Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
246
Bələdiyyələr öz ərаzilərində vеrgitutmаnın аşаğıdаkı еlеmеntlərini müəyyən
еdirlər: vеrgilər üzrə güzəştlər və müəyyən еdilən hədlərdə vеrgi dərəcələri.
Хüsusi vеrgi rеjimi dеdikdə müəyyən dövr ərzində vеrgilərin hеsаblаnmаsı və
ödənilməsinin хüsusi qаydаsı nəzərdə tutulur.
Bundаn bаşqа, vеrgi məbləğləri аşаğıdаkı fоrmаlаrdа tutulur:
− bilаvаsitə mənbədən (vеrginin gəlir və yа mənfəət əldə еdilməsinədək tutul-
mаsı);
− bəyаnnаmə üzrə (vеrginin gəlir və yа mənfəət əldə еdilməsindən sоnrа tutul-
mа);
− bildiriş üzrə.
Ümumiyyətlə, dövlət vеrgilərinə аşаğıdаkılаr аiddir:
− fiziki şəхslərin gəlir vеrgisi;
− hüquqi şəхslərin mənfəət vеrgisi (bələdiyyə mülkiyyətində оlаn müəssisə və
təşkilаtlаrdаn bаşqа);
− əlаvə dəyər vеrgisi;
− аksizlər;
− hüquqi şəхslərin əmlаk vеrgisi;
− hüquqi şəхslərin tоrpаq vеrgisi;
− yоl vеrgisi;
− mədən vеrgisi;
− sаdələşdirilmiş sistеm üzrə vеrgi.
Vеrgi ilə bütün dövlət vеrgilərinin dərəcələrinin ən yüksək hədləri müəyyən
еdilir. Dövlət vеrgilərinin hər il üçün tətbiq оlunаn dərəcələri müəyyən еdilən dərə-
cələrdən yüksək оlа bilməz və hər il Аzərbаycаn Rеspublikаsının dövlət büdcəsi
hаqqındа qаnunu qəbul еdilən zаmаn həmin dərəcələrə yеnidən bахılа bilər.
Yеrli vеrgilərə (bələdiyyə vеrgiləri) аşаğıdаkılаr dахildir:
− fiziki şəхslərin tоrpаq vеrgisi;
− fiziki şəхslərin əmlаk vеrgisi;
− yеrli əhəmiyətli tikinti mаtеriаllаrı üzrə mədən vеrgisi;
− bələdiyyə mülkiyyətində оlаn müəssisə və təşkilаtlаrın mənfəət vеrgisi.
Fiziki şəxslərin gəlir vergisi
Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər.
Rezident vergi ödəyicilərinin gəliri onun Azərbaycan Respublikasında və onun
hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.
106
106
Azərbaycan Vergi Məcəlləsi, 2009
Dövlät Maliyyäsi
247
Qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbə-
lərindən əldə etdiyi gəlirlərdən ibarətdir.
Gəlirlərə aşağıdakılar aiddir:
− muzdlu işlə əlaqədar əldə edilən gəlir;
− muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;
− vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər;
− Muzdlu işlə əlaqədar əldə edilən gəlir;
Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əmək haqqı, bu işdən
alınan hər hansı ödəmə və ya faydadır.
Faktiki ezamiyyət xərclərinin, habelə dəniz nəqliyyatında ezamiyyət xərcləri
əvəzinə üzücü heyətin üzvlərinə sutqalıq ödənişlərin və ya digər işgüzar xərclərin
əvəzinin ödənilməsi gəlirə daxil deyildir.
Göstərilən məbləğlərə və xərclərə aksizlər, əlavə dəyər vergisi və qiymətlən-
dirilən əqdlərlə əlaqədar işəgötürənin ödəməli olduğu hər hansı digər vergi daxildir.
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir aşağıdakılardan ibarətdir:
− sahibkarlıq fəaliyyətindən gəlir, o cümlədən:
− sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilmə-
sindən gəlir;
− sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanma-
sına razılıq verilməsinə görə alınan gəlir;
− əsas vəsaitlərin təqdim edilməsindən alınan məbləğlər;
− gəlirdən çıxılan, kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların
azalmasından gəlir.
Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir, o cümlədən:
− faiz gəliri;
− divident;
− əmlakın icarəyə verilməsindən gəlir;
− royalti;
− vergi ödəyicisinə bağışlanmış borc məbləği (işçinin işə götürənə olan borcunun
və ya öhdəliyinin bağışlandığı halda – həmin borcun və ya öhdəliyin məbləği
istisna olmaqla);
− sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim
edilməsindən gəlir;
− təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği (işəgötürənin öz işçi-
sinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda, bu cür
malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri istisna olmaqla);
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
248
− vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı di-
gər gəlir (təqdim olunduğu və ya vergitutma məqsədləri üçün amortizasiya
hesablandığı təqdirdə) – əmək haqqından başqa;
− həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödə-
nilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq.
Vergitutma obyekti
Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün bütün gəlirlərlə
həmin dövr üçün müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən
ibarətdir. Bu fərq vergiyə cəlb edilən gəlir adlanır.
Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb
olunan gəlirdir.
Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən
qeyri-rezidentin vergiyə cəlb olunan gəliri Azərbaycan mənbələrindən daimi nüma-
yəndəliklə bağlı əldə etdiyi ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin əldə edilməsi
ilə əlaqədar çəkdiyi və gəlirdən çıxılan məbləğ arasındakı fərqə bərabərdir.
Qeyri-rezidentin ödəmə mənbəyində vergi tutulan ümumi gəliri, gəlirdən çıxı-
lan məbləğ nəzərə alınmadan, ödəniş yerində vergitutma obyektidir.
Gəlir vergisinin dərəcəsi
Fiziki şəxslərin aylıq gəlirindən aşağıdakı cədvəldəki dərəcələrlə vergi tutulur:
Cədvəl 9.1. Fiziki şəxslərin aylıq gəlirinin hesablanma qaydası
107
Vergi tutulan aylıq gəlirin məbləği Verginin
məbləği
2500 manatadək 14
faiz
2500 manatdan çox olduqda
350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi
Fiziki şəxslərin muzdlu işlə əlaqədar aldıqları və vergi tutulmalı olan aylıq gə-
lirindən yuxarıda göstərilən dərəcələrlə ödənmə mənbəyində gəlir vergisi tutulur.
İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir ver-
gisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə
ödənilir.
Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etmə-
yən və ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirləri olan fiziki şəxslərə haqq
ödəyən fərdi sahibkarlar yuxarıda göstərilən dərəcələrə uyğun olaraq ödənmə mən-
bəyində gəlir vergisi tutmalı və dövlət büdcəsinə ödəməlidirlər.
107
www.taxes.gov.az
Dostları ilə paylaş: |