Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   53   54   55   56   57   58   59   60   ...   91

139 
 
0.04  mmol,  Сl
-
  -  51,33  mmol,  asparaginat  -  100,41  mmol.  Osmolyarlığı  558 
mosm/l-dir. 
Məhlulun  dozası  xəstənin  ionnoqramma  məlumatlarına  əsasən  seçilir. 
Uzunmüddətli  venadaxili  damcı  infuziyası  1,5-2,0  ml/kq/saat  və  ya  30-40 
damcı/dəqiqə  sürəti  ilə  aparılır.  Maksimal  olaraq  saatda  20  mmol  kalium  vurula 
bilər. 70 kq kütləli xəstəyə maksimal gündəlik dozası 2100 ml-dir.   Vurulma sürəti 
4-6 ml/kq/saat olmalıdır. 
Hiperqlikemiya,  mütabolik  asidoz,  hiperhidratasiya  və  böyrək  çatmamazlığı 
zamanı məhlulun təyinatına əksgöstərişdir. 
Ionosellin  infuziyasına    ağır  böyrək  çatmamazlığı,  fruktozanın  və  sorbitin 
götürülməməzliyi, 
metanolla 
zəhərlənmə, 
fruktoza-1,6-difosfataza 
ferment 
çatmamazlığı zamanı əksgöstərişdir.  
Natrium-xloridin  izotonik  məhlulu  (xlorun  miqdarının  çoxluğuna  və  turş 
reaksiyaya  malik  olan)  hipoxloremik  allkalozun,  xüsusən  də  oliquriya  zamanı 
korreksiyası  üçün  istifadə  edilir.  Bu  məhlul  həm  də  mədə  şirəsinin  itgisində 
korreksiya üçün göstərişdir; bu zaman eyni zamnda kaliumun vurulmasına ehtiyac 
ilmur. 
Disol.  Tərkibində  iki  duzun  (natrium-xlorid  və  natrium  asetat)  olduğu 
məhluludur.  Hiperkaliemik  sindromun  və  hipotonik  dehidratasiyanın  korreksiyası 
üçün göstərişdir. Natriumun və xloridin itgisi və həmçinin metabolik asidozzamanı, 
dehidratasiyanın  nəticəsində  meydana  çıxan  oliquryanın  başlanğıc  dövründə  bu 
məhlul istifadə edilə bilər. 
Disol  məhlulunun  1  litrinin  tərkibində  vardır:  Na
2+
  -  126  mmol,  Сl
-
  -  103 
mmol, asetat - 23 mmol. Osmolyarlığı 252 mmol/l-dir. 
Trisol.  Tərkibində  natrium-xlorid,  kalium-xlorid  və  natrium-hidrokarbonat 
olan  izotonik  məhluldur.  Xüsusən  metabolik  asidoz  zamanı  Ringer  məhlulunun 
əvəzedicisi kimi istifadə edilir. 
Trisol  məhlulunun  1  litrinin  tərkibində  vardır:  Na
2+
  -  133  mmol,  K
+
  —  13 
mmol, Сl
-
 - 98 mmol,НСО
3
 — 48 mmiol. Osmolyarlığı 292 mmol/l-dir. 
Asesol.  Natrium-xlorid,  kalium-xlorid  və  asetat  olan  nisbətən  hipotinik 
xüsusiyyətli  duz  məhluludur.  Onu  izitonik  dehidratasiyanın  üçün,  su-elektronik 
balansının  mülayim  dəyişmələri  zamanı  tətbiq  etmək  olar.  Qələviləşdirmə  və  şok 
əleyhinə  təsirə  malikdir.  Məhlulun  yavaş-yavaş  vurulması  bazis  məhlul  kimi 
istifadəsinə imkan verir. 
1  litrdisol  məhlulunun  tərkibiNa
2+
  -  110  mmol,  K
+
  —  13  mmol,  Сl
-
  -  99 
mmol,asetat -24 mmol-dan ibarətdir. Osmolyarlığı 246 mmol/l-ə bərabərdir. 
 
Elektrolit konsentratlari 
(molyar məhlullar) 


140 
 
Natrium-xloridin  molyar  məhlulu  (5,84%)  dərin  hipotonik  dehidratasiyanın, 
hiponatriemiyanın, hiperkaliemiyanın, hipoxloremik alkalozun başlanğıc terapiyası 
üçün tətbiq edilir. 
Məhlulun 1  litrində 1  mmol  natrium  və  1  mmol  xlor  olur. osmolyarlığı  2000 
mosm/litrə  bərabərdir.  tələbata  görə  1  ml/dəqiqədən  tez  vurmaq  olmaz. 
Eritromisinlə,  oksasillinlə  uyuşmazdır.  Hipernatriemiya,  metabolik  asidoz, 
natriumun  məhdudiyyəti  tələb  olunan  xəstəliklər  zamanı  məhlulun  təyinatına 
əksgöstərişdir. 
Natrium-hidrokarbonatın  molyar  məhlulu  (8,4%).  Qatılaşdırılmış  qələvi 
məhluludur. 1 litrində 1 mmol hidrokarbonat və 1 mmol natrium vardır. pH 7,0-8,5-
ə bərabərdir. Omolyarlığı 2000 mosm/litr-dir. 
Dərin  metabolik  asidoz,  metabolik  asidozlu  hipotonik  dehidratasiya  zamanı 
istifadə edilir. 
Alkoloz,  hipernatriemiya,  tənəffüs  asidozu,  ürək  çatmamazlığı,  ağ  ciyər 
ödemi,  eklampsiya  zamanı  məhlulun  təyinatına  əksgöstəriş  olur.  dipiridamolla, 
penisillinlə, oksasillinlə, B qrup vitaminləri ilə, heostiqminlə uyğunsuzdur. 
8,4%-li məhlulun dozası belə hesablanır: 
D= 0,3x(-BE)x BK 
BK –kq-larla bədən kütləsinin qiyməti. 
Mülayim  asidoz  korreksiya  tələb  etmir.  Natrium-hidrokarbonatın  maksimal 
dozası  1mmol/kq-dan  çox  olmamalıdır.  Köçürülmə  sürəti  30  dəqiqədə  100  ml 
həddində olmalıdır. 
Natrium-xloridin  7,5%-li  hipertonik  duz  məhlulu  (osmolyarlığı  2400 
mosm/l). Ağır hemorragik şokun müalicəsi üçün tək halda və dekstran -60, -70 ilə 
kombinasiyada  istifadə  edilir.  Hipertonik  duz  məhlullarının  sistem  arterial  qan 
təzyiqini,  ürək  atmasını  yüksəltməsi,  mikrosirkulyasiyanı  yaxşılaşdırması  sübut 
olunmuşdur.  Hemorragik  şok  zamanı  köçürülən  məhlulun  həcmi  qan  itgisinin 
təxmin  edilən  miqdarının  10%-ni  və  ya  bədən  kütləsinin  hər  kq-na  4  ml  təşkil 
etməlidir.  Güclü  osmotik  təsir  göstərməklə  interstisial  damarların  və  hüceyrələrin 
daxilinə maye cəlb edir ki, bun da onun hemodinamik effekti əlaqələndiemək olar. 
Hər 20-30 dəqiqə ərzində 50 ml vurulur . 
Kalium-xloridin  molyar  məhlulu  (7,49%).  Qatılaşdırılmış  duz  məhluludur. 
Yalnız  qlükoza  məhlulunda  (müvafiq  miqdarda  insulin  əlavə  etməkləı) 
durulaşdırılmış şəkildə vurulur. Məhlulun 1 ml-də 1mmol kalium və 1 mmol xlor 
olur Osmolyarlığı 2000 mosm/l-ə bərabərdir. 
Dərin  hipokaliemiya,  metabolik  alkaloz,  ürək  qlikozidlərinin  dozasının 
aşmaları zamanı göstərişdir. 
Anuriya  və  oliquriya,  hiperkaliemiya,  kəskin  dehidratasiya  zamanı 
əksgöstərişdir. 


141 
 
Böyüklər  üçün  vurulma  sürəti  saatda  20  mmol  kalium  hesabı  ilə  tənzimlənir. 
Ümumi gündəlik aozası 2-3mmol/l-dən çox olmamalıdır. 
Natrium-qliserofosfat.  Ampulalarda  buraxılan  qatılaşdırılmış  məhluldur. 
Məhlulun hər millilitrində 1 mmol fosfat və 2 mmol natrium olur. Fosfat ın defisiti 
zamnı istifadə olunur. 
Kalium-maqnezium-L-asparaqinat.  Qatılaşdırılmış  məhluldur.  Məhlulun  1 
ml-də  1  mmol  kalium  və  0,25mmol  maqnezium  var.  Hipikaliemiya  və 
hipomaqnemiya zamnı hüceyrə elektrolitlərinin defisitini aradan qaldırmaq məqsədi 
ilə istifadı edilir. 
Yalnız  əlavələr  şəklində  tətbiq  edilir  və  məhlullara  qarışdırılır. 
Hiperkaliemiya, hipermaqnemiya, ağır böyrək çatmamazlığı zamanı əksgöstərişdir. 
Maqnezium-sulfatın  molyar  məhlulu  (12%-li).  Maqneziumun  profilaktikası 
və  müalicəsi  üçün  tətbiq  edilir.  Maqneziumun  profilaktik  dozası  bu  iona  olan 
gündəlik tələbata müvafiq təyin edilir; yəni bədən səthinin hər kvadrat metr səthinə 
5-15  mmol  götürülməlidir.  Bu  məhlulun  ocmolyarlığı  2000  mosm/l.  Beləliklə, 
maqnezium defisinin profilaktikası üçün hər gün bu məhluldan 25 ml vurulmalıdır 
(xəstənin  bədən  kütləsinin  70  kq  olması  hesabı  ilə).  Maqnezium  defisitinin 
korreksiyası  üçün  gündə  30  ml-ə  qədər  digər  infuzion  məhlullara  əlavə  etməklə 
vurmaq  lazımdır.  Maqnezium-sulfatın  25%-lisindən  də  istifadə  edilir;  1  ml-nin 
tərkibində 2 mmol maqnezium olur. 
10%-li  kalsium-xlor  məhlulu.  Kalsium  defisitinin  profilaktikası  və 
korreksiyası  üçün  tətbiq  edilir.  Bu  qatılıqda  məhlulun  molyarlığı  11%-lisinə 
(molyar) yaxındır; 1 ml-də 1 mol kalsium və 2 mmol xlor olur. Osmolyarlığı 3000 
mosm/l  təşkil  edir.  Beləliklə,  kalsium-xloridin  10%-li  və  ya  11%-li  məhlulları 
qatılaşdırılmış məhlullar olub, vena daxilinə çox yavaş-yavaş vurulur, yaxşı olar ki, 
digər infuzion məhlullara əlavə kimi istifadə olunsun. Kalsium elementinə gündəlik 
tələbat  bədən  səthinin  hər  kvadrat  metrinə  7-20  mmol  təşkil  edir.  Kalsium 
defisitinin korreksiyası üçün daha böyük dazalar tələb olunur (cədv. ..). 
 
Osmodiuretiklər 
Mannitol  məhlulu  (10%,  20%).  Mannitin  altıatomlu  spirtinin  hiperosmolyar 
məhluludur. 20%-li məhlulunun osmolyarlığı 1372 mosm/litr-ə bərabərdir. Diurezi 
stumulyasiya  edir.  Mannit  orqanizmdə  metabolizmə  uğramır  və  böyrəklərlə  xaric 
edilir.  Əsas  göstərişlər  –  funksional  böyrək  çatmamazlığının  və  beyin  ödeminin 
müalicəsi  və  profilaktikasıdır.  Mannitol  keçici  xarakterli  hipervolemiya 
törətdiyindən kəskin ürək çatmamazlığı, mərkəzi venoz təzyiqin yüksəlməsi zamanı 
onu  tətbiq  etmək  olmaz.  Dekompensasiyalı  böyrək  çatmamazlığı  zamanı 
əksgöstərişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə