Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   67   68   69   70   71   72   73   74   ...   91

169 
 
Qan stabilizatorları: 
1.
 
Qlüqisir  =  qlükoza  (qidalanma  üçün)  +  natrium-sitrat  (ikiqat  turş  - 
stabilizator)+ H
2
O); 
2.
 
Sitroqlükozofosfatlı stabilizator = qlükoza + limon turşusu + H
2
O. 
Sitrat intoksikasioyası ilə fəsadlaşmada venadaxili kalsium-xlorid vurulur. Qan 
və stabilizator arasında nisbət – 1:4 olmalıdır. 
Laxtalanma  qabiliyyətindən  məhrum  edilmiş  qan  sabitləşdirilmiş  və  ya 
konservləşdirilmiş  qan  adlanır.  Qanın  laxtalanma  sisteminin  hər  hansı 
komponentinin tutulub birləşdirilməsi və ya qanın sabitləşməsinə səbəb olmalıdır. 
Kalsium  ionlarını  birləşdirən  sabitləşdiricilər  bunlardır:  fletrinogen,  trombin, 
trombokinaza, Ca
+2
-ionları (A.Q.: aydınlaşdırmaq!!). 
Orqanizmdə  limon  turşusu  karbonata  qədər  parçalanır  və  sidiklə  xaric  edilir. 
citratın orqanizmdən xaricedilmə sürəti orqanizmin oksidləşmə-bərpa proseslərinin 
sütrətindən asılıdır. 
 
Konservləşdirilmiş qanın saxlanılması və daşınması 
+2°С-dən +8°C-yə qədər (+4°С - +8°C arasında) temperatura şəraitində xüsusi 
ayrılmış  soyuducularda.  refrijeratorlarda  saxlanılmalıdır.  Gigiyenik  və  sanitar 
epidemioloji  qaydalara  əməl  olunmalıdır.  Izotermik  qablarda  daşınmalıdır. 
Qablaşdlrma  və  daşınma  zamanı  qabın  güclü  silkələnməsinə  yol  verilməməlidir 
(xüsusi şərait yaradılmalıdır – silkələnməyə qarşı). 
Konservləşdirilmiş  qanın  köçürülməsi  üçün  bioloji  yararlığının  və 
yararsızlığının  kriteri  kimi  eritrositlərin  parçalanması  nəticəsində  hemolizin  baş 
verməsidir; bu hal eritrositlərdə meydana çıxmış patoloji dəyişikliklərin çox dərin 
olduğuniu  görsədir.  Qan  plazması  şəffaf  olmalıdır;  bulanlığın,  sapların,  lopaların, 
çəhrayi rəngin olması yarasızlığın göstəriciləridir. 
 
Qanın köçürülməsinə yararlığın təyin edilməsi 
Qanın  köçürülməsinə  yararsızlığın  kriterlərindən  biri  də  onun  hemolizə 
uğramasıdır.  Bu  zaman  qan  plazması  çəhrayi  rəng  alır  (eritrositlərin 
parçalanmasından  hemolizə  uğramasının  kriteri).  Bundan  başqa  adi  vizual  yolla 
qiymətləındirilə  bilinməyən  gizli  hemolizlər  də  baş  verir.  belə  vəziyyət  qanın 
həddən artıq soyudulması və ya qızdırılması zamanı meydana çıxa bilər. Flakonda 
qanın gizli hemolizini təyin etmək üçün həmin qandan 5 ml sınaq şüşəsinə töküb, 
sentrafuqada  fırladırlar.  Sentrafuqadan  keçdikdən  sonra  sınaq  şüşəsində  qan 
plazması çəhrayi rəngə boyanırsa, onda bu, gizli hemolizin təsdiqidir. Köçürülməyə 
yaralı  keyfiyyətliqanın  plazması  şəffaf  olmalı,  çökmüş  kütlə qatı homogen  olmalı 
və təbəqələr arasında aydın sərhəd (düz xətt) görsənməlidir. 
Qan  (qabı)  vertikal  sakit  vəziyyətdə  saxlanılmalıdır.  Gündəlik  viziual  baxış 
olmalıdır.  Konservləşdirilmiş  qanın  yaralığını  saxlandığı  yerdə  yaxşı 


170 
 
işıqlandırılmala  asanlıqla  təyin  etmək  olar.  Plazma  infeksiyalaşdıqda  plazma 
bozumtul rəng alır, təbəqələri arasında aydın sərhəd yaranır. Aşağıdakı hallarda qan 
köçürülmək üçün yarasızdır: 

 
Hemoliz, 

 
Bakterial çirklənmə 

 
Iri laxtaların olması 

 
Bulanklıqlı 

 
Yağ plyonkası 

 
Vzveslər. 
Konservləşdirilmiş qanın daşınma qaydası 
1)
 
Maksimal mexaniki sakitliyi təmin edilməlidir; silkələnmələrə,  titrəmələrə, 
çalxalanmalara  yol  verilməməlidir.  Xüsusi  tor  qablarda  qan  flakonları  vertikal 
vəziyyətdə  yerləşdirilməlidir,  həmin  qab  termoizolyasiyaedici  konteynerlərə 
qoyulmalıdır. 100 km-dən uzaq məsafəyə daşındıqda saxlama müddəti 20-19 günü 
aşmamalıdır (yəni maksimum müddətdən 1-2 gün az olmalıdır). 
2)
 
Saxlanma zamanı daimə optimal temperatura sabit olmalıdır. 
Konservləşdirilmiş qanın köçürülmə üsulları 
1.
 
Venadaxili. 
2.
 
Arteriyadaxili  –  çox  nadir  hallarda  tətbiq  edilir  (xüsusi  göstərişlərə  görə), 
bunun üçün əsasən bud, körpücükaltı venalardan istifadə edilir. Köçürülmə 
zamanı  yüksək  təzyiq  (170-180  mm  c.  s.-a  qədər)  yaradılmalıdır 
(arteriyadakı təzyiqi üstələmək və tromboemboliyadan yayınmaq üçün). 
3.
 
Sümükdaxili  –  bunun  üçün  süngəri  sümüklərdən  istifadsə  edilir  (daban, 
qalça,  döş  sümükləri,  qabırqalar).  Kğçürülmə  sürəti  80  damcı/dəq. 
olmalıdır.  
 
Qanköçürmə üsulları 
Qanköçürməni necə həyata keçirmək məsələsi gündəmə gəldikdə qanköçürmə 
üsulları  haqqında  düşünmək  lazımdır.  Onu  qeyd  etmək  olar  ki,  əsasən  iki  üsul 
mıvcuddur: vasitəli və birbaşa qanköçürmə. 
Vasitəli  qanköçürmə.  Bu  üsul  tətbiqi  zamanı  qanın  əvvəldən  alınması, 
hazərlanması,  tədarük  edilməsi,  xüsusi  qablarda  konservləşdirilməsi  və  dsonra 
köçürülməsi nəzərdə tutulur. 
Qanın  konservləşdirmə  ideyası  rus  həkimi  V.V.Sutuquna  (В.В  Сутугин
1865г) aiddir. O, qanın saxlanılması üçün soyuqdan istifasdə etmişdi. 1867-ci ildə 
Peterburq  həkimi  N.Rautenberq  (Н.Раутенберг)  qanın  konservləşdirmək  üçün 
natrium-karbonat  (углекислый  натрий)  təklif  etmişdi.  1914-cü  ildən  isə  qanın 
stabilizatoru  kimi  belçika  həkimi  Hyustin  (Hustin)  tərəfindən  təklif  olunan  limon 
turşusu tətbiq edilir. 


171 
 
Qanın vasitəli üsulla köçürülməsinin yerinə yetirilməsi üçün müvafiq qabların 
olması və tədarük edilmiş qanın saxlanılması üçün şəraitin yaradılması da mühüm 
əhəmiyyətə  malikdir.  Hal-hazırda  qanın  alınması  üçün  xüsusi    polietilen 
paketlərindən  istifadə  edilir.  Bunlar  istifadə  etdikdən  sonra  atılmalıdır  və  istifadə 
etmək  olmaz  (daha  döğrusu  təkrar  istifadəyə  yaramır).  Belə  paketlərin  tətbiqi 
resipientdə pirogen reaksiyaların baş vermə təhlükəsini aradan qaldırmış, sterilliyin 
ciddi qaydada təmin edilməsinə imkan yaratmışdır. Bundan başqa əvvəllər istifadə 
edilən şüşə qablara nisbətən istifadəsi daha asandır.  
Konservləşdirilmiş  qan  xüsusi  (vəı  ya  bunun  üçün  ayrılmış)  soyuducularda 
saxlanılır.  Saxlama  temperaturası  +2°C-+8°C  arasında  olmalıdır.  Konservləşdiril-
miş  qanın  daşınması  üçün  hər  bir  növ  transportdan  istifadə  etmək  olar. 
Konservləşdirilmiş  qabdan  qanın  çöçürülməsi  üçün  şəffaf  materialdan  hazırlanmış 
və  filtri  olan  birgəfəlik  xüsusi  sistemlər  tətbiq  edilir;  məhlulların  infuziyası  üçün 
nəzərdə tutulan filtirsiz sistemlərdən istifadə etmək olmaz.  
Vasitəli üsulla qan köçürmə zamanıresipient orqanizminə vena vasitəsi (ən çox 
dirsək və körpücükaltı venalatra) ilə yeridilə bilər. Bəzi hallarda arteriyadaxili (mil 
və  bud  arteriyalatrına),  sümükdaxili  (daban  sümüyünün  süngər  maddəsi,  qalça 
sümüyünün qanadı, döş sümüyü) də yolldan da istifadə etmək olar. 
Birbaşa qanköçürmə. Bu zaman donordan resipientə qan əvvəlcədən aparılan 
tədarük və hazırlıq mərhələləri olmadan birbaşa köçürülür. Belə üsulla  yalnız təzə 
bütöv  qan  köçürülür.  Orqanizmə  yeridilmə  yolu  yalnız  venadaxilidir.  Belə 
qanköçürmənin  texnologiyasında  əməliyyatı  yerinə  yetirən  zaman  filtrdən  istifadə 
etmək  lazım  gəlmir;  buna  görə  də  resipientin  (qan  məcrasına)  damar  daxilinə 
qanköçürmə sistemində əmələgəlməsi qaçılmaz olan kiçik trombların düşmə riskini 
xeyli  artırır  və  ağ  ciyər  arteriyasının  kiçik  şaxələrinin  trombemboliyasının 
inkişafına səbəb ola bilir. Qeyd edilən bu vəziyyətə görə qanın birbaşa köçürülməsi 
üsuluna göstərişlər ciddi surətdə məhdudlaşdırılır və qəflətən massiv qanitirmə baş 
verən 
zaman 
yerinə 
yetirilməsi 
məcburi 
olan 
müalicə 
tədbiri 
kimi 
qimətləndirilməlidir. Birbaşa qan köçürmə xüsusi aparatın köməyi ilə aparılır və bu 
zaman donor resipientin yanında olmalıdır (A.Q.). 
Mübadilə  qanköçürməsi.  Mahiyyəti  resipientin  qan  damarlarından  qanın  bir 
hissəsinin  və  ya  tamamilə  hamısının  çıxarılması  və  eyni  zamanda  paralel  olaraq, 
adekvat və ya artıq həcmdə donor qanının vurulmasından ibarətdir. Bu əməliyyatın 
əsas  məqsədi  –qanla  birlikdə  müxtəlif  zəhərlərin  və  toksinlərin  (zəhərlənmələr, 
endogen  intoksikasiyalar  zamanı),  üzvi  maddələrin  və  hemoliz  prosesinin 
parçalanma  məhsullarının  və  antitellərin  (yenidoğulmuşların  hemolitik  xəstəliyi, 
hemotransfuzion  şok,  ağır  tiksikozlar,  kəskin  böyrək  çatmamazlığı  zamanı) 
orqanizmdən çıxarılmasıdır. 
Deməli, 
mübadilə 
qanköçürməsi 
köçürülən 
qanın 
əvəzedici  və 
dezintoksikasion təsirlərinə əsaslanır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə