Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   71   72   73   74   75   76   77   78   ...   91

179 
 
keçməsinin  qarşısını  alir.  Arteriyalarda  təzyiqin  artması  həmçinin  skelet 
əzələlərində  qan  dövranını  intensivləşdirir;  doğuşun  ikinci  dövrünün  uzunluğu 
müəyyən  dərəcədə  bu  əzələlərin  yığılma  qabiliyyətindən  asılıdır.  Lakin  güclü  ağrı 
qıcıqları  qan  təzyiqini  müəyən  qədər  yüksəldərək,  qan  itgisinin  həcmini  artırır  və 
ağrı  (doğuş)  şokunun  inkişafına  səbəb  olur,  orqanizmin  qan  itgisinə  qarşı 
reaksiyasını kəskin pisləşdirir. 
Arterial təzyiqin 80 mm c.s.-dan aşağı düşməsi toğumaların oksigenlə və qida 
maddələıri ilə təminatını pisləşdirir və nəticədə onların funksiyası pozulur. Oran və 
toxumaların  funksiyalarının  dərəcəsi  toxumaların  differensasiyası  ilə  düz 
mütənasübdür.  Oksigen  və  qida  maddələri  təchizindəki  çatmamazlığa  qarşı  ən 
həssas baş beyin qabığı və vegetativ mərkəzlərdir, periferik sinir sistemi nisbətən az 
həssaslığa  malikdir.  Ətrafların  əzələləri  və  sinirləri  1,5-2  saat  müddətində  qan 
dövranının tam kəsilməsi şəraitində (məsələn, ətraflara sıxıcı turnaların qoyulması 
zamanı)  fizioloji  funksiyalarını  saxlaya  bilir.  Ancaq  baş  beyin  qan  dıvranının 
kəsilməsinə  5-10  dəqiqədən  artıq  dözə  bilmir.  Uzun  müddət  hipotenziya  beyin 
toxumasında  geri  dönməz  dəyişikliklərə  gətirib  çıxara  bilir  və  orqanizmin 
həyativacib funksiyalarının bərpasının müvəffəqiyyətsizliyi ilə nəticələnir. Arterial 
təzyiq  nə  qədər  çox  enərsə  və  hipotoniya  müddəti  nə  qədər  uzun  olarsa, 
hipoksiyanın nəticələri bir o qədər də ağır olur. 
Uşaqlıq  qan  dövranının  kəskin  pozulması  zamanı  onun  toxuması  həyat 
qabiliyyətini  saxlaya  bilir.  Bu  orqanı  təchiz  edən  əsas  damarların  -  uşaqlıq  və 
yumurtalıq  arteriyalarının  bağlanması  buradakı  əzələ  toxumasının  məhvinə  səbəb 
olmur, hərçənd kifayət dərəcədə ocaqlı nekrobioz prosesi təzahür edir. 
Tənəffüs  və  hərəkidamar  mərkəzlərinin  uzunmüddətli  funksional  gərginliyi, 
fiziki və psixiki-emosional gərginlik, qidalanmanın və istirahətin pozulması, doğuş 
zamanı,  xüsusən  də  onun  patoloji  gedişlərində  ağrı  qıcığı  orqanizmin  fizioloji 
reaksiyalarını  əhəmiyyətli  dərəcədə  pozur,  baş  beynin  həyativacib  mərkəzlərinin 
hipoksiyaya  qarşı  həssaslığını  və  dözümsüzlüyünü  artırır  (kəskin  qanitirmə 
nəticəsində  meydana  çıxan),  və  damar  sisteminin  dəyişilmiş  (извращенные
reflektoru  reaksiyalarını  törədir.  Qanitirməyə  qarşı  orqanizmin  adaptasiya 
reaksiyaları  üçün  hamiləlikdən  əvvəl  və  hamiləlik  vaxtı  orqanizmin  fiziki  məşq 
etməməsinin  (hazırlığının)  və  doğuşun  rasioanal  aparılmasının  böyük  əhəmiyyəti 
vardır. 
Arterial  təzyiqin  lazımi  səviyyədə  saxlanılması  damarların  saya  əzələlərinin 
tonusunun vəziyyəti ilə müəyyənləşir. Kapillyarların mənfəzinin tənzimi və burada 
qan  cərəyanının  sürəti  prekapilyar  sfinktorların  tonusundan,  həm  də  endoteli 
hüceyrələrindən  asılıdır;  bu  sfinktorlar  qanın  kapillyarlara  daxil  olmasını  (axınını) 
tənzimləyir. 
Arterial  təzyiqin  yüksəkliyi  və  hemodinmikanın  normal  vəziyyəti  iki  qrup 
amillərin qarşılıqlı münasibətlırindən asılıdır: 


180 
 

 
bir tərəfdən qanın dəqiqəlik həcmi və dövredən qanın həcmi, 

 
digər  tərəfdən  isə  ümumi  periferik  damar  müqaviməti,  yəni  periferik 
damarların tonusunun vəziyyəti və qanın ğzlülüyü. 
Yeridoldurulmayan  qanitgisi  yalnız  damar  məcrası  və  dövredən  qanın  həcmi 
arasında uyğunluğu şəraitində (условии соответствия) arterial təzyiq normada və 
kompensasiya fazasında qakla bilər. 
Damar  rezistentliyinin  tənzimində  və  dövredən  qanın  həcmi  və  damar 
məcrasının tutumu arasında uyğunluğun təminatında damarların periferik sahısinin 
böyük rolu vardır. 
Arteriolaların  birbaşa  kapiyarlara,  kapillyarların  venulalara  keçməsi  ilə 
əlaqədar  olan    əvvəlki  təsəvvürlərdən  fərqli  olaraq,  müəyyən  edilmişdir  ki, 
damarların periferik şxələnmələri daha mürəkkəb və funksiyaya malikdir. 
Bir  çox  müəlliflərin  fikrincə  arteriolalar  çox  nazik  əzələ  qatına  malik  daha 
kiçik  və  daha  çox  şaxələrə  bölünürlər.  Yığılma  qabiliyyətinə  malik  olan  sonuncu 
şaxələr  metarteriolalar  adlanır.  Metarteriolalardan  düzbucaq  və  hətta  kor  bucaq 
altında kapilyarlar ayrılır. Metarteriolalar  əzələ elementlərdən məhrum olomuş bir 
və  bir  neçə  kanallarla  tamamlanır.  “Preferensial  kanallar”  («преференциальных 
каналов») adlandırılan bu kanallar  vasitəsi qan venunalara axa bilir. 
 Lazımi  qədər  oksigenin  daşınması,  karbon  qazının  və  metabolizmin  damar 
fəallıqlı  maddələrinin  çıxarılması  müəyyən  müddətdən  sonra  prekapilyar 
sfinktorların  bağlanmasına  və    qan  cərəyanının  metarteriola  və  preferensial 
kanallarla  tam  keçirilməsinə    (полному  переключению)  gətirib  çıxarır.  Bəzən 
neyro-humoral amillərin təsiri altında arterio-venoz anastomozlar (şuntlar) açılır və 
və beləliklə periferik qan dövranın qısa qapanması baş verir. 
Periferik qan dövranının yuxarıda  göstərilmiş mümkün növləri arterrio-venoz 
sirkulyasiyanın daim  müəyyən  səviyyədə  qalmasını, habelə  mübadilə tələbatından 
asılı olaraq, orqan və toxumaların oksigenasiyasının tənzimini təmin edir.  
Mülayim  qanitirmə  (sağlam  böyük  adamlarda  500,0  ml-ə  qədər),  bir  qayda 
olaraq,  hemodinamikada  hər  hansı  ciddi  pozulmalar  tırətmir.  Bu  həcmdə  olan  qan 
itgisinin  mənfi  nəticələri  orqanizmin  özünün  kömpensator  imkanlarının  köməkliyi 
ilə aradan qaldırılır. 
Dövredən qanın həcminin 20%-nin itirilməsi zamanı orqanizmin kompensator 
imkanlarının  maksimum  dərəcədə  işə  qoşulması  da  vəziyyəti  sabitləşdirə  bilmir. 
Belə  hallarda  itirilmiş  qanın  yerini  konservləşdirilmiş  qan  və  ya  plazma  ilə 
doldurmadıqda xəstənin həyatı təhlükədə qalır. 
Dövredən qanın həcminin 40%-dən çox hissəsinin birdən-birə kəskin itirilməsi 
hallarında mərkəzi kardio-respiratir çatmamazlıq əlamətlərinin meydana çıxması ilə 
tez ölüm baş verir. 20%-dən 40%-ə qədər həcmdə qan itgisi zamanı posthemorragik 
hipotenziya  dövrünün  müəyyən  müddətindən  sonra  və  periferik  qan  dövranı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə