Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   56   57   58   59   60   61   62   63   ...   91

146 
 
Farmakoloji  xassəsi:  həcməvəzləyici  təsirə  malikdir,  hemodinamikaya, 
kapilyar  qan  cərəyanına  və  qanın  reoloji  xüsusiyyətlərinəmüsbət  effek  göstərir, 
plazmanın  osmotik  təzyiqini  yüksəldir,  metabolik  pozulmaları  aradan  götürür. 
Qanda  mol.kütləsi  70.000  olan  hissələrə  qədər  parçalanmaya  məruz  qalır,  diurezi 
stimullaşdırır və bu metabolitlər sidik vasitəsi ilə asanlıqla xaric olunur.  
Kəskin  qanaxmalarınbütün  hallarında,  hemorragik,  travmatik  və  yanıq 
şokları,  kəskin  hipovolemiya,  cərrahi  müdaxilələr  zamanı  qanın  həcm  defisitinin 
yerinin  doldurulması  və  saxlanılması  məqsədi  ilə  HAES-sterilin  tətbiqinə  göstəriş 
vardır. 
Preparatın  6%-li  və  10%-li  məhlulu  250  ml  və  500  ml  tutumlu  flakonlarda 
buraxılır.  Məhlulun  6%-lisinin  orta  mol.kütləsi  240.000  təşkil  edir.  Orta  təsir 
müddəti 100% yumşaq effektlə 3-4 saata bərabərdir. 
HAES-sterilin  10%-li  məhlulunun  orta  mol.kütləsi  200.00-ə  bərabərdir, 
başlanğıc 145%-li effekti ilə orta təsir müddəti 3-4 saatdan çoxdur. 
Bu  məhlullar  DQH-ninazalmış  həcmini  tez  bərpa  edir,  kapilyar  qan 
cərəyanını  normallaşdırır,  kifayət  qədər  müddətdə  damardaxili  effekt  verir, 
hematoktiti  və  qanın  özlülüyünüazaldır,  plazmanın  hiperkoaqulyasion  xassəsini 
aradan  götürür.  Axırıncı  xüsusiyyətlərinə  görə  kəskin  qanaxmalar  zamanı  tətbiq 
etdikdə diqqətli olmaq lazımdır. allergiya reaksiyalarının inkişafı çox nadir hallarda 
rast gəlir. 
CƏDVƏL   
İNFUSIYA MƏHLULLARI 
 
Qruplar 
Adları 
Xarakteristikası 
Heterogen 
kolloid 
məhlullar 
Poliqlükin, makrodeks, 
lonqasteril 70, intradeks, 
infukol, poliqlesol, 
polifer, rondeks 
Poliqlükin- dekstranın 6%-li məhlulu, natrium-xloridin 0,9%-
li məhlunda hazırlanır.   
Orta mol.kütləsi 60.000. KOT – 58 mm.c.s.  
Osmolyarlığı 308 mosm/l. 
Nisbətən yüksək mol kütləsinin olmasına görə qanda 
sirkulyasiya müddəti uzundur.  
Maksimum təsir müddəti 5-8 saatdır.  
Güclü plazmaəvəzedici və şokəleyhinə təsirə malikdir. 
Orqanizmdən əsasən böyrəklərlə xaric edilir. 60 000-dən 
85 000 molekula kütləsinə malik olan dekstranlar poliqlüninə 
oxşar təsir göstərir. 60 000 mol.kütləli dekstran qısaldılmış 
olaraq “M 60 dekstran” yazılır. 
Реополиглюкин, 
реомакродекс, 
лонгастерил 40, 
реофузин, реодекс  
Reopoliqlükin – orta mol.kütləsi 35 000 olan dekstranın 10%-
li kolloid məhluludur. Məhlulun əsasını 0,9%-li natrium xlorid 
və ya 5%-li qlükoza məhlulu təşkil edir. 
Kiçik molekulalı dekstranlar qrupuna aiddir. 
Güclü ekspander təsirinə malikdir. 1 qram preparat özünə 20-
25 ml maye birləşdirə bilir. DQH-nin artması 90 dəqiqə ərzində 
müşahidə edilir. 
Qabarıq reoloji təsir göstərir: qanın formalı elementlərinin 
dezaqreqasiyasını törədir, kiçik damarlarda qan cərəyanını bərpa 
edir. 
Preparatın əsas kütləsi ilk günlərdən xaric olunur (əsasən 


147 
 
böyrəklərlə). 
Jelatinol, plazmajel, 
hemojel, helifundol, 
MFJ və b. 
Jelatinol –hissəvi hidrolizləşdirilmiş jelatinin 8%-li duz əlavə 
edilmiş məhluludur. 
Orta mol.kütləsi 20 000-ə və KOT 220-290 mm su sütununa 
bərabərdir. 
Tərkibində bir sıra aminturşular olan zülaldır. Özünün fiziki-
kimyəvi xassəsinə görə plazmaya yaxındır. Mol.kütləsinin kiçik 
olmasına görə damar məcrasında qısa müddətdə qalır. 
Plazmaəvəzedici təsirli preparalar kimi jelatin dekstranlara 
nisbətən zəif effektlidir. Dekstranlarla müqayisədə suyu özünə 
birləşdirmək qabiliyyəti aşağıdır. Bir neçə saat müddətində 
fəallıq göstərir. Jelatinolu infuziya etdikdə nisbətən aşağı 
sıxlıqda sidikli poliuriya baş verir və orqanizmdən toksiki 
metabolitlərin çıxarılmasını sürətləndirir. 
Hissəvi parçalanmaya məruz qalmış jelatin yalnız böyrəklərlə 
xaric olunur. 
Nişasta hidrooksilinin 
6%-li məhlulu, 
plazmasteril, HAES-
steril, volekam 
Qarğıdalı nişastasının hissəvi hidrolizi yolu ilə alınmış 
oksietilləşdirilmiş nişasta məhlullarıdır. 
Bu preparatlar toksiki deyillər, qanın koaqulyasion 
xüsusiyyətlərinə mənfi təsir göstərmir və allergiya reaksiyaları 
törətmir. 
Qlikogenin struktur xüsusiyyətinə oxşarlıqları var və buna 
görə də orqanizm tərəfindən yaxşı mənimsənilir. 
Şokəleyhinə və hemodinamik təsirlərinə görə dekstranlara 
yaxındır. 
Mol.kütləsi 170 000-dən (volrkam) 450 000-ə (plazmasteril) 
qədər tərəddüd edir. 
200 000 mol.kütləli nişastanın 3%-li, 6%-li, 10%-li məhlulları 
antitrombik reoloji xassəyə malikdir. 
 
Heterogen kolloid məhlulların tətbiqinə göstərişlər, əks-göstərişlər və dozaları
 
 
Göstərişlər 
Əks-göstərişlər 
Dozaları 
Poliqlükin, makrodeks, lonqasteril 70, intradeks, infukol, poliqlesol, polifer, rondeks 
Kəskin 
hipovolemiyanın 
profilaktikası və 
müalicəsi. Kəskin 
hipovolemiyanın 
nəticəsində meydana 
çıxmış şok: qanitirmə; 
plazmaitirmə; 
dehidratasiya; DQH-nin 
damar tutumu ilə 
uyğunsuzluğu – 
travmalar, yanıqlar; 
cərrahi əməliyyatlar; 
sespsis; dmar hipotiniyası. 
Ürək zəifliyi əlamətləri olan 
xəstələrdə, miokardın infarktı, 
hipertenziyalar zamanı diqqətli və 
ehtiyyatlı olmaq lazımdır. 
Qəbuledilməzlik əlamətləri baş 
verə b ilələr.dekstranların təyini 
zamanı ciddi anafilaktik 
reaksiyalaeın rastlaşma tezliyi – 
0,008% təşkil edir. 
Hər bir konkret hal üçün poliqlükinin 
optimal dozası fərdi qaydada müəyyən 
edilir. Birdəfəlik doza 400 ml-dən 1000 ml-
ə qədər ola bilər. Şok zamanı preparatı 
şırnaqla yeritmək göstərişdir; 
hemodinamikanın sabitləşməsindən sonra 
damcı ilə infuziyasına keçmək lazımdır. 
MVT-in vəziyyətinə nəzarət edilməlidir. 
Dekstranların (M60-85) maksimal dozası 
1,5-2,0 q/kq/gün təşkil edir. 
Реополиглюкин, реомакродекс, лонгастерил 40, реофузин, реодекс 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə