Dövlät Maliyyäsi
301
məşğulluğun yüksək səviyyəsinin əldə edilməsi, Mərkəzi Bankın dünyanın inkişaf
etmiş ölkələrinin Mərkəzi bankları səviyyəsinə çatdırılması kimi məsələlərdir.
Azərbaycanda aparılan makroiqtisadi siyasətin qarşısında duran problemlər
əsasən inflyasiyanın azaldılması, büdcə kəsirinin ləğv edilməsi, vergitutma sistemi-
nin yenidən işlənilməsi, məşğulluğun yüksək səviyyəsinin əldə edilməsi, kimi mə-
sələlərdir.
Dövlətin mövcud ola bilməsi, iqtisadiyyatını tənzimləməsi, öz funksiyalarını
icra edə bilməsi üçün ona mütləq müəyyən miqdarda vəsait lazımdır. Qismən
dövlət vəsaitləri ölkədə olan təbii resursların, dövlət müəssiələrinin gəlirləri balan-
sına ödənilə bilər. Müxtəlif iqtisadçılar müxtəlif cür vergi siyasəti keçirməyi təklif
edirlər. Keynesçilərə görə vergilər istehsalı stimullaşdırmaq üçün istifadə edilmə-
lidir, yəni böhran vaxtı vergilər aşağı salınmalı, yüksəliş vaxtı isə yuxarı qaldırıl-
malıdır. Monetaristlərə görə isə vergilər yüksək olmalıdır ki, bazarda yalnız güclü
istehsalçılar qalsın. Bəzi iqtisadçılar isə “ədalətli” vergi sisteminə – kasıblara nis-
bətən varlılardan daha çox vergi alınması keçməyi təklif edirlər. Bazar iqtisadiy-
yatına keçid üçün əsas şərtlərdən biri də bank sisteminin inkişaf etməsidir. Azər-
baycan Respublikasının bank sistemi aşağıdakı banklardan ibarətdir.
1. Azərbaycan Respublikası Mərkəzi Bankı;
2. Səhmdar-kommersiya aqrar-sənaye bankı;
3. Səhmdar-kommersiya sənaye-investisiya bankı;
4. Səhmdar-kommersiya əmanət bankı;
5. Səhmdar-kommersiya Beynəlxalq bankı;
6. Kommersiya bankları.
Azərbaycan Mərkəzi Bankı respublikanın baş bankıdır. Mərkəzi Bankın əsas
funksiyaları: pul-kredit sisteminin idarə edilməsi, qiymətli kağızların emissiyası,
banklar arasında hesablaşmalar, pul tədavülünün təşkili, valyuta tədavülünə və val-
yuta ehtiyatlarından istifadəyə nəzarət sayılır.
Bank sistemi dövlətin pul-kredit siyasətinin həyata keçirilməsi institutu sayıla
bilər. Onun vəziyyətindən nəinki pul kütləsinin effektivliyi və dəqiqliyi, həmçinin
iqtisadiyyatın real sektorunun kreditləşməsi və ölkənin investisional iqlimi asılıdır.
Ona görə də vacibdir ki, banklar düzgün işləsin və aktual iqtisadi problemlərin həl-
linə yönəldilsin.
Mərkəzi Bankın yeritdiyi valyuta siyasətinin əsas məqsədləri aşağıdakılar ol-
muşdur:
− milli valyutanın məzənnəsinin sabit saxlanılması, manatın mübadilə məzən-
nəsindən gözlənilən inflyasiya səviyyəsinin qarşısını almaq üçün istifadə
olunması;
− respublikanın daxili valyuta bazarının inkişafının təmin edilməsi, həyata
keçirilən valyuta əməliyyatlarının əhatə dairəsinin genişləndirilməsi;
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
302
− gələcəkdə cari valyuta əməliyyatları üzrə manatın tam dönərliyinə keçid
üçün lazımi şəraitin yaradılması;
Qızıl-valyuta ehtiyatlarının yerləşdirilməsinin etibarlılığını təmin etmək məq-
sədilə respublikanın qızıl-valyuta ehtiyatlarının səmərəli idarə edilməsi.
Bu günkü çətin iqtisadi vəziyyəti nəzərə alaraq bank sistemi krizisi və bank
təlaşı olarsa, banklar o zaman nə cür hərəkət edəcəklərinin planını əvvəlcədən ha-
zırlamalıdırlar.
1994-cü ilin ikinci yarısından etibarən Mərkəzi Bank tərəfindən yürüdülən pul-
kredit siyasətində müxtəlifliklər edildi. Bu müxtəlifliklərdən biri də mərkəzləşmiş
kredit resurslarının məqsədli və inzibati formada verilməsindən tədricən imtina
edilməsi oldu. 1995-ci ilin mart ayından etibarən kommersiya banklarının yenidən
maliyyələşdirilməsi mərkəzləşdirilmiş kredit resurslarının auksion əsasında yer-
ləşdirilməsi yolu ilə həyata keçirildi.
1994-cü ilin ikinci yarısından etibarən yeni pul-kredit siyasəti yeridilənə qədər
faiz dərəcəsi monetar siyasətdə və maliyyə resurslarının bölüşdürülməsində xüsusi
rola malik olmuşdur. Həmin ildə inflyasiyanın 1880% olduğu bir şəraitdə kredit
faizi 50-100% olmuşdur. Bu da ucuz kredit bazarının mövcud olduğunu göstərirdi.
Bunu nəzərə alaraq 1994-cü ilin iyulunda mərkəzləşmiş kredit resurslarına görə
faiz dərəcəsi 100 %-dən 150%-ə, dekabrda 200%-ə, 1995-ci ilin yanvarında 250%-
ə qaldırıldı.
1995-ci ilin mart ayında Mərkəzi Bank kreditə olan süni tələbi aradan qaldır-
maq məqsədilə yeni mexanizm işləyib hazırladı. Bu mexanizm çevik faiz siyasətini
özündə ehtiva edirdi. Bu siyasətin əsas məqsədi, ilk dövrdə bahalı kredit siyasəti
keçirməklə kreditə olan süni tələbi aradan qaldırmaq olmuşdur. Bu yolla məqsəd
pulun artım tempini iqtisadi artım tempinə uyğunlaşdırmaqla inflyasiyanın səviy-
yəsini aşağı salmaq idi. Kredit auksionlarının keçirilməyə başlamasından sonra
kredit faizinin müsbət saldosuna, yəni onun inflyasiyanın tempindən yuxarı olma-
sına nail olmaq mümkün olmuşdur.
Azərbaycan Respublikasının bank sisteminin formalaşması son dərəcə çətin bir
şəraitdə – iqtisadi durğunluq, inflyasiya və inhisarlaşmış qiymətlər şəraitində keçi-
rilir. Buna baxmayaraq, bank sisteminin inkişafı davam edilir və artıq bu sahədə
respublikamızda müəyyən nailiyyətlər əldə edilib.
11.6. MÜASİR İQTİSADİYYATIN TƏNZİMLƏNMƏSİNDƏ
PUL-KREDİT SİYASƏTİNİN ROLU VƏ ƏHƏMİYYƏTİ
İqtisadiyyatın davamlı inkişafı dövlətin strateji maraqları nöqteyi nəzərindən
sosial-iqtisadi proseslərə müdaxiləsini obyektiv zərurətə çevirdiyindən, fəal tən-
zimləmə siyasətindən bilavasitə asılıdır. Bu tədbirlər sistemini aşağıdakı kimi təs-
nifləşdirmək olar:
Dövlät Maliyyäsi
303
− Qanunvericilik təminatı və hüquqi tənzimlənmə;
− Gəlirlərin bölgüsündə ədalətlilik;
− Qiymət siyasəti;
− Maliyyə tənzimlənməsi;
− Pul-kredit siyasəti;
− Vergi tənzimlənməsi;
− Xarici ticarət siyasəti.
Bunlar hamısı birlikdə dövlət siyasəti adlanır. Göründüyü kimi, dövlət siyasəti-
nin bir hissəsi də pul-kredit siyasətidir. Pul-kredit siyasəti – istehsalın həcmini,
inflyasiyanın səviyyəsini, məşğulluğun və qiymətlərinin səviyyəsini sabit saxlamaq
üçün pul təklifindəki müxtəlifliklərdən ibarətdir. Ona görə də, inflyasiyanin hər
gün artma təhlükəsi olan keçid dövrü ölkələrində pul-kredit siyasətini düzgün hə-
yata keçirmək daha vacibdir.
Pul-kredit tənzimlənməsi aşağıdakı obyektlərə yönəldilir:
− İnflyasiyanın qarşısını almaq;
− Ölkənin valyutasının digər valyutalara nəzərən məzənnəsini müəyyən etmək;
− Valyuta siyasətini həyata keçirmək;
− Tədiyə balansını tənzimləmək.
Pul-kredit siyasətinin əsas ideyası iqtisadiyyatda tam məşğulluğu təmin etmək
və inflyasiya olmayan bir səviyyəyə çatmağa kömək etməkdir. Pul-kredit siyasəti
əsasən iqtisadiyyatı stabilləşdirmək üçün istifadə edilən pul təklifindəki müxtə-
lifliklərdən ibarətdir. Pul-kredit siyasəti iqtisadiyyatın vəziyyətindən asılı olaraq ya
kreditin stimullaşdırılmasına və pul emissiyasına (kredit ekspansiyası), ya da kredit
verilməsinin məhdudlaşdırılmasına (kredit restriksiyasına) yönəldilir. Pul-kredit
siyasətinin əsas vəzifələrinə aşağıdakılar aiddir:
1) İqtisadi konyukturanı tənzimləmək və inflyasiya ilə mübarizə aparmaq;
2) Milli valyutanın məzənnəsini aparıcı dövlətlərin dönərli valyutalarına nis-
bətən tənzimləmək;
3) Ölkənin müsbət tədiyə balansına nail olmaq.
Dövlət tərəfindən həyata keçirilən pul-kredit siyasətini reallaşdırmaq üçün
onun aşağıdakı istiqamətlərini seçirlər:
1) Dövriyyədə olan pul kütləsini tənzimləmək və inflyasiyanın səviyyəsini
müəyyən etmək;
2) Dövlət üçün vacib sayıla bilən iqtisadi sabitliyə nail olmada pul-kredit si-
yasətinin müəyyən vaxt üçün zəruri olan metodlarının seçilməsi və tətbiqi;
3) Dövlətin cari və gələcək dövr üçün pul-kredit siyasəti sahəsində strategiya-
nın müəyyənləşdirmək;
Dostları ilə paylaş: |