Qanaxmalar zamanı infuzion-transfuzion terapiya


İzotonik  və  izoion  məhlulları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   51   52   53   54   55   56   57   58   ...   91

135 
 
İzotonik  və  izoion  məhlulları  (ionosteri  –  “Frezenius”).  Tərkibinə  ionlar 
fizioloji  optimal  nisbətdə  daxildir  (1  litr  məhlulda  var:  Na
+
-  137  mmol,  K
+
  -  4 
mmol,  Ca
+
  -  1,65  mmol,  Mg
2+
  -  1,25  mmol,  Cl
-
  -  110  mmol,  asetat–36,8  mmol; 
osmolyarlığı  291  mosm/l-ə  bərabərdir).  Plazma  və  hüceyrəxarici  maye  həcminin 
defisitləri  zamanı  birincili  əvəzedicilər  kimi  tətbiq  edilir.  Ödemlər,  hipertonik 
dehidratasiyalr, ağır böyrək çatmamazlığı zamanə əksgöstərişdir. 
Göstərişlərdən asılı olaraq gündəlik dozası 500-1000 ml və daha çox ola biər, 
3ml/kq/saat  sürətində  venadaxil  damcı  üsulu  ilə  tətbiq  edilir  (70  kq  kütləsi  olan 
xəstəyə dəqiqədə 70 damcı). Təcili lazım gələn hallarda 15 dəqiqə ərzində 500 ml-ə 
qədər sürətlə vurmaq olar. 
5%-li və ya 10%-li izoion qlükoza (fruktoza) məhlul. Hipotonik dehidratasiya, 
damardaxili  həcmin  defisitləri  zamanı  istifadə  olunur.  Enerjiyə  görə  karbohidrat 
tələbatını  hissəvi  ödəyir.  Hiperqlikemiya,  hipertonik  dehidratasiya    və  metabolik 
asidoz zamanı əksgöstərişdir. Dozası konkret situasiya ilə müəyyən edilir. İnfuziya 
sürəti 3ml/kq/saata bərabər olmalıdır. 
Kvartasol. İzotinik məhluldur, tərkibinə dörd duz (Na
+
 - 124 mmoı/l, K
+
 - 20 
mmoı/l, Сl
-
 - 101 mmoı/l, НСО
3
- 12 mmoı/l) və asetat – 31 mmoı/ldaxildir. Poliion 
itgiləri zaçnı əvəzedici məhlul kimi tətbiq edilir. Hiperkaliemiya, hiperntriemiya və 
hiperxloemiya  zamanı  əksgöstərişdir.  Gündəlik  dozası  ionoqramadan  asılı  olaraq 
1000 ml-ə qədər ola bilər. 3 ml/kq/sat sürəti ilə vurulmalıdır.  
Laktasol.  Bu  da  fizioloji  əvəzedici  fizioloji  məhluldur.  Zəif  qələvi  xassəyə 
malikdir.  Natrium-xloridin  izotonik  məhlulundan  fərqi  ondan  ibarətdir  ki, 
plazmanın  tərkibinə  yaxın  balanslaşdırılmış  elektrolit  tərkibə  malikdir.  1  litr 
məhlulun  tərkibində  Na
+
-  139,5  mmol,  K
+
  -  4  mmol,  Ca
+
  -  1,5  mmol,  Mg
2+
  -  1,0 
mmol,  Cl
-
  -  115  mmol,НСО
3
–3,5  mmol,  laktat  –  30  mmol  maddələr  var. 
Osmolyarlığı 294,5 mosm/l-ə bərabərdir. 
Laktasol  və  ona  anoloji  olan  Ringer  laktat  və  ya  Qartman  məhlulları  hidrion 
müvazinətinin  izotonik  pozulmalarını  kompensasiya  etməyə  qabildir.  Onlar 
müvazinətli turşu-qələvi balansı və ya yüngül asidoz zamanı hüceyrəxarici mayenin 
defisitinin  əvəzedilməsi  məqsədi  ilə  istifadəyə  göstərişdir.  Kolloid  məhlula  və 
eritrosit  kütləsinə  əlavə  etdikdə  alınmış  qarışığın  reoloji  xüsusiyyətlərini 
yaxşılaşdırır.  Orqanizmdə  natrium-laktatın  hidrokarbonata    çevrilməsi  nəticəsində 
hidrokarbinat bufer tutumunun artması və asidozun zəifləməsi baş verir. Lakin su-
elektrolit  pozulmalarının  korrektoru  kimi  laktasolun  müsbət  xassəısi  yalnız  aerob 
qlikoliz şəraitində reallaşdırılır. Oksigen çatmamazlığının ağır dərəcələrində (dərin 
hipoksiyalarda) laktasol laktat-asidozun inkişafını dərunləşdirə bilər. 
Laktasolun və Riger-laktatın gündəlik dozası 2500 ml-ə qədər artırıla bilər. Bu 
məhlullar venadaxili 2,5 ml/kq/saat, dəqiqədə 60 damcı sürəti ilə vurulur.  
Laktasol  və  Riger-laktat  hipertonik  hiperhidratasiyalr,  qara  ciyərin 
zədələnmələri və laktat asidozu zamnı əksgöstərişdir. 


136 
 
 
Bazis məhlulları 
 
Bazis  məhlullarına  orqanizmin  suya  və  elektrolitlərə  gündəlik  tələbatın 
ödənilməsini  təmin  edən  elektrolit  və  şəkər  məhlulları  aiddir.  Bu  məhlullarin 
tərkibində tənəffüs və dəri vasitəsi ilə elektrolitsiz su itgisinin yerinin doldurulması 
üçün lazımi miqdarda sərbəst su olmalıdır. Eyni zamanda bu məhlullar orqanizmin 
əsas  elektrolitlərə  tələbatı  ödəməlidir  və  qanın  elektrolit  tərkibinin  yüngül 
pozulmalarını korreksiya etməlidir. 
Tərkibində kaliumin miqdarı yüksək olan bazis məhlulları (“Frezenius”) həm 
də digər elektrolitlərə, kifayət miqdarda sərbəst su və karbohidratlara malikdir. Bu 
müxtəlif  təyinatlı  qələvi  elektrolit  məhlulu  su-elektrolit  müvazinətini  saxlamaq 
üçün istifadə edilir. Məhlul orqanizmin suya və elektrolitlərə tələbatını təmin etmək 
üçün    göstərişdir.  Məhlulun  1  litrin  tərkibində  Na
+
-  49,1  mmol,  K
+
  -  24,9  mmol, 
Mg
2+
 - 2,5 mmol, Cl
-
 - 49,1 mmol,Н
2

4
-
–9,9 mmol, laktat – 20 mmol, sorbit - 50 
qram  maddələr var. Kaloriyili 200 kkka/l-ə, osmolyarlığı 430 mosm/l-ə bərabərdir. 
Bu  məhlul  şoklar,  hiperkaliemiya,  böyrək  çatmamazlığı,  su  zəhərlənməsi, 
sorbitin  qəbuledilməzliyi  (непереносимости),metanol  zəhərlənməsi  zamanı 
əksgöstərişdir. 
Məhlul venadaxili damcı infuziyası şəklində tətbiq edilior. 70 kq kütləsi olan 
xəstəyə vurulma sürəti 180/saat olmalıdır. Gündəlik orta dozası bədən səthinin hər 
m
2
-ə 1500 ml-dir. 
Polielektrolit  tərkibli  5%-li  qlükoza  məhlulu  (“Frezenius”)  suyun, 
elektrolitləri  və  aşağı  dozalarda  karbohidratların  orqanizmə  yeridilməsini  təmin 
edir.  Su  itgisini  (hipertonik  dehidratasiya),  zəif  elektrolit  tərkibli  maye  itgisini, 
karbohidratlara  hissəvi  tələbatı  ödəmək  üçün  tətbiq  edilir.  Elektrolit  konsentratlar 
daşıyıcı  məhlul  kimi  və  dərmanların  məhlulların  qarıdırılması  üçün  istifadə  edilə 
bilər. 
1  litr  məhlulun  tərkibinə  daxildir:  Na
+
-  68,5  mmol,  K
+
  -  2,0  mmol,  Са
2+
  - 
0,62mmol, Mg
2+
 - 0,82 mmol, Cl
-
 - 73,4 mmol, inyeksiya üçün monohidrat-qlükoza 
-  55  qram.  Osmolyarlığı  423  mosm/l-ə  bərabərdir.  Uzunmüddətli  venadaxili 
infuziya yolu ilə gündə 2000 ml dozada təyin edilə bilər; infuziya sürəti bədənin hər 
kq kütləsinə 3 ml/saat olmalıdır. 
Hiperqlikemiya,  orqanizmdə  suyun  izafiliyi,  hipotonik  dehidratasiya  zamanı 
əksgöstərişdir. 
İnfuzion  elektrolit  məhlulu  (Xartiq  məhlulu)  orqanizmin  suya  və 
elektrolitlərə  tələbatı  təmin  etmək  üçündür.  Suyun  bioelektrolit  itgisinin  yerinin 
doldurulması  və  elektrilitlərin  yüngül  pozulmalarının  korreksiyası  üçün  istifadə 
edilir.  1  litr  məhlulun  tərkibində  var:  Na
+
-  45  mmol,  K
+
  -  25  mmol,  Mg
2+
  -  2,5 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə