Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə86/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   83   84   85   86   87   88   89   90   91

201 
 
müəyyənləşdirir.  Buradan  mamalıq  qanaqxmalarının  genezində  uşaqlığın hipo- və 
atoniyasının rolu aydın olur. 
İkincisi,  ciftin  ayrılması  (qopması)  zamanı  terminal  arteriya  damarları  qırılır 
(разрыв  cırılması)  və  özünəməxsus  spazmı  baş  verir  və  mənfəzi  daralır  və  ya  da 
bağlanır.  Həmin  damarlar  əzələ  kütlələrinin  dərinliyinə  dartılır,  burada  onlar 
uşaqlığın hər dəfə yığılmaları zamanı sıxılma təsirinə məruz qalır. Terminal arteriya 
damarlarının  mənfəzlərinin  daralması  və  uşaqlıqda  qan  cərəyanının  azalması  da 
hemostazın təminatına şərait yaradır (Н. С. Бакшеев, 1970).  
Üçüncüsü,  qaqnaxmanın  dayanması  mexanizmində  trombəmələgəlmə  amili 
böyük  əhəmiyyət  kəsb  edir  ki,  nəticədə  kiçik  damarlarda  və  kapillyar  şəbəkədə 
qanaxmanın dayanması baş verir. Qanın trombəmələgətirmə qabiliyyətinin artması 
onun laxtalanma xüsusiyyətlərinin fəallaşması ilə əlaqədardır. xüsusən də uşaqlıq-
cift  meydançası  nahiyyəsində  yerli  trombəmələgəlmə  prosesinin  yüksəlməsi  üçün 
şəraitin yaranmasında bu fəallaşmanın rolu böyükdür. 
Sübut  olunmuşdur  ki,  ciftin  ayrılması  zamanı  uşaqlıqdan  gələn  qanın 
laxtalanması  eyni  vaxtda  barmaqdan  götürülmüş  qanın  qaxtalanmasından  10  dəfə 
tez  baş  verir.  Retriplasentar  qan  kapilyar  qandan  12  dəfə  sürətlə  laxtalanır. 
Uşaqlıqdan  gələn  qanın  laxtalanma  qabiliyyətinin  belə  yüksək  olmasının  səbəbi 
ciftdə  və  desidual  toxumada  tromboplastik  maddələrin  və  laxtalanmanın  plazma 
amillərinin çox olmasıdır (В. П. Скипетров, 1966; М. С. Мачабели, 1970). 
Doğuşun  III  dövründə  hemostazın  yuxarıda  bütün  şərh  olunan  mexanizmləri 
fəsadlaşmayan  doğuşlar  zamanı  nisbətən  az  qan  itgisinə  təminat  yaradır. 
Fəsadlaşmış  gedişli  doğuşlar  zamanı  və  ya  hemokoaqulyasiya  mexanizmlərindən 
birinin  pozulması  hemostaz  mexanizminin  pozulmasına  səbəb  olur  və  patoloji 
qanaxma üçün şərait yaranır. 
Qan  itgisinə  doğan  və  zahı  qadının  cavab  reaksiyası  bir  çox  xüsusiyyətlərə 
malikdir;  təxirəsalınmaz  transfuzion-infuzion  terapiya  tədbirlərinin  aparılması 
zamanı bunları mütləq nəzərə almaq lazımdır: 
Birincisi,  mamalıq  qanaxmalarnın  səciyyəvi  xüsusiyyəti  odur  ki,  əksərən 
qanaxma  mənbəyi  (uşaqlıq,  doğuş  yolları)  məlum  olur,  lakin  çox  vaxt  onun 
proqnozu müəmmalı qalır. Buna görə də təşkilatı baxımdan, nəinki qanaxmanın baş 
vermə  təhlükəsi  ehtimal  olan,  hətta  normal  gedişli  hesab  edilən  doğuşlar  zamanı 
belə  təxirəsalınmaz  transfuziya  tədbirlərinin  aparılması  üçün  həmişə  hərtərəfli 
təminat olmalıdır. 
İkincisi,  bir  çox  mamalıq  patologiyaları  zamanı  (normal  yerləşmiş  ciftin 
vaxtından əvvəl ayrılması, cift gəlişi, uşaqlığın başlanması və baş vermiş cırılması, 
doğuş yollarının yumşaq toxumalarının travması) qanitirmə çox hallarda kəskin ağrı 
sindromları ilə müştəkləşir ki, bu zaman hətta nisbətən az miqdarda qan itgisi belə 
kompensator-müdafiə mexanizmlərinin daha tez üzülməsinə gətirib çıxarır. 


202 
 
Üçüncüsü, doğuş vaxtı, xüsusən də uşaqlıq-cift zonasından qanaxma zamanı, 
bir  qayda  olaraq,  döl  əziyyət  çəkir,  bu  da  təcili  qaydada  doğuşun  başa  çatması 
(mamalıq  manipulyasiyası  və  ya  KKƏ)  tələbini  ortaya  çıxarır.  Belə  hallarda 
hemodinamik  göstəricilərin  davamlı  sabitləşməsini,  tam  həcmdə  infuzioyn-
transfuzipon terapiyanın aparılmasını zaman baxımından mümkünsüz edir. Bundan 
bşqa  doğuş  zamanı  qanaxmalar  doğuş  aktının,  fəaliyyətinin  fəsadlaşması  fonunda 
baş verir; uzunmüddəti yorulma, fiziki gücünün üzülməsi nəticəsində doğan qadının 
qan itgisinə qarşı müqavimətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. 
Anestezioloji  baxımdan  mamalıq  qanaxmasınn  xarakterik  xüsusiyyəti 
başlanğıcda doğuş fəaliyyətinin sanki fəsadsız gedişli fonunda qanaxmanın qəfləti 
və massiv olmasıdır. Təxirəsalınmaz infuzion-transfuzion terapiya tədbirinin xüsusi 
səciyyəviliyi  həm  də  bu  və  ya  digər  dərəcədə  və  formada  preeklamsiya-
eklampsiyası  olan  hamilə,  doğan  və  zahı  qadınlarda  massiv  qanaxmaların  baş 
verməsidir.  Bu  onunla  izah  edilir  ki,  belə  patologoya  zamanı,  xüsusən  dı 
eklampsiya  və  onun  ağırlaşmaları  zamanı  qan  itgisinin  daha  ağır  nəticələrinin 
meydana çıxmasına zəmin yaradan və törədən bir çox ağırlaşdırıcı amillər mövcud 
olur.  Dövredən  qanın  həcminin  azalması,  əksər  hallarda  dis-,  hipoproteinemiya, 
anemiya,  su-elektrolit  balansının  və  turşu-qələvi  müvazinətinin  pozulmaları, 
generalizə  olunmuş  davamlı  vazospazm,  ürək-damar  sisteminin  uzunmüddətli 
arterial hipertenziyaya adaptasiya olunması  – bu qrup xəstələrdə hətta nisbətən az 
həcmdə  qan  itgisinə  qarşı  orqanizmin  həssaslığının  əhəmiyyətli  dərəcədə 
yüksəlməsinə səbəb olur. 
Ağır formalı preeklamsiyalı doğn qadınlarda mamalıq qanaxmaları xüsusi ilə 
təhlükəlidir,  belə  ki,  onlar  müəyyən  dərəcədə  “şoka  hazır  vəziyyətdə”  olurlar.  Bu 
özünü  kompensator  damar  reaksiyalarının  daha  tezliklə  üzülməsi  ilə,  tədbir  üçün 
vurulan  steroid  hormonlarına  (kortizon,  hidrokortizon,  prednizalon)  qarşı  cavab 
reaksiyasının  səifləməsi  ilə,  vazokonstriktorların  (əfedrin,  mezaton,  noradrenalin, 
adrenalin)  tətbiqinə  davamlı  inertlilioyui  ilə  göstərir.  Preeklmpsiyalı  və 
eklampsiyalı  qadınlarda  mamalıq  qanaxmalarının  proqnozu  heç  də  yaxşı  hesab 
edilmir.  Proqnozun  pis  olması  bu  xəstəlırdə  yalnız  qanaxmanın  massiv  olması  ilə 
deyil, eləcə də böyrəklərin, qara ciyərin, ürək əzələsinin, ağ ciyərlərin eyni zamanda  
zədələnmələri  ilə  əlaqədardır  ki,  bu  patologiya  qara  ciyər-böyrək  və  ürək-damar 
çatmamazlığı,  tənəffüs  funksiyasının  pozulması  kimi  hallar  törədir.    Bütün 
reanimasion  tədbirlər  kompleksinin  aparılmasına  baxmayaraq,  M\məhz  bu  qrupda 
massiv  qan  itgisi  olan  qadınlar  arasında  ən  çox  letallıqla  nəticələnən  hallar 
müşahidə edilir. 
Cərrahiyyənin və reanimatologiyanın digər sahələrindən fərqli olaraq mamalıq 
qanaxmaları zamanı çox vaxt qanın reoloji və hemostatik xassələrinin pozulmaları 
müşahidə  edilir.  Hətta  nisbətən    az  miqdarda,  yəni  DQH-nin  15-20%-ndən  çox 
olmayan  qan  itgisi  zamanı  hemostaz  sistemində  iki  fazalı  dəyişiklilər  müşahidə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə