Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə90/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   83   84   85   86   87   88   89   90   91

210 
 
təşrihi  zamanı  orqanlarda  eritrositlərin  və  trombositlərin  aqreqasiyasından  təşkil 
olunmuş mikrotromblarla əlaqədar kiçik qansızmalar aşkar olunur. Böyük və kiçik 
qan  dövranlarında,  habelə  orqanların  kapillyar  qan  cərəyanı  səviyyəsində 
hemodinamiki pozulmalar meydana çıxır. 
Travmatik  qanitirmə  istisna  olmaqla  massiv  transfuziya  sindromu,  adətən 
DDL-sindromunun    başlandığı  zaman  bütöv  qanın  köçürülməsinin  nəticəsidir, 
halbu  ki,  hər  şeydən  əvvəl  böyük  miqdarda  (1-2  litr  və  daha  çox)  şırnaqla  və  ya 
sürətli damcılarla təzədondurulmuş plazma köçürmək lazımdır. Eritrosit kütləsinin 
(bütöv qan yox) köçürülməsi həyati göstərişlə məhdudlaşdırılmalıdır. 
Massiv  transfuziya  sindromunun  profilaktikası  və  meüalicəsi  məqsədi  ilə 
lazımdır: 
-
 
Saxlama  müddəti  maksimal  qisa  olan  eyniqruplu  konservləşdirilmiş  bütöv 
qan  köçürməli.  İzoimmun  antitelləri  olan  xəstələr  üçün  xüsusi  qan  seçimi 
aparılmalıdır.  Yüksək  reaktivlikli  xəstələrə  əməliyyatdan  sonrakı  dövrdə 
yuyulmuş eritrosit взвесь-dən istifadə olunmalıdır. 
-
 
Qanitgisininin  yerini  doldurmaq  üçün  qanköçürmə  ilə  yanaşı  kiçik 
molekulalı  anəvəzedicilərindən  (poliqlükin,  reopoliqlükin,  hemodez, 
peristobn,  reomakrodeks  və  s.)  istifadə  edilməlidir.  Hər  1500,0-2000,0  ml 
köçürülən qana 500,0 ml qanəvəzedici məhlulu vurulmalıdır. 
-
 
Ekstrakorporal  qan  dövranı  ilə  aparilan  əməliyyatlar  zamanı  kiçik 
molekulalı 
qanəvəzedicilərlə 
idarəolunan 
hemodelyusiya 
(qanın 
durulaşdırılması- разведение или  разбавление) üsulundan istifadə edilir.  
-
 
Hemostaz prosesinin pozulması zamanı əməliyyatdan sonrakı yaxın dövrdə 
epsilonaminokapron  turşusu,  fibrinogen,  birbaşa  qanköçürmə,  trombositar 
kütlənin  transfuziyası,  quru  plazmanın  qatılaşdırılmış  məhlulu,  albumin, 
qamma-qlobulin,  kiçik  dozada  eritrosit  kütləsi,  antihemofil  plazması  təyin 
edilir. 
-
 
Əməliyyatdan  sonrakı  dövrdə  diurezi  normallaşdırmaq  üçün  osmotik 
diuretiklərdən istifadə edilir. 
-
 
Turşu-qələvi  müvazinətinin  pozulmalarının  korreksiyası  üçün  resipientə 
tris-bufer məhlullarının infuziyası olunmalıdır. 
Massiv hemotransfuziya ilə şətrtlənən DDL-sindromunun müalicəsi hemostaz 
sisteminin  normallaşmasına  və  digər  əsas  sindromların,  birinci  növbədə  şokun, 
kapillyar  stazın,  turşu-qələvi,  elektrolit və  su balansının pozulmalarının,  ağ  ciyər, 
böyrəklər,  böyrəküstü  vəzlərin  zədələnmələrinin  əlamətlərini    aradan  qaldırmağa 
yönəlmiş kompleks tədbirlərə əsaslanmışdır.  
Kompleks  tədbirlər  sırasında  vacib  komponent  kimi  plazmoferez  də  tətbiq 
edilir. Bu zaman bədəndən çıxarılmış plazmanın yerini doldurmaq üçün əvəzedici 
kimi  600,0  ml-dən  az  olmayatraq,  təzədondurulmuş  donor  plazmasından  istifadə 
olunur.  Qan  hüceyrələrinin  aqreqantları  ilə  mikrosirkulyasiyanın  blokadasını  və 


211 
 
damarların spazmını dezaqreqantlarla və digər preparatlarla (reopoliqlükin, 0,5%-li 
kurantil- 4,0-6,0 ml venadaxili, 2,4%-li eufillin 10,ml, trental) aradan qaldırırlar. 
Həmçinin  proteazaların  ingibitorlarından  da  –  trasilol,  kontrikal,  qordeks 
böyük  dozalarda  (80000-100000  V  birdəfəyə  venadaxili  inyeksiya)  istifadə  edilir. 
Transfuzion  terapiyanın  vacibliyi  və  həcmi  hemodinamiki  pozulmalara    görə 
müəyyən  edilir.  Göstərmək  lazımdır  ki,  DDL-sindromu  zamanı  bütıv  qandan 
istifadə  detmək  olmaz;  yuyulmuş  (отмытую)  eritrosit  kütləsini  isə  Hb 
göstəricisinin 70 q/l-ə qədər düşdüyü zaman köçürmək olar. 
 
Sitrat intoksikasiyası 
Xəstə  orqanizminə  donor  qanının  tez  və  massiv  köçürülməsi  zamanı 
konservləşdirilmiş  qanın  tərkibində  böyük  miqdarda  limon  turşusu  da  daxil  olur. 
Sitratın  təsir  mexanizmi  sitrat  ionları  ilə  kalsiumun  birləşməsi  nəticəsində 
resipientin  plazmasında  birdən-birə  ionlaşmış  kalsiumun  qatılığının  azalmasıdır. 
Belə  vəziyyətin  yaranması  tramsfuziya  vaxtı  və  ya  onun  sonunda  mədəciklərin 
titrəməsinə qədər ürək ritmlərinin pozulmaları, kiçik qan dövranı qan damarlarının 
spazmı,  mərkəzi  venoz  təzyiqin  yüksəlməsi  və  hipotoniya  nəticəsində  qan 
dövranının  ağır  pozulmalarına,  həmçinin    qıcolmalara  gətirib  çıxarır.  (A.Q.:  belə 
vəziyyət  yarandıqda  bunu  çox  vaxt  səhvən  xəstənin  vəziyyətinin  ağırlığı  ilə 
əlaqələndirirlər) 
Hipokalsiemiya - böyük dozalarda natrium-sitratrla hazırlanmış bütöv qan və 
ya  plazma,  xüsusən  də  böyük  sürətlə  transfuziya  zamanı  inkişaf  edir.  Bu  zaman 
konservantin  tərkibində  olan  və  resipientin  qanına  keçən  sitrat  sərbəst  burada 
kalsiumla  birləşərək  hipokalsiemiyaya  səbəb  olur.  Natriun  sitratla  hazırlanan  qanı 
və  ya  plazmanı  150,0  ml/dəq.  sürəti  ilə  transfuziya  etdikdə  sərbəst  kalsiumun 
səviyyəsi  maksimal    0,6  mmol/l-ə  qədər  enə  bilir;  bu  sürəti  50,0  ml/dəq.-ə 
azaltdıqda resipientin plazmasında sərbəst kalsiumun miqdarı az dəyişikliyə məruz 
qalır.  Qan  köçüermə  dayandırıldıqdan  o  saat  sonra  onlaşmış  kalsiumun  səviyyəsi 
normaya qayıdır ki, bu həmin elementin endogen depolardan sürətlə mobilizasiya 
olunması və qara ciyərdə sitratın metabolizmi ilə izah edilir. 
Müvəqqəti  hipokalsiemiyanın  heç  bir  kliniki  əlamətləri  olmayan  zaman 
kalsium  preparatlarının  standart  təyinatı  (sitratı  “neytrallaşdırmaq  üçün”)  düzgün 
deyildir,  belə  ki,  kardial  patologiyası  olan  xəstələrdə  aritmiya  törədə  bilər.  Yada 
salmaq  lazımdır  ki,  ilkin  hipokalsiemiya  kateqoriyalı  xəstələr  və  ya  müxtəlif 
müalicə  proseduraları  aparılan  zaman  (eksfuziya  olunmuş  həcmdə  plazmanın 
vurulması  ilə  müalicə  plazmaferezi),  habelə  cərrahi  əməliyyatlar  zamanı  onun 
başvermə ehtimalı olan xəstələr bvardır. Yanaşı patologiyası olan xəstələrə xüsusi 
diqqət 
verilməlidir: 
hipoparotireoidizm, 
D-avitaminozu, 
xroniki 
böyrək 
çatmamazlığı,  qara  ciyər  sirrozu,  uşaqlarda  anadangəlmə  hipokalsiemiya, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə