Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə85/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   81   82   83   84   85   86   87   88   ...   91

199 
 
Uşaqlığın  tamponadası  olunmuş  çoxlu  sayda  halların  diqqətlə  analizi 
ghöstərmişdir ki, bu üsulun effekti uşaqlığın tonusunun vəziyyətindən asılıdır. Əgər 
uşaqlıq  atonik  vəziyyətdədirsə,  divarlatrı  süstləşmişdirsə  (дряблые)  və  mexaniki 
qıcıqlara  reaksiya  vermirsə,  onda  uşaqlığı  tamponada  etmək  faydasızdır.  Belə  ki, 
damarlarda  olan  təzyiq  uşaqlıq  boşluğunda  tamponun  yaratdığı  təzyiqdən  yüksək 
olur  və  tamponadadan  sonra  qabnaxma  davam  edəcəkdir.  (A.Q.:  süstləşmiş  divarı 
olan  uşaqlığı  təzyiqi  artırmaq  üçün  daha  çox  tamponada  etdikdə,  uşaqlığın  divarı 
torba  kimi  daha  da  genişlənərək,  əks  nəticə  alınacaqdır.).  İlk  əvvəl  belə  illüziya 
yaranacaqdır  ki,  qanaxma  dayanmışdır  və  qanaxmanın  dayandırılması  üçün  daha 
radikal  tədbirlər  görülməyəcəkdir.  Tampondan  qan  gəldikdə  isə  məlum  olacaqdır 
ki, xəstəni xilas etmək üçün qiymətli vaxt itgisinə yol verilmişdir. 
Buna  görə  də  belə  hesab  edilir  ki,  uşaqlığın  atoniyası  zamanı  onun  tonusu 
itdikdə  tamponada  etmək  nəinki  faydasızdır,  hətta  ziyandır.  Uşaqlığın  belə  vəziy-
yətində onun boşluğunun tam tamponadasına çalışmaq olmaz, qanaxan damarların 
sıxılması  üçün  heç  olmasa,  uşaqlıq  divarının  bir  az  tonusu  lazımdır.  Uşaqlığın 
qıcıqlanması  zəifləməsi  ilə  yaranan  hipotonik  qanaxmalarda  tampon  uşaqlıq 
divarına  sıxıla  bilir  və  qanaxmanın  dayanmasına  səbəb  olur.  Qeyd  edildiyi  kimi, 
tamponada  prosesi  və  tamponun  özü  yad  cisim  kimi  uşaqlığın  mexaniki  qıcıq-
lanmasını  törədərək,  onun  yığılmasını  gücləndirə  bilər.  Belə  halda  uşaqlığın  tam-
ponadasının  effekti  yüksəlir.  Əgər  uşaqlığın  hipotoniyası  zamanı  tamponadadan 
sonra uşaqlığın tonusu kəskin azalırsa, deməli tamponada az effektlidir. 
Son  vaxtlar  uşaqlığın  tamponadasını  trombin  məhlulu  ilə  (1  qram  trombini 
200,0  ml  məhlulunda  həll  etməklə  hazırlanır)  islasdılmış  tamponla  icra  edirlər. 
Uşaqlıq boşluğuna yeridilmiş trombin burada qanın laxtalanmasını və divarda bərk 
trombların əmələ gəlməsini sürətləndirir.  
Bu  məqsədlə  trombin  əvəzinə  eyni  təsirə  malik  olan  hemostatik  süngərdən 
(гемостатическая  губка)  istifadə  etdikdə  də  anoloji  nəticəalmaq  olur.  Tamponu 
12-16  saatdan  artıq  saxlamaq  olmaz.  Mamalıq  stasionarları  şəraitində  uşaqlığın 
hipotoniyası  zəminində  davam  edən  qanaxmalar  zamanı  tamponadanı  kompleks 
tədbirlər sırasında yalnız müvəqqəti vasitə kimi istifadə etmək olar. 
Doğuşdansonrakı  erkən  dövrdə  uşaqlıq  qanaxmasının  çoxsaylı  müxtəlif 
mexaniki dayandırılma üsullarını qiymətləndirərkən qeyd etmək lazımdır ki, bütün 
bunların  hamısı  qısamüddətli  effektə  malikdir  (?).  Göstərilən  üsulların  hər  biri 
dəqiq  (При  тщательном)  yerinə  yetirildikdə  qanaxmanın  tam  dayandırılmasına 
nail  olmaq  mümkündür.  Texnikanın  icrasında  yol  verilən  səhvlər  nəticəsində 
qanaxmanın dayandırılmasında effekt alınmayacaqdır.  
Qanaxmanın  mexaniki  dayandırılma  üsullarına  həm  də  uşaqlıq  yolunun  yan 
tağlarından  (Генкель  -  Тиканадзе)  yan  parametrlər  nahiyyəsində  uşaqlıq 
damarlarının  cərrahi sıxaclarla  sıxılması  üsulunu  da  aid  etmək  olar.  1902  –ci ildə 
Henkel  6  qadında  atonik  uşaqlıq  qanaxmaasının  dayandırılması  üçün  yan 


200 
 
parametrlər nahiyyəsində Myuzo (Мюзо) maşalarının qoyulması haqqında məlumat 
vermişdi. 
Myuzo  (Мюзо)  maşaları  uşaqlıq  boynunu  maksimum  özünə  tərəf  çəkdikdən 
sonra  saggital səthdə uşaqlıq qabırğası üzrə saat 12-20 istiqamətlərdə (?) qoyulur. 
Müəllif  belə  hesab  edirdi  ki,  maşaların  qoyulması  uşaqlığın  əsas  damarlarının 
sıxılmasına və qanaxmanıln dayanmasına səbəb olur. Bu zaman sidik axarlarının və 
digər orqanların zədələnməsi qeyd edilmir. 
И.Е.Тиканадзе gülləvari maşaları bağırsaq sıxacları ilə əvəz etmişdir; sıxacın 
uclarına  rezin  manjet  (borular)  taxmışdı.  Belə  halda  sıxac  uşaqlıq  yolunun  və 
parametriumun zədələnməsi təhlükəsini tam istisna etmişdir. 
 
Mamalıq qanaxmalqrının anestezioloji 
aspektdən xüsusiyyətləri 
 
Təxirəsalınmaz  qaydada  hemotransfuziya  tələb  edən  mamalıq  qanaxmaları 
hamiləlik  vaxtı,  doğuş  zamanı  və  doğuşdan  sonrakı  dövrdə  baş  verə  bilər. 
Hamiləlik  vaxtı  qanaxmalar  daha  tez-tez  fəsadlaşan  süni  abortlar  zamanı,  döl 
yumurtasının cervikal yerləşməsi – bitişməsi (прикреплении), ciftin ön yerləşməsi 
(предлежании) (cift gəlişləıri), qanın laxtalanma qabiliyyətinin pozulmaları və bir 
sıra digər səbəblərdən rastlaşır. 
Doğuş zamanı massv qanaxmalar doğuşun üçüncü dövründə uşaqlığın yığılma 
funksiyasının  pozulmaları  (hipotoniya,  atoniya),  ciftin  bərk  bitişməsi,  cift  gəlişi, 
qanın  laxtalanma  qabiliyyətinin  pozulmalar,  uşaqlığın  cırılmaları  zamanı  baş  verə 
bilər. 
Doğuşdansonrakı  erkən  dovrdə  qanaxmalar  uşaqlığın  hipotoniyası,  uşaqlıqda 
cift  qalıqlarının  (hissələrinin)  ləngiməsi  (qalması),  doğuş  yollarının  yimşaq 
toxumalarının  travmalatrı,  qanın  laxtalanmasının  defektləri,  uşaqlıqda  şişilərin 
olması və s.nəticəsində meydana çıxa bilər. 
Qanaxmanın ağırlığı və intensivliyi bir çox səbəblərdən, həm də  orqanizmin 
qan itgisinə verdiyi rreaksiyadan asılıdır. 
Məlumdur  ki,  doğuşun  III  dövründə  hemostaz  eyni  istiqamətə  yönəlmiş  bir 
çox mexanizmlərlə tənzimlənir və həyata keçirilir(reallaşır). 
Birincisi, uşaqlıq cisminin əzələlərinin retraksiyası və kontraksiyası sayəsində. 
Bu zaman uşaqlıq damarlarının qanının bir hissəsi pozulmuş xovlararası sinuslarda 
ləngiyir,  bir  hissəsi  isə  ananın  magistral  damarları  istiqamətində  geriyə  doğru 
itələnir. Məhz bu, əsas amil, mexanizm kimi uşaqlıq qan dövranının reduksiyasını 
təmin  edir  və  bununla  da  hemostazın  növbəti  mexanizmlərinin  meydana  çıxması 
(для  проявления),  işə  düşməsi  üçün  lazımi  şərait  yaratmış  olur.  Öz  növbəsində 
uşaqlıq  əzələsinin  retraksiyası  və  kontraksiyası  uşaqlığın  tonusunun  vəziyyətini 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə