Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
206
sablama metodikasından, onlardan istifadənin məqsədindən asılı olaraq müəyyən
edilir.
Vergi nəzarəti hüquqi və fiziki şəxslərin ödədikləri vergilərin dövlət büdcəsinə
vaxtında daxil olmasını, düzgün hesablanmasını təmin edir.
Vergi mexanizminin daxili məzmununu büdcə gəlirlərinin formalaşması, vergi
məbləğlərinin ərazi və regionlar arasında yenidən bölüşdürülməsi zamanı yaranan
hüquqi və maliyyə münasibətləri sistemi vergi mexanizminin qurulması xüsusiy-
yətlərini müəyyən edir. Təşkilati-iqtisadi və maliyyə münasibətləri sistemi vergi
mexanizminin qurulması xüsusiyyətlərini müəyyən edir.
95
8.6. FİSKAL SİYASƏT
Makroiqtisadi tənzimləmənin əsas vasitələrindən biri fiskal siyasətdir. Fiskal
siyasət dedikdə dövlət xərclərinin və vergitutmanın səviyyəsinin dəyişdirilməsi isti-
qamətində dövlət orqanlarının həyata keçirdiyi tədbirlərin məcmusu başa düşülür.
Dövlət fiskal siyasət vasitəsi ilə iqtisadi proseslərə onların gedişatını tənzim-
ləmək məqsədi ilə daim müdaxilə edir. Bu müdaxilə dövlət büdcəsinin gəlir hissə-
sinin formalaşdırılması məqsədilə vergitutma sahəsində, milli iqtisadiyyatın səmə-
rəliliyinin yüksəldilməsi, iqtisadi artımın, əhalinin məşğulluğunun, pul dövriyyəsi-
nin sabitləşdirilməsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin
məcmusudur.
Fiskal siyasət milli iqtisadiyyata həm faydalı, həm də kifayət qədər ağrılı təsir
göstərə bilər. Dövlət maliyyəsinin sabit iqtisadi artımın edilməsində əhəmiyyətli rol
oynaması fiskal siyasətin işlənib hazırlanmasını və ardıcıl olaraq həyata keçirilmə-
sini tələb edir.
Dövlətin həyata keçirdiyi fiskal siyasət aşağıdakı ictimai məqsədlərə cavab
verməlidir:
- iqtisadiyyatda dövri tərəddüdlərin hamarlaşdırılması;
- iqtisadi artım sürətinin yüksəldilməsi;
- əhalinin tam məşğulluğuna nail olunması;
- infilyasiyanın mülayim sürətinə nail olunması.
Fiskal siyasətin əsas alətləri isə aşağıdakılardır:
- müxtəlif növ vergilər və vergi dərəcələri ilə manipulyasiya edilməsi;
- transfer ödənişlər;
- dövlət xərclərinin digər növləri.
95
Mirələm Həsənli “Azərbaycanda Vergilər” 1998 s.65
Dövlät Maliyyäsi
207
Fiskal siyasətin alətləri iqtisadiyyata müxtəlif cür təsir göstərirlər. Dövlət satın-
almaları dövlətin məcmu xərclərinin əsas elementlərindən biridir və onlar xərclərin
səviyyəsinin artırılmasına səbəb olur.
Dövlət xərclərinin stimullaşdırıcı təsir göstərməsi üçün onlar vergi daxilolma-
ları balansına maliyyələşdirilməməlidirlər. Vergi dərəcələrinin artımı işgüzar fəal-
lığa olan stimulu azaldır, bu isə istehsalın həcminin aşağı düşməsinə səbəb olur.
Buna görə də dövlət xərclərinin artımı bir qayda olaraq büdcə kəsiri ilə müşayiət
olunur.
Beləliklə, istehsalın tənəzzülü dövrində öz xərclərini artırmaqla və inflyasiya
ilə müşayiət olunan iqtisadi yüksəliş dövrində öz xərclərini azaltmaqla müşayiət
olunan iqtisadi böhranları yüngülləşdirir, milli istehsalın həcminin artımına nail
olur.
Avtomatik fiskal siyasət məcmu gəlirin dövri tərəddüdləri nəticəsində dövlət
xərclərinin, vergilərin və dövlət büdcəsinin saldosunun avtomatik olaraq dəyişmə-
sidir. Avtomatik fiskal siyasət iqtisadi yüksəliş dövrində dövlət büdcəsinə xalis
vergi daxilolmalarının həcminin avtomatik olaraq artmasını, iqtisadi tənəzzül za-
manı isə dövlət büdcəsinə xalis vergi daxilolmalarının həcminin avtomatik olaraq
azalmasını nəzərdə tutur. Bu müxtəlifliklər “quraşdırılmış özü tənzimləyici”lərin
təsiri ilə baş verir.
Quraşdırılmış özütənzimləyici-dövlətin iqtisadi siyasətində müxtəliflik etmə-
dən istehsalın və məşğulluğun səviyyələrindəki tərəddüdləri azaltmağa imkan ve-
rən bir mexanizmdir. Belə avtomatik tənzimləyicilər aşağıdakılardır:
- iqtisadi yüksəliş dövrində məcmu tələbin qarşısını alan proqressiv vergi siste-
mi. Belə ki, əhalinin gəlirləri artdıqca bu gəlirlər daha yüksək dərəcə ilə vergiyə
cəlb olunurlar. Bu isə məcmu tələbin qarşısını alır. İqtisadi tənəzzül nəticəsində gə-
lirlər azaldıqda isə vergi dərəcələrinin aşağı salınması, əldə olan gəlirin artmasına
səbəb olur. Bunun da nəticəsində məcmu tələbin stimullaşdırılması baş verir.
- iqtisadi tənəzzül dövrində işsizlərin sayının artması nəticəsində işsizliyə görə
ödənilən müavinətlərin və digər sosial ödənişlərin həcmi artır. İqtisadi yüksəliş
zamanı isə işsizliyin səviyyəsi aşağı düşür, bu isə öz növbəsində avtomatik olaraq
həmin ödənişlərin həcminin azalmasına gətirib çıxarır.
Avtomat fiskal siyasətin əsas üstünlüyü ondadır ki, iqtisadi şəraitin azacıq də-
yişməsi nəticəsində quraşdırılmış tənzimləyicilər yubanmadan işə düşürlər.
Avtomat fiskal siyasətin çatışmayan cəhəti isə odur ki, o, dövri tərəddüdləri
yalnız hamarlayır, onları tamamilə aradan qaldıra bilmir.
İnflyasiyanın sürətinin aşağı salınması üçün isə restriksionist fiskal siyasət hə-
yata keçirilir. Restriksionist siyasətə bəzən “qarşısını alan” siyasət də deyirlər. Bu
siyasət dövlət xərclərinin azaldılması və vergi dərəcələrinin yüksəldilməsi yolu ilə
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
208
həyata keçirilir. Qısamüddətli dövrdə restriksionist siyasət məcmu tələbi azaltma-
ğa imkan verir və bununla da inflyasiyanın aşağı salınmasına köməklik edir. Uzun-
müddətli dövrdə isə restriksionist siyasət istehsalın tənəzzülünə və işsizliyin artı-
mına gətirib çıxara bilər.
96
8.7. VERGİLƏRİN İQTİSADİ MAHİYYƏTİ
Öz xərclərini maliyyələşdirmək üçün fiskal mexanizmlər yaradan və onlardan
istifadə edən dövlətin və dövlət aparatının yaranması vergilərin yaranmasına səbəb
olmuşdur. Ancaq vergilər, ilk növbədə, mühüm maliyyə-iqtisadi kateqoriyadır. K.
Marksın sözləri ilə desək “vergilərdə dövlətin mövcudluğunun iqtisadi ifadəsi tə-
cəssüm olunmuşdur. Məmurlar və keşişlər, əsgərlər və balet rəqqasələri, məktəb
müəllimləri və polislər, yunan muzeyləri və qotik qüllələr, parlamentin kral və onun
saray xərcləri üçün ayrılan pul və rütbələr barədə tabel –bütün bu qəribə varlıqların
rüşeymində bir toxum - vergilər durur.”
Məcmu ictimai tələbatın ödənilməsi məqsədi ilə müəyyən bir dövr ərzində
ölkədə yaradılmış bütün maddi nemətlərin dəyəri ümumi daxili məhsul adlanır.
Dəyər formasında ümumi daxili məhsul istehlak olunmuş istehsal vasitələrinin
dəyərindən (c), ödənilmiş əmək haq-qının məbləğindən (v) və mənfəətdən (m) iba-
rətdir. Bu zaman yeni yaradılmış dəyər (v+m) ümumi milli gəliri təşkil edir. Öz
hərəkətində ümumi daxili məhsul və ümumi milli gəlir aşağıdakı dörd mərhələdən
keçir:
- istehsal; - bölüşdürmə; - mübadilə;
- istehlak.
Ümumi daxili məhsulun müəyyən bir hissəsinin dövlət xəzinəsinə cəlb edilmə-
sinə obyektiv zərurət yalnız bölüşdürmə mərhələsində ortaya çıxır. Çünki istehsal-
çıların və cəmiyyətin digər subyektlərinin ümumi daxili məhsuldakı payları məhz
bu mərhələdə müəyyən edilir. Qeyd etmək lazımdır ki, ümumi daxili məhsulun
ilkin bölüşdürülməsi prosesi dövlətin iştirakı olmadan həyata keçirilir, çünki istehsal
- bölüşdürmə prosesin istehlak edilmiş istehsal vasitələrinin dəyərinin ödənilməsi,
əmək haqqının verilməsi və mənfəətin əldə edilməsindən ödənilməsi, əmək haq-
qının verilməsi və mənfəətin əldə edilməsindən başqa cür təsəvvür etmək mümkün
deyildir.
Eyni zamanda, bəşəriyyətin inkişafının müəyyən mərhələsində cəmiyyətin
idarə edilməsinin üstqurum forması kimi yaranan dövlət obyektiv olaraq öz möv-
cudluğu üçün maddi əsasın olmasını tələb edirdi. Bunun əsas mənbəyi isə maddi
istehsal sahəsidir. Məhz dövlətin yaranması ilə yenidən bölüşdürücü (artıq bölüş-
dürülmüş ümumi daxili məhsulun yenidən bölüşdürülməsi) münasibətlər sistemi
96
F.Ə. Məmmədov, A.F. Musayev,M.M. Sadıqov, Y.A. Kəbliyev, Z.H. Rzayev, “Vergilər və
Vergitutma” ,2006, s.137
Dostları ilə paylaş: |