Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə88/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   83   84   85   86   87   88   89   90   91

206 
 
inkişaf  edirsə,  onda  kliniki  əlamətlər  əməliyyat  yarasından  təzahürlü  qanaxma, 
dayanıqlı  hipotoniya,  sidik  kisəsindəki  kateterdən  tünd  –qırmızı  (темно-
вишневого) və ya qara rəngli sidik gəlməyə başlayır. 
Şokun  kliniki  gedişinin  ağırlığı  köçürülmüş  uyğunsuz  eritrositlərin 
miqdarından  çox  asılıdır,  bu  zaman  əsas  xəstyəliyin  xarakteri  və 
hemotransfuziyadan əvvəl xəstənin vəziyyətinin əhəmiyyətli rola oynayır. 
Sistolik  arterial  təzyiqin  səviyyəsindən  asılı  olaraq,  posttransfuzion  şokun  üç 
dərəcəsi  ayırd  edilir:  I  dərəcəli  şok  –  arterial  təzyiq  90  mm  c.s.-a  qəqdər  enir;  II 
dərəcəli şok – arterial təzyiq 80-70 mm c.s.-a qədər; III dərəcəli şok – arterial təzyiq 
70  mm.c.s.-dan  aşağı  enir.  Şokun  kliniki  gedişinin  ağırlığı,  onun  müddəti  və 
proqnozu  köçürülmüş  qanın  dozasından  və  hemotransfuzion  fəsadın  səbəbindən, 
habelə  xəstənin  yaşından,  narkoz  vəziyyətindən  və  hemotransfuziya  üsulundan 
əlaqəli deyil (A.Q.: ?). 
Müalicəsi.  Hemoliz  törətmiş  qanın,  eritrosit  kütləsinin    köçürülməsini 
dayandırmaq; şokdan çıxarmaq üçün müalicə tədbirləri kompleksinə eyni zamanda 
massiv (2,0-2,5 litrə qədər) plazmoferez aparmaq göstərişdir (sərbəst hemoqlobini, 
fibrinogenin  deqradasiya  məhsullarını  çıxarmaq  məqsədi  ilə)  (çıxarılmış  həcmə 
müvafiq 
miqdarda 
təzə 
dondurulmuş  plazma  və  ya  onu  kolloid 
plazmaəvəzedicilərlə  müştərəkləşdirməklə);  hemoliz  məhsullarının  nefronun  distal 
kanalcıqlarında  çöküb  qalmasını  azaltmaq  üçün  20%-li  mannitol  (15-20  qram 
dozada) və ferasemid (100 mq) vasitəsi ilə diurezi 75-100 ml/saatdan az olmayaraq 
saxlamaq lazımdır. Turşu-qələvi vəziyyətini korreksiya etmək üçün 4%-li natrium-
bikarbonat  məhlulundan  (sutkada  1000,  0  ml-?,  birdəfəyə-?)  istifadə  etrmək 
lazımdır.  DQH  saxlamaq  və  A/T  sabitləşdirmək  məqsədi  ilə  reoloji  məhlullardan 
(reopoliqlükin,  albumin)  istifadə  rdilir;  dərin  anemiyanın  (60  q/l-dən  az 
olmamamlıdır)  korreksiyası  lazım  gəldikdə  -  fərdi  qaydada  seçilmiş 
(индивидуально  подобранных)  yuyulmuş  eritrosit  köçürülməli;  desensibilzəedici 
terapiya  –  antihistamin  preparatları,  kortikosteroidlər,  ürək-damar  maddələri. 
Transfuzion-infuzion  terapiyanın  həcmi  diurezin  miqdarına  adekvat  olmalıdır. 
Nəzarət  üçün  mərkəzi  venoz  təzyiqin  (MVT)  ölçülməsindən  istifadə  etmək 
lazımdır.  Vurulan  kortikosteroidlərin  dozası  hemodinamiki  sabitlikdən  asılıdır, 
sutkada xəstənin bədən kütləsinin hər 10 kq çəkisinə 30 mq-dan az olmamalıdır. 
Onu qeyd etmək lazımdır ki, anuriyanın başlanmasına qədər  osmotik fəallıqlı 
plazmaəvəzedicilər  tətbiq  ertmək  lazımdır.  Anuriya  zamanı  onların  təyin  edilməsi 
ağ ciyərlərin və ya baç beynin ödeminin meydana çıxmasına görə təhlükəlidir. 
Postttansfuzion damardaxili kəskin hemolizinin inkişafının birinci sutkalarında 
qanın  laxtalanmasına  nəzarət  etməklə  sutkada  25  min  Vahid  dozada  heparinin 
venadaxili təyininə göstəriş vardır.  
Kompleks konservativ terapiya ilə kəskin böyrək çatmamazlının və anuriyanın 
inkişafının,  kreatininemiya  və  hiperkaliemiyanın  proqressivləşməsinin  qarşısının 


207 
 
alınmadığı  hallarında  ixtisaslaşmış  müəssisələrdə  hemodializin  aparılması 
lazımdır(A.Q.: sabitlik yarandıqda və əksgöstərişlər nəzərə alınmaqla).  
Rezus-faktora,  eritrosit  antigenlərinin  digər  sisteminə  görə  uyğunsuz  qanın 
köçürülməsi  səbəbindən  orqanizmin  hemotransfuzion  şok  tipli  inkişaf  edən 
reaksiyaları ABO sisteminə görə başqa qrup qanın köçürülməsi hallarına nisbətən 
az  rastlaşır.  Səbəb:  bu  fəsadlar  rezus-faktorala  əlaqədar  sensibilizəolunmuş 
xəstələrdə baş verir. 
 
Rezus-antigeni ilə izoimmunizasiya 
Rezus-antigeni  ilə  izoimmunizasiya  aşağıdakı  şəraitlər  yarandıqda  meydana 
çıxa bilər: 
1.
 
Rezus-mənfi  qanı  olan  resipientə  rezus-müsbətli  qanın  təkrar  köçürülməsi 
zamanı; 
2.
 
Qanı  rezus-mənfi  olan  qadınların  hamiləliklərində  dölün  rezus-müsbətli 
qana  malik  olması  zamanı:  bu  zaman  rezus  amili  ananın  qanına  keçir  və 
burada rezus-faktora qarşı immun antitellər əmələ gəlir. 
Belə  fəsadlaşmaların  səbəbi  çox  böyük  əksəriyyət  hallarda  mamalıq  və 
transfuzion  anamnezin  öyrənilməməsi  və  nəzərə  alınmaması,  həmçinin  rezus-
faktorla əlaqədar uyğunsuzluğun qarşısını alan digər tədbirlərin görülməməsidir. 
Patogenez:  resipientin  təkrar  hamiləlii  ilə  və  ya  antigen  sistemi  üzrə  (Rezus, 
Koll, Daffi, Kidd, Levis və s.) uyğunsuz eritrositlərin transfuziyası nəticəsində baş 
verən  sensibilizasiya  prosesində  əmələ  gəlmiş  immun  antitelləri  (anti-C,  anti-D, 
anti-E və başqaları) ilə köçürülən eritrositlərin damardaxili massiv hemolizi.   
Bu  növ  fəsadlaşmaların  kliniki  təzahürü  əvvəlkilərdən  daha  gec  başlaması, 
nisbətən  zəif  gedişə  malik  olması,  gemolizin  gecikməsi  ilə  fərqlənir  ki,  bu  da 
immun antitellərin növündən və onların titrlərindən asılıdır. 
Terapiyasının  prinsipləri  ABO  sisteminin  qrup  faktorlarına  görə  uyğunsuz 
qanın  (eritrositlərin)  köçürülməsindən  baş  verən  posttranfuzion  şokdakı  müalicə 
kimidir.  
Qan  köçürmə  zamanı  fəsadlaşmaların  səbəbi  ABO  sisteminin  qrup 
faktorlarından və  Rh
0
  (D)    rezus-faktorundan  başqa,  nadir  hallarda  olsa  da,  rezus 
sisteminin digər antigenləri- ry
1
 (C), rh
11
(E), hr
1
(c), hr (e), hətta Koll, Daffi, Kidd 
və  başqa  sistemlər  ola  bilər.  Onu  qeyd  etmək  lazımdır  ki,  onların  antigenlik 
dərəcəsi  xeyli  aşağıdır,  buna  görə  də  резус-фактора  Rh
0
  (D)  qanın  köçürülmə 
təcrübəsi  üçün  elə  də  əhəmiyyəti  yoxdur.  Lakin  hər  halda  belə  fəsadlaşmalar 
rastlaşır.  Onlar  həm  rezus-mənfi  şəxslərdə  və  həm  də  hamiləlik  və  ya  təkrar 
qanköçürmə nəticəsində immunlaşmış rezus-müsbət qanlı şəxslərdə meydana çıxır. 
Bu  antigenlərlə  əlaqədar  transfuzion  fəsadlaşmaların  qarşısını  almağa  imkan 
verən  əsas  tədbirlər,  birinci  növbədə  mamalıq  və  transfuzion  anamnezini 
öyrənməkdən  və  lazımi  məqamları  nəzərə  almaqdan,  həmçinin  bütün  digər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə