Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   62   63   64   65   66   67   68   69   ...   91

159 
 
zahı  qadına  köçürmüşdü.  Ümumiyyətlə,  qan  köçürmə  probleminin  həllində  rus 
alimlərininböyük  xidmətlərinin  olduğunu  qeyd  etmək  lazımdır.  Dünyada  ilk  dəfə 
olaraq  İ.M.Sokolov  (И.М  Соколов)  1847-ci  ildə  insanın  qan  zərdabını  müalicə 
məqsədi  ilə  klöpçürmüşdür.  1867-ci  ildə  Peterburq  həkimi  V.Pautenberq 
(В.Раутенберг)  qanın  laxtalanmasından  qorunması  üçün  resipientə  zərəsiz  olan 
kimyəvi  masddənin  əlavə  olunmasıl  təklif  etrmişdi,  bunun  üçün  natrium-
karbonatdan  (углекислый  натрий)  istifadə  etmişdi.  N.İ.Piroqov  (Н.И.Пирогов
hərbi-səhra  şəraitində  bir  çox  yaralanmalar  zamanı  qan  köçürmənin  mübahizəsiz 
faydalı olduğunu qeyd edirdi. 
Bu  dövrdə  müxtəlif  ölkələrdə  qan  köçürülmə  cəhdləri  müvəffəqiyyətlə 
aparılmaqla  yanaşı  müvəffəqiyyətsizliklərdə  çox  olmuşdu.  Qan  köçürmənin 
probleminin həllinə iki amil (səbəb) mane olurdu: bu əməliyyatın çətinliyi və qanın 
laxtalanmasının  qarşısının  alınmasının  mümkünsüzlüyü.  Hələ  XIX  əsrdə  qan 
köçürmənin “sirrləri” kəşf olunmamışdı. 
Qanköçürmə tarixindəki üçüncü mərhələnin əsas dövrləri 
Qanköçürmə tarixinin üçüncü mərhələsi isə 4 əsas dövrləri ilə səciyyələnir. 
Birinci  dövr  (1901-1925-ci  illər).  XX  əsrə  qədər  dövrlər  ərzində 
qanköçürülmə zamanı ağırlaşmalara gətirib çıxaran əsas səbəb tapıldı. 1901-ci ildə 
Vyana  bakterioloqu  K.Landşteyner  hemaqlyütinasiyanın  qrup  xarakterini  kəşf 
etmişdir.  O,  22  sağlam  adamın  qan  zərdablarını  müəyyən  sistemlə  qarıdıraraq, 
müşahidə  etmişdir  ki,  qarışığın  bir  sınaq  zamanı  çürüdüyü  halda,  digər  sınaqda 
çürümə  baş  vermir.  Bu  təcrübənin  nəticələrinə  əsasən  K.Landşteyner  belə  qənaətə 
gəlmişdir  ki,  insanların  qanı  müxtəlif  qruplara  məxsusdur  və  o,  üç  qan  qrupunun 
olduğunu göstəmişdir. Lakin 1907-ci ildə Y.Yanskiy IV qrup qanın olduğunu sübut 
etmiş və qan qruplarının təsnifatını vermişdir. 
1910-cu  ildə  Amerika  cərahı  V.Krayl  (В.Крайль  -  V.Criele)  qanın 
izihemoaqlyütinasiya  xüsusiyyətini,  yəni  qrup  mənsubiyyətini  nəzrə  almaqla 
insandan insana 100 dəfə müvəffəqiyyətlə qan köçürmüşdür. Bunlar qanın tərkibinə 
görə  insanların  4  qrupa  bölündüklərini  təsdiq  etmiş  və  insandan  insana  təhlükəsiz 
qan köçürmək üçün paktikiəsasını yaratmağa imkan vdermişdiur.   
İkinci  dövr  (1925-1941-ci  illər)  qanköçürmə  xidmətinin  yaradılması  və 
təşəkkül  tapması,  donorluq,  qanın  kpnservləışdirilməsi,  saxlanılması,  daşınması, 
problemlərinin  həlli,  müxtəlif  xəstəliklər  və  pztologiyalar  zamanı  qan 
köçürülməsinə göstərişlər və əksgöstərişlərin müəyyən edilməsi məsələlərinin həlli 
ilə səciyyələnir. 
Onu qeyd etmək lazımdır ki, transfuziologiyanın bir çox məsələlərinin həllində 
ən  fəal  iştirak  edən  rus  alimləri  olmuşdur.  Belə  ki,  1919-cu  ildə  S.P.Fyodorobun 
klinikasında  V.N.Şamov  qanın  izohemaqlyütinasiyanı  nəzərə  alaraq,  qan 
köçürülməsi  ilə  məşğul  olmuşdu.  1928-ci  ildə0nun  təklifi  ilə  S.S.Yudin  meyid 
qüanının köçüreülmə üsulunu işləyib hazırlamışdı. 1926-cı ildə Moskva şəhərində 


160 
 
A.A.Boqdanovun  rəhbərliyi  ilə  dünyada  ilk  dəfə  Elmi-Tədqiqat  Qanköçeürmə 
Institutu açılmışdır. 
Üçüncü  dövr  (1941-1945-ci  illər)qan  xidmət  təşkilinin  inkişafı  və 
təkmilləşdirilməsi  ilə  xarakterizə  olunur.  Bu  dövrdə  qan  və  qanəvəzedicilərin 
köçürülməsi  kütləvi  qaydada  tətbiq  edilir,  şokun  və  qanaxmanın  patogenez 
məsələləri geniş öyrənilirdi. 
Dördüncü  dövr  (1945-ci  ildən  bu  günə  qədər)  transfuziologiyanın  bir  elm 
kimi  təşəkkül  tapması  ilə  əlamətdardır.  Bu  dövrdə  rezus-faktor  kəşf  edilmiş,  qan 
plazmasının  fraksionlaşma  üsullsrının  təkmilləşmiş,  effektiv  qanəvəzedici 
məhlullar,  hemokorrektorlar  əldə  edilmiş,  qanın  kriokonservləşdirmə  üsullarının 
işlənilib  hazırlanmış  və  təkmilləşdirilmiş,  qan  komponentləri  terapiyasına 
göstərişlər müəyyənləşdirilmişdir və s.. 
Donorluğun  təşkili  məsələsi  dövlət  səviyyəsində  həll  olunur,  çoxlu 
qanköçürmə  məntəqələri  açılır  ki,  bunların  qarşısında  duran  əsas  məsələ  qanın 
donorlardan  alınması,  konservləşdirilməsi,  saxlanılması  və  lazımi  ünvanlara 
çatdırılmasıdır. 
Donor  –  xəstəyə  qanköçürülməsi  üçün  öz  qanını  verən  şəxsdir.  Qan  vurulan 
şəxs isə pesipient adlanır. Qəbul olunmuş qanuna əsasən donor ildə 50-60 gündən 
az  olmayaraq  fasilə  ilə  5  dəfəyə  qədər  qan  verə  bilər.  Bir  dəfəlik  verilən  qanın 
həcmi 200,0ml-dən 400,0 ml-ə qədər olmalıdılr. 
Kliniki  praktikada  “universal  donor”  anlayışı  mövcuddur;  yəni  bütün 
qruplardan  olan  insanlara    qan  verə  bilər  ki,  onun  qan  qrupu  0(I)-dir.  Kəskin 
ehtiyacın yaranması şəraitində eyni qruplu qan olmadıqda belə hansı qan qrupundan 
olmasına baxmayaraq, birinci qrup qanı bütün pesipientlərə köçürmək olar.  
Qanköçürmə  prosesi  əməliyyat  hesab  olunduğundan  digər  əməliyyatrlarda 
olduğu kimi burada da göstərişlər və əksgöstərişlər mövcuddur. Bundan başqa onun 
yerinə yetirilməsi prosesində və ya ondan sonra müxtəlif fəsadlaşmalalar meydana 
çıxa  bilər.  Baş  verən  bu  fəsadslaşmalar  çox  təhlükəlidir  və  bəzi  hasllarda  ölümlə 
nəticələnə bilər; buna görə qanköçürmə məsələsinə çox ciddi yanaşılmalıdır 
Qanköçürmə 
zamanı  fəsadlaşmalardan  yayınmaq  üçün  həkim  bu 
manipulyasiyanı yaxşı bilməli, qanın köçürülməsi üçün göstərişləri, bu zaman yol 
verilə  bilən  səhvləri  və  fəsadlaşmaları,  onların  müalicəsi  üçün  lazımi  kompleks 
tədbirlərin  təşkilini  və  onun  yerinə  yetirilməsini  bilməlidir,  profilaktik  tədbirlərin 
aparılmassını bacarmalıdır. 
Qanköçürməyə  başlamazdan  əvvəl  həkim  aşağıdakı  bir  neçə  məsələni  həll 
etməlidir: 

 
qanın köçürülməsinə göstərişləri müəyyən etmək; 

 
köçürülən qanın dozasını müəyyənləşdirmək; 

 
qanköçürmə üsulunu seçmək


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə