163
fərqlənir və hətta orqanizmin daxili mühitində olan kiçik dəyişikliklər hemostaz
sisteminin sonrakı fəallaşması ilə gedən müvazinətli vəziyyətdən çıxara bilir.
Resipientə autoloji qanın köçürülməsi mülayim hiperkoaqulyasiya tərədir ki,
bu da qanın tromboplastik fəallığının yüksəlməsi və antikoaqulyant funksiyasının
zəifləməsi ilə şərtlənir. Habelə müəyyən olunmuşdur ki, autoloji qan burada olan
biloji fəal maddələrin hesabına hemostaz sistemini stimulyasiya edir.
Əvəzedici təsir
Ağır patoloji vəziyyətdə olan xəstəyə tibbi yardım göstərilən zamanı resipientə
köçürülmüş donor qanının əvəzedici təsiri böyük əhəmiyyətə malikdir. Az müddət
saxlanılmış qan (3-10 gübə qədər) oksigen daşıma funksiyasını qədərincə yerinə
yetirə bilir, hüceyrələrdə, toxumalar və orqan səviyyələrində hipoksiyanı aradan
qaldırır və nəticədə anemiya (və ya qanitirmə) nəticəsində orqan və sistemlərin
pozulmuş funksiyalarını bərpa edir.
Köçürülən qan (plazma) ilə orqanizmə daxil olmuş zülallar damarlara uzun
müddət dövr edir (18-36 günə qədər), mübadilə proseslərinə qoşulur.
Qanköçürmənin əvəzedici effektinin müddətiə bir sıra amillər də təsir göstərir:
orqanizmin ilkin vəziyyəti, köçürülən qanın miqdarından, donor qanının
konservləşdirmə üsulundan və saxlanılma müddətindən.
Stimullaşdırıcı təsir
Köçürüiən anın stimullaşdırıcı təsiri homoloji qanın kiçik və orta dozalarının
köçürülməsindən 3 gün sonra görsənməyə başlayır. Məhz stimullaşdırıcı təsir
hemotransfuziyanın müdafiə, dezintoksikasiya və trofiki effektləri ilə şərtlənir. Bu
effektlərin hamısının təsirləri tipik stress reaksiya mexanizmlərinin vasitəsi ilə işə
salınır. Nəticədə resipient orqanizminin maddələr mübadiləsində müxtəlif
dəyişikliklər müşahidə olunur; yəni əsas mübadilə yüksəlir, tənəffüs əmsalı və buna
müqabil qazlar mübadiləsinin intensivliyi artıt. Karbohidrat və zülal mübadilələri
stimullaşır. Immun sistemin funksiyası yaxşılaşır.
* * *
Beləlklə, hemotransfuziyanın müalicə effekti köçürülən qanın hemodinamiki,
hemostatik, əvəzedici və stimullaşdırıcı təsirləri ilə şərtlənir. Lakin yadda saxlamaq
lazımdır ki, belə bölgünün özü şərti xarakter daşıyır, çünki bu təsirlər ayrı-ayrı
orqanlara ayrılıqda deyil, orqanizmə bütıvlükdə təsir edir.
Qanköçürmə xəstə orqanizmində cürbəcür funksional dəyişikliklərlə müşayiət
olunur. Həm də adaptasiya-kompensator əhəmiyyətli fizioloji proseslərin
güclənməsi üstünlük təşkil edir.
Yuxarıda şərh olunanlara əsasən son vaxtlara qədər qanköçürməyə vacib
göstərişlər aşağıdakılar hesab edilir: a) kəskin qanitirmə; b) hemorragik şok; c)
xroniki qanazlığı; d) orqanizmin ümumi intoksikasiyası; e) yanıq xəstəliyi; f) qan
164
sisteminin xəstəlikləri (pernisioz anemiya, Hemorragik diatez); g)müxtəlif
zəhərlərlə zəhərlənmələr.
Qanın köçürülməsinə böyük diapazonda göstərişlərin olmasını nəzərə alaraq
və onların bir çoxunun hıyativacib omadığına görə bunun əks-göstərişləri də
müəyyən edilmişdir. Qanköçürmənin əsas əksgöstərişləri bunlardır: a) baş beynin
əzilməsi və silkələnməsi, baş beyin qan dövranının pozulması, kəskin meningit; b)
venaların kəskin irinli xəstəlikləri (tromboflebit, flebit); c) koronar sklerozun ağır
hallarında, , aortanın və ürək mədəciklərinin anevrizması, ürəyin infarktı, kəskin
endokardit, dekompensasiya vəziyyətində ürək qüsurları; d) ağ ciyərin və dalağın
təzə infarktı; e) ağ ciyərlərin miliar vərəmi; f) tənəffüs çatmamaszlığı.
Transfuziologiyanın, o cümlədən qanın komponentlərinə bölünməsi
probleminin işlənilməsi və onların hər birinin pesipient orqanizminə təsirinin
öyrənilməsi bütöv qanın köçürülməsinə göstərişləri xeyli azaltmağa əsas vermişdir.
Hal-hazırda bütöv qüanın köçürülməsinə yeganə göstəriş DQH-nin tezliklə
bərpası tələbini qoyan kəskin massiv qanitirmədir. Çünki belə vəziyyətlərdə söhbət
xəstənin həyatının xilas edilməsindən və ölümündən getdiyindən DQH-nın böyük
həcmdə itirilmiş hissəsinin bərpası məqsədi ilə bütöv qanın köçürülməsinə hər
hansı əksgöstəriş ola bilməz.
Hetransfuziologiyada “təzə qan” anlayışı da mövcuddur. Bu anlayış qanın
ayrı-ayrı hüceyrə elementlərinin və ya laxtalanma sisteminin faktorlarının
funksional dəyərliyinə aid edilir və qanın donordan götürülüb tədarük
olunmasından onun resipientə köçürülməsinə qədər olan vaxtla müəyyən edilir.
Belə ki, konservləşdirilmiş qanda trombositlər 6-8 saatdan sonra öz xassələrini
itirir, 24-48 saatdan sonra qranulositlər faqositoz qabiliyyətinə malik olmurlar,
laxtalanmanın VIII və V faktorları öz fəallıqlarını yalnız 24 saat saxlaya bilir.
Qanköçürmə zamanı xəstəyə köçürülcək qanın həcminin müəyyənləşdrilməsi
də əsas məsələlərdəndir. Nəzərə almaq lazımdır ki, qan başlıca olaraq DQH-nin
bərpası məqsədi ilə köçürüldüyü üçün, təbiidir ki, itirilmiş qanın miqdarında donor
qanə köçürülməlidir. Cərrahiyyədə belə qayda vardır ki, “damcıya damcı
köçürülməlidir”. Kəskin qanitirmədə yalnız DQH-nin tam bərpası zamanı
qanköçürmədən müsbət nəticəsinə arxayın olmaq mümkündür.
Qanın saxlanılması, konservləşdirilməsi və daşınması
Hemotransfuziya ilə məşğul olan klinisistlər qan və qan komponentlərinin
konservləşdirilməsi haqqında bilgilərə malik olmalıdırlar. Belə ki, bunlar canlı
mühitdir və orqanizmdən kənar vəziyyətlərdə onların biloji xüsusiyyətləri müəyyən
dəyişiklilərə məruz qalır. Həm də onların konservləşdirilməsi prosesində müvafiq
üsullsr (proseslər və proseduralar) tətbiq edilir ki, transfuziya zamanı bunları
mütləq nəzərə almaq lazımdır.
Dostları ilə paylaş: |