Dövlät Maliyyäsi
299
sürürlər. Onların fikirlərinə görə pul təklifi birbaşa
məcmu tələbə təsir edir, təkcə
faiz dərəcəsinin dəyişilməsi vasitəsilə investisiya həcminə təsir etmir. Monetaristlər
pul tədavülü sürətini stabil götürdüklərinə görə belə bir nəticəyə gəlirlər ki, pul
kütləsinin dəyişməsi ÜMM-un həcminin dəyişməsinə səbəb olur. Keynesçilər isə
monetaristlərin pul tədavülü sürətinin stabil olması haqqında fikirləri qəbul etmir-
lər. Və bu da onlara imkan verir ki, monetaristlərin çəkdikləri sadə mexanizmi
qəbul etməsinlər.
Ancaq
buna baxmayaraq, monetaristlər qısamüddətli məqsədlərə çatmaq üçün
pul-kredit siyasətindən istifadə etməyi məsləhət görmürlər, çünki bu siyasət iqtisa-
diyyatın stabilləşməsinə mane olur. Onlar monetar qaydadan istifadə etməyi məslə-
hət görürlər. Bu qaydaya görə pul təklifinin artım tempi real ÜMM-un potensial
artımı ilə üst-üstə düşməlidir. Monetaristlərin fikrincə inkişaf
etmiş bazar iqtisa-
diyyatlı ölkələrdə ÜMM-un real artımı ildə 3-5% olmalıdır.
Keynesçilər bu nəzəriyyəni qəbul etmirlər. Onların fikrinə görə pul tədavülü
sürəti dəyişkəndir, buna görə də pul kütləsinin həcminin illik dəyişilməsi məcmu
xərclərin həcmində ciddi müxtəlifliklər əmələ gətirə bilər, bu da iqtisadiyyatın des-
tabilləşməsinə səbəb olacaq. Diskret pul-kredit siyasəti bundan dəfələrlə əlverişli-
dir, çünki o, qlobal makroiqtisadi proseslərin elastiki korreksiyasına əlverişli şərait
yaradır.
Keynesçilərin və Monetaristlərin nəzəriyyələrindən əlavə, öz interpretasiyala-
rını təklif edən başqa bir iqtisadi nəzəriyyə da mövcuddur. Bu, 2 amil əsasında
inkişaf edən “səmərəli proqnozçular nəzəriyyəsi”dir.
I. Bu nəzəriyyənin tərəfdarlarına görə iqtisadiyyatın bütün
subyektləri tama-
milə rasional vəziyyətdədirlər və istədikləri vaxt istənilən informasiyanı əldə edə
bilərlər. Bu o deməkdir ki, bütün firmalar və insanlar iqtisadiyyatın mexanizmi
haqqında biliyə malikdirlər. Bundan başqa, onlar biznes sistemində özlərinin ixti-
yarlarında olan informasiyadan istifadə edərək öz fəaliyyətlərinin nəticələrini opti-
mallaşdıra bilərlər.
II. Biznes sistemində bütün bazarlar mütləq konkurensiya bazarları sayılırlar.
Bu nəzəriyyənin tərəfdarlarına görə bazarlarda tələb və təklifin təsiri altında qiy-
mətlərin enməsi və ya qalxması çox elastikdir. Və bu zaman
tələb və təklif ətraf
mühitdəki müxtəlifliklərdən çox asılıdır.
Real şəraitlərin belə sadələşdirilməsi bu nəzəriyyənin tərəfdarları tərəfindən
keçirilən pul-kredit siyasətinin qeyri-effektivliyindən danışmağa imkan verir. Doğ-
rudan da pul kütləsinin dəyişməsi qiymətlərin adekvat şəkildə dəyişməsinə səbəb
olur, çünki iqtisadi sistemin hər bir subyekti özünü sığortalamaq məqsədilə qiymət-
lərin səviyyəsində müxtəlifliklər edəcək. Nəzəri baxımdan bu nəzəriyyə çox sərfə-
lidir, çünki o, gələcəyi görməyə imkan verir. Əldə olan informasiyanı heç bir kəs
öz şəxsi məqsədləri üçün istifadə edə bilməz, çünki bütün subyektlərə bu informa-
Prof. Dr. Cihan Bulut,
Elçin Süleymanov
300
siya məlumdur. Hər bir kəs öz iqtisadi azadlığını təmin edə bilməz. Nəticədə isə
tamamilə sabit bir iqtisadi sistem mövcud olur. Ancaq bunlar hamısı kağız üzərin-
də doğrudur.
Həqiqətdə isə pul kütləsində edilən müxtəlifliklər ÜMM-un səviyyəsinə heç bir
təsir göstərmir, ancaq inflyasiyanın və ya deflyasiyanın əmələ gəlməsinə səbəb olur.
Keynesçilərin və monetaristlərin bu nəzəriyyəni şübhə altına qoyan bir çox
fikirləri var.
Doğrudan da, əgər yüksək kvalifikasiyalı professional iqtisadçılar də-
qiqliklə hökumətin iqtisadi manevrlərinə dair tam dəqiq proqnozlar verə bilmir-
lərsə, onda kim deyə bilər ki, hər bir kəs dəqiq proqnozlar verə bilər?
Bundan əlavə, aydındır ki, heç də bütün bazarlar (hətta ABŞ və Qərbi Avropa
dövlətləri kimi inkişaf etmiş ölkələrdə) cəmiyyətin bu inkişaf səviyyəsində yüksək
konkurentliyə malikdirlər. Monetar siyasətin isə ÜMM-un səviyyəsinə təsiri göz
qabağındadır. Düzgün seçilmiş monetar siyasət vasitəsilə istənilən
ölkəni krizis
vəziyyətindən çıxartmaq olar.
Bu gün bir çox iqtisadçılar həm Keynesçilərin, həm də monetaristlərin siya-
sətini qəbul edirlər.
İnkişaf etmiş ölkələrin çoxunun Mərkəzi Bankları öz praktik fəaliyyətlərində
həm Keynesçilərin, həm də monetaristlərin metodlarından istifadə edirlər. Real
həyatda müxtəlif arqumentləri nəzərdən keçirərək (ölkənin siyasi vəziyyətini, iqti-
sadi sistemin növünü) bu nəzəriyyələr arasında kompromis tapmaq lazımdır.
Əsasən həyatda Keynesçilərin stabilləşdirilmiş diskret pul-kredit siyasətindən
istifadə edilir. Düzdür, bəzi ölkələrdə monetar siyasətdən də istifadə edilir.
Ümumi şəkildə desək, Keynesçilər daha çox diskret pul-kredit (gəlirlər üzərin-
də nəzarət) və fiskal siyasətə üstünlük verirlər. Monetaristlərə görə isə iqtisadiyyatı
stabilləşdirmək üçün ən yaxşı metod monetar siyasətdir. Bunlar arasındakı fərqlər-
dən biri də onların müxtəlif metodologiyalarının olmasıdır: birincilər iqtisadiyyatın
effektivliyini ayrı-ayrı hadisələrin əsasında, ikincilər isə kompleks nəticələr əsasın-
da hesablayırlar.
11.5. AZƏRBAYCAN RESPUBLİKASINDA PUL-KREDİT
VƏ MALİYYƏ-VERGİ SİYASƏTİNİN ƏSAS
XÜSUSİYYƏTLƏRİ
Azərbaycan SSRİ-nin tərkibindən ayrılıb müstəqil olduqdan sonra artıq
özünün
tənzimləmə metodlarını hazırlamalı idi. Lakin həmin dövrdə aparılan kortəbii tən-
zimləmə nəticəsində Azərbaycanda böhranın dərinləşməsinə, inflyasiya və işsizli-
yin səviyyəsinin artmasına gətirib çıxartmışdır. Ona görə də Azərbaycanda aparılan
makroiqtisadi siyasətin qarşısında duran əsas problemlər əsasən inflyasiyanın azal-
dılması, büdcə kəsirinin ləğv edilməsi, vergitutma sisteminin yenidən işlənməsi,