Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   74   75   76   77   78   79   80   81   ...   91

185 
 
tərk  edir,  toxumaların  ödemləşməsi  artır,  qaz  mübadiləsi  çətinləşir  və  hipoksiya 
daha da dərinləşir. 
Bu  fazada  qan  köçürməklə  yanaşı  asidozla  mübarizə  məqsədi  ilə  soda 
məhlullarının infuziyası da (4-5 qram)  yaxşı effekt verir. Protoplazmatik kollapsın 
etiologiyasında  histamin  və  kininlərin  rolu  olduğundan  antihistamin  təsili 
preparatların  təyini  də  göstərişdir.  Damar  tonusunun  bərpası  üçün  damarlara  təsir 
edən simpatomimetik  aminlər  (mezaton, noradrenalin) də təyin  edilir  (A.Q.:  Ciddi 
yanaşmalı; DQH-nin bərpası şəraitində!). 
Çox  vaxt  qanitirmə  və  əməliyyat  travması  böyrəküstü  vəz  çatmamazlığına 
səbəb ola bilər. Belə hallarda hidrokortizon və böyrəküstü vəzin qabıq maddəsinin 
digər preparatlarından istifadə yaxşı effekt verir. 
Böyük və orta həcmli kəskin qanitirmənin nəticəsi görülən tədbirlərin vaxtında 
və tam həcmdə aparılmasından çox asılıdır. Əgər bu tədbirlər gecikdirilərsə və tam 
(adekvat)  aparılarsa,  onda  nəticə  faciəvi  olur;  tkompensator  taxikardiya  final 
bradikardiya  ilə  əvəz  ilunur  və  ürəkdayanması  ilə  nəticələnir.  Belə  hallarda  ürək 
fəaliyyətini bərpa etmək çox çətin və ya mümkünsüz olur. 
 
Qanitirmə ilə mübarizənin təşkilinin əsas prinsipləri 
 
Hər  bir  mamalıq  stasionarındaorta  tibb  işçisi  və  ya  mamaça  növbəni  qəbul 
etdikdə  uşaqlıq  qanaxmasına  qarşı  tədbirlər  üçün  təminatın  (dərmanlatr,  alətlər, 
qanköçürmə  ləvazimatlar,  qan  və  plazma  ehtiyatı,  qan  və  plazmaəvəzediciləri, 
məhlullatr) olmasını yoxlamalıdırlar. 
Bütün dərmanlar və infuzion-transfuzion vasitələr doğuş zalında xüsusi şkafda 
və  ya  stolda  olmalıdır.  Bu,  uşaqlıq  qanaxması  zamanı  lazımi  tədbirlərin 
aparılmasında  vaxt  itgisinin  qarşısını  alır.  Digər  stolda  hazır  vəziyyətdə  uşaqlıq 
boynunun  müayinəsi  və  zədələnmiş  toxumaların  tikilməsi  üçün  steril  alətlər, 
şprislər, müvafiq dərmanlar (uteretonik preparatlar və s.) olmalıdır. (A.Q.; Müvafiq 
təlimat şərh edilməlidir.) 
Doğuş  zalında  universal    və  digər  qrupdan  olan,  o  cümlədən  mənfi-rezus 
faktorlu donor qan ehtiyatı olmalıdır. 
Qanaxmalar zamanı təzə qan əldə etmək üçün işi elə təşkil etmək lazımdır ki, 
hər stasionarda, o cümlədən hər növbətçi briqadada bütün qruplardan olan donorlar 
(sanitarkalar,  tibb  bacıları,  mamaçalar  və  həkimlər)  olsun.  Doğuşayardım 
stasionarında  personallardan  donor  qanı  götürmək  üçün  qan  stabilizatorları  üçün 
vasitələr  (heparin,  natrium-sitrat  məhlulu)  və  ya  standart  ЦОЛИПК  məhlulu 
ehtiyatı olmalıdır. 
Qanaxmalar  zamanı  cəld  və  effektiv  tədbirlər  göstəriməsinin  təşkili  zamanı 
növbədə olan personallar arasında dəqiq vəzifə bölgüsü aparılmalıdır. Qanaxmalar 
zamanı  urgent  yardımın  göstərilməsi  üçün  personallarla  müntəzəm  məşğələlərin 


186 
 
keçirilməsi  lazımdır.  Bəzi  stasionarlarda  xüsusi  siqnalizasiya  (işıq  və  ya  səs) 
qurulmuşdur  ki,  bunun  vasitəsi  ilə  lazımi  kollektiv  kömək  üçün  bütün  növbətçi 
briqadanı eyni vaxtda doğuş zalına yığmağa imkan verir. 
Əgər bu briqadanın hər bir üzvü doğuş zalına çağırış hallarında nə edəcəyini 
bilirsə,  onda  köməyin  göstərilməsi  qarışıqlıq  olmadan  tez  və  düzgün  təşkil 
ediləcəkdir. Əgər “tədris” həyacanları («учебные» тревоги) müntəzəm aparılarsa,  
onda növbətçilər üzərilərinə düşən vəzifələri nisbətən tez mənimsəyəcəklər. Bir çox 
iri mamlıq müəssisələrində iş təcrübəsi göstərmişdir ki, belə briqadaların təşkili və 
həyacan siqnalı ilə çağırışlar məqsədəuyğundur və effektli nəticələr verir. 
Personallar  üçün  xüsusi  nəzəri  və  praktiki  məşğələlərin  təşkil  etməklə  onlara 
ağır və terminal vəziyyətlərdə ilkin yardımın göstərilməsi və mübarizə metodlatrını 
öyrətmək lazımdır. Belə məşğələlər ildə ən azı 1-2 dəfə keçirilməlidir. Belə təşkilati 
tədbirlər  hər  bir  səviyyədə  olan,  xüsusən  də  həkim  və  personalları  az  olan 
müəssisələr üçün vacibdir. 
Qanaxmalar zamanı yardım göstərməkdə təşkilati məsələlərdən başqa yardım 
edən  həkimlərin  və  tibb  işçilərinin  təcrübələrinin  və  peşəkarlıqlarının  böyük 
əhəmiyyəti var. Peşəkarlığın aşağı olmsı, təcrübəsizlik, nəzəri biliklərin və praktiki 
vərdişlərin  olmaması,  müəyyən  metodların  həyata  keçirilməsində  səriştəsizlik  və 
lənglik belə patologiyanın pis nəticələrinin aradan qaldırılmasını mümkünsüz edir.  
Çoxprofilli  iri  müalicə  müəssisələrində  terminal  vəziyyətlərdə  yardımın 
göstərilməsi  üçün  həkim  briqadasının  yaradılması  lazımdır.  Bridanın  tərkibinə 
anestezioloq-reanimatoloq, 
cərrah 
və 
mama-ginekoloq 
daxil 
edilməlidir. 
Respublikanın  iri  şəhərlərində  terminal  vəziyyətlərin  müalicəsi  üzrə  mərkəzlər 
yarasdılmalıdır.  Belə  mərkəzlərin  vəzifəsi  doğuşayardım  stasionarlarda  terminal 
vəziyyətdə  olan  xəstələrə  gün  ərzində  (круглосуточное)  ixtisaslı  yardımın 
göstərilməsindən 
ibarətdir. 
Briqadaya 
anestezioloq-reanimatoloq 
rəhbərlik 
etməlidir. 
Terminal  vəziyyətlərin  müalicəsi  üzrə  mərkəzlər  –  ixtisaslaşmış  həkim 
yardımının yeni növü olub hər hansı iri müəssisənin (şəhər) nəzdində (bazasında) 
yaradılmalıdır. Yardım üçün ayrılmış sanitar maşını bütün növ təcili yardımın, hətta 
lazım  gələrsə,  cərrahi  və  reanimasion  yardımın  göstərilməsi  üçün  lazımi  bütün 
şərait  yaradılmalı  və  təchiz  olunmalıdır.  Maşında  süni  tənəffüsün  və  narkozun 
aparılması  üçün  aparatlarla,  yenidoğulmuşlar  üçün  tənəffüs  aparatları,  oksigenlə, 
qan,  plazma  və  qanəvəzedicilərlə,  infuziya  və  transfuziya  üçün  sistemlərlə, 
donorlardan qan götürmək üçün konservantlar olan flakonlarla, lazımi dərmanlarla 
təchiz  və  tımin  olunmalıdır.  Briqadada  olanlar  qan  götürmək  metodikadsını 
bilməlidirlər. 
 
Atonik uşaqliq qanaxmasinin dayandirilmasi metodu kimi uşaqliq 
damarlarinin bağlanmasi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə