Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   50   51   52   53   54   55   56   57   ...   91

133 
 
Jelatin 
 
Helofuzin (30) 
100 
3-4 
200 
Jelatinol (20) 
60 
1-2 
30 
Hidroksietil-
nişasta 
Volyüven (130) 
100 
3-4 
33 
Venofundin (130) 
100 
3-4 
33 
HAES-steril 6% (200) 
100 
3-4 
33 
HAES-steril 10% (200) 
100 
3-4 
20 
Hemohes 6% (200) 
100 
3-4 
33 
Hemohes 10% (200) 
100 
3-4 
20 
Refortan 6% (200) 
100 
3-4 
33 
Refortan plyus 10% (200) 
145 
3-4 
20 
Stabizol 6% (200) 
100 
6-8 
20 
Dekstran 
Poliqlükin 
120 
4-6 
20 
Reopoliqlükin 
140 
3-4 
12 
 
Volekam.  Hidrooksietilnişasta  məhlulunun  Rusiya  istehsalıdır.  Bitgi  mənşəli 
nişastanın  oksietilləşməsi  əsasında  hazırlanır.  Molekul  kütləsi  170.000  və 
əvəzolunma dərəcəsi 0,55-0,7-dir. Volekam xassəsinə görə Yaponiya istehsalı olan 
preparata yaxındır. 
Plazmasteril  (“Frezenius”)  –  hidrooksilnişastanın  6%-li  məhluludur;  yüksək 
molekulyar kütləyə malikdir (450.000) və əvəzolunma dərəcəsi 0,7-dir. 
HAES-steril 
(«Фрезениус») 
– 
ortamolekulyar 
hidrooksietilnişasta 
məhluludur.Molekyuyar kütləsi 200.00, əvəzolunma dərəcəsi 0,5-dir. 
 
KRISTALLOID MƏHLULLAR 
Bu qrupa elektrolitlər və şəkərlərin infuziya məhlulları aiddir. Bu məhlulların 
köməyi ilə orqanizmin suya və elektrolilərə olan bazis (fizioloji) tələbatın ödənilir, 
pozulmuş  su,  elektrolit  və  turşu-qələvi  müvazinətinin  korreksiyası  təmin  edilir. 
Kolloid  məhlullardan  fırqli  olaraq  infuziyadan  sonra  kritalloid  məhlulların  böyük 
hissəsi damar məcrasından çıxaraq interstisiayaya vəya məhlulların tərkibindən asılı 
olaraq hətta hüceyrələrin daxilinə keçir. 
Elektrolitlərin  və  şəkərlərin  (qlükoza  və  fruktoza)  infuzion  məhlullarını 
təyinatlarına görə şərti olaraq üç qrupa bölmək olar: 
1)
 
Əvəsedici məhlullar (qan, su və su itgisinin itgisinin yerinin doldurulması 
üçün istifadə olunan); 
2)
 
Bazis məhlulları (orqanizmin suya və elektrolitlərə olan fizioloji tələbatını 
ödəyən); 
3)
 
Korreksiyaedici  məhlullar  (ionların,  suyun  və  turşu-qələvi  müvazinətinin 
korreksiyası üçün tətbiq edilən). 
 
Əvəzedici məhlullar 
İzotonik  həcmin  defisitinin  yerinin  doldurulması  üçün  polielektrolit 
məhlullarından  istifadə  edilir;  bunların  osmolyarlığı  və  tərkibi  qan  plazmasının  və 
göstəricilərinə  yaxındır.  Bu  məqsəd  üçün  infuzion  vasitələr  optimal  olan 


134 
 
balanslaşdırılmış tərkibə malik izotonik və izoion məhlullardır. Təəssüflər olsun ki, 
az sayda məhlullar belə xassələrə malik olur. Lakin əldə edilmiş təcrübələr göstərir 
ki,  kəskin  situasiyalarda  hətta  balanslaşdırılmamış  məhlulların  infuziyası  (ringer 
məhlulu,  natrium-xloridin  izotonik  məhlulu)  müsbət  nəticələr  verir.  Bu  məhlullar 
əsasən  izotonik  və  ya  mülayim  hipertonik  xasəyə,  həmçinin  ekstravazal  mühitin 
tərkibindəki qədər  lazımi miqdarda inqridientlərəmalik olmalıdır. 
Natrium-xloridin 0,85-0,9%-li izotonik məhlulu (“fizioloji məhlul”) qanitirmə 
və dehidratasiyaların müalicəsi üçün istifadə olunan ilk məhluldur. 
1  litr  məhlulun  tərkibində  var:  Na
+
  -  154  mmol;  Cl
-
  –  154  mmol.  Ümumi 
osmolyarlığı 308 mosm/l-dur ki, bu da plazmanın osmolyarlğında bir az yüksəkdir. 
pH  5,5-7,0-yə  bərabərdir.  Məhulda    xlorun  qatılığı  da  plazmadakı  həmin  ionların 
qatılığından  yüksəkdir.  buna  görə  də  bu  məhlulu  mütləq  fizioloji  hesab  etmək 
olmaz. 
Əsasən  hüceyrəxarici  mayenin  itgisi  zamanı  natriumun  və  xlorun  donatoru 
kimi istifadə edilir.  həmçinin metabolik alkalozlu hipocxloremiya, dehidratasiya və 
hiponatriemiya  ilə  əlaqədar  oliquriya  zamanı  göstərişdir.  Bu  məhlul  bütün 
qanəvəzediculərlə  və  qanla  yaxşı  qarışır.  Onu  eritromisinlə,  oksasillinnlə, 
penisillinlə qarışdırmaq olmaz. Universal məhlul kimi istifadə etmək olmaz, belə ki, 
tərkibində sərbəst su azdır (???), kalium yoxdur; turş reaksiyalıdır, hipokaliemiyanı 
atrırır.  Hipernatriemiyada  və  hiperxloremiyada  əksgöstərişdir.  Gündəlik  dozası  2 
litrə qədərdir. Venadaxili 4-8 ml/kq/saat sürəti ilə vurulur. 
Ringer məhlulu – izotonik elektrolit məhluldur. 1 litr məhlulun tərkibində var: 
Na
+
-  140  mmol,  K
+
  -  4  mmol,  Ca
+
  -  6  mmol,  Cl
-
  -  150  mmol.  Osmolyarlığı  300 
mosm/l-ə bərabərdir. Ringer məhlulu qanəvəzedici kimi keçən əsrin sonundan geniş 
istifadə 
edilməyə 
başlanmışdır.  Hal-hazırda  bu  məhlulun  və  onun 
modifikasiyalarının  tətbiq  sahələri  daha  da  genişləndirilmişdir.  Bu  məhlul  da 
fizioloji əvəzedici məhlullar sırasına aiddir və zəif turşu xassəsinə malikdir. 
Hüceyrəxarici  maye  itgisinin,  o  cümlədən  qanitgisinin  əvəzolunması  və 
elektrolit  konsentratlarının  məhluldaşıyıcısı  kimi  üçün  istifadə  edilir. 
Hiperxloremiya  və  hipernatriemiya  zamanı  əksgöstərişdir.  Onu  fosfortərkibli 
elektrolit  konsentratlarla  qarışdırmaq  olmaz.  Dozası  –  gündə  3000  ml-ə  qədər 
həcmdə  70  kq  bədən  kütləsi  olanlar  üçün  120-180  damcı/dəqiqə  sürəti  ilə 
venadaxili  infuziya etmək olar. 
Duz  məhlulları  (ЦИПК  və 
ЛИПК-3
)  –  müxtəlif  duzlardan  ibarət  izotonik 
elektrolit  məhluludur.  İkinci  dünya  müharibəsi  vaxtı  kəskin  qanitirmələrin 
müalicəsi üçün tətbiq edilirdi. Tərkibi: 1 litr məhlulda var: Na
+
- 138 mmoı, K
+
 - 2,7 
mmoı, Ca
+
 - 2,2 mmol, Mg
2+
 - 0,4 mmol, Cl
-
 - 144 mmol mmol, SO
2
2-
 - 0,4 mmol, 
HSO
3
-  1,6  mmol.  Osmolyarlığı  290  mosm/l-ə  bərabərdir.  Hal-hazırda  da  bu 
məhlullar  öz  əhəmiyyətini  itirməmişdir  və  izotonik  və  hipertonik  maye  itgiləri 
zamanı tətbiq edilə bilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə