Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə87/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   83   84   85   86   87   88   89   90   91

203 
 
etmək olar: qanaxmanın ilkin dövründə hiperkoaqulyasiya fazası və sonra bu fazanı 
əvəz  edən  hipokoaqulyasiya  fazası.  Bu  zaman  sonuncu  fazanın  fonunda  artıq 
damardaxili  disseminəolunmuş  laxtalanmanın  əlaməti  kimi    generalizə  olunmuş 
qanaxma baş verir (trombohemorragik sindrom) 
Beləliklə,  kliniki  müşahidələr  belə  nəticəyə  gəlməyə  əsas  verir  ki, 
hipokoaqulyasiya bütün massiv mamalıq qanaxmalarının qaçılmaz müşyiətçisidir. 
Qanaxmanın  başlanğıc  fazasında  meydana  çıxan  damardaxili  laxtalanma 
(məsrəf  koaqulopatiyası)  hipofibrinogenemiyaya,  ikincili  fibrinolizə  və  çox  vaxt 
qanın  laxtalanma  xassəsinin  tam  itməsinə  gətirib  çıxarır.  Çox  təhlükəli  belə 
fəsadlaşmanın  meydana  çıxması  məhz  mamalıq qanaxmaları üçün  daha  xarakterik 
haldır  və  NYCVƏA,  dölyanı  maye  emboliyası  (amniotik  emboliya),  dölün 
bətndaxili  ölümü,  uşaqlığın  cırılması,  ağır  dərəcəli  preeklampsiya,  uşaqlığın 
hipotoniyası zəminində təkrari (bir neçə dəfə - многократном) qanaxmalar zamanı 
müşahidə  edilir.  Çox  nadir  hallarda  olsa  da,  normal  gedişli  doğuşlasr  zamanı 
koaqulopatik  qanaxmaların  baş  verməsi  mümkündür.  Belə  halların  əsasında 
aşkarlanmamış fəsadlı fonlar (отягощенный фон) – qan xəstəlikləri, hemofiliyanın 
müxtəlif variantları, ekstragenital patologiyalar (ürəyin anadangəlmə və qazanılmış 
qüsurları) və bir çox səbəblər durur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


204 
 
 
 
 
 
FƏSIL VIII. 
Infuzion-transfuzion terapiyanin fəsadlari  
 
Qan və onun komponentlərinin köçürülməsi 
zamanı fəsadlaşmalar 
Hemotransfuzioloji fəsadlaşmalar kliniki praktikada tez-tez rastlaşır və əsasən 
qanın  və  onun  komponentlərinin  köçürülməsi  üzrə  təlimatların  pozulması  ilə 
əlaqədardır.  Statistik  məlumatlara  görə  qanın  köçürülməsi  zamanı  fəsadlaşmalar 
transfuziyanın 0,01%-ni təşkil edir. Bu fəsadlaşmalardan 92% halda ABO sistemi 
üzrə  və  rezus-faktoruna  görə    uyğunsuz  qanın,  6,5%  halda  keyfiyyətsiz  qanın 
transfuziyası ilə, 1,0% halda hemotransfuziyaya əksgöstərişlərin nəzərə alınmaması 
ilə  0,5%  halda  hemotransfuziya  texnikasının  pozulması  ilə  əlasqədar  müşahidə 
olunmuşdur.  
Kompleks  terapiyanın  və  hemodializin  aparılmasına  baxmayaraq, 
hemotransfuzion fəsadlaşmalardan baş verən letallıq yüksəkdir və 25%-ə çatır. 
Qan köçürmə zamanı fəsadlaşmaların əsas səbəbləri bunlardır: 

 
donor və resipient qanının uyğunsuzluğu (ABO sistemi, rezus-faktoru üzrə, 
digər amillərlə); 

 
keyfiyyətsiz  qanın  (barterial  çirklənmiş,  çox  ğızdırılmış,  hemoliz,  uzun 
müddət  saxlanılması  nəticəsində  zülalların  denaturasiyaya  uğraması, 
saxlanılma  zamanı temperatur rejiminin pozulması və s.) köçürülməsi; 

 
köçürülmə texnologiyasının pozulması (hava emboliyası, tronmbemboliya, 
ürəyin kəskin genişlənməsi); 

 
tranfuziyadan əvvəl resipient orqanizminin vəziyyətinin nəzərə alınmaması 
(qan  köçürülməsinə  əks  göstərişlərin  olması,  reaktivliyin  yüksəlməsi, 
sensibilizasiyası) 

 
köçürülən  qan  vasitəsi  ilə  infeksion  xəstəliklərin  törədicilərinin  resipientə 
keçirilməsi.  
Kliniki təcrübə göstərir ki, hemotransfuzion fəsadlaşmanın ən tez-tez rastlaşan 
səbəbi  ABO  qrup  sisteminə  və  rezus-faktoruna  görə  uyğunsuz  qanın 
köçürülməsidir.  Bu  fəsadlaşmaların  əksər  hissəsi  müalicə  müəssisələrinin  mama-
ginekologiya və cərrahi şöbələrində təcili göstərişlərə görə (şok, kəskin qanitirmə, 
geniş  travmalar,  cərrahi  müdaxilələr  və  b.)  qan  köçürülməsi  zamanı  müşahidə 
edilir. 
Aşağıdakı fəsadlaşmalar müşahidə edilir: 

 
Immunoloji reaksiyalar  


205 
 

 
Posttransfuzion koaqulopatiya . 

 
Posttransfuzion ağ ciyər  

 
Sirkulyator yüklənmə . 

 
Uyğunsuz qanın köçürülməsi  

 
Infeksiyaların ötürülməsi  

 
Qan köçürülməsinin riski  
 
ABO sisteminin qrup və rezus-faktoruna görə uyğunsuz qanın, eritrosit 
kütləsinin köçürülməsindən baş berən fəsadlaşmalar. 
Belə  fəsadlaşmaların  səbəbi  əksər  hallarda  ABO  sistemində  qan  qruplarının 
təyin  etmə  metodikası  və  uyğunlaşma  sınağının  aparilması  üzrə  qan  köçürmə 
texnikasının nəzərdə tutulan təlimatlarının və qaydalarının yerinə yetirilməməsidir.  
Patogenez:  köçürülmüş  eritrositlərin  resipientin  təbii  aqlyütininləri  ilə 
damardaxili  massiv  parçalanması  və  parçalanmış  bu  eritrositlərin  stromaları  və 
sərbəst  hemoqlobin  tromboplastin  fəallığına  malikdir  və  bunlatrın  plazmaya 
çıxması disseminəolunmuş (yayılmış) damardaxili laxtalanma sindromunun (DDL-
sindromu)  inkişafına  start  verirək,  hemostaz  sistemində  və  mikrosirkulyasiyada 
patoloji  dərin  dəyişikliklər  törədir,  sonradan  mərkəsi  hemodinamiki  pozulmaların 
və hemotransfuzion şokun inkişafına səbəb olur. 
 
Hemotransfuzion şok 
Hemotransfuzion şok aşağıdakı hallarda inkişaf edə biər: 
1.
 
Uyğunsuz  qanın  köçürülməsi  zamanı  (qan  qrupunun  və  rezus-faktorunun 
təyinində  buraxılan  səhvlər,  digər  izohemoaqlyütinasion  və  izoseroloji 
əlamətlərə görə donorun düzgün seçilməməmsi); 
2.
 
Uyğun  qanın  köçürülməsi  zamanı    a)  xəstənin  ilkin  vəziyyətinin  nəzərə 
alınmaması ilə əlaqədar; b) keyfiyyətsiz qüanın vurulması ilə əlaqədar; c) 
donor və resipientin zülallarının fərdi uyğunsuzluğu nəticəsində.  
Hemotransfuzion  şokun  əsasında  duran  hemodinamik  və  metabolik 
pozulmalarının  əsas  səbəbi  resipientin  qan  damarı  məcrasında  donorun 
eritrositlərinin hemolizidir. 
Uyğunsuz qanın köçürülməsindən baş verən hemotransfuzion şokun başlanğıc 
kliniki  əlamətləri  bilavasitə  hemotransfuziya  vaxtı  və  ya  ondan  bir  az  sonra 
meydana  çıxır  və  qısamüddətli  oyanıqlıqla  (возбуждением),  döş  sümüyünün 
arxasında,  qarın  və  bel  nahiyyəsində  ağrılarla  xarakterizə  edilir  (A.Q.:  dərinin 
rəngini, digər subyektiv halları əlavə etməli). Sonradan tədricən şok vəziyyəti üçün 
xarakter  olan  sirkulyator  pozulmalar  (taxikardiya,  hipotiniya)  artmağa  başlayır, 
damardaxili  massiv  hemolizin  mənzərəsi  (hemoqlobineya,  hemiqlobinuriya, 
bilirubinemiya,  sarılıq)  və  böyrəklərin  və  qara  ciyərin  funksiyalarının  kəskin 
pozulmaları inkişaf edir. Əgər şok ümumi narkoz şəraitində cərrahi əməliyyat vaxtı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə