Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   64   65   66   67   68   69   70   71   ...   91

163 
 
fərqlənir  və  hətta  orqanizmin  daxili  mühitində  olan  kiçik  dəyişikliklər  hemostaz 
sisteminin sonrakı fəallaşması ilə gedən müvazinətli vəziyyətdən çıxara bilir. 
Resipientə  autoloji  qanın  köçürülməsi  mülayim  hiperkoaqulyasiya  tərədir  ki, 
bu  da  qanın  tromboplastik  fəallığının  yüksəlməsi  və  antikoaqulyant  funksiyasının 
zəifləməsi  ilə  şərtlənir.  Habelə  müəyyən  olunmuşdur  ki,  autoloji  qan  burada  olan 
biloji fəal maddələrin hesabına hemostaz sistemini stimulyasiya edir.  
 
Əvəzedici təsir 
Ağır patoloji vəziyyətdə olan xəstəyə tibbi yardım göstərilən zamanı resipientə 
köçürülmüş donor qanının əvəzedici təsiri böyük əhəmiyyətə malikdir. Az müddət 
saxlanılmış  qan  (3-10  gübə  qədər)  oksigen  daşıma  funksiyasını  qədərincə  yerinə 
yetirə  bilir,  hüceyrələrdə,  toxumalar  və  orqan  səviyyələrində  hipoksiyanı  aradan 
qaldırır  və  nəticədə  anemiya  (və  ya  qanitirmə)  nəticəsində  orqan  və  sistemlərin 
pozulmuş funksiyalarını bərpa edir. 
Köçürülən  qan  (plazma)  ilə  orqanizmə  daxil  olmuş  zülallar  damarlara  uzun 
müddət  dövr  edir  (18-36  günə  qədər),  mübadilə  proseslərinə  qoşulur. 
Qanköçürmənin  əvəzedici  effektinin  müddətiə  bir  sıra  amillər  də  təsir  göstərir: 
orqanizmin  ilkin  vəziyyəti,  köçürülən  qanın  miqdarından,  donor  qanının 
konservləşdirmə üsulundan və saxlanılma müddətindən.  
 
Stimullaşdırıcı təsir 
Köçürüiən  anın  stimullaşdırıcı  təsiri  homoloji  qanın  kiçik  və  orta  dozalarının 
köçürülməsindən  3  gün  sonra  görsənməyə  başlayır.  Məhz  stimullaşdırıcı  təsir 
hemotransfuziyanın müdafiə, dezintoksikasiya və trofiki effektləri ilə şərtlənir. Bu 
effektlərin hamısının təsirləri tipik stress reaksiya  mexanizmlərinin vasitəsi ilə işə 
salınır.  Nəticədə  resipient  orqanizminin  maddələr  mübadiləsində  müxtəlif 
dəyişikliklər müşahidə olunur; yəni əsas mübadilə yüksəlir, tənəffüs əmsalı və buna 
müqabil  qazlar  mübadiləsinin  intensivliyi  artıt.  Karbohidrat  və  zülal  mübadilələri 
stimullaşır. Immun sistemin funksiyası yaxşılaşır. 
* * * 
Beləlklə, hemotransfuziyanın müalicə effekti köçürülən qanın hemodinamiki, 
hemostatik, əvəzedici və stimullaşdırıcı təsirləri ilə şərtlənir. Lakin yadda saxlamaq 
lazımdır  ki,  belə  bölgünün  özü  şərti  xarakter  daşıyır,  çünki  bu  təsirlər  ayrı-ayrı 
orqanlara ayrılıqda deyil, orqanizmə bütıvlükdə təsir edir. 
Qanköçürmə xəstə orqanizmində cürbəcür funksional dəyişikliklərlə müşayiət 
olunur.  Həm  də  adaptasiya-kompensator  əhəmiyyətli  fizioloji  proseslərin 
güclənməsi üstünlük təşkil edir. 
Yuxarıda  şərh  olunanlara  əsasən  son  vaxtlara  qədər  qanköçürməyə  vacib 
göstərişlər  aşağıdakılar  hesab  edilir:  a)  kəskin  qanitirmə;  b)  hemorragik  şok;  c) 
xroniki qanazlığı; d) orqanizmin ümumi intoksikasiyası;  e) yanıq xəstəliyi; f) qan 


164 
 
sisteminin  xəstəlikləri  (pernisioz  anemiya,  Hemorragik  diatez);  g)müxtəlif 
zəhərlərlə zəhərlənmələr. 
Qanın  köçürülməsinə  böyük  diapazonda  göstərişlərin  olmasını  nəzərə  alaraq 
və  onların  bir  çoxunun  hıyativacib  omadığına  görə  bunun  əks-göstərişləri  də 
müəyyən  edilmişdir.  Qanköçürmənin  əsas  əksgöstərişləri  bunlardır:  a)  baş  beynin 
əzilməsi və silkələnməsi, baş beyin qan dövranının pozulması, kəskin meningit; b) 
venaların  kəskin  irinli  xəstəlikləri  (tromboflebit,  flebit);  c)  koronar  sklerozun  ağır 
hallarında,  ,  aortanın  və  ürək  mədəciklərinin  anevrizması,  ürəyin  infarktı,  kəskin 
endokardit,  dekompensasiya  vəziyyətində  ürək  qüsurları;  d)  ağ  ciyərin  və  dalağın 
təzə infarktı; e) ağ ciyərlərin miliar vərəmi; f) tənəffüs çatmamaszlığı.   
Transfuziologiyanın,  o  cümlədən  qanın  komponentlərinə  bölünməsi 
probleminin  işlənilməsi  və  onların  hər  birinin  pesipient  orqanizminə  təsirinin 
öyrənilməsi bütöv qanın köçürülməsinə göstərişləri xeyli azaltmağa əsas vermişdir. 
Hal-hazırda  bütöv  qüanın  köçürülməsinə  yeganə  göstəriş  DQH-nin  tezliklə 
bərpası tələbini qoyan kəskin massiv qanitirmədir. Çünki belə vəziyyətlərdə söhbət 
xəstənin  həyatının  xilas  edilməsindən  və  ölümündən  getdiyindən  DQH-nın  böyük 
həcmdə  itirilmiş  hissəsinin  bərpası  məqsədi  ilə  bütöv  qanın  köçürülməsinə  hər 
hansı əksgöstəriş ola bilməz. 
Hetransfuziologiyada  “təzə  qan”  anlayışı  da  mövcuddur.  Bu  anlayış  qanın 
ayrı-ayrı  hüceyrə  elementlərinin  və  ya  laxtalanma  sisteminin  faktorlarının 
funksional  dəyərliyinə  aid  edilir  və  qanın  donordan  götürülüb  tədarük 
olunmasından  onun  resipientə  köçürülməsinə  qədər  olan  vaxtla  müəyyən  edilir. 
Belə  ki,  konservləşdirilmiş  qanda  trombositlər  6-8  saatdan  sonra  öz  xassələrini 
itirir,  24-48  saatdan  sonra  qranulositlər  faqositoz  qabiliyyətinə  malik  olmurlar, 
laxtalanmanın VIII və V faktorları öz fəallıqlarını yalnız 24 saat saxlaya bilir. 
Qanköçürmə  zamanı  xəstəyə  köçürülcək  qanın  həcminin  müəyyənləşdrilməsi 
də  əsas  məsələlərdəndir.  Nəzərə  almaq  lazımdır  ki,  qan  başlıca  olaraq  DQH-nin 
bərpası məqsədi ilə köçürüldüyü üçün, təbiidir ki, itirilmiş qanın miqdarında donor 
qanə  köçürülməlidir.  Cərrahiyyədə  belə  qayda  vardır  ki,  “damcıya  damcı 
köçürülməlidir”.  Kəskin  qanitirmədə  yalnız  DQH-nin  tam  bərpası  zamanı 
qanköçürmədən müsbət nəticəsinə arxayın olmaq mümkündür. 
 
Qanın saxlanılması, konservləşdirilməsi və daşınması 
Hemotransfuziya  ilə  məşğul  olan  klinisistlər  qan  və  qan  komponentlərinin 
konservləşdirilməsi  haqqında  bilgilərə  malik  olmalıdırlar.  Belə  ki,  bunlar  canlı 
mühitdir və orqanizmdən kənar vəziyyətlərdə onların biloji xüsusiyyətləri müəyyən 
dəyişiklilərə  məruz  qalır.  Həm  də  onların  konservləşdirilməsi  prosesində  müvafiq 
üsullsr  (proseslər  və  proseduralar)  tətbiq  edilir  ki,  transfuziya  zamanı  bunları 
mütləq nəzərə almaq lazımdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə