Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   66   67   68   69   70   71   72   73   ...   91

167 
 
sterilləşdirilir.  Saxlanılma  müddəti  2  ilə  qədərdir.  Qanın  stabilləşməsinin 
davamlılığına  nail  olmaq  üçün  qan  və  konservantın  həcmlərinin  nisbəti  4:1 
olmalıdır. 
2.
 
Hemokonsentrat  L-6.  Natrium-sulfasilli  qlükozositrat  turş  məhluludur. 
Tərkibinə daxildir: natrium-sitrat – 2,5 qram; qlükoza - 3 qram; natrium-sulfasil – 
0,5 qram; neytral tripaflavin - 0,025 qram; bidistillə olunmuş su - 100,0 ml-ə qədər. 
pH=4,9-dur.  Bu  məhlul  +120°С  temperaturda  30  dəqiqə  müddətində  avtoklavda 
sterilləşdirilir. Saxlanılma müddəti 7 gündür. 
3.
 
Sitroqlükozofosfat  məhlulu.  Tərkibinə  limon  turşusu  –  1  qram;  quru 
qlukoza  -  3  qram;  n  məhlulu  natrium-fosfat  –  0,75;  NaOH-un  4%-li  məhlulu 
(pH=5,5-5,9-a qədər); bidistillə olunmuş su - 100,0 ml-ə qədər. Hazır konservantın 
pH  5,7-ə  bərabərdir.  Məhlul  +106°С  temperaturda  45  dəqiqə  müddətində 
avtoklavda  sterilləşdirilir.  Zavod  şəraitində  hazırlanmış  məhlulun  saxlanılma 
müddəti  2  ilə  qədərdir.  Qanın  sitroqlükozofosfat  məhlulunun  köməyi  ilə 
hazırlanmasına  üstünlük  verilir;  belə  ki,  digər  konservantlarla  müqayisədə  bu 
məhlulun  pH  yüksək  olduğuna  görə  saxlanılma  müddətində  konservləşdirilmiş 
qanda  hidrogen  ionlarının  daha  yüksək  qatılığının  əmələ  gəlməsini  təmin  edir 
(konservləşdirilmiş qanın pH 7,2-yə yüksələ bilir) (pH-ın mütləq  qiyməti artdıqca 
turşuluğun azalmasını və qələviliyin  isə artmasını göstərir!!). Bundan başqa onun 
tərkibində  limon  turşusu  anionunun  miqdarı  az  olması  hemotransfuziya  zamanı 
resipientdə  sitrat  intoksikasiyasının  inkişafı  riskinin  azalmasını  təmin  edir. 
Həmçinin  sitroqlükozofosfat  məhlulunda  fosfat  birləşmələri  daha  ləng  parçalanır 
(faydalı olan fosfat birləşmələri yaxşı qorunur). Buna görə də eritrositlərin oksigen 
daşıyıcı funksiyası yüksək səviyyədə saxlanılır. 
Yuxarıda sadalanan hemokonsentratların köməyi iulə hazırlanmış qan 21 gün 
müddətində köçürülməlidir. Lakin xüsusən də hmeostaz siustemi dərin pozulmaları 
olan  ağır  xəstələrdə  hazırlandığı  vaxtdan  7  gün  ərzində  istifadə  olunması 
məqdsədəuyğundur  (belə  ki,  az  müddətdə  saxlanılmış  köçürülmüş  qanda 
eritrositlərin  yaşaması  və  funksionallığı  xeyli  yüksəkdir,  qanın  ümumi  toksikiliyi 
azdır). 
Son  illər  ekstrakorporal  qan  dövranı  üçün  qanın  hazırlanması  zamanı 
ЦОЛИПК-12a hemokonsentrat müvəffəqiyyətlə tətbiq edilir. onun tərkibi belədir: 
limon  turşusu  –  1,5  qram;  natrium-fosfat  –  0,2  qram;  NaOH-un  4%-li  məhlulu 
(pH=6,3-ə qədər); bidistillə olunmuş su - 100,0 ml-ə qədər. Bu məhlulun köməyi ilə 
hazırlanan  qan  süni  qan  dövranı  aparatının  doldurulması  üçün  ən  optimal 
parametrlərə  malikdir.  Təqdim  edilən  məhlul  digər  konservant  məhlullarından 
üstünlüyə  malikdir;  burada  limon  turşusu  anionlarının  miqdarı  nisbətən  azdır  və 
maddənin neytrallaşdırılması üçün isə daha az miqdarda kalsium-xlorid tələb edilir. 
Nəticədə resipientin orqanizmində hiperkalsemiyanın inkişafı riski aradan qalxmış 
olur. ЦОЛИПК-12a hemokonsentratı ilə stabilləşdirilən qanın pH göstəricisi daha 


168 
 
yüksəkdir və eritrositlərin oksigen daşıma funksiyası uzun müddət saxlanılır. Əsas 
xassələrinə görə saxlanmanın ilk 4-5 günü ərzində bu qan təzə hazırlanmış qandan, 
demək  olar  ki,  fərqlənmir.  Bunun  sayəsində  də  həmin  günlər  müddətində 
ekstyrakorporal qan dövranı üçün istifadə edilə bilər. 
Konservləşdirilmiş  qanın  saxlanması  prosesində  bir  çox  dəyişikliklərə  məruz 
qalır.  Ilk  nıvbədə  dəyişiklilər  qanın  hüceyrə  elementlərini  əhatə  edir.  Berlə  ki, 
eritrositlərin  forması  dəyişir;  ortası  nazikləşmiş  diskəbənzər  formadan 
kürəyəbənzər, sonra isə sferik formaya keçir. Eritrositlərin membranları kövrəkləşir 
və elastikliyini itirir, buna görə də kapillyarlardan keçə bilmir. Dəyişikliklər yalnız 
onların  xarici  görkəmi  ilə  məhdudlaşmır;  eyni  zamanda  bununla  da  eritrositlərin 
biokimyəvi və fiziki-kimyəvi xassələrinin dəyişmələri meydana çıxır. 
Konservləşdirilmiş  qanın  tam  dəyərliliyi  burada  olan  makroergik  fosfatların 
səviyyədsi  müəyyən  edilir.  Buna  görə  də  tərkibində  ATF-in  və  2,3-DFQ-in 
səviyyəsini  saxlaya  bilən  hemokonservantlar  tətbiq  edilir.  belə  ki,  bu  maddələr 
eritrositlərin həat qabiliyyətini dəstəkləməyə və buna müvafiq olaraq hemoqlobinin 
oksigen-transport funksiyasının saxlanılmasına məsuldurlar. 
Qan  donorun  damarından  çıxan  və  konservasiya  olunan  kimi  qanda  dönməz 
proseslər başlayır. Tədricən eritrositlərin fizioloji dəyərlik keyfiyyətlərinin azalması 
baş  verir,  ilk  növbədə  oksigen  daşıma  funksiyası  zəifləyir.  Ikinci  gündən 
leykositlərin  və  trombositlərin  fiziloji  dəyərliliyində  keyfiyyət  dəyişiklikləri 
meydana  çıxır, antihemofil  qlobulinlər parçalanır.  Bir həftədən  sonra  limfositlərin 
hamısı  məhv  olur  və  eritrositlərin  ömrü  qısalır.  Üçüncü  həftənin  ortalarında 
eritrositlərin spontan hemolizi başlayır. 
 
Qanın konservləşdirilməsi 
Qanın  formalı  elementlərinin,  eləcə  də  maye  –  plazma  hissəsinin  bioloji 
xüsusiyyətlərinin  orqanizmdən  kənarda  uzun  müddət  steril  vəziyyətdə  qorunub 
saxlanılması üçün süni şəraitin yaradılmasından ibarətdir. 
Plazma  qanın  duru  hissəsidirsə,  qan  zərdabı  qanın  laxtalanma  amillərindən 
məhrum  olmuş  hissəsidir.  Yəni  qan  laxtalandıqdan  sonra  onun  qalan  duru 
hissəsidir. Buna görə də: 
Zərdab= plazma – (fibrin+digər laxtalanma amilləri). 
Qan zərdabını köçürmək olar, lakin hemostatik məqsədlə yox. 
Qanın  saxlanılma  müddəti  21  günə  qədərdir.  Qanın  saxlanılma  müddəti 
resipientin  damar  məcrasında  eritrositlərin  yaşamasına  (uyğunlaşması  -
приживаемости) əsasən müəyyən edilir. 
1)
 
Beş  günlük  qan  (“erkən  müddətli”)  mamalıqda,  travmatologiyada, 
cərrahiyyədə məsləhət görülür: uyğunlaşması (приживаемости) - 90%.; 
2)
 
5-10 günlük (“orta müddətli”) konservləşdirilmiş qan – 80%; 
3)
 
10-21 günlük (“uzun müddətli”) konservləşdirilmiş qan 70-75%. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə