Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   60   61   62   63   64   65   66   67   ...   91

154 
 
profilaktikası və 
korreksiyası, tetanusa və 
spazmofiliyaya meyillik 
qıikozidləri ilə müalicə 
yerilir; yaxşı olar ki, digər məhlullara 
əlavə kimi 30 mmol/gün dozada işlədilsin. 
Kəskin böyrək 
çatmamazlığının 
profilaktikası, şokların 
ləğvindən sonra kəskin 
oliquriyanın müalicəsi, ağ 
ciyər ödemi, osmoterapiya  
Kəskin ürək çatmamazlığı, 
hipervolemiya, ürək yüklənməsi 
təhlükəsi. Anuriya zamanı 
ehtiyatlı olmaq yələb olunur. 
 
 
20%-li mannitol məhlulunun dəfəlik 
dozası 250 ml, gündəlik dozası 1,0-1,5 
q/kq təşkil edir (ümumi miqdar 100 
qramdan çox olmamalıdır). 
 
 
Böyrək çatmamazlığının 
profilaktikası və müalicəsi 
Mannitolda olduğu kimi 
40%-li məhlulun maksimal dəfəlik dozası 
30 dəqiqə müddətində 250 ml-dir. Gün 
ərzində göstərişlə həmin doza 6-12 
saatdan bir təkrarlamaq olar. 
Intoksikasiya, irinli-
septiki proseslər, ağır 
yanıqlar, zülalların 
katabolizmi, ekzogen 
zəhərlənmələr. 
Ürək-damar dekompensasiyası, 
hemorragik insult, bronxial 
astma, kəskin nefrit. 
Gündə bədən kütləsinin hər kq-na 5 ml-
dən artıq olmamalıdır.Yaxşı olar ki, 
gündəlik doza 2 dəfəyə 40-50 damcı/dəq 
sürəti ilə infuziya edilsin.  
 
 
 
Transport funksiyalı 
qanəvəzediciləri 
Polidez 
Kiçikmolekulalı polivinil spirtinin 3%-li məhluludur. Güclü 
detoksikasion xassəyə malikdir, toksiki deyil, apirogrndir. Böyük 
olmayan molekulasının diurezi və böyrək hefronlarında 
filtrasiyasını stimulyasiya etmək qabiliyyəti var. Eyni zamanda 
reoloji xüsusiyyətə malikdir. Tərkibinə natrium (154 mmol), və 
xlor (154 mmol) daxildir. Osmolyarlığı 308 mosm/l-dir. 
Perftoran  
 
 
Perftorkarbonların emulsiyası əsasında hazırlanmış qaztransport 
funksiyalı polifunksional qanəvəzedicidir. Güclü reoloji
hemodinamiki, membransabitləşdirici və diuretik xüsusiyyətli 
qanəvəzedicinin funksiyasını yerinə yetirir. Yaponiya və ABŞ 
istehsalı olan (flyüozolun 20%-li məhlulu və oksigenat) preparatlar 
bir çox parametrlərinə görə perftorandan geri qalır. 
 
Göstərişlər 
Əks-göstərişlər 
Dozaları 
 Endotoksikoz, sıxılma 
sindromu,yanıqlar, irinli-septiki 
proseslər. 
 Hemodezdə olduğu kimidir. 
Sürətlə yeridildikdə 
başgicəllənmə və ürəkbulanma 
baş verə bilər. 
Не более 400 мл/сут в 2 приема. 
Скорость введения не более 
20—40 капель/мин 
Kəskin və xroniki hipovolemiya 
(travmatik, hemorragik, yanıq, 
septiki), kəllə-beyin travması, 
mikrosirkuliasiyanın və periferik 
qan dövranının pozulmaları. 
Bioloji uyğunsuzluq ola bilər. 
 
 
Dozası: gündə 5-7 ml/kq və daha 
çox, 40-60 damcı/dəq. 
 
 
 
 
 
 
 


155 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
FƏSIL VI 
Transfuziologiya  
 
Qanitirmənin yerinin doldurulması problemi 
 
Qanaxma  zamanı  təhlükəli  halların  inkişafının  qarşısının  alınması  birinci 
növbədə  yalnız  onun  vaxtında  dayandırılmasıdır.  Qanaxmanın  qayandırılma 
üsulları müvəqqəti və yekun ola bilər.  
İkinci əsas məsələ isə qan itgisinin yerinin doldurulmasısı problemidir.Belə ki, 
qanaxmalı xəstələrin müalicəsi yalnız qanaxmanın dayandırılmasından ibarət deyil, 
həm  də  DQH-nin  bərpası  və  qanitirmədən  sonra  onun  orqanizmdə  törətdiyi 
nəticələri  aradan  qaldırmaq  lazımdır.  Buna  görə  də  qanitirmə  zamanı  meüalicəyə 
başlayarkən itirilmiş qanın həcminin müəyyən edilməsi lazımdır.  
Qan  itgisinin  həcmini  təyin  etmək  üçün  çoxlu  müxtəlif    üsullar  və  qaydalar 
vardır.  Bunun  üçün  ən  çox  xəstənin  ümumi  vəziyyətinin  qiymətləndirilməsinə 
orientasiya  olunur:  onun  xarici  görünüşündəki  əlamətlər  (dəri  örtüyünün 
solğunluğu,  ümumi  halsızlıq,  soyuq  tər,  təngnəfəslik),  hemodinamiki  göstəricilər 
(nəbzin  tezliyi,  arterial  və  venoz  təzyiqlərinin  yüksəkliyi),  habelə  hemotoloji 
göstəricilər (hemoqlobin, hematokrit, erirositlərin sayı). 
Qan  itgisinin  miqdarını  təyin  etmək  üçün  ən  sadə  üsullardan  biri  sistolik 
arterial  təzyiqin  ölçülməsidir.  Arterial  təzyiqin  səviyyəsi  ilə  qanın  itirilmiş  həcmi 
arasında münasibət təxmini belə görsənir:  maksimal sistolik təzyiqin 100 mm c.s. 
səviyyəsi  qan  itgisinin  500,0  ml-ə;  90-100  mm  c.s.  səviyyəsi  1000,0  ml-ə;  70-80 
mm c.s. səviyyəsi 2000,0 ml-dən çox olmasına müvafiqdir. 
Qan  itgisinin  həcmini  müəyyən  etmək  üçün  kliniki  praktikada  xəstələr  qanı 
üzərində  aparılan  tədqiqatlardan  alınmış  miqdar  göstəricilərindən  istifadə  edilir 
(Cədvəl ...). 


156 
 
Qanın  xüsusi  çəkisi  belə  təyin  edilir:  Bunun  üşün  sınaq  şüşələrində  mis 
kuporosundan  xüsusi  şəkisi  1044-160  olan  məhlullar  seriyası  hazırlanır.  Xəstənin 
2,0-3,0 ml qanını içərisində quru natrium sitrat olan sınaq şüşəsinə tökürlər. Bundan 
sonra  həmin  sitratlı  qandan  mis  kuporosundan  hazırlanmış  standaert  məhlul  olan 
sınaq  şüşələrinin  hərəsinə  bir  damcı  əlavə  edirlər.  Əgər  qan  damcısı  məhluldan 
ağırdırsa, onda sınaq şüşəsinin dibinə gedəcəkdir, əgər yüngüldürsə, onda məhlulun 
səthində  üzəcəkdir.  Qan  damcısı  hansı  sınaq  şüşəsində  olan  məhlulda  “asılı” 
qalarsa,  onda  qanın  xüsusi  çəkisi  həmin  məhlulun  xüsusi  çəkisinə  müvafiqdir. 
Normada qanın xüsusi şəkisi qadınlarda 1044-1060, kişilərdə 1055-1063-dür. 
 Xəstədə  DQH-ni  öyrənməklə  qan  itgisinin  dərəcəsini  daha  dəqiq  müəyyən 
etmək  olar.  DQH-ni  öyrənmək  üçün  istifadə  olunan  müasir  üsullar  qanın 
durulaşdırılma  prinsipinə  əsaslanır;  xəstənin  dövredən  qanını  məhlul  kimi  qəbul 
edib  bura  məlum  qatılıqlı  maddə  əlavə  etdikdən  sonra  qanda  həmin  maddənin 
qatılığının dəyişmə dərəcəsinə görə təyin edirlər. Belə maddə kimi adətən, xəstənin 
Cr-51 radioizotopla nişanlanmış özünün eritrositlərindən istifadə edilir. Bu metodun 
tətbiqi  üçün  xüsusi  radiometrik  aparatlar  tələb  olunduğundan  kliniki  praktikada 
istifadəsi geniş yayılmamışdır.  
Əməliyyat vaxtı xəstədə qaq itirmənin miqdarını ən sadə yolla, yəni xəstənin 
qanı hopmuş salfetkaların çəkisinin öyrənilməsi ilə təyin etmək olar. Bu zaman qan 
itgisi  –  bütün  salfetkaların  çəkisinin  yarısı  və  onun  üzərinə  15%  gəldikdə  alınan 
qiymətə bərabərdir:  
Qİ=SÇ/2+SÇ/2x0,15; (A.Q.) 
Burada: Qİ-qan itgisi, SÇ- salfetkaların çəkisini göstərir (A.Q.). 
Yuxarıda  göstərildiyi  kimi,  qanitirmə  zamanı  orqanizmdə  bütün    patoloji 
dəyişkənliklər  birinci  növbədə  DQH-nin  azalması  nəticəsində  inkişaf  edir.  Buna 
görə  də  qanitirməsi  olan  xəstələrin  müalicəsi  DQH-nin  itirilmiş  hissəsinin  yerinin 
doldurulmasından,  yəni  qan  köçürülməsindən  başlamaq  lazımdır,  bu  həm  də 
xəstənin qanının tərkibinin bərpasını təmin edir. 
Hər  bir  konkret  halda  köçürmək  üçün  doror  qanının  miqdarı  qanitirmənin 
həcminə  görə  müəyyənləşdirirlir.  Bu  zaman  DQH  nə  qədər  tez  bərpa  edilərsə, 
xəstənin ümumi vəziyyəti də daha erkən yaxşılaşmağa başlayacaqdır. 
Kəskin qanitirmə zamanı qan köçürmənin sürəti itirilmiş qanın miqdarından və 
sistalik  təzyiqin  qiymətindən  asılıdır.  Belə  ki,  arterial  təzyiqin  lap  aşağı  olması 
zamanı (20-30 mm c.s.) qanı təzyiq altında arteriadaxili şırnaqla köçürmık lazımdır. 
Arterial  təzyiq  70-80  mm  c.s.  səviyyəsinə  qədər  qalxdıqda  venadaxili  şırnaqla  və 
sonradan  damcı  ilə  köçürməyə  keçirlər.  Qan  köçürmənin  effekti  ilk  əvvəl  AT-in 
yüksəlməsi ilə və sonradan hematoloji göstəricilərə görə müəyyən edilir.  
AT-in uzun müddətdə ən aşağı qiymətlərə  enməsi, mikrosirkulyasiyanın dərin 
pozulmaları,  qanın  patoloji  depolaşmasının  meydana  çıxması,  mübadilə 
proseslərinin  pozulması,  asidozun  inkişafı  ilə  baş  verən  ağır  qanitirmələr  zamanı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə