157
massiv qanın və qanəvəzedicilərin köçürülməsi ilə yanaşı müxtəlif medikamentoz
tədbirlərin aparılması da lazımdır (hormonlar, antioksidantlaer, ürək qlikozidləri,
qələvi preparatları və s.).
Onu qeyd etmək lazımdır ki, mamalıq stasionarlarında hamiləlik başa
çatdırıldıqdan sonra ağır dərəcədə qan itirmiş xəstələr, ümumiyyətlə qanaxmalı
xəstələr yalnız və yalnız reanimasiya şöbəsində yerləşdirilməli və müalicəsi burada
aparılmalıdır. Qanaxma ilə daxil olmuş və doğuş vaxtı qanaxmanın meydana
çıxması zamanı xəstələrin harada (A.Q.: doğuş zalında və ya əməliyyat blokunda)
yerləşdirilməsi yaranmış situasiyadan asılıdır (situasiyalara şərh verməli).
Qanaxmaların davam etməsi hallarında reanimasion tədbirlər əməliyyat otağında
apatrılmalıdır. Bu zaman tədbirlər effeksiz olduqda qanaxmanın dayandırılması
üçün təcili cərrahi əməliyyata başlamaq lazımdır.
Qanköçürmə və onun inkişaf tarixi
Qanköçürmə (haemotransfusio) – müalicə məqsədi ilə xəstəyə və
zərərçəkmişə sağlam adamdan alınmış qanın transplantasiyası əməliyyatıdır.
Qan - müxtəlif toxumalardan təşkil olunmuş maye halında olan qarışıqdır.
Onun tərkibi maye hissədən (plazmadan) və burada suspenziya halında olan
(
взвешенных в ней) qan hüceyrələrindən (formalı elementlərdən – eritrositlərdən,
leykositlərdən və trombositlərdən) ibarətdir.
Qanköçürmə
transfuziologiyanın (“transfusio” – latınca “köçürmə”; “logos”
– yunanca “anlayış, elm, təlim” deməkdir) tərkib hissələrindən biridir.
Transfuziologiya - təbabətin yalnız qanın konservləşdirilməsi və köçürülməsi ilə
deyil, eləcə də qanın komponentlərə ayrılması və onların klinikada diferensasiyalı
tətbiqi məsələləri ilə, habelə qanəvəzedicilərin alınması və istifadə edilməsi, eləcə
də dərman preparatlatrının parenteral yeridilməsi ilə əlaqədar fəsadlaşmaların
profilaktikası problemləri ilə məşğul olan elmi sahəsidir.
Transfuziologiyanın onilliklərlə davam edən tarixi hadisəslərlə zəngindir.
Əminliklə demək olar ki, təbabətin heş bir elmi sahəsi transfuziologiyadakı kimi
əldə olunmuş nailiyyətlər və durğunluq dövrlərinin, ümumqəbul edilmiş və
unudulmuş fikirlərin kəskin əvəz olunması ilə inkişaf etməmişdir.
Transfuziologiya tarixinin vacib hissəsi qanın köçürülməsi tarixidir.
Xəstələrin bu metodla müalicəsi transfuziologiyada xüsusi yer tutur. Bunun köməyi
ilə qanın bir insandan digərinə köçürülməsi sayəsində insan toxumasının həqiqi
bərpası həyata keçirilir. Bu zaman heç bir vasitə ilə əldə oluna bilməyən yüksək (
с
изумительным) müalicə effektə alınır.
Qanköçürmə haqqında elmi təlimin inkişafı əsas üç mərhələyə bölmək olar:
1.
Birinci mərhələ - qədim zamandan Vilyam Harveyin qandövranının
kəşfinə (1628-ci il)
qədər dövr;
158
2.
İkinci mərhələ - 1628-ci ildən qan qruplarının, aqlyütinasiyanın və
izohemaqlyütinasiya qanunun K.Landşteyner (
K.Landsteiner) və
Y.Yanskiy (
J.Jansky) tərəfindən kəşfinə (1901-1907-ci illərə) qədər
olan dövr;
3.
Üçüncü mərhələ - 1901-1907-ci illərdən bu günə qədər olan dövr.
Orqanizmdə qanın əvəz olunması və itirilmiş qanın yerinin doldurulması
ideyası hələ qədim zamanlardan meydana çıxmışdı. Misirlilər müharibələr vaxtı ev
heyvanları sürülərini xüsusi olaraq ordunun arxasınca aparırdılar; vuruşmalarda
yaralanmalar zamanı döyüıçülərə itirilmiş qanın yerinin doldurulması üçün həmin
heyvanların qanından istifadə edirdilər (!?). Bizim eradan əvvəl III əsrdə Hippokrat,
Avl Korneliy Sels (
Авл Корнелий Цельс) müalicə məqsədi ilə qanın icilməsini
məsləhət görmüşdülər. Bizim eradan əvvəl I-II əsrlərdə Ovidiya
(Овидий) özünün
“Metamoefozalarında...” Medeyaların sözləri ilə qocalardan qanı buraxıb onu
cavanların qqnı ilə əvəz etməl lazımdır. “Qanköçürmə” adı da buradan
götürülmüşdür.
Qacalıb əldən düşmüş (
одряхлевший) Romam Papası VII İnnokentiy
ömrünün uzadılması məqsədi ilə 1492-ci ildə bir necə oğlan uşaqlarından alınmış
qanın köçürülməsi ilə müalicə edilmişdir. Bu qandan hazırlanmış “Həyat eliksiri”
ona
kömək etməmişdi və o ölmüşdü, qanı köçürən həkim qorxusundan qaçmışdı.
İkinci mərhələ qanköçürmənin bəzi məsələlərinin elmi əsasının təşəkkül
tapması ilə xarakterizə olunur və 1628-ci ildə V.Harveyin qan dövranının kəşfi ilə
əlaqədar olmuşdu. Bununla da qanköçürmə və digər problemlərə elmi yanaşmanın,
düzgün metodikanın anatomik başlanğıcını qoymuşdu.
Bu zaman bir çox ölkələrdə və xüsusən də İngiltərədə alimlər heyvanlara
homogen və heterogen qanın köçürülməsi ilə təcrübələr apatrırdılar. Belə ki, 1661-
ci ildə ingilis həkimi Louyer qanı buraxılmış itə qan köçürməklə müvəffəqiyyətlə
eksperiment aparmışdı vı sübut etmişdi ki, bu üsul qanitirmələr zamanı effektli
müalicə üsuludur.
Tarixdə ilk dəfə 1667-ci ildə Fransada fəlsəfə və tibb professoru Denis və
cərrah Emmeris (Emmeris) tərəfindən insana müvəffəqiyyətlə qan köçürülmüşdü.
Həmin dövrlərdə eksperiment məqsədi ilə qanı buraxıldıqdan sonra zəifləmiş 16
yaşlı gəncə və sağlam adama quzunun qanı köçürülmüşdü. Üçüncü dəfə insana qan
köçürülən zaman onun ölümü ilə nəticələnmişdi. Buna görə də Fransa Akademiyası
qərar qəbul etmişdi ki, hər bir halda qanın köçürülməsi üçün Parlamentin icazəsi
olmalıdır.
1819-cu ildə ilk dəfə olaraq insandan alınmış xəstəyə köçürülmüşdür. Bunu
ingilis fizioloqu və mama həkimi A.Blendel (A.Blundel) həmin məqsədlə özünün
quraşdırdığı xüsusi apatın vasitəsi ilə həyata keçirmişdi.
Rusiyada ilk dəfə qan köçürülməsini müvəffəqiyyətlə həyata keçirən mama
həkimi Q.Volf (Г.Вольф) olmuşdu. O, 1832-ci ildə uşaqlıq qanaxmasından ölən