Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   73   74   75   76   77   78   79   80   ...   91

183 
 
ya heç olmur. Əgər periferik arteriyalarda spazm meydana çıxmışdırsa, onda bud və 
bazu arteriyalarda nəzərə çarpan dərəcədə fərq müşahidə ediləcəkdir; yəni spazm nə 
qədər güclüdürsə, onda bazu arteriyasında təzyiq daha aşağı olur, bəzi hallarda bud 
arteriyasında təzyiqin yüksək olmasına baxmayaraq, bazu arteriyasında təzyiq təyin 
edilmir 
Qan  itgisinin  yerinin  doldurulması  ilə  paralel  olaraq  periferik  damarların 
spazmını aradan qaldırmaq lazımdır. Bunun üçün kiçik dozalarda neyroleptilərdən 
(aminazin-?;  droperidol,  dibenzolin-?)  istifadə  etmək  olar.  İstifadənin  metodikası 
belədir: preparatın 2,5%-lisindən 1,0  ml 9,0  ml fizioloji  məhlulda həll edilir (Belə 
halda 1,0 ml qarışıq mıhlulda 2,5 mq olur ki, bu, hissə-hissə - дробного, vurmaq 
üçün ən yüksək- optimal-  doza hesab edilir; bu xəstələr üçün). Durulaşdırılmış bu 
dazanı 5-10 dəqiqə intervalla  vurmaqa yanaşı bud və bazu arteriyalarında təzyiqlər 
fərqinin  dəyişilməsinə  nəzarət  etmək  lazımdır.  Preparatları  bu  təzyiqlər  fərqinin  
maksimum  azalana  və  ya  tam  itənə  qədər  vurmaq  lazımdır.  Qan  itgisinin  normal 
həcmdə  yerinin  doldurulması  şəraitində  arterial  təzyiqin  düşməməsi  ilə 
vazokonctriksiyanın  aradan  götürülməsini  və  toxumalarda  normal  qan  cərəyanını 
şərtləndirən  (обусловливающая)  maksimal  doza  böyük  adamlarda  20-30  mq-a 
bərabərdir. 
Əgər qan itgisi çoxdursa, onda bu itginin yerinin doldurulması üçün ən yaxşısı 
bir  günlük  saxlanılma  müddəti  olan  sitratlı  təzə  donor  qanından  istifadə 
olunmalıdır.  Qanın  birbaşa  köçürməsi  ilə  sitratlı  qanın  köçürülməsinin 
kombionasiyası  məsləhət  görülür,  belə  ki,  təzə  donor  qanında  qanın  nüvəli 
elementləri  və  bioloji  aktiv  maddələri  qorunub  saxlanılır  (сохраняются),halbuki, 
sitratlı  qanda  onlar  konservantla  təsda  olduqdan  sonra  məhv  olurlar.  Saxlama 
müddəti  2  həftə  olan  sitratlı  qanın  çoxlu  miqdarda  və  sürətli  templə  köçürülməsi 
zamanı  həmişə  natrium-sitratla  intoksikasiya  təhlükəsi  yaranır.  Sitratlı  qanın 
arteriadaxili  köçürülməsi  zamanı  natrium-sitratın  toksiki  təsiri  baş  vermir,  beləki, 
onun  əksər  hissəsi  toxumalara  gedərək,  burada  parçalanır.  Qanın  arteriadaxili 
köçürülməsinin daha effektli olması da bununla izah edilir. 
Qan  dövranının  mərkəzləşməsi  ilə  gedən  kompensasiya  fazasında  bir  çox 
toxumalarda  damarların  təzahürlü  spazmı  və  qan  təchizatının  kəskin  azalması 
səbəbindən  hipoksiya  baş  verir.  Belə  şəraitdə  həmin  toxumalarda  tam 
oksidləşməmiş  (недоокисленных)  metabolizm  məhsullar  (laktatlar)  toplanır  və 
nəticədə  asidoz  inkişaf  edir.  İşemiyaya  uğramış  toxumalarda  damarların  spazmı 
aradan  götürüldükdən  və    qan  dövranı  bərpa  olunduqdan  sonra  həmin  tam 
oksidləşməmiş  (недоокисленных)  məhsullar  (laktatlar)  çoxlu  miqdarda  qan 
dövranına  daxil  olur  və  işemiyadan  qorunmuş  parenximatoz  orqanlara,  ürək 
əzələsinə gətirilərək onların fəaliyyətinə pis təsir göstərir. 
Bundan  başqa  turş  xassəyə  malik  sitratlı  qanın  böyük  miqdarda  köçürülməsi 
də asidozun dərəcəsini artırır. Onu qeyd etmək lazımdır ki, sitratlı qanın pH 7,0-dən 


184 
 
aşağıdır.    Asidozun  kompensasiyası  və  onun  orqanizmə  əlverişsiz  nəticələrinin 
qarşısının  alınması  üçün  soda  məhlulunun  və  ya  natrium-laktatın  infuziyası 
məsləhətdir. Hipotenziya  nədər  uzun  çəkərsə  və  qan  dövranının  mərkəzləşməsi  nə 
qədər təzahürlü olarsa, onda asidozun kompensasiyası üçün bir o qədər də yüksək 
doza tələb edilir. Natrium-bikarbonat üçün birdəfəlik doza 3,75 qr. (50,0 ml 7,5%-li 
natrium-bikarbonat məhlulu) təşkil edir. 
Dekompensasiya  fazası.  Bu  fazanın  başlanğıcı  kompensator  mexanizmlərin 
kəskin  ləngiməsinin  və  ya  zəifləməsinin,  nəticədə  damar  məcrasının  tutumu  ilə 
dövredən qanın həcmi arasında uyğunsuzluğunun meydana çıxması ilə səciyyələnir. 
Fazanın  ilkin  dövrü  kompensasiya  gərginliyinin  itirilməsi  ilə  birincili  həcm 
çatmamazlıq  kollapsı  da  adlandırıla  bilər;  belə  adlandırılma  dekompensasiya 
fazasının bu dövrünün patofizioloji nöteyi-nəzərdən mahiyyətini əks etdirir. 
Aktiv 
yenidənbölüşdürülmə 
reaksiyalı  periferik  damarların  spazmı 
(dekompensasiya  fazasında  qan  dövranının  mərkəzləşməsi)  damarların  tonusunun 
zəifləməsi  və  ya  itirilməsi  və  bədənin  vəziyyətindən  asılı  olaraq,  qanın  passiv 
yenidənbölüşdürülməsi  ilə  əvəz  edilir.  Xəstə  horizontal  vəziyyətdə  olduğundan 
qanın  ürəyə  axını  hələlik  qədərincə  olur,  diastolik  təzyiqin  enməsi  ilə  əlaqədar 
sistolik təzyiq azalır, xəstənin huşu itmir. Lakin çarpayının baş tərəfini qaldırdıqda 
azrterial təzyiq kəskin aşağı düşür və hətta sıfra qədər enir, bu zaman xəstə huşunu 
itirir  (A.Q.:  aldadıcı  vəziyyətdir;  belə  hallarda  xəstənin  aktivləşdirilməsi, 
köçürülməsi  yolverilməzdir!).  Hər  iki  vəziyyətdə  mərkəzi  venoz  təzyiq  aşağı  olur 
ki, hemodinamokanın pozulmasının  mənşəyində ürək  zəifliyinin birincili olmasını 
istisna edir. 
Dekompensasiya  fazasının  bu  dövründə  sirkmulyator  hipoksiya  daha  da 
dərinləşir. Hipoksiyadan nəinki periferik toxumalar, eləcə də həyativacib orqan və 
sistemlər  əziyyət  çəkir.  Qan  dövranının  çətin  bərpa  oluna  bilən    pozulmasının 
sonrakı inkişafında histamimin, histaminəbənzər maddələr, anaerob qlikolizin tam 
oksidləşməmiş məhsulları və digər maddələr əsas rola malikdir. 
Fazanın bu dövrü protoplazmatik kollaps (протоплазматического коллапса
adlandırılır.  Genişlənmiş  kapillyarlarda  qanın  cərəyanı  staz  vəziyyətinə  qədər 
xəifləyi. 
Histaminin, 
kininlərion, 
monoaminooksidazanın  və  digər  tam 
oksidləşməmiş  məhsulların  təsirindəın  damarların  keçiricilikləri  kəskin  artır.  Qan 
plazmasının  toxumalara  keçnməsi  baş  verir  ki,  protoplazmatik  kollaps  üçün 
xarakterik patofizioloji əlamətdir. 
Protoplazmatik  kollaps  fazasında  müalicə  tədbirlərinin  effekti  əhəmiyyətli 
dərəcədə azalmış olur. Qan köçürülməsi iklə yanaşı plazmanın və digər iridispersli 
qanəvəzedicilərin  (poliqlükin, dekstran, polivinilpirrolidon)    köçürülməsi  lazımdır. 
Fizioloji və qlükoza  məhlullarının köçürülməsi məqsədəuyğun hesab edilmir, belə 
ki,  protoplazmatik  kollaps  fazasında  damardaxili  maye  tezliklə  damar  məcrasını 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə