsi 
 
279 
likası adından xarici hüquqi və fiziki şəxslərlə, həmçinin Beynəlxalq maliyyə təş-
kilatları ilə bağladığı müqavilələrə  əsasən bilavasitə yerinə yetirilməmiş maliyyə 
öhdəliklərinin xarici valyutada yekununu əks etdirir. 
Azərbaycan Respublikası dövlət büdcəsinin təsnifatına  əsasən Azərbaycan 
Respublikasının dövlət xarici borcunun maliyyələşdirmə  mənbələri aşağıdakılar 
hesab edilir: 
−  uzunmüddətli istiqrazlar; 
−  qısamüddətli istiqrazlar və veksellər; 
−  başqa kateqoriyalara aid olmayan uzunmüddətli ssudalar; 
−  başqa kateqoriyalara aid olmayan qısamüddətli ssuda və avanslar; 
−  sair öhdəliklər; 
−  bank hesablarında vəsait qalıqlarının dəyişdirilməsi. 
Yaranma səbəbi baxımından dövlət borclarının müxtəlifliyi aşağıdakılardır: 
−  İdxaldan yaranan məqsədsiz borclar; 
−  Digər öhdəliklər üzrə yaranan məqsədsiz borclar; 
−  Büdcə kəsirinin maliyyələşdirilməsi məqsədilə yaranan dövlət borcları; 
−  Büdcənin gəlir və  xərc tarazlığının təmin edilməsi maqsədilə yaranan dövlət 
borcları; 
−  İnvestisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə yaranan dövlət borcları; 
−  İdxalın maliyyələşdirilməsi məqsədilə yaranan dövlət borcları; 
−  Əvvəlki dövlət borclarının maliyyələşdirilməsi məqsədilə yaranan dövlət borcları; 
−  Fövqəladə hadisələrin maliyyələşdirilməsi məqsədilə yaranan dövlət borcları;
118
 
10.4  BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ 
AZƏRBAYCAN DÖVLƏT BORCUNUN 
PLANLAŞDIRILMASININ XÜSUSİYYƏTLƏRİ VƏ 
ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ 
  Planlaşdırılması: 
−  dövlət borcu planlarının çevikliyi təmin edilməlidir; 
−  dövlət borcu planları həm məcburi, həm də istiqamətverici xarakter daşıyan 
tərkibə malik olmalıdır. 
  Təkmilləşdirilməsi: 
−  inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanmaqla dövlət borcu planları tət-
biq olunmalıdır; 
                                                 
118
  Ş.Ş Bədəlov v.d., Büdcə Sistemi, Bakı, 2003, s. 261-264. 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
280 
−  ölkədə inflyasiya və digər makroiqtisadi qeyri-tarazlığın proqnozlaşdırıl-
ması yolu ilə onların dövlət borclarının idarə edilməsində göstərə biləcəyi 
neqativ təsirləri nəzarət altına alınmalıdır; 
−  dövlət borcunun planlaşdırılması işinin daha da mükəmməlləşdirilməsi üçün 
operativ maliyyə informasiyalarının alınması prosesi tam təmin edilməli-
dir və s.  
10.5. AZƏRBAYCAN RESPUBLIKASININ DÖVLƏT 
BORCLARI 
Dövlət borcalmaları ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş proqramların 
həyata keçirilməsini təmin etmək, dövlət büdcəsinin kəsirini örtmək, dövlət inves-
tisiyalarını maliyyələşdirmək və Azərbaycan Respublikasının qanunvericiliyi ilə 
müəyyənləşdirilən digər məsələlərin həlli məqsədi ilə həyata keçirilir. 
Bu gün Azərbaycan Respublikası sürətli iqtisadi inkişaf dövrünü yaşayır. İqti-
sadi inkişaf göstəriciləri ilə, artıq nəinki regionda və ya MDB-də, hətta dünyada 
lider dövlətlər sırasına çıxan Azərbaycan Respublikasında əhalinin maddi rifah ha-
lının yaxşılaşdırılması istiqamətində çoxşaxəli islahatlar həyata keçirilir. “Biz xal-
qın xidmətçiləriyik” deyən ölkə başçısının hər bir addımı beynəlxalq aləmdə Azər-
baycanın mövqeyinin möhkəmləndirilməsinə, ölkədə insan azadlığının, davamlı 
inkişafın və sosial yönümlü iqtisadiyyatın formalaşmasına hesablanmış  məqsəd-
yönlü fəaliyyətdir.İmzalanmış sazişlər üzrə kreditlərin 5,8 mlrd. ABŞ dolları isti-
fadə olunub. Azərbaycan Respublikasının 1 yanvar 2012-ci il tarixinə dövlət xarici 
borcunun həcmi (milyon ABŞ dolları ekvivalentində) 4 812.6 təşkil edir. Dövlət 
xarici borcunun ÜDM-a faiz nisbəti 7.6 %-dir. İmzalanmış kredit sazişlərinin do-
norlar üzrə strukturuna nəzər yetirsək, burada Dünya Bankı 29, Yaponiya Beynəl-
xalq Əməkdaşlıq Agentliyi 14, AYİB 12, AİB 10, İslam İnkişaf Bankı 7 faiz payla 
əsas kreditorlar siyahısındadır. 2004-cü ilədək Azərbaycanın iki əsas kreditorundan 
biri olmuş BVF isə 5% paya malikdir və hökumətin bu qurumdan kredit alınmasını 
dayandırdığını nəzərə alsaq, bu payın sonrakı illərdə daha da azalacağı gözlənilir. 
Xarici dövlət borcunun əsas hissəsini ABŞ dolları ilə nominasiya olunmuş kreditlər 
təşkil edir (35,9%). Azərbaycanın xarici borc zənbilində avronun payı 30,3%, 
Yaponiya yeninin payı isə  11,9% olub. BVF-nin xüsusi borcalma hüquqlarının – 
SDR-in (Special Drawing Rights) payı isə  19% təşkil edib. Bundan başqa, xarici 
borc zənbilində  İslam dinarı 1,3, Səudiyyə rialı 0,8, Küveyt dinarı 0,4, İsveçrə 
frankı  və  BƏƏ dirhəminin payları isə 0,2 faiz təşkil edir. Xarici dövlət borcunun 
əsas hissəsini bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına qay-
tarılan kreditlər təşkil edir – bu kreditlər üzrə borcun məbləği 2,6 milyard ABŞ 
dolları  və ya xarici dövlət borcunun 54,1%-ni təşkil edir. Xarici dövlət borcunun 
24,3%-ni (1,2 milyard ABŞ dolları) dövlət zəmanəti ilə  təmin edilən kreditlər, 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə