Dövlät Maliyyäsi
203
bu vəsaitlərin büdcə vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir. Beləliklə,
vergilər öz təyinatlarını və funksiyalarını vahid büdcə prosesində həyata keçirirlər.
Hər bir maliyyə ili üçün büdcə qəbul edilərkən, vergi siyasətinin əsası qoyulmuş
olur. Onun həyata keçirilməsi isə qanunvericilik və normativ aktların qəbul edil-
məsi yolu ilə aparılır.
Vergi siyasəti həyata keçirilərkən dövlət büdcəsinin tənzimlənməsi, planlaşdı-
rılması və ona nəzarətin qanunla müəyyən edilmiş hüquqi normaları reallaşdırılır.
İqtisadi cəhətdən əsaslandırılmış vergi siyasəti vəsaitlərin vergi sistemi vasitəsi ilə
toplanmasının optimallaşdırılması məqsədini güdür. Vergi siyasəti dövlət orqan-
larının elmi cəhətdən əsaslandırılmış hüquqi fəaliyyəti kimi geniş təkrar istehsalın
tələbatını təmin etməlidir. Onun əsas məqsədi vergi ödəyicilərindən vergilərin tu-
tulmasının hüquqi qaydalarını təmin etməklə bərabər, vergitutmanın təsiri altında
formalaşan iqtisadi münasibətlərin hərtərəfli qiymətləndirilməsidir.
Əhatə etdiyi dövrin uzunluğundan və həll edilən məsələlərin xarakterindən asılı
olaraq vergi siyasəti vergi strategiyası və vergi taktikasına bölünür.
Vergi strategiyası vergi sahəsində dövlətin uzunmüddətli kursunu müəyyən
edir və irimiqyaslı məsələlərin həllini nəzərdə tutur.
Vergi taktikası isə vergi sisteminə əlavə və müxtəlifliklər edilməsi yolu ilə
konkret bir dövrdə qarşıda duran məsələlərin həllini nəzərdə tutur.
Miqyasından və təsir dairəsindən asılı olaraq vergi siyasəti daxili və xarici ver-
gi siyasətinə bölünür.
Daxili vergi siyasəti bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və
daxili məsələlərin həllini nəzərdə tutur. Xarici vergi siyasəti isə ikiqat vergitut-
manın aradan qaldırılmasına, müxtəlif ölkələrin vergi sistemlərinin yaxınlaşmasına,
onların vahid şəklə salınmasına yönəldilir.
İqtisadiyyatın vəziyyətindən, iqtisadi inkişafın cari mərhələsində dövlətin üstün
hesab etdiyi məqsədlərdən asılı olaraq, vergi siyasətinin müxtəlif tiplərindən isti-
fadə olunur. Vergi siyasətinin üç tipi bir- birindən fərqləndirilir:
- maksimal vergilər siyasəti;
- optimal vergilər siyasəti;
- sosial yönümlü yüksək dərəcəli vergilər siyasəti.
Maksimal vergilər siyasəti zamanı dövlət yüksək vergi dərəcələri tətbiq et-
məklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini ixtisar etməklə vətəndaşlar-
dan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır. Təbiidir ki, belə vergi
siyasəti ayrıca götürülmüş, konkret vergi ödəyicisi və ümumiyyətlə, cəmiyyət üçün
iqtisadi inkişafa heç bir ümid yeri qoymur. Buna görə də belə siyasət, bir qayda
olaraq, fövqəladə hallarda, məsələn, iqtisadi böhranlar, müharibələr zamanı həyata
keçirilir. Belə siyasətin uzun müddət həyata keçirilməsi bir sıra mənfi nəticələrə
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
204
gətirib çıxara bilər. Əvvəla, vergilər ödənildikdən sonra vergi ödəyicisinin maliyyə
ehtiyatları qalmır, bu isə istehsalın genişləndirilməsini qeyri-mümkün edir. Bunun
da nəticəsində iqtisadi artımın səviyyəsi aşağı düşür və iqtisadiyyatda tənəzzül
başlayır.
İkincisi, belə siyasət vergidən yayınma hallarının kütləvi şəkil almasına səbəb
olur.
Üçüncüsü isə “gizli iqtisadiyyatın” miqyası genişlənir .
Optimal vergilər siyasəti zamanı dövlət sahibkarlıq fəaliyyətinin subyektləri
üçün vergi yükünü yüngülləşdirir, onların inkişafına təkan verən əlverişli vergi mü-
hiti yaradır. Bu isə dövlət xərclərinin azalmasına, ilk növbədə sosial proqramların
məhdudlaşdırılmasına səbəb olur.
Vergi siyasətinin üçüncü tipi həyata keçirilərkən dövlət kifayət dərəcədə yük-
sək vergilər tətbiq etməklə nəzərəçarpacaq sosial müdafiə proqramları işləyib ha-
zırlayır. Bu zaman büdcə gəlirlərinin böyük hissəsi müxtəlif sosial fondların artı-
rılmasına yönəldilir.
Dövlətin vergi siyasəti elmi nəzəriyyəyə əsaslanmalıdır. Vergi siyasətinin əsa-
sında adətən görkəmli iqtisadçılar tərəfindən işlənib hazırlanmış elmi konsepsiyalar
durur. Onun düzgünlüyü isə praktikada yoxlanılır.
93
8.5.VERGİ MEXANİZMİ
Vergi siyasətinin mahiyyətinin aşkar edilməsinin ilkin şərti vergi münasibət-
ləridir. Vergi münasibətlərinin əsasını isə dövlətlə təsərrüfat subyektləri arasında
olan dövlətin maliyyə ehtiyatlarının yaradılması ilə bağlı münasibətlər təşkil edir.
Praktikada dövlət vergi siyasətini vergi mexanizmləri vasitəsi ilə həyata keçi-
rir. Vergi mexanizmi vergitutmanın idarə edilməsinin təşkilati-hüquqi forma və
üsullarının məcmusudur.
Dövlət bu mexanizmə vergi qanunvericiliyi vasitəsi ilə hüquqi forma verir. Vergi
mexanizminin yaradılması aşağıdakı mərhələlərindən ibarət olan ardıcıl prosesdir:
- vergi
mexanizminin
işlənib hazırlanması, yəni müasir mərhələdə vergi siya-
sətinin məqsəd və vəzifələrinin yerinə yetirilməsini təmin edən vergi müna-
sibətlərinin müəyyən edilməsi;
- vergi mexanizminin praktiki tətbiqi;
- vergi münasibətlərinin müəyyən edilmiş forma və üsullarına əməl edilmə-
sinin yoxlanılması, informasiyanın yığılması, vergi mexanizminin fəaliyyə-
tinin müsbət və mənfi cəhətlərinin aşkar edilməsi üçün nəzarət tədbirlərinin
həyata keçirilməsi;
93
Allahverdiyev D.İ, “Büdcə-vergi siyasəti və iqtisadi təhlükəsizlik”, 2002, s.24
Dövlät Maliyyäsi
205
- mövcud vergi sisteminin təhlili, onun qiymətləndirilməsi və vergi mexaniz-
minin təkmilləşdirilməsi üzrə təkliflərin işlənib hazırlanması.
94
Vergi mexanizmi vergi nəzəriyyəsinin bu anlayışı iqtisadi kateqoriya kimi şərh
edən bir sahəsidir. Vergi mexanizmi prosesi zamanı yaranan münasibətləri aşağı-
dakı kimi qruplaşdırmaq olar:
- hüquqi tənzimləmə və reqlamentləşdirmə;
- vergi planlaşdırması və proqnozlaşdırması;
- vergitutmanın idarə edilməsi;
- vergi nəzarəti.
Hüquqi tənzimləmə və reqlamentləşdirmə dövlət orqanları tərəfindən həyata
keçirilən vergi tənzimlənməsinin təşkili üzrə qanunvericilik aktlarının işlənib hazır-
lanması və qəbul edilməsidir. Vergilər haqqında qanunlar, büdcə haqqında qanun
və digər analoji normativ sənədlər belə reqlamentləşdirici sənədlərdir. Maliyyə
Nazirliyi, Vergilər Nazirliyi mövcud qanunvericilik və hökumətin qərarları əsasın-
da təlimat və digər sənədlər işləyib hazırlayırlar. Bu sənədlər onlara öz səlahiyyət-
ləri çərçivəsində vergi münasibətlərinin təşkilinin vergi intizamına əməl edilməsini
təmin edən, iqtisadi siyasətin həyata keçirilməsinə imkan yaradan, dövlətin iqtisadi
inkişafının müasir vəziyyətinin tələblərinə cavab verən vahid qaydalarını təyin
etməyə imkan verir.
Vergi planlaşdırması mərkəzi hakimiyyət tərəfindən, iqtisadiyyatın inkişafının
məqsədli təmayülünə uyğun olaraq proseslərin koordinasiyası, bütün sahə və re-
gionların inkişafının balanslaşdırılması yolu ilə obyektiv surətdə fəaliyyət göstərən
iqtisadi qanunları nəzərə almaqla, iqtisadiyyatın iradi tənzimlənməsidir. Vergi
proqnozlaşdırması iqtisadi inkişafın perspektivlərini nəzərə alır, vergitutma kon-
sepsiyasını işləyib hazırlayıb, vergiyə cəlb edilmənin rəsmi qaydalarını qanun-
vericilik yolu ilə təsbit edir, vergilər üzrə büdcəni təsdiq edir.
Vergi tənzimlənməsi investisiya proseslərinə, xalq təsərrüfatının müxtəlif sahə-
lərində texnologiyanın yeniləşdirilməsinə, büdcənin balanslaşdırılmasına iqtisadi
təsir göstərilməsini təmin edir.
Vergilərin idarə edilməsi xüsusi üsulların, o cümlədən vergi stimullarının__kö-
məyi ilə mütəxəssislər aparatı tərəfindən həyata keçirilir.
Müasir təsərrüfatçılıq şəraitində vergilər üzrə idarəetmə qərarlarının elmi cə-
hətdən əsaslandırılması xüsusi əhəmiyyət kəsb edir.
Vergilərin idarə edilməsi vergi intizamına əməl edilməsinə, istehsalın inkişafı-
nın stimullaşdırılmasına yönəldilir. Vergi stimulları-vergi güzəştləri və vergi sank-
siyalarından ibarətdir. Vergi güzəştlərinin xüsusiyyətləri vergilərin növündən, he-
94
Quliyev Fərid, “Millət və dövlət gəlirləri”
Dostları ilə paylaş: |