Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə97/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   93   94   95   96   97   98   99   100   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
224 
rinin səviyyəsini  əsas götürdüyü halda, ayırma prinsipi gəlirin  əldə edildiyi mən-
bəni və ödəyicinin sosial vəziyyətini nəzərə alır. Bu baxımdan, məsələn, eyni miq-
dar gəlir əldə etsələr də kapitaldan sabit gəlir alanla əmək haqqı alanların, subayla 
ailə başçısının vergi ödəmə gücləri müxtəlifdir. Ona görə  də, ayırma prinsipində 
vergiödəmə  gücü gəlirin miqdarı ilə yanaşı, gəlirin mənbəyi və strukturu da nəzərə 
alınmaqla müəyyən edilir. Bu baxımdan ayırma prinsipi mütərəqqi üsula çatış-
mazlığını tamamlayır. Birinci üsul gəlirin kəmiyyətini nəzərə alırsa, ikinci üsul 
onun keyfiyyətini də əsas götürür. Bu prinsip ödəyicinin sosial vəziyyətini də nəzə-
rə alaraq minimum yaşayış səviyyəsi istisnasını da tamamlayır. 
Ayırma prinsipinə görə gəlirlər üç kateqoriyaya bölünür: əmək gəlirləri, kapital 
gəlirləri və əmək-kapital (qarışıq) gəlirləri. Bu bölgü əsasında vergi tutulması im-
kan verir ki, hər gəlir növü differensial şəkildə vergiyə cəlb edilsin. Təsadüfı deyil 
ki, bu üsul əksər dünya dövlətlərində geniş yayılmışdır. 
Hüquqi nöqteyi -  nəzərdən  ədalət prinsipi onu göstərir ki, qanunverici vergi 
ödəyicisindən mülkiyyətin özgəninkiləşdirilməsi qaydasını  nə  dərəcədə  əsaslan-
dırılmış  şəkildə  tənzimləyir, habelə dövlət, vergini tutanlar və vergini ödəməyə 
borclu olan şəxslər arasında vergi münasibətlərini necə qurur. 
Ödəyicilərin hüquqi vəziyyəti haqqında qeyd etmək lazımdır ki, onların arala-
rında tam bərabərlik hökm sürməlidir. Bu prinsip Azərbaycan Respublikasının 
Konstitusiyasında da əsas götürülmüşdür. Belə ki, onun 29-cu maddəsində bütün 
mülkiyyət növlərinin, o cümlədən dövlət və özəl mülkiyyətin mövcudluğu və mü-
dafiəsində bərabərlik prinsipi aşağıdakı kimi təsbit edilmişdir: 
Hər kəsin mülkiyyət hüququ vardır. 
Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən 
xüsusi mülkiyyət hüququ qanunla qorunur. 
Fransız maarifçisi Şarl Monteskyenin sözlərinə görə, vətəndaşlardan alınan və 
onların sərəncamında saxlanan sərvət hissəsinin  ədalətli müəyyən edilməsi kimi 
heç bir şey bu qədər böyük dövlət müdrikliyi tələb etmir. Ona görə də vergi qanun-
vericiliyində  ədalətli vergitutma prinsiplərinin təsbit edilməsi son nəticədə  nəinki 
milli vergi sistemini daha səmərəli edəcək, həmçinin vergi intizamının möhkəm-
ləndirilməsinə və sivil vergi ödəyicilərinin tərbiyə olunmasına gətirib çıxaracaqdır. 
3.Müəyyənlik prinsipi. Hər kəsin ödədiyi vergi, onun ödənilmə müddəti, ödə-
nilmə forması, ödəniləcək miqdar bütün bunlar ödəyici ilə yanaşı hamı üçün aşkar 
və  qəti  şəkildə müəyyən olmalıdır. Bu prinsipi, başqa ifadə ilə qanunilik prinsipi 
adlandırmaq olar. 
4.Əlverişlilik prinsipi. “Vergi ödəyici üçün ən uyğun şəkildə və ən az narahat-
lıq yaradan zamanda alınmalıdır”. Başqa sözlə, verginin əlverişli və ağır olmayan 
ödənilmə üsulu elə olmalıdır ki, vergitutma şəxslərin iqtisadi davranışına mümkün 


Dövlät Maliyyäsi 
 
225 
qədər az təsir göstərsin və bazarda dağıdıcı rol oynamasın. Müasir dövrdə  həmin 
prinsip vergilərin “bitərəfliyi” adını almışdır. 
5.Qənaətcillik (iqtisadilik) prinsipinə görə hər vergi elə bir üsulla alınmalıdır 
ki, vergi ödəyicisi xəzinəyə daxil olandan başqa, mümkün qədər az ödəmə etsin və 
pulun xalqın  əlindən çıxması ilə  xəzinəyə daxil olması arasında keçən müddət 
mümkün qədər az olsun. Başqa sözlə, bu prinsip vergi sistemində ucuz inzibati 
üsulların tətbiq edilməsini tələb edir. Əgər vergilər çoxsaylı məmurlar ordusundan 
istifadə edilməklə toplanırsa və tutulan vergilərin böyük bir hissəsi onların  əmə-
yinin ödənilməsinə sərf edilirsə, vergi sistemi qənaətli deyil, qeyri-iqtisadidir. Əgər 
vergitutma sahibkarlıq fəaliyyətinə maneçilik törətmək üçün rəsmi şəxslərə imkan 
verirsə, o zaman qənaətçillik prinsipi pozulmuş hesab edilir. Vergi ödəyicilərinə 
onların gələcək gəlirlərinin  əsaslarını sarsıdan cəza tədbirləri tətbiq edilirsə, belə 
vergi sistemi də qeyri-iqtisadidir. 
Vergi ödəyicisinin ləyaqətini alçaldan, onun mülki hüququnu pozan vergi nə-
zarəti üsulları da həmin prinsipin tələblərinə ziddir. Belə tədbirlərin mənəvi zərəri 
bəzən ödənilən vergi məbləğindən də yüksək olur. Ona görə də, ödəyici öz şəxsiyyə-
tinin alçaldılmasına yol verməmək üçün bəzən istənilən məbləği ödəməyə razı olur. 
Deyilənləri ümumiləşdirsək, göstərmək lazımdır ki, A.Smitin hazırladığı qay-
dalar vətəndaş  və dövlətin qarşılıqlı hüquq və öhdəliklərinin yaranmasına, höku-
mətin bu sahədə özbaşınalıqlarının məhdudlaşdırılmasına yönəldilmişdir. Beləliklə, 
vergitutma prinsipləri-vergi ödəyicilərinin və dövlətin bir-birinə zidd olan maraq-
larının qarşılıqlı güzəştlər əsasında uyğunlaşdırılmasına xidmət edir. Klassik maliy-
yə və vergi anlayışının hələ tam formalaşmamış olduğu XVIII əsrdə A.Smit tərə-
findən əsaslandırılmış olan bu prinsiplər müasir şəraitdə də öz əhəmiyyətini saxla-
yır və  cəmiyyətin sonrakı inkişaf mərhələlərində  təkmilləşir və onlara yeniləri 
əlavə edilir. 
6.Vergi ödəyicisinin təsərrüfat  müstəqilliyi prinsipi. Demokratik üsullarla 
idarə olunan dövlətlərdə bu prinsip ən yaxşı şəkildə həyata keçirilir. Vergi tutular-
kən məhz belə dövlətlərdə özəl şəxslərin diqqətlə təhqiqatına yol verilməmək üçün 
imkan vardır. Bu dövlətlərin vergi təcrübəsində verginin “tutulması” termini heç də 
dəqiq deyil. Çünki, A. Smit göstərdiyi kimi, harada ki əhali dövlətin mövcudluğu 
üçün vergilərin ödənilməsini zəruri hesab edir, bu vergilərin nəzərdə tutulmuş məq-
sədlərə  sərf ediləcəyinə  əmindir və vergi məmurlarına tam etibar edir, orada mü-
kəlləflər vergiləri məcbur edilmədən, könüllü və vicdanla ödəyirlər. 
Beləliklə, A.Smitə görə vergi subyekti müəyyən mülkiyyətə malik olan və 
müstəqil təsərrüfat fəaliyyətindən gəlir əldə edən və şəxsən müstəqil olan vətəndaş-
dır. Ödəyicinin borcu vergini qanunla, sabit şəkildə təsbit edilmiş müəyyən müd-
dətdə və müəyyən məbləğdə ödəməkdir. Bu sabit qaydanı əvvəlcədən bilmək onun 
hüququdur. Bundan başqa, vergi ödəyicisinin elə bir vergitutma mexanizminə ma-


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə