Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə89/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   83   84   85   86   87   88   89   90   91

208 
 
tədbirlərin yerinə yetirilməsindən ibarətdir. Onu da əlavə etmək lazımdır ki, antiteli 
aşkarlamağa imkan verən xüsusi həssas uyğunlaşma sınağı, o cümlədən donor və 
resipientin  uyğunsuzluğu  sınağı  qeyri-düz  Kumbs  sınağıdır.  Buna  görə  də 
anamnezində  posttransfuzion  reaksiyalar  olan  xəstələr  üçün  donor  qanı  seçimini 
apararkən,  həmçinin  hətta  ABO  sistem  qrupuna  və  rezus-faktoruna  görə  uyğun 
gələneritrositlərin  vurulması  zamanı  yüksək  həssaslığı  ilə  fərqlənən  sensibilizə 
olunmuş şəxslərdə qeyri-düz Kumbs sınağını qoymaq məsləhətdir. Rh
0
 (D)  rezus-
faktoruna görə qoyulan uyğunlaşma sınağında olduğu kimi köçürülən qanın izogen 
uyğunlaşmasına  qoyulan  sınaq  da  ABO  qan  qrupları  üzrə  uyğunlaşma  sınağı  ilə 
ayrı-ayrılıqda aparılır və heç bir halda onu əvəz etmir. 
Bu fəsadlaşmaların kliniki əlamətləri rezus-uyğun olmayan qanın köçürülməsi 
zamanı  yuxarıda  şərh  edilənlərlə  analojidir,  hərçənd  çox  nadir  hallarda  müşahidə 
edilir. Terapiya prinsipləri də eynidir. 
 
Qanın, eritrosit kütləsinin konservləşdirilməsi, saxlanılması ilə əlaqədar 
posttransfuzion reaksiyalar və fəsadlaşmalar 
Posttransfuzion bu reaksiyalar qanın və komponentlərinin konservləşdirilməsi 
zamanı istifadə edilən stabilləşdirici məhlula, qanın saxlanılması nəticəsində onun 
hüceyrələrinin  metabolizm  məhsullarına,  köçürülən  transfuzion  maddələrin 
temperaturuna qarşı   orqanizmin göstərdiyi reaksiyası nəticəsində meydana çıxır. 
 
Anafilaktik şok 
Kliniki  praktikada  qeyri-hemolitik  xarakterli  reaksiyalar  və  fəsadlar  kifayət 
qədər  tez-tez  rastlaşır.  Onlar  resipientin  fərdi  xüsusiyyətlərindən,  orqanizmin 
funksional  vəziyyətindən,  donorun  xüsusiyyətlərindən,  transfuzion  mühitin 
xarakterindən, qanın köçürülmə taktikasından və üsulundan asılıdır. 
Konservləşdirilmiş  qana  nisbətən  təzə  sitrat  qan  daha  reaktogenliyə  malikdir. 
Eritrosit  kütləsi  ilə  müqayisədə  plazmanın  (xüsusən  nativ)  köçürülməsi  daha  çox 
reaksiyalar  verir.  Allergik  reaksiya  resipient  orqanizmindəki  allergik  antitelərlə 
(reagininlərin)  köçürülən  donor  qanının  və  resipientin  plazmasının  allergenləri 
arasında  reallaşan  qarşılıqlı  təsiri  nəticəsində  meydana  çıxır.  Bu  reaksiya  allergik 
xəstəliklərdən  əziyyət  çəkən  xəstələrdə  daha  tez-tez  baş  verir.  Resipientin 
sensibilizasiyası  müxtəlif  mənşəli  (dərman,  inqalyasiobn  maddələr,  zülalların 
parçalanma  denaturasiya  məhsulları)  allrgernlərlə  şərtlənir:  qida  (çiyələk,  apelsin 
şirəsi və s.). 
Kliniki əlamətlər məxmərəyin, ödemin, dəri qaşınmasının, baş ağrısının, ürək 
bulanmasının  və  bədən  temperaturasının  artması,  titrətmənin,  bel  nahiyyəsində 
ağrıların  daha  çox  meydana  çıxmzından  ibarətdir.  Anafilaktik  şok  nadir  halda 
inkişaf edir. Şokun kliniki əlamətləri transfuziyadan 15-20 dəqiqədən sonra inkişaf 
edir  və  bədən  temperaturasının  yüksəlməsindən,  baş  ağrısından,  titrətmədən, 


209 
 
bronxospazm nəticəsində tənəffüsün çətinləşməsiindən ibarətdir. Sonra üzün ödemi 
bütün  bədənin  məxmərəyi,  qaşınma  başlayır.  Nəbz  tezləşir,  arterial  təzyiq  enir. 
Reaksiya  bəzən  çox  gərgin  keçir,  sonra  isə  yaxşılaşma  başlayır.  Əksər  hallarda 
anafilaktik şokun əlamətləri yaxın bir neçə gün ərzində sazlanılır. 
Müalicə:  transfuziyanı  dayandırılır;  venadaxili  antihistamin  dərmanları 
(dimedrol,  supastin,  pipolfen  və  s.  preparatlar),  kalsium-xlorid,  adrenalin, 
kortikosteroidlər, ürək-damar preparatları, narkotik analgetiklər vurulur. 
 
Massiv transfuziya sindromu. 
Sindrom  hemodinamikanın  pozulması,  qara  ciyər-böyrək  və  tənəffüs 
çatmamazlığının  inkişafı,  qanaxma  (кровоточивости)  əlamətləri,  metabolizm 
dəyişikləri  ilə  meydana  çıxır.  Əksər  transfuzioloqlar  belə  hesab  edirlər  ki,  24  saat 
ərzində  xəstənin  damar  məcrasına  2500,0  ml  (DQH-nin  40-50-%-i  qədər)  və 
bundan  çox  donor  qanının  vurulması  massiv  qan  köçürülmə  kimi 
qiymətləndirilməlidir. 
Massiv transfuziya sindromunun aparıcı DDL-sindromu, yaranın qanaxmalar, 
qansızmalar,  arterial  təzyiqin  enməsi,  asistoliya,  bradikardiya,  mədəcikləri 
fibrilyassiyası vəhətta asistoliyadır. 
Massiv transfuzion sindromun inkişafının səbəbi yalnız eritrosit antigenlərinin 
deyil, eləcə də leykosit, trombosit və zülal antigenlərinin olması ilə əlaqədar məhz 
resipient və donor qanının konfliktindən ibarətdir.  
Massiv hemotransfuziyadan sonra baş verən fəsadlar aşağıdakılardır: 
1.
 
Ürək-damar  sistemi  tərəfindən  olan  pozulmalar  (damar  kollapsı, 
asistoliya, bradikardiya, ürəyin dayanması, mədəciklərin fibilyasiyası); 
2.
 
Qanda 
olan 
dəyişikliklər 
(metabolik 
asidoz, 
hipokaliemiya, 
hiperkaliemiya, qanın özlülüyünün artması, leykopeniya və trombopeniya 
ilə olan hipoxrom anemiya); qamma-qlobulinin və albuminin səviyyəsinin 
enməsi, sitrat intoksikasiyası; 
3.
 
Hemostaz pozulmaları  (periferik  damarların spazmı,  yaranın qanamalatr, 
fibrinogeopeniya,  hipotrombinemiya,  trombopeniya,  fibrinolitik  fəallığın 
yüksəlməsi); 
4.
 
Daxili orqanlarda meydana çıxan dəyişikiliklər (xırda nöqtəli qansızmalar, 
az hallarda böyrəklərdən, bağırsaqlardan qanın gəlməsi, qara ciyər-böyrək 
çatmamazlığı  –  oliquriya,  anuriya,  sarılıq,  ağ  ciyər  hipertenziyası  və 
tənəffüs çatmamazlığı,  metabolik asidoz); 
5.
 
Resipientin  immunobioloj  fəallığının  zəifləməsi:  əməliyyat  yarasının 
tikişlərinin  aralanmasıl,  yaranın  pis  bitişməsi,  əməliyyatdan  sonrakı 
dövrün gedişinin uzanması 
Bütöv  qanın  massiv  transfuziyasının  mənfi  təsirləri  damardaxili  yayılmış 
laxtalanma  sindromunun  inkişafında  özünü  görsədir.  Bu  patologiyadan  ölən  lərin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə