Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   69   70   71   72   73   74   75   76   ...   91

175 
 
koaqulopatik  xarakterdə  olduğunu  görsədir.  Bu  zaman  müalicə  taktikasını  dəyişib 
xəstəni  təcili  cərrahi  əməliyyata  götürməli  və  hemokoaqulyasiya  sisteminin 
pozulmalarının dərhal korreksiyasına başlamaq lazımdır.  
Qanaxmalar zamanı mütləq uterotonik preparatların tətbiqindən istifadə etmək 
lazımdır. Bunlar uşaqlığın əllə müayinəsindən əvvəl vurulmalıdır, müayinə zamanı 
əlavə etmək olar. Sistemdə oksitosin qatılmış məhlulu şırnaqla venadaxili vurmaq 
məsləhətdir.  Bu  məqsədlə  prostaqlandinlərin  venadaxili  və  uşaqlıq  boynuna 
inyeksiyası da olar. 
Uterotonik  məqsəd  üçün  metilerqometrinin  vurulması  da  öz  əhəmiyyətini 
itirməmişdir  (əgər  profilaktika  məqsədi  ilə  əvvəlcədən  istifadə  edilməmişsə). 
Uterotonik  preparatların  dəfələrlə  vurulması  səhv  hesab  olunur.  Əgər  birinci  dəfə 
inyeksiyadan  sonra  effekt  alınmamışsa  (və  ya  uşalıq  qısamüddətli  və  zəif 
yığılmışsa),  dozanı  dozanı  artıqmaq  məsləhət  deyil,  belə  ki,  zədələnmiş  uşaqlığın 
sinir-əzələ  aparatı  preparata  qarşı  həssaslığını  itirmiş  olur  və  bu  zaman  effektli 
reaksiya verməyəcəkdir. 
Ciftin  əllə  ayrılmasından  sonra  uşaqlıq  boşluğu  doğuş  yolları  diqqətlə 
yoxlanılmalı  və  cırılmış  yerlər  (əgər  varsa)  tikilməlidir.  Bu  zaman  mütləq 
ağrısızlaşdırma  tətbiq  edilməlidir.  Belə  etdikdə  nəinki  qanaxmanın  dayanmasına, 
eyni  uşaqlığın  reflektoru  yığılmasına  səbəb  nail  olunur.  Bu  zaman  qısa  müddət 
ərzində qarnın üstündən aortanı da sıxmaq mümkündür. 
Qanaxmanın dayandırılması üçün geniş cərrahi müdaxiləyə aşağıdakı hallarda 
müraciət  edilir:  uşaqlığın  cırılması,  cift  gəlişi,  normal  yerləşmiş  ciftin  vaxtından 
əvvəl  ayrılması,  konservativ  üsullar  effektsiz  olduqda.  Ən  çox  səhvə  yol  verilən 
hallar cərrahi əməliyyatın gecikdirilməsidir. Burada qeyd etmək lazımdır ki, cərrahi 
əməliyyatalara əsassız olaraq əl atmaq da olmaz. Əməliyyatın aparılması məsələsi, 
əsasən  qanaxma  dayanmadıqda  və  qan  itgisi  DQH-nin  30%-ə  qədər  olduqda 
meydana şıxır. Bu zaman uşaqlığın amputasiyasına və ya ekstripasiyasına göstəriş 
yaranır.  Uşaqlığın  çıxarılması  qanaxma  və  tromboplastik  substansiyanın  (DDL-
sindromunun inkişafının patogenetik həlqələrindən biri) mənbəyinin ləğv olunması 
məqsədini  daşıyır.  Əməliyyatın  həcmini  düzgün  seçmək  lazımdır.  Belə  ki, 
qanaxmanın  yalnız  hipotonik  kompeneti  əsas  rola  malik  olan  hallarda  uşaqlığın 
amputasiyası  əməliyyatına  göstərişdir.  Qalan  hallarda,  xüsusən  də  birincili 
koaqulopatiyanın  inkişafının  mümkünlüyü  zamanı  (məsələn,  preeklampsiyalar) 
uşaqlığın ektripasiyası icra olunmalıdır. 
Hemodinamikanın 
normallaşdırılması 
infuzion-transfuzion 
terapiya 
tədbirlərindən  başlamaq  lazımdır.  Bunun  üçün  aşağıdakı  qaydalara  əməl 
olunmalıdır: 
1.
 
İnfuzion-transfuziyanın  əvvəlində  mütləq  yüksək  molekulalı  məhlullardan 
istifadə olunur; məsələn, oksietilləşdirilmiş nişasta  məhlulları (6 və 10%-li HAES-
steril, infukolhes, volekam). Göstərilən preparatlar insan qlikogeninə daha yaxındır 


176 
 
və  qanın  amilazası  ilə  parçalanır.  Dekstranlardan  fərqli  olaraq,  oksietilnişasta 
şaxələnmiş  molekulyar  struktura  malikdir  (dekstranlarda  xətti  molekulyar 
strukturludur)ki, bu da həmin maddələrin interstisial sahəyə hətta hissəvi keçməsinə 
mane  olur.  Bundan  başqa  bu  məhlulların  hemodinamiki  effekti  albumin 
məhlulundan  alınan  effektdən  2-3  dəfə  dəfə  yüksəkdir,  hemodilyüsiya  effektinin 
müddəti  4-6  saata  bərabərdir.  nişasta  preparatları  olmadıqda  sintetik  kolloidlərdən 
istifadə olunur. 
2.
 
DDL-sindromun  birinci  fazasında  belə  prosesin  qarşısının  alınması  üçün 
heparinin  istifadəsindən  tamamilə  imtina  olunmalıdır.  Çünki  belə  qanaxmalarda 
DDL-sindromunun  inkişafı  mümkündürsə  də,  bu  zaman  onun  birinci  fazasının 
ikinci  fazaya  keçidi çox  sürətlə  baş  verir və  həm  də  qan  itgisi  ilə  əlaqədar olaraq, 
qanın laxtalanma amillərinin mütləq miqdarı və qatılığı (hemodilyüsiya sayəsində) 
azalmış olur. 
3.
 
 Fibrinolizin  həddən  artıq  fəallaşmasının  və  damardaxili  laxtalanmasının 
proqressivləşməsinin  qarşısını  almaq  məqsədi  ilə  proteazaların  ingiubitorlarından 
(kontrikal,  qordeks)  istifadə  edilməısilazımdır;  bu  preparatlar  həm  də  antiaqreqant 
təsirə malikdir. 
4.
 
Qanaxmanın  inkişafının  erkən  dövründə  eyni  qruplu  təzədondurulmuş 
plazmanın  vurulması  göstərişdir.  Böyük  dozalardan  (1,5-2,0  litrdən  çox)  istifadə 
edilməsi  zamanı  mütləq  dezaqreqant  kimi  reopoliqlükindən  də  istifadə 
etməklazımdır.  Plazmanın  tətbiqinin  əsas  məqsədi  DQH-nin  itirilmiş  həcminin 
yerinin  doldurulmasından  daha  çox  qanın  hemostatik  potensialının  bərpasından 
ibarətdir.  Bu,  proteaz  və  antipriteaz,  qanın  laxtalanma  amilləri  və  antikoaqulyant 
sistemi,  kallikrein-kinin  komponentləri,  fibrinolitik  sistemi  və  onların  ingibitorları  
arasındakı vəziyyətin müvazinətləndirilməsi yolu ilə həyata keçirilir. 
5.
 
Hemostazın  damar-trombosit  həlqəsinin  stimullaşdırılması  (disinon, 
etamzilat və s.). 
6.
 
Massiv  qanitirmə  zamanı  hipoqlikemiyanın  inkişafı  ilə  əlaqədar  infuzion-
transfuzion  terapiyanın  tərkibinə  qlükozanın  qatı  məhlulları  (10-20%-li)  daxil 
edilməlidir.Bu məhlulların vurulması nəinki orqanizmin energetik resurslarını bərpa 
edir, həm də hemodinamik effekti potensə edir. 
7.
 
Hemodinamikanın  qeyri-sabitliyi  və  davam  edən  qanaxma  zamanı 
göstərilən  infuzion-transfuzion  terapiya  qlükokortikoidlərin  vurulması  fonunda 
aparılmalıdır. 
8.
 
Poliorqan  çatmamazlığının  inkişafı  zamanı  həmin  çatmamazlığının 
qarşısının alınması və müalicəsi üçün  müvafiq tədbirlərin görülməsi lazımdır. 
Massiv qanitirmə zamanı xəstəni qanın qlobulyar hissəsinin adekvat bərpasına 
nail  olunmalıdır.  Hmoqlobinin  80q/litr-dən  az,  hematokrit  göstəricisinin  25-dən 
aşağı olduğu zaman qanın oksigen-transport funksiyasının yaxşılaşdırmaq məqsədi 
ilə eritrosit kütləsi köçürülməlidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə