50
b)
Xarici qanaxma – qanın bilavasitə xarici mühitə axmasıdır; çox asanlıqla
diaqnozlaşır;
c)
Daxili qanaxma – axan qanın orqanizmdə hər hansı boşluğa yığılması ilə
xarakterizə olunur. Əgər həmin boşluğun bilavasitə xarici mühitlə əlaqəsi varsa və
qan boşluqdan yenidən xarici mühitə axırsa, onda belə qanaxmalar daxili açıq
qanaxma adlanır və məxsusi adla adlandırılır: burun boşluğundan qanaxma -
epistaxis, mədədən qanaxma - haematemesis, sidik yollarından qanaxma -
haematuria, uşaqlıq boşluğundan qanaxma - metrorrhagia. Əgər qan yığılan
boşluq qapalıdırsa və ətraf mühitlə əlaqəli deyilsə, onda meydana çıxan belə
qanaxmalar daxili qapalı qanaxma adlanır: məsələn, qarın boşluğunun qanxması -
haemоperitoneum, plevra boşluğunun qanaxması - haemоthorax, oynaq
boşluğunun qanaxması - haemarthrosis, perikard boşluğunun qanaxması –
haemоpericardium adlanır.
Qanaxmalar onların meydana çıxmasına görə də təsnif edilir; belə ki, əgər
qanaxma damarların, parenximatoz orqanların və ya ürəyin zədələnməsindən
dərhal meydana çıxırsa, bunu birincili qanaxma kimi qiymətləndirilər. Əgər damar
bütövlüyünün pozulması zamanı baş vermiş qanaxma öz-özünə dayanıbsa və ya
saxlanılıbsa və sonradan həmin yerdə qanaxma təzələnibsə, onda bu qanaxma
ikincvili qanaxmadır. Qanaxmaların baş vermə müddətindən asılı olaraq, erkən və
gec qanaxmalar olmaqla bölünürlər.
Anatomik təsnifat.
Bütün qanaxmalar zədələnmiş damarların tipinə görə fərqləndirilir və arterial,
venoz, kapilyar və parenximatoz qanaxmalara bölünürlər.
Arterial qanaxma. Qan təzyiq altında, oulsasiyalı şırnaqla daha intensiv axır.
Axan qanın rəngi açıq-al rəngdə olur. Qanaxmanın sürəti yüksək olduğu üçün qısa
müddət ərzində qan itgisinin həcmi də kifayət qədər çox olur. Qan itgisinin miqdarı,
əlbəttə, zədələnmiş arteriya damarının kalibrindən və zədələnmənin xarakterindən
(yan zədələnmə, tan köndələn zədələınmə, əzilmiş zədələnmə və s.) asılıdır.
Venoz qanaxma. Qanın axması yavaş-yavaş olsa da, eyni intensivlikdə axır,
qanın rəngi tünd olur, pulsasiya etmir. Qanaxmanın sürəti arterial qanaxmadakından
aşağı olur. Lakin zədələnmiş venanın diametri böyük olduqda qan itgisinin həcmi
xeyli çox olur. Əgər zədələnmiş vena iri arteriyaya yaxın və ya bitişik olarsa, onda
arteriyadakı pulsasiyasının ötürülməsi nəticəsində həmin venoz qanaxma zamanı
pulsasiyalı şırnaqla axma müşahidə edilə bilər. Unutmaq olmaz ki, boyun
venalarından qanaxma zamanı hava emboliyasının baş vermə təhlükəsi yaranmış
olur.
Kapilyar qanaxma. Bu qanaxma zamanı kapilyarların zədələnməsi ilə
əlaqədar yəni kiçik arteriya və venaların zədələnmələrinə görə qanaxma qarışıq tipli
olur. Belə hallarda bütün yara səthi qanayır, qurutduqdan sonra səth yenidən qanla
örtülür. Adətən iri damarların zədələnmələri ilə müqayisədə daha az massiv olur.
51
Parenximatoz qanaxma. Parenximatoz orqanların (qara ciyərin, ağ ciyərlər,
dalaq, böyrəklər, vəzlər və s.) zədələnmələri zamanı müşahidə edilir. Parenximatoz
qanaxmalar mahiyyətinə görə kapilyasr qanaxmadır, belə ki, qanaxmanın damar
mənbəyi həmin orqanların parenximasında olan kapilyar şəbəkədir. Lakin
orqanların anatomik-fizioloji xüsusiyyətləri ilə əlaqədər olduğu üçün bu
qanaxmalar daha təhlükəlidir.
Qanaxmanın ətraf mühitlə əlaqəsinə görə iki növə bölünür: xarici və daxili
qanaxmalar. Yaradan (damardan) qanın ətraf mühitə axması hallarında qanaxmaya
xarici qanaxma deyilir. Belə qanaxmalar tez aşkar olunur və tez diaqnoz qoyulur.
Əməliyyatdan sonrakı yaradan drenayla qanın axması da xarici qanaxma kimi
qiymətləndirilir.
Daxili qanaxmalarda isə axan qan bədəndən xarici mühitə axmır, qan axaraq
onun hər hansı anatomik sahəsində yığılıb qalır. Belə sahələr orqanizmin daxili
boşluqları, toxumaları, boşluqlu orqanların boşluqları ola bilər. Daxili qanaxmalar
aşkar və gizli gedə bilər. Aşkar daxili qanaxma o qanaxmalardır ki, bu zaman qan
dəyişilmiş formada olsa da, müəyyən müddətdən sonra xaricə axır və bu zaman
mürəkkəb müayinələr aparmadan və xüsusi simptomları aşkar etmədən də diaqnoz
qoymaq mümkündür. Lakin belə hallarda məsələnin ciddi tərəfi odur ki, damardan
çıxmış qanın hansı müddətdən sonra xaricə axması baş verir. Mədə-bağırsaq
boşluğuna qanaxmaları bu qanaxmalara aiddir.
Qanaxmanın yaratdığı təhlükələr
Qanaxmalar zamanı görülən tədbirlərin təcili və təxirəsalınmaz qaydada tam
həcmdə adekvat aparılmasının həyati vacibliyinin əhəmiyyətini diqqətə çatdırmaq
üçün qanitirmənin orqanizmdə törətdiyi təhlükələri nəzərdən keçirmək lazımdır.
Qanaxmanın törətdiyi əsas təhlükə dövredən qanın həcminin (DQH)
azalmasıdır ki, ürəyə qan axınının azalmasına, arterial təzyiqinin enməsinə,
hipoksemiyaya və hipoksiyaya, qanda karbon qazının artmasına, nəticədə
orqanların, birinci növbədə mərkəzi sinir sisteminin və ürəyin funksiyasının
pozulmasına gətirib çıxarır ki, bunlar da qanaxmanın kliniki mənzərəsinin əsasında
durur.
Qanaxmanın vaxtında diaqnostikası, onun təcili dayandırılması üçün
tədbirlərin vaxtında görülməsi, qan itgisinin və nəticələrinin ləğv edilməsi məqsədi
ilə təxirəsalınmaz tədbirlərin aparılması belə təhlükəli patoloji proseslə lazımınca
mübarəzəyə imkan verir.
Qanitirmə zamanı arterial təzyiqin enməsi toxuma hipoksiyası, qanda və
toxumalarda izafi miqdarda karbon turşusunun toplanması refleksogen damar
zonalarının və baş beynin müvafiq mərkəzlərinin qıcıqlanmasına (oyanmasına)
səbəb olur, həddən artıq yüksək kompensator mexanizmləri hərəkətə gətirir.
Dostları ilə paylaş: |