Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   55   56   57   58   59   60   61   62   ...   91

144 
 
Ağır travmalar, uzunmüddətli sıxılma sidromu, dərin endotoksikoz əlamətləri 
ilə  gedən  patoloji  proseslər  zamanı  bu  preparatları  vaxtında  tətbiq  etdikdə  kəskin 
böyrək çatmamazlığının qarşəsənə almaq mümkündür. 
 
Polifuksional təsirli infuzion məhlullar 
Bir  sıra  yeni  infuzion  vasitələr  yaradılmışdır  ki,  onlar  polifunksional  təsir 
göstərirlər:  hemodinamiki,  reoloji,  dezintoksikasion,  diuretik  və  s.  polifunksional 
təsirli  preparatlar  içərisində  polivisolin,  polioksidin,  reoqlüman,  mafusol  kimi 
məhlullar geniş istifadə olunur. 
Polivinil  spirti  əsaında  hazırlanmış  Polivisolin  məhlulu  şokəlüyhinə  və 
dezintoksikasion təsirə malikdir. Molekula kütləsi 10.000-ə bərabərdir. 
Polietilenqlikol  əsaslı  Polioksidin  məhlulunun  mol.kütləsi  20.000  təşkil  edir. 
Bu preparat güclü reoloji və dezintoksikasion təsirinə malikdir. 
Reoqlüman  –  mol.kütləsi  40.000  olan  dekstranın  0,9%-li  natrium-xlorid  və 
5%-li  mannit  məhlullarınada  hazırlanmış  10%-li  məhluldur.  Yüksək  reoloji 
(damardaxili  aqreqasiyanı  azaldır,  mokrosirkulyasiyanı  yaxşılaşdırır)  və 
dezintoksikasion təsirə malik vasitədir. Onu ağir travmalar, yanıqlar zamanı, damar 
cərrahiyyəsində,  postreanimasin  dövrdə  tətbiq  edirlər.  Məhlul  40-60  damcı/dəq. 
sürəti  ilə  venadaxili  vurulur;  mütləq  biloji  sınaq  aparılmalıdır.  İlk  10-15  dəqiqə 
müddətində  infuziya  sürəti  5-10  damcı/dəq.  sürətini  aşmamalıdır,  sonda  baş  verə 
biləcək reaksiyanı müəyyən etmək üçün fasilə verilir. Böyüklər üçün gündəlik doza 
400-800 ml-dir.  
Mafusol.  Antihipoksant  təsirli  natrium-fumaratın  infuzion  duz  məhluludur. 
Fumarat  orqanizmdə  ATF-in  əmələ  gəlməsi  ilə  metabolizmə  uğrayır  ki,  anaerob 
qlikoliz  tipli  ağır  xəstələrin  müalicəsində  xüsusi  ilə  vacibdir.  Kliniki  sınaqlar 
göstərmişdir ki, mafusol  effektiv  antihipoksant vasitədir  və öz növbəsində  toxuma 
metabolizminin  tənzimləyicisidir  .  eyni  zamanda  bu  preparat  həm  də  şokəleyhinə 
təsirə malikdir.  
 
Qazdaşiyici funksiyali qanəvəzediciləri 
Bu qrupa hemoqlobinin və eritrositlərin iştirakı olmadan oksigenın və karbon 
qazının  daşınması  funksiyasını  yerinə  yetirm  qabiliyyətinə  malik  olan  preparatlar 
aiddir. 
Məlum məsələdir ki, kəskin massiv qanitirmə qanın oksigendaşıma sisteminin 
dəyişkənliklərinə  və  toxuma  hipoksiyasına  gətirib  çıxarır.  Əgər  kəskin 
hipovolemiyanın və bununla əlaqədar sirkulyator çatmamazlığın müalicə problemi 
hal-hazırda  geniş  arsenala  malik  hemodinamiki  və  şok  əleyhinə  təsirli  infuzion 
vasitələrin  yaradılması  yolu  ilə  müvəffəqiyyətlə  həll  olunursa,  onda  dövredən 
eritrositlərin  həcminin  defisitinin  adekvat  əvəzedilməsi  problemi  hələlik  yekun 
həllini  tapmamışdır.  Bu  problemin  həlli  yeni  preparatın,  yəni  qanın  formalı 


145 
 
elementlərinin iştirakı olmadan qan qazlarının daşıyıcılarının, həqiqi əvəzedicilərin 
yaradılmasından asılıdır. 
 Bir  çox  ölkələrdə,  Yaponiyada,  ABŞ-da,  Fransada,  İngiltərədə  və  Rusiyada 
axtarışlar aparılır, tam ftorlaşdırılmış karbohidrat birləşmələri əsasında preparatlar – 
perftorkarbonlar    hazırlanır.  Bunlar  kimyəvi  qeyr-fəal  maddələrdir,  onların  bütün 
hidrogen  atomları  ftor  atomları  ilə  əvəz  edilmişdir.  Perftorkarbonların  tətbiqinin 
mümkünlüyü  1966-cı  ildən  öyrənilməyə  başlanmışdır.  Eksperimentdə  müəyyən 
edilmişdir ki,  perftorkarbon emulsiyasına tam  salınmış  sçovul bir  neçı  saat  yaşaya 
bilmişdir. Həm də siçovulun qanının perftorkarbonla əvəzolunması da onun müsbət 
keyfiyyətini  görsətmişdir.  1979-cu  ildə  perftorkarbonlar  ilk  dəfə  olaraq  insanda 
infuziya məqsədi ilə istifadə edilmişdir. 
1973-cü  ildə  Yaponiyada  “Flyüosol-DA-20”  preparatı  yaradılmışdır.  Bu 
preparat  tam  ftorlaşdırılmış  birləşmələrin  (perftordekalin,  perftortripropilamin, 
qliserin,  hidpoksietilnişasta,  natrium-,  kalium-,  maqnezium  xloridlər,  natrium-
hidrokarbonat) emulsiyasından ibarətdir. 
1985-ci  ildə  SSRİ-də  flyüosola  yaxın  olan  “perftoran”  və  “perfukol” 
preparatları yaradılmışdır. 
Perftorkarbon  birləşmələri  oksigendaşıma  xüsusiyyətlərinə  malikdir.  Onlar 
oksigeni  qan  təchizatının  çətinləşdiyi  nahiyyələrə  çatdıra  bilir.  Perftorkarbonlar 
yüksək  nüfyzedici  qabiliyyətinə  malik  olmasıemulsiya  hissəciklərinin  ölçüləri 
eritrosirlərinkindən  kiçikdir.  Buna  görə  də  bu  preparatlar  miokard  infarktının  və 
trombəmələ  gəlməsinin  artması  ilə  şərtlənən  digər  vəziyyətlərin  müalicəsində  də 
tətbiqinə imkan yaranmışdır. 
Perftorkarbon  birləşmələrinin  birinci  nəsil  qrupuna  aid  olan  bütün 
preparatlarının    ümumi  çatmamazlığı  vardır:  oksigen  tutumunun  az  olması,  aşağı 
davalılığı,  orqanizmdə  uzun  müddət  qalması  və  damar  məcrasında  sirkulyasiya 
müddətinin  az  olması.  Kliniki  sınaqlar  zamanı  preparatın  reaktogenliyi  aşkar 
ediulmişdir. Hal-hazırda fəal səthli maddələrin perforlaşdırılmış üzvi  birləşmələrin 
yeni  nəslinin  hazırlanması  üzrə  tədqiqatlar  aparılmaqdadır.  Oksigendaşıyıcı 
funksiyanı  təmin  edən  həqiqi  qanəvəzləyicilərin  yaradılmasınının  vacibliyini 
qiymətləndirmək çətindir. 
Infuzion  məhlullar  qrupunun  əsas  qrup  nümayəndələrinin  xüsusiyyətləri, 
onmların  dozaları,  tətbiqinə  göstərişlər,  baş  verə  biləcək  fəsadlaşmalar  cədvəldə 
verilmişdir (cədvəl. 5.2.).
 
 
Yeni plazmaəvəzedicilər 
Haes-steril  (HAES-steril, “Frezenius  Kabi”)  -  orta  mol.kütləsi  200.000  olan 
hidrooksietilpolisaxarid  məhluludur,  molekulada  əlaqələrin  əvəzolunması  50% 
təşkil  edir.  Amilopeptidin  şaxələnmiş  zəncirlərindən  ibarət  süni  kolloid 
kompleksidir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə