Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə49/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   45   46   47   48   49   50   51   52   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
132 


 
133 
 
 
 
VII FéSİL     Uşaq vŠ yeniyetmŠlŠrdŠ 
davranış pozuntuları  
 
 
7.1. Qorxu hisslŠri (sosial fobiya) 
Qeyd: Uşaq və yeniyetmələrin sosial mühitdə müvəffəqiyyət qazanma‐
ğına mane olan amillərdən biri də sosial fobiyadır (qorxu). 
Belə  bir  psixoloji  kompleksi  yaşayan  uşaq,  yeniyetmə,  gənc  cəmiyyət, 
ailə və idarə işlərində də çətinliklərlə qarşılaşır. Məsələn, sinifdə şagirdi löv‐
həyə çağırarkən o, dərsi yerindən danışmağı xahiş edir, lövhəyə çıxmaqdan 
çəkinir, digər şagirdi isə lövhəyə çıxararkən həyəcandan üzü pörtür, boğazı 
quruyur, əllərinin içi tərləyir, ürək döyüntüsü artır və yaxud da dərsi şifahi 
şəkildə deyil, yazılı şəkildə müəllimə vermək istəyir.  Belə olan halda müəl‐
lim  şagirdin psixoloji cəhətdən vəziyyətini nəzərə almalı ona fərdi yanaşa‐
raq  söhbət etməli, məktəb psixoloqu ilə görüşməyi
 
 tövsiyə etməlidir. 
Müşahidələr: Bəzi sosial qorxu his‐
si keçirən uşaq və yeniyetmələrdə mü‐
şahidə olunan psixoloji  hallar aşağıda‐
kı şəkildə baş verir: 
– Çırpıntı 
– Titrəmə 
– Tərləmə 
– Əzələ narahatlığı 
– Mədədə narahatlıq hissi 
– Sinədə sıxıntı hissi 
– İsti, ya da soyuq tər basma 
– Başağrısı 
Bütün  bu  hallar  insanda  dərin  bir  qorxu  və  həyəcan  hissi  ilə  birlikdə 
yaranır.  
Qorxulu  vəziyyətlərdən  qaçma  xüsusiyyəti  əsasən  çox  rast  gəlinən  bir 
haldır. Və bəzən bu, tam bir sosial yalqızlıqla nəticələnə bilər.  


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
134 
İnsanlar, əsasən, aşağıda göstərilən vəziyyətlərdə sosial qorxu hisslərini 
yaşayırlar; 
– Cəmiyyət içində danışmaq 
– Başqalarının qarşısında yemək yeyib‐içmək 
– Nüfuzlu insanlarla təmasda olmaq 
– Qonaq qəbul etmək 
– Başqaları ilə dalaşmaq 
– Cəmiyyət içində telefonla danışmaq 
– Tanımadığı insanların gözünün içinə baxmaq 
– Göz önündə olmaq 
– Başqalarının qarşısında yazı yazmaq. 
Sosial qorxuda yaş məfhumu da az rol oynamır. Bu məsələdə yaşın az 
olması  ciddi  problemlər  yaradır.  Bəziləri  məktəbi  buraxmaq  məcburiyyə‐
tində qalır və yaxud bir çox psixoloji çətinliklərlə qarşılaşır.  
Bunların içində ən çox rast gəlinən hallar ruh düşkünlüyü, içki və nar‐
kotik maddədən asılılıqdır. Xüsusilə, Qərb ölkələrində aparılan araşdırma‐
lara əsasən, sosial qorxuya malik olan şəxslər arasında içki aludəçiliyi, nor‐
mal cəmiyyət üzvlərinə nisbətən 2,5 dəfə artıq olması şübhə doğurmur. İçki 
düşkünləri  arasında  sosial  qorxunun  normal  şəxslərə  nisbətən  9  dəfə  çox 
olduğu müəyyən edilmişdir. İntihar fikirləri və təşəbbüsləri sosial qorxuda 
yaşanan  sıxıntıyla,  narahatlıqla  bağlı  olaraq  sosial  qorxuya  başqa  psixoloji 
narahatlıqlar əlavə olunduqda daha da artmaqdadır. Beləliklə, sosial qorxu 
aşkar edilib müalicə olunmalıdır.  
Sosial qorxusu olan insanlarda nəzərə çarpan xüsusiyyətlər bunlardır: 
–  Yalnız yaşamağa üstünlük verirlər.  
–  Təhsil səviyyələri aşağıdır. Əsasən çox erkən yaşlarda məktəb 
qorxusu mövcud olduğundan, təhsillərini davam etdirə bilmirlər.  
–  Əsasən iqtisadi baxımdan asılıdırlar, onlarda mövcud olan qorxu 
hissləri ilə əlaqədar həqiqi bacarıqlarını nümayiş etdirə bilmirlər.  
–  Başqa psixoloji problemləri mövcuddur.  
–  Sosial nöqteyi‐nəzərdən cəmiyyətdən ayrılmış vəziyyətdədir.  
–  Keçirdikləri narahat hisslər onların intiharına səbəb ola bilər. 
Qorxular necə meydana gəlir?  
– Qorxular uşağa tərbiyə verərkən yanlış sözlərdən istifadə etməklə ya‐
ranır  (yeməyini  yeməsən,  həkim  əmi  sənə  iynə  vurar;  əgər  uzağa  getsən, 
qaraçılar səni qaçırar, sözümə qulaq asmasan, xala sənə hirslənər və s…) 


VII Fəsil. Uşaq və yeniyetmələrdə davranış pozuntuları 
 
 
135 
– Sərt rəftara malik olan valideynlərin uşaqları fərdiləşmə problemi ya‐
şaya biləcəyi üçün, uşaq məktəbə başlama dövründə narahat hisslər yaşaya 
bilər.  Həmçinin  məktəb  həyatına  uyğunlaşmaq  prosesində  də  ciddi  çətin‐
liklər yaşaya bilər. 
1.   Uşaqdan  edə  biləcəklərindən  daha çox  vəzifələr  gözlənilirsə  və  ya  ailə 
uşağın müvəffəqiyyət qazanmasına həddindən çox əhəmiyyət verirsə və bu 
mövzu  üzərində  çox  dayanırsa,  uşaqda  bütün  bunları  icra  etmək  qayğısı 
meydana gələ bilər. Xüsusilə, məktəbdə imtahan qayğıları, müvəffəqiyyət‐
sizlik  qorxusu,  dərslər  xaricində  də  ailənin  çox  xəbərdarlığı  varsa,  uşaqda 
səhv etmə qorxusu ortaya çıxa bilər.  
2.   Uşaq  ani  bir  qorxu  hissi  keçirmiş,  həqiqətən  zərər  görmüş,  ya  da  göz‐
ləmədiyi  bir hadisəni görmüşsə (it dişləməsi, evə oğru girməsi, yol qəzası, 
adam  öldürülməsi,  zəlzələ  və  s.)  onda  bu  hadisələrdən  və  insanlardan 
qorxu hissi meydana gələ bilər.  
3.   Valideynlərin narahatlığı yüksək səviyyədədirsə, və davamlı olaraq evdə 
problemlər haqqında danışılırsa, belə bir ailə daxilində yaşayan uşaqda da 
qorxu hissləri meydana gələ biləcək.  
Qorxuların mövcudluğu normal əlamət sayılır, lakin uşağa zərər verə‐
cək ölçüdədirsə, mütləq bir peşəkar mütəxəssisə müraciət edilməsi zəruri‐
dir. Uşaq psixiatrı və psixoloqu ilə əməkdaşlıq edilməlidir. 
Uşağın  verdiyi  siqnalları  şüurlu  bir  şəkildə  qiymətləndirmək  vacibdir. 
Bütün bunlara əhəmiyyət verməmək, laqeyd yanaşmaq, ona lağ etmək, uşa‐
ğı mühakimə etmək, ya da daha çox təzyiq edərək “sən kişi adamsan, qorx‐
mamalısan”  kimi  mülahizələr  irəli  sürmək  problemi  həll  etmir,əksinə 
mövcud olan problemi daha da artırır. 
Ailələr, hansı qorxuların normal, hansılarının isə mütəxəssis köməyinə 
möhtac olduğu ölçüdə olduğuna nəzarət etməlidirlər. 
7.1.1. Sosial qorxunun şagirdlŠrdŠ yaratdığı Šks tŠsirlŠr 
Şagirdlər tanımadıqları yerdə çox ürkək, səssiz, hərəkətsiz, utancaq bir 
davranış göstərirlər. Yaşıdlarının oyunlarına qoşulmayıb uzaqdan baxmaq‐
la kifayətlənir, hətta bir küncə sığınıb gizlənərək, onları seyr edirlər. Oyun‐
lara qatılsalar belə, başçılıq edə bilmir, orada arxa planda qalırlar. Məktəbə 
getmək istəməyib, müxtəlif bəhanələrlə evdə qalmaq istəyirlər.  
Ana və ata tərəfindən daima danlanma, yaxud da çox kədərli bir hadi‐
sənin şahidi olmaq uşaqlarda bu qorxu hissini yarada bilər. Bəzi insanlarda 
hiss  olunan  sosial  bacarıqlar  zəifləyir,  bu  növdən  müəyyən  əlaqələrə  yol 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə