Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
284
Ehtiyat normalarının dəyişməsi – güclü potensiala malik olan üsul olsa da on-
dan çox az hallarda istifadə edilir.
3. Uçot normasının dəyişilməsi:
Uçot normasının dəyişilməsi – mərkəzi banklar möhkəm maliyyə vəziyyəti
olan, lakin əlavə pula ehtiyacı olan kommersiya banklarına borc verirlər. Kommer-
siya bankları borc götürərkən Federal ehtiyat banklarına hökumətin qiymətli
kağızları ilə qarantiya olunmuş borc öhdəlikləri verirlər. Kommersiya bankları fizi-
ki və hüquqi şəxslərdən öz verdikləri borclara görə faiz aldıqları kimi Federal Ehti-
yat bankları da kommersiya banklarından öz verdikləri borclara görə faiz alırlar.
Faizin belə tərifi «uçot norması» adlanır.
Təsəvvür edək ki, iqtisadiyyat işsizlik və qiymətlərin kəskin şəkildə enməsi ilə
toqquşub. Bu zaman pul təklifini artırmaq üçün kommersiya banklarının ehtiyat
normalarını çoxaltmaq lazımdır. Bu halda pul-kredit siyasəti hansı qərarları qəbul
etməlidir? Hansı siyasi fəaliyyətlər pul ehtiyatlarının artırılmasına gətirib çıxaracaq?
1. Federal ehtiyat bankları bazarda qiymətli kağızları almalıdır. Bu öhdəliklərin
alınması ehtiyat normalarının çoxalmasına səbəb olacaq.
2. Ehtiyat normaları azaldılmalıdır ki, avtomatik olaraq əsas ehtiyatlar əlavə ehti-
yatlar sırasına keçsin və pul multiplikatorunun ölçüsü artsın.
3. “Uçot norması” azaldılmalıdır ki, kommersiya banklarında öz ehtiyatlarını ço-
xaltmaq məqsədilə federal ehtiyat banklarından borc götürməyə maraq oyansın.
Bu fəaliyyətlər toplusu “ucuz pullar” siyasəti adlanır. Onun əsas məqsədi kre-
diti ucuz və asan etməkdir. Bu da birgə xərclərin və məşğulluğun həcmini qaldırır.
İndi isə təsəvvür edək ki, iqtisadiyyatda inflyasiya hökm sürür. Dövlət gərək
pul təklifini azaltsın. Bunun üçün bankların ehtiyat normalarını azaltmaq lazımdır.
Bəs bu necə edilir?
1. Federal ehtiyat bankları açıq bazarda qiymətli kağızları satmalıdır ki, ehtiyat
normaları azalsın.
2. Ehtiyat normalarının artırılması avtomatik olaraq kommersiya banklarını əlavə
ehtiyatlardan azad edir və pul multiplikatorunun ölçüsünü azaldır.
3. Uçot normasının artırılması bankların federal bankdan borc götürməyə olan
marağını azaldır.
Bu cür yönəltmə isə “bahalı pullar siyasəti” adlanır. Bu siyasətin əsas məqsədi
inflyasiyanı dayandırmaq və xərcləri azaltmaq üçün pul təklifini məhdudlaşdır-
maqdır.
Dövlät Maliyyäsi
285
Keynesin pul-kredit sisteminin şərhinə diqqət yetirək:
«Ucuz pullar» siyasəti
«Baha pullar» siyasəti
Problem: işsizlik və depressiya
Problem: inflyasiya
Ehtiyat və uçot normasını aşağı salır Ehtiyat
və uçot normasını çoxaldır
Pul təklifi çoxalır Pul
təklifi azalır
Faiz dərəcəsi çoxalır Faiz
dərəcəsi azalır
İnvestisiya xərcləri çoxalır.
İnvestisiya xərcləri azalır
Real XMM artır
İnflyasiya azalır
Selektiv metodlara isə aşağıdakılar daxildir:
− Kreditin ayrı-ayrı növləri üzərində nəzarət;
− Bank əməliyyatlarının likvidlik və riskliliyinə nəzarət.
Pul-kredit siyasəti hər şeydən əvvəl investisiya xərclərinə bununla da isteh-
salın və qiymətlərin səviyyəsinə təsir göstərir.
Bildiyimiz kimi, pul, pul-kredit sisteminin tərkibinə daxil olan əsas elementlər-
dən biridir. Bir az da pulun əhəmiyyəti, funksiyaları haqqında danışaq.
11.1.1. PUL İSTEHSAL OLUNAN ƏMTƏƏLƏRİN DƏYƏRİNİN
VƏ XİDMƏTLƏRİNİN İFADƏ OLUNMASI FORMASIDIR
Bazar iqtisadiyyatı mexanizmini başa düşmək üçün əsas olaraq pulun rolunu
başa düşmək lazımdır. Boş yerə pulu bazarın dili adlandırmırlar. Real informasiya
əsasən, pul ödənişləri haqqında hesabatdan, müxtəlif əmtəə və xidmətlərin
qiymətlərindən ibarətdir. Pulun aşağıdakı funksiyaları var:
− Tədavül vasitəsi;
− Dəyər ölçüsü;
− Yığım vasitəsi;
− Tədiyə vasitəsi.
Bəzi iqtisadçılar pulun 5-ci funksiyasını dünya pulu funksiyasını da bura daxil
edirlər.
Pulun tədavül vasitəsi funksiyası
Pul əmtəə və xidmətlərin qiymətlərinin əvəzi kimi işlənilərsə, o, tədavül vasi-
təsi sayılır. Beləliklə, pul o vaxt tədavül vasitəsi sayılır ki, əmtəələrin alınması və
xidmətlərin göstərilməsi və həmçinin borcların ödənilməsi üçün işlədilsin.
Pulun tədavül vasitəsi funksiyası ticarətin barter formasından yaxa qurtarmağa
imkan verir. Barter – bir əmtəənin (xidmət növünün) pulun köməyi olmadan digəri
ilə dəyişdirilməsinə deyilir. Məsələn: barter prosesi ona gətirir ki, alma alıb, kələm
satmaq istəyən adam satış aktı ilə alış aktını birləşdirməyə məcbur olur. O, alma
satan və kələm almaq istəyən bir adam tapmalıdır.
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
286
Pulun tədavül vasitəsi funksiyası satış aktını alış aktından ayırır.
ABŞ-da tədavül vasitəsi funksiyasını kağız pullar, qəpiklər və çek depozitləri
oynayır. Azərbaycanda bu rolu əsasən kağız pullar oynayır.
Pula olan tələb, əsasən, edilən bazarlıqların həcmindən, əmək haqqının verilmə
tezliyindən, kreditə pul götürmə imkanından, əmtəələrin qiymətlərindən və s. asılı-
dır. Məs: alınan əmtəələrin və göstərilən xidmətlərin sayı nə qədər çox olarsa, hə-
min adama maliyyə əməliyyatları keçirmək üçün o qədər çox pul miqdarı lazımdır.
Alınan əmtəə və göstərilən xidmətlərin sayı ticarətin inkişafından və ixtisas-
laşmadan asılıdır. Özünütəminetmə (təbii) təsərrüfat aparan ailələr ticarətdə demək
olar ki, iştirak etmirlər və buna görə də onların tədavül vasitələrinə ehtiyacları yox-
dur. Əvvəllər ailələrin çoxu fermer təsərrüfatı ilə məşğul olarkən tədavül vasitə-
lərinə olan tələbat çox aşağı idi. Ticarət və sənaye inkişaf etdikcə, pula olan tələbat
çoxaldı. Müasir iqtisadi şəraitdə insanlar adətən öz maaşlarını pul şəklində alırlar
və sonradan özlərinə lazım olan əmtəələri əldə edirlər.
Barter mexanizminin pulu tədavül vasitəsi kimi istifadə edən mexanizminə
çevrilməsi həmçinin tədavül xərclərini azaldır. Belə ki, barter mexanizmində daha
çox vaxt və güc tələb olunur.
Pulun tədavül vasitəsi kimi qəbul olunması
Əlbəttə ki, tədavül vasitəsi funksiyasını yaxşı icra edən pullar hər kəs tərəfin-
dən qəbul olunacaq. Geniş yayılma sahəsi olan pullar öz sahibinə vacib üstünlük
olan alıcılıq qabiliyyəti bəxş edir. Puldan istifadə alınan əmtəələrin sayını, növünü
və keyfiyyətini seçməyə, vaxt və yer seçimini etməyə imkan verir. Əgər hər hansı
bir tədavül vasitəsi uzun zaman ərzində istifadə edilərsə, onda onun qəbul olunması
stabilləşir. Pulun qəbul olunma şərtləri əhalinin ondan istifadə etmək arzusundan
və razılığından ibarətdir.
Pulun dəyər ölçüsü funksiyası
Pulun bu funksiyası əmtəələrin dəyərinin ölçülməsi üçün istifadə edilir.
Dəyər ölçüsü – əmtəələrin və xidmətlərin dəyərinin ölçülməsi və müqayisə
olunması üçün istifadə edilən pul vahididir. ABŞ-da dəyər ölçüsü dollar, İngiltərə-
də funt-sterlinq, Azərbaycanda isə manatdır.
Pul dəyər ölçüsü kimi eynicinslidir, bu da aparılan əməliyyatların hesablanması
üçün çox vacib şərtdir. İnsanlar müxtəlif əmtəələrin qiymətlərini manatla və ya
dollarla ifadə edərək onları asanlıqla müqayisə edə bilərlər.
Əgər hər hansı bir iqtisadi sistemin dəyər ölçüsü yoxdursa, onda bu halda biz
onların qiymətini manatla və ya dollarla ifadə etmək əvəzinə, gərək bütün əmtəə və
xidmətlərin mübadilə proporsiyalarını hesablayaq. Məsələn: hər hansı bir iqtisadi
sistemdə 5000 müxtəlif əmtəə və xidmət növü varsa, onda gərək bütün mümkün
Dostları ilə paylaş: |