Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   54   55   56   57   58   59   60   61   ...   91

142 
 
20%-li məhlulun bir dəfəlik dozası 250 ml-dir. Həmin həcm 30 dəqiqədən tez 
köçürülməməlidir.  Gündəlik  doza  bədən  kütləsinin  hər  kq-na  1-1,5  qramdır  (100 
qramdan çox olmamalıdır). 
Sorbital  məhlulu  (40%).  Bu  məhlul  da  mannitol  məhlulundakı  kimi  həmin 
məqsədlə  istifadə  olunur.  Bir  dəfəlik  dozası  250  ml-dir.  Həmin  dozanın 
köçürülməsi  30  dəqiqədən tez  olmamalıdır. Gün  ərzində  həmin  doza  6-12  saatdan 
bir əkrarlana bilər. 
Cədvəl 25.1. 
Bəzi məhlulların elektrolit tərkibi və osmotik qatılıqları 
(Я.А. Жизневский-ə görə, 1994)  
Preparat 
Qatılıq
ları, %   
İnqredientlər mmol/l 
Mosm/l 
 
Molyar məhlullar  
Qlükoza  
18 
Qlükoza 1000 
1000 
Ikəm əvəzolunmuş Kalium-fosfat 
17,41  Kalium 2000, fosfat 1000 
3000 
Birəm əvəzolumuş Kalium-fosfat 
13,61  Kalium 1000, fosfat 1000 
2000 
Kalium-xlorid 
7,46 
Kalium 1000, xıor 1000 
2000 
Kalsium-xlorid 
11,16  Kalsium 1000, xlor 2000 
3000 
Maqnezium-sulfat 
12 
Maqnezium 1000, sulfat 1000 
2000 
Maqnezium-xlorid 
9,53 
Maqnezium 1000, xlor 2000 
3000 
Natrium-hidrokarbonat  
8,4 
Natrium 1000, hidrokarbonat 1000  2000 
Natrium-laktat 
11,4 
Natrium 1000, laktat 1000 
2000 
Ikəm əvəzolunmuş Natrium-fosfat 
12,2 
Natrium 2000, fosfat 1000 
3000 
Birəm əvəzolumuş Natrium-fosfat 
12 
Natrium 1000, fosfat 1000 
2000 
Natrium xlorid 
5,85 
Natrium 1000, xlor 1000 
2000 
Duz turşusu (HCl) 
3,65 
Hidrogen 1000, xlor 1000 
2000 
Izotonik məhlullar 
Qlükoza  
5,5 
Qlükoza 3000 
300,5 
Kalium-xlorid 
1,46 
Kalium 148, xlor 148 
296 
Kalsium-xlorid 
1,1 
Kalsium99, xlor 198 
297 
Maqnezium-sulfat 
11,75  Maqnezium146, sulfat146 
292 
Maqnezium-xlorid 
0,95 
Maqnezium99,5, xlor199 
298,5 
Natrium-hidrokarbonat   
1,25 
Natrium149, hidrokarbonat149 
298 
Natrium-laktat 
1,65 
Natrium145, лактат 145 
290 
Natrium xlorid 
0,85 
Natrium145, xlor 145 
290 
Hipertonik məhlullar  
Qlükoza 
10 
Qlükoza   555 
555 
Qlükoza 
20 
Qlükoza  1110 
1110 
Kalsium-xlorid 
10 
Kalsium901, xlor1802 
2703 
Natrium xlorid 
10 
Natrium1710, xlor1710 
3420 
Maqnezium-sulfat 
25 
Maqnezium2083, sulfat2083 
4166 
 
Detoksikasiya üçün məhlullar 
Bu  infuzion  vasitələr  vinil  birləşmələrinin  kiçik  molekulalı  kolloidləridir. 
Onların  kiçik  molekulalı  fraksiyasının  xassələri  zülallara  xas  əlamətlərə  yaxındır. 
Bu  məhlullar  qanda  dövredən  toksinləri  özlərinə  birləşdirir,  qanın  reoloji 
xüsusiyyətlərini  yaxşılaşdırır  və  diuretik  effekt  yaradır;  bununla  da  qandakı 


143 
 
toksinləri  orqanizmdən  çıxarılmasını  təmin  edir.  Toksiki  metabolitlərin 
əksəriyyətinin  molekula  kütləsi  500-5000  arasındadır.  Toksinlərin  birləşdirilməsi 
bu sintetik polimerlərin yüksək adsorbsiyaetməqabiliyyəti hesabına təmin edilir. 
Bu  qrupa  polivinilpirrolidon  əsasında  yaradılmış  Hemodez,  Hemodez-H, 
Neohemodez  və  polivinil  spirti  əsasında  yarasdılmış  Polidez  daxildir.  Bu 
preparatların dezintoksikasiyaetmə effekti onların yüksək dərəcədə kolloid-osmotik 
fəallığı  sayəsində  geclənir  ki,  hemodilyusiyanın  və  diurezin  artmasına  səbəb  olur, 
sidiklə ifraz olunan polimerlərlə birlikdə toksinlər də orqanizmdən çıxarılır. 
Hemodez. 
Kiçik  molekulalı  polivinilpirrolidon-H  maddəsinin  6%-li 
məhluludur;  molekula  kütləsi  12.000±2700-ə  bərabərdir.  Bu  maddə  yüksək 
kompleksəmələgətirmə  qabiliyyətinə  maslikdir.  Polivinilpirrolidondan  başqa 
hemodezin  tərkibinə  natrium-,  kalium-,  kalsium-  və  maqnezium-xlorid,  natrium-
bikarbonat  daxildir.  Qanın  reoloji  xassəsinin  yaxşılaşdırması  onun  aşağı  özlülüyü 
(nisbi  özlülüyü  1,5-2,1  təşkil  edir)  ilə,  albuminin  redepolaşma  və  qanın 
durulaşdırma  effekti  ilə  əlaqələndirilir.  Bu  effekt  yalnız  hemodinakanın  və  şokun 
böhranlı əlamətləri aradan qaldırıldıqdan sonra meydana çıxır. 
Müxtəlif  mənşəli  intokasiylar,  irinli-septiki  proseslər,  ağır  dərəcəli  yanıqlar, 
əməliyyatdan sonrakı döpvrün katabolik fazası, ekzogen zəhərlənmələr hemodezin 
tətbiqinə  göstərişdir.  Dekompensasiyalı  ürək-ağ  ciyər  çatmamazlığı,  hemorragik 
insult, bronxial astma, kəskin nefrit zamanı əksgöstərişdir. 
Hemodez  məhlulunu  venadaxili  asta  infuziya  yolu  ilə  tətbiq  edilir,  vurulma 
sürəti  40-50  damcı/dəqiqə-dir  və  gündə  bədən  kütləsinin  hər  kq-na  5  ml-dən  çox 
olmamalıdır  (yaxşı  olar  ki,  bo  dazanı  gündə  2  dəfəyə  təyin  edilsin).  Vurulma 
sürətinin  aertırdıqda  dərinin  hiperemiyası,  arterial  təzyiqin  enməsi,  hava 
çatmamazlığı  hissi  meydana  çıxa  bilər. belə hallarda  hemodezin infuziyani dərhal 
dayandırmaq lazımdır. 
Digər  ölkələrdə  hemodezin  analoqu  kimi  periston-H,  neokompensan 
buraxılmışdır. 
Polidez.  Kiçikmolekulalı  spertin  3%-li  məhluludur.  Orta  molekula  kütləsi 
10.000±2000  təşkil  edir.  Yüksək  detoksikasiya  təsirə  malik  olmaqla  toksiki  deyil, 
apirigen  və  qeyrantigendir.  Mol.kütləsinin  yüksək  olmaması  diurezi  stimulyasiya 
edir və böyrəklər onu tez filtrasiya edir. Qanın formalı elementlərinin dezaqreqasiya 
etmək xüsisyyəti məhlulun reoloji təsirinin reallaşmasını təmin edir. 
Polidez məhlulunun tərkibi: polivinil spirti-H – 30 qram, Na
+
 - 154 mmol/l; Cl
-
 
- 154 mmol/l. Osmolyarlığı 308 mosm/l-dir. Polidez məhlulunun təyinatına göstəriş 
və əksgöstərişləri hemodezdə olduğu kimidir. 
Polidez venadaxili ilə 20-40 damcı/dəqiqə-dən yüksək olmayan sürətdə yalnız 
damcı üsulu ilə təyin edilir. Böyüklər üçün dozası gündə 2 dəfə olmaqla 400 ml/gün 
təşkil  edir.  İnfuziyanın  sürətini  artırdıqda  başgicəllənmə  və  ürək  bulanma  əlaməti 
meydana çıxa bilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə