165
Qanın konservləşdirilməsi –onun həm formalı elementlərinin, eləcə də maye –
plazma hissələrinin bioloji xüsusiyyətlərinin maksimum qorunması şərti ilə
orqanizmdən kənar uzunmüddətli steril vəziyyətdə saxlanılması üçün optimal
şəraitin yaradılması məqsədi ilə ona kompleks təsir göstərməkdən ibarətdir.
Qanın konservləşdirilməsi üçün mühitin temperaturasına görə iki üsuldan
istifadə edilir:
─
müsbət temperatur şəraitində
konservləşdirmə;
─
mənfi temperatur şəraitində konservləşdirmə.
Müsbət temperatur şəraitində qanın saxlanılması adətən məişət otaq
soyuducularında mümkündür. Bu zaman soyuducunun temperatur rejiminin +2°С-
dən +4°С-yə qədər intervalında olması təmin edilməlidir. Göstərilən temperatur
rejimində konservləşdirilmiş bütöv qan, eritrosit kütləsi, nativ plazma saxlanıla
bilər.
Qanın müxtəlif komponentlərinin saxlanma müddətləri də fərqlidir. Belə ki,
məsələn, müvafiq şəraitlərdə eritrositlər özlərinin bioloji xassələrini bir neçə həftə
saxlaya bilir, leykositlər və trombositlər üçün müddət isə bir neçə gün təşkil edir.
Bu onunla izah edilir ki, leykositlər və tromçositlər nivəli hüceyrələrdir, daha
mürəkkəb funksiyaları yerinə yetirir və bununla əlaqədar maddələr mübadiləsi
dahaçox intensivliyə malikdir, enerjiyə tələbatı yüksəkdir; uzun müddətr
saxlanıldıqda dəyişikliklər ilk növbədə hüceyrələrin nüvələrində meydana çıxır.
Nativ plazmanın saxlanma müddəti üç günlə məhdudlaşır. Bu onunla əlaqədardır
ki, həmin müddət ərzində onun tərkibindəki bioloji fəal maddələrin əksər hissəsi
fəallığını itirir.
Qanın uzunmüddətli saxlanılması zamanı belə arzuolunmaz halların əmələ
gəlməsindən
yayınmaq
üçün
mənfi
temperatura
şəraitində
qanın
konservləşdirirlməsindən istifadə edirlər. Bu üsul hüceyrələrdə mübadilə
proseslərinin intensivliyini əhəmiyyətli dərəcədə ləngiməsi və onların erkən
“qocalmasına” mane olması sayəsində.qanın saxlanılma müddətlərini artırmağa
imkan verir.
Kriokonservləşdirmə zamanı əsasən aşağıdakı temperatura rejimlərindən
istifadı edilir:
─
mülayim mənfi temperatua (-40°С... -60°С),
─
ultramənfi temperatura (-196°С).
Temperaturanın səviyyəsi eritrositlərin öz xassələrini qoruyub saxlaya bilən
müddətlə müəyyən edilir. mülayim mənfi temperatura şəraitində eritrositlər bir neçə
ay, ultra mənfi temperaturada isə 10 və daha çox müddət saxlanıla bilər.
Eritrositlərə nisbətən nüvəli hüceyrələr daha tez “qocaldıqlarına” görə
leykositlərin və trombositlərin konservləşdirilməsi üçün, daha yaxşı olar ki, ultra
mənfi temperatura şəraiti tətbiq edilsin; belə ki, mülayim mənfi temperaturada
onların saxlanma müddəti bir neçə həftəyə qədər aısalır.