48
-
Qanaxma – əksər hallarda sanki hər hansı zərərsiz görsənən, xəstənin həyatı
üçün təhlükə yaratmayan və elə də ciddi qiymətləndirilməyən xəstəliklər və
zədələnmələrin fəsadlaşmasıdır.
-
Qanaxma - davam edən və müəyyən səbəblərə görə qarşısı alınmayan
hallarda xəstənin həyatı üçün bir başa təhlükə yaradır.
-
Qanaxma zamanı – təxirəsalınmaz qaydada tədbirlərin görülməsinin və
bunun üçün təcili qərarların verilməsinin həyati əhəmiyyəti vardır.
-
Qanaxma zamanı - böhranlı vəziyyətdən müvəffəqiyyətlə çıxmaq üçün bir
nömrəli hazırlıq səviyyəsinin və yardım göstərən briqadanın peşəkarlığının və
çevikliyinin vacibliyi tələbi qoyulur.
Damar mənfəzindən qan çıxarkən ətraf toxumalara hopan, imbibisiya
hallarında belə qanaxma qansızma adlanır. Adətən onun həcmi çox olmur və qanın
toxumalara daxil olması azalır.
Damardan çıxan qan toxumaları təbəqələrə ayıraraq, orqanların yerini
dəyişərək, süni boşluqlar əmələ gətirir və qan həmin yerlərə dolduqda hematomalar
yaranır. Hematomanın sonrakı taleyi üç proseslə nəticələnir: sorulması, irinləməsi
və təşkil olunması.
Hematomanın zədələnmiş arteriyanın mənfəzi ilə əlaqəsi saxlanıldığı hallarda
onda belələrinə pulsasiya edən hematoma deyilir. Kliniki olaraq hematomanı
palpasiya etdikdə pulsasiya təyin edilir və auskultasiya zamanı sistpolik küylər
eşidilir.
Qanaxma problemi təxirəsalınmaz cərrahiyyənin, mama-ginekologiyanın və
anesteziologiya-reanimatologiyanın vacib məsələlərindəndir. Belə ki, böyük
miqdarda qanitirmə xəstənin həyatı üçün çox təhlükəli vəziyyətlər törədir. Bu
zaman damarlarda dövredən qanın həcmi azalır, qan dövranın kəskin pozulmaları
meydana çıxır, orqanlarda qan cərəyanı azalır və ya tam dayanır, toxumalarda
qidalanma və oksigenləşmə prosesləri pozulur. Böyük miqdarda kəskin qanitirmə
xəstənin ölümünə səbəb ola bilər.
Bədənin müxtəlif zədələnmələri və cərrahi müdaxilələr qanaxma ilə müşayiət
olunur. Qanaxma bir xəstəliklər və patologiyalar zamanı da meydana çıxa bilər
Hələ qədim zamanlardan insanlar qanaxmalarla qarşılaşırdılar, bunun nə qədər
tənlükəli olduğunu və dayandırılmasının lazım gəldiyini bilirdilər. Buna görə də
qanaxma ilə mübarizənin ilk addımlarının atılması qədimlərə gedib çıxır. Bu vaxt
qanaxmanın dayandırılması üçün büzüşdürücü maddələrdən, soyuqdan, zıldan,
qızdırılmış metaldan, qaynar yağdan, sıxıcı sarğılardan istifadə edirdilər. Qədim
alimlər empirik yolla qanaxmanın dayandırılması qaydalarını axtarırdılar, belə ki, o
vaxtlar qan dövranının mahiyyətini bilmirdilər.
Qanaxmaların təsnifatı
Qanaxmanın müxtəlif təsnifatı verilmişdir.
49
Qanın damarlardan kənara axmasına şərait yaradan vəziyyətin baş vermə
mexanizmindən asılı olaraq qanaxmalar bölünür:
Haemorrhagia per rhexm – damarların divarlarının mexaniki zədələnmələri
(cırılması, əzilməsi, kəsilməsi) zamanı baş verir; praktikada daha tez-tez rast gəlir.
Haemorrhagia per diabrosin – hər hansı patologiyalar nəticəsində damar
divarlarının yeyilməsi (eroziyası, dağılması, nekrozu) zamanı meydana çıxır. Belə
qanaxmalar iltihabi proseslər, şişlərin parçalanması, fermentativ peritonitlər və s.
xəstəliklər zamanı müşahidə edilir.
Haemorrhagia per diapedesin - damar divarlarının mikroskopik səviyyədə
keçiriciliyinin pozulmalarından baş verən qanaxmalardır.
Damar divarlarının keçiriciliyinin artması - C-avitaminozu, Şenlyayn-Genoks
xəstəliyi (hemorragik vaskulit), uremiya, skarlatina, sepsis və digər patologiyalar
zamanı da müşahidə edilir.
Qanaxmanın inkişafında qanın laxtalanma sisteminin vəziyyəti əhəmiyyətli
rola malikdir. Bir çox müəlliflər belə hesab edir ki, trombəmələgəlmə prosesinin
pozulmaları öz-özlüyündə qanaxmaya gətirib çıxartmır və qanaxmanın səbəbi deyil,
lakin situasiyaları xeyli ağırlaşdırır.
Kiçik venaların zədələnmələri ciddi qanaxmalara səbəb olmur, belə ki, bu
zaman hemostazın spontan laxtalanma mexanizmi işə düşərək, qanaxmanı
dayandıra bilir. Əgər qanın laxtalanma sistemində hər hansı pozulma möcuddursa,
onda hətta ən əhəmiyyətsiz görsənən travma öldürücü qanaxma ilə nəticələnə bilər.
Buna misal olaraq qanın laxtalanma prosesinin pozulması ilə hamıya məlum olan
hemofiliya xəstəliyini göstərmək olar.
Bundan başqa qanaxmaların təsnifatının əsasında kliniki, anatomik və
müvəqqəti olan əlamətlər durur (sxem olmalıdır.).
Kəskin qanaxmalar kliniki əlamətlərin tez inkişafı ilə xarakterizə olunur. Bu
zaman əlamətlərin təzahürlülük dərəcəsi qanın damarlardan axma sürətindən
asılıdır. İnsanın bədən kütləsinin 4-4,5%-i qədər qan itgisi ölümcül hesab edilir
Xroniki qanaxmaların elə də təzahürlü kliniki əlamətləri olmur. Belə növ
qanaxmalara az həcmli qan itgisi ilə nəticələnən və tez-tez təkrarlanan qanaxmalar
aid edilir. Belə vəziyyət əksərən xəstələrdə anemiyaların (“anaemia” yunancadan
götürülmüşdür və “anaemos” – qansızlıq deməkdir) – qanazlığının inkişafına səbəb
olur.
Qanaxma zamanı qanın hara axmasından asılı olaraq, ayırd edilir:
a)
Toxumadaxili qanaxma, damarlardan çıxan qan zədələnmiş damarı əhatə
edən toxumalara hopur və petexiyalar (petechia), ekximozlar (ecchimosis) və qanlı
ödemlər (suggillatio, suffusio) əmələ gətirilər, ya da toxumaları sıxışdırıb
toxumalararsı sahələrə yığılaraq, hematomanın yaranmasına – axmış qanın
şişəbənzər toplanmasına səbəb olur;
Dostları ilə paylaş: |