Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   70   71   72   73   74   75   76   77   ...   91

177 
 
Hemotransfuziya  taktikasına  müasir  aspektdən  yanaşmaq  lazımdır.  Son 
dövrlərə qədər massiv anaxmalar zamanı bütöv donor qanının köçürülməsi yeganə, 
həm də əneffektli və universal vasitə hesab edilirdi. Bu onunla izah edlir ki, həmin 
dövrdə  qanın  yüksəkeffektli  komponentləri  və  preparatları  hazırlanmırdı.  Bundan 
başqa  müxtəlif  qan  və  plazmaəvəzedicilər  və  hemokorrektorlar  yox  idi.  Eləcə  də 
hemotransfuziyanın 
müalicə 
effekti, 
çatışmayan 
tərəfləri 
lazımınca 
öyrənilməmişdir.  Bütöv  qanın  müalicəvi  xüsusiyyətlərinin  və  onun  resipient 
orqanizminə  təsir  mexanizmlərinin  dərindən  öyrənilməsi  belə  nəticəyə  gəlməyə 
imkan vermişdir ki, hemotransfuziyanın tətbiqi resipient orqanizmi üçün müəyyən 
riskli vəziyyət yaradır. 
Hər  birdonor  qanının  hemotransfuziyası  zamanı  7  cür  əsas  risk  amilləri 
qrupunu yaratmış olur (hemotransfuziyanın fəsadlaşmalarına bax!): 
1)
 
Immunoloji; 
2)
 
Infeksiobn (B və C hepatit virusları, insan virus immunodefisiti, parvovirus, 
sitomeqalovirus,  T-hüceyrə  leykozu  virusu,  Epşteyn-Barra  virusu,  sadə 
herpes virusu, ESPO, koksaki, Denqe, sarı qızdırma, hemorragik qızdırma, 
sifilisin törədiciləri, malyariya və s.); 
3)
 
Metabolik (asidoz, sitrat, kalium və ammonyak intoksikasiyası); 
4)
 
Mikrolaxtalar; 
5)
 
Soyuq; 
6)
 
Donor  və  resipientin  qan  qrupunun  və  rezus-mənsubiyyətinin  səhv  təyin 
edilməsi; 
7)
 
Qan köçürülməsinin texniki xətaları. 
 
KƏSKIN MAMALIQ QANAXMALARI ZAMANI 
YARDIMIN ƏSAS istiqamətləri 
 
Qan  vasitəsi  ilə  orqanizmdə  daxili  orqanların  funksiyalarının  humoral 
tənzimlənməsinin  çox  mürəkkəb  və  vacib  prosesləri  həyata  keçirilir,  oksigenin  və 
qida maddələrinin daşınması yolu ilə isə bu funksiyaların enerji balansı təmin edilir. 
Lakin  bütöv  orqanizmin  funksiyalarının  başlıca  tənzimində  mərkəzi  sinir  sistemi, 
baş beyin qabığı əsaslı yer tutur; bu, xarici mühit və humoral faktorların orqanizmin 
vəziyyətinə təsirlərin reflektoru reaksiyalarını təımin edir. 
Qadınlarda  qanın  ümumi  miqdarı  bədən  çəkisinin  7-9%-ni  təşkil  edir. 
Hamilələrdə  bu  miqdar  40-45%  artaraq,  bu  nisbət  uşaqlığın  və  ciftin  geniş  damar 
şəbəkəsinin– məxsusi üçüncü qan dövranının əmələ gəlməsi hesabına 10%-ə qədər 
arta  bilir  (hamilə  qadının  çəkisinin  artmasını  da  nəzərə  almaq  lazımdır).  Hytten, 
Paintin  qeyd  edirlər  ki,  sağlam  ilkhamilələrdə  qan  plazmasının  həcminin  artması 
630,0-1940,0  ml  (orta  hesabla  1230  ml)  təşkil  edir  ki,  bu  artım  ananın  çəkisi  ilə 
deyil, dölün çəkisi ilə əlaqədardır. 


178 
 
Damarlarda  qanın  hərəkəıt  sürəti  müəyyən  dərəcədə  qanın  özlülük 
dərəcəsindən  asılıdır.  Sağlam  adamlarda  qanın  özlülüyü  suyun  özlülüyündən  4-5 
dəfə  yüksəkdir.  Qanitirmələr  zamanı  eritrositlərin  (daha  doğrusu  formalı 
elementlərin)  miqdarının  azalması  nəticəsində  qanın  özlülüyü  aşağı  düşür  (digər 
səbəblərdə vardır...)
Damarların  daxili  səthi  nazik  fibrin  plyonkası  ilə  örtülmüşdür 
(aydınlaşdırmalı!  Endotel qişası nəzərdə tutulur?),bunun sayəsində qanın osmotik 
təzyiqinin saxlanması üçün vaçib olan normal damar keçiriciliyi təmin edilir. Qanın 
laxtalanma sisteminin pozulmalarında damar divarlarının keçiriciliyi xeyli arta bilir 
və qanın osmotik xüsusiyyətləri pisləşir. 
Qanın osmotik təzyiqinin sabitliyi orqanizmdə hüceyrələrin, xüsusən də sinir 
hüceyrələrinin  funksiyalarının  yerinə  yetirilməsi  üçün böyük  əhəmiyyətə  malikdir. 
Sinir  hüceyrələri  həm  də  toxumaları  oksigenlə  təmin  edən  eritrositlərin 
koordinasion-trofiki funksiyalarının dəstəkləyir (поддерживают). 
Damarların divarlarındakı hemo- və baroreseptorlar bunlara fiziki və kimyəvi 
faktorların  təsirləri  vasitəsi  ilə  qan  təzyiqinin  tənzimlənməsinin  reflektoru 
mexanizmini şərtləndirir.   
Hemodinamikanı  tənzimləyən  mexanizmin  mərkəzi  aparatı  hərəki-damar 
mərkəzidir  ki,  bunun  funksiyasına  qanın  humoral  faktorları  vasitəsi  ilə  damarların 
reseptorları təsir göstərir. Qan dövranının tənzimində tənəffüs funksiyasınn böyük 
əhəmiyyəti  var;  tənəffüs  funksiyasının  pozulması  dövredən qanın  həcmindən  asılı 
olmayaraq  müxtəlif dərəcəli hemodinamik pozğunluqları törədə bilir. 
Dövredən qanınm itgisi nəticəsində toxuma hipoksiyasının kiçik qan dövranın 
damar sisteminə təsiri hipioventilyasiya nəticəsində inkişaf edən hipoksiya zamanı 
olduğu kimidir. 
Kəskin  qanitirməyə  qapşı  orqanizmin  reaksiyası  qanaxmanın  sürətindən, 
itirilmiş  qanın  həcmindən  və  qanitirmə  momentində  orqanizmin  funksional 
vəziyyətindən asılıdır. 
Fiziki  sağlam  qadınların  əksəriyyətində  doğuş  fəaliyyətinin  normal  gedişi 
zamanı  600,0-800,0  ml  və  hətta  daha  çox  həcmdə  qan  itgisinə  qarşı  patoloji 
reaksiyalar (hemodinamiki pozulmalar) meydana çıxmır. Lakin təcrübə göstərir ki, 
bəzi  qadınlarda  doğuş  vaxtı  bu  həddi  keçməyən  qanitgisi  zamanı  ağır  və  hətta 
dekompensasiyalı  hemodinamiki  pozğunluqlar  inkişaf  edir.  Təəssüflər  olsun  ki, 
hal-hazırdamümkün  kəskin  qanitgisinə  qarşı  orqanizmin  fərdi  reaksiyalarını 
əvvəlcədən müəyyən etmək üçün obyektiv testlər yoxdur. 
Patoloji,  eləcə  də  fizioloji  gedişli  hamiləliklər  və  doğuşlar  arterial  təzyiqin 
səviyyəsinə təsir edə bilir. Doğuşların normal gedişi zamanı arterial təzyiqin 15-30 
mm  c.s.  yüksəlməsi  qanunauyğundur.  Gücvermə  zamanı  uşaqlığın  tonusunun 
artması zamanı atrterial təzyiqin yüksəlməsi uşaqlıq qan dövranının yaxşılaşmasına 
səbəb  olur  və  dölyanı  mayenin  xovlararası  sinuslara  və  ananın  qan  damarlarına 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə