Qanaxmalar zamanı infuzion-transfuzion terapiya


Qanın konservləşdirilməsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   65   66   67   68   69   70   71   72   ...   91

165 
 
Qanın konservləşdirilməsi –onun həm formalı elementlərinin, eləcə də maye – 
plazma  hissələrinin  bioloji  xüsusiyyətlərinin  maksimum  qorunması  şərti  ilə 
orqanizmdən  kənar  uzunmüddətli  steril  vəziyyətdə  saxlanılması  üçün  optimal 
şəraitin yaradılması məqsədi ilə ona kompleks təsir göstərməkdən ibarətdir. 
Qanın  konservləşdirilməsi  üçün  mühitin  temperaturasına  görə  iki  üsuldan 
istifadə edilir: 

 
müsbət temperatur şəraitində konservləşdirmə

 
mənfi temperatur şəraitində konservləşdirmə. 
Müsbət  temperatur  şəraitində  qanın  saxlanılması  adətən  məişət  otaq 
soyuducularında mümkündür. Bu zaman soyuducunun temperatur rejiminin +2°С-
dən  +4°С-yə  qədər  intervalında  olması  təmin  edilməlidir.  Göstərilən  temperatur 
rejimində  konservləşdirilmiş  bütöv  qan,  eritrosit  kütləsi,  nativ  plazma  saxlanıla 
bilər.  
Qanın  müxtəlif  komponentlərinin  saxlanma  müddətləri  də  fərqlidir.  Belə  ki, 
məsələn, müvafiq şəraitlərdə eritrositlər özlərinin bioloji xassələrini bir neçə həftə 
saxlaya bilir, leykositlər və trombositlər üçün müddət isə bir neçə gün təşkil edir. 
Bu  onunla  izah  edilir  ki,  leykositlər  və  tromçositlər  nivəli  hüceyrələrdir,  daha 
mürəkkəb  funksiyaları  yerinə  yetirir  və  bununla  əlaqədar  maddələr  mübadiləsi 
dahaçox  intensivliyə  malikdir,  enerjiyə  tələbatı  yüksəkdir;  uzun  müddətr 
saxlanıldıqda  dəyişikliklər  ilk  növbədə  hüceyrələrin  nüvələrində  meydana  çıxır. 
Nativ  plazmanın  saxlanma  müddəti  üç  günlə  məhdudlaşır.  Bu  onunla  əlaqədardır 
ki,  həmin  müddət  ərzində  onun  tərkibindəki  bioloji  fəal  maddələrin  əksər  hissəsi 
fəallığını itirir. 
Qanın  uzunmüddətli  saxlanılması  zamanı  belə  arzuolunmaz  halların  əmələ 
gəlməsindən 
yayınmaq 
üçün 
mənfi 
temperatura 
şəraitində 
qanın 
konservləşdirirlməsindən  istifadə  edirlər.  Bu  üsul  hüceyrələrdə  mübadilə 
proseslərinin  intensivliyini    əhəmiyyətli  dərəcədə  ləngiməsi  və  onların  erkən 
“qocalmasına”  mane  olması  sayəsində.qanın  saxlanılma  müddətlərini  artırmağa 
imkan verir.  
Kriokonservləşdirmə  zamanı  əsasən  aşağıdakı  temperatura  rejimlərindən 
istifadı edilir:  

 
mülayim mənfi temperatua (-40°С... -60°С), 

 
ultramənfi temperatura (-196°С). 
Temperaturanın  səviyyəsi  eritrositlərin  öz  xassələrini  qoruyub  saxlaya  bilən 
müddətlə müəyyən edilir. mülayim mənfi temperatura şəraitində eritrositlər bir neçə 
ay, ultra mənfi temperaturada isə 10 və daha çox müddət saxlanıla bilər. 
Eritrositlərə  nisbətən  nüvəli  hüceyrələr  daha  tez  “qocaldıqlarına”  görə  
leykositlərin  və  trombositlərin  konservləşdirilməsi  üçün,  daha  yaxşı  olar  ki,  ultra 
mənfi  temperatura  şəraiti  tətbiq  edilsin;  belə  ki,  mülayim  mənfi  temperaturada 
onların saxlanma müddəti bir neçə həftəyə qədər aısalır. 


166 
 
 
Konservləşdirici məhlullar 
Qanın  orqanizmdən  kənar  saxlanılma  müddətini  uzatmaq  üçün  xüsusi 
məhlullardan – hemokonservantlardan idstifadə edilir. 
Bütün  konservləşdirici  məhlulların  tərkibinə  mütləq  komponent  kimi  xüsusi 
kimyəvi maddələr – stabilizatorlar daxil edilir. Praktiki olaraq daha geniş yayılmış 
stabilizatorlardan  limon  turşusunu  və  natrium-sitratı  göstərmək  olar.  Bu  maddələr 
konservləşdirilmiş  qanda  kalsium  ionlarını  özünə  birləşdirir  və  bununla  da 
hemostaz prosesində trombun əmələ gəlməsi mərhələsini dayandırmış olur. 
Natrium-sitratın  vacib  xüsusiyəti  ondan  ibarətdir  ki,  onun  vasitəsi  ilə 
konservləşdirilmiş qanın transfuziyasından 20-30 dəqiqə sonra bu maddə tamamilə 
(90%-dən az olmayaraq) orqanizmdən xaric edilir. 
Onu  bilmək  vacibdir  ki,  kəskin  qanitirmə  zamanı  və  ya  digər  vəziyyətlərə 
(məsələn,  hipotermiyalarda)  stabilizator  kimi  natrium-sitratın  orqanizmə  daxil 
olması nəticəsində kalsium ionlarının defisiti yarana bilər. Buna görə də 500 ml-dən 
çox  hemotransfuziyadan  sonra  venadaxili  10,0  ml  10%-li  kalsium  xlorid  və  ya 
kalsium  qlükonat  vurmaq  lazımdır.  maydana  çıxmış  kalsium  defisitinin  yerinin 
doldurulması üçün bu tamamilə kifayət edir. 
Konservləşdirilmiş  qanın  stabilizatorlarından  digər  növü  kimi  heparindən 
istifadə  edilir.  Məlum  məsələdir  ki,  bu  maddə  trombinini  birləşdirməklə  və 
fəallığını  dayandırmaqla  qanın  laxtalanmasına  mane  olur.  Stabilizator  kimi 
heparinin  tətbiq  edilməsinin  yeganə  və  xüsusi  çatmamazlığı  ondan  ibarətdir  ki, 
onun  istifadəsi  ilə  konservləşdirilmiş  qanı  uzun  müddətdə  saxlamaq  mümkün 
olmur;  belə  ki,  saxlanma  müddəti  artdıqca  heparinin  özünün  inaktivləşməsi  baş 
verir.  Bunun  nəticəsində  bir  gündən  sonra  kiçik,  iki  gündən  sonra  isə  iri  qan 
laxtaları əmələ gəlir. 
Heparindən  istifadə etməklə  hazırlanmış   konservantın tərkibində  heparindən 
(50  mq  –  vahidlə  ifadə  etməli)başqa  məhlulda  qlükoza  (5  qram),  natrium-xlorun 
izotonik  məhlulu  (100,0  ml-ə  qədər)  olur.  Bu  məhlulda  pH=7,3-ə  bərabərdir. 
Konsrvləşdirmə  zamanı  “konservant  məhlulu/qan”  nisbəti  1:9  olmalıdır.  Qanın 
stabilləşdirilməsinin bü üsulundan təcili hemotransfuziya ehtiyacı yaranan hallarda 
istifadə  olunur.  Bundan  başqa  “qanın  ekstrakorporal  vəziyyətləri”  tələb  olunan 
hallarda  da  (süni  qan  dövranı,  hemodializ  aparatlarının  tətbiqi  zamanı) 
heparinləşdirilmiş donor qanından istifadə olunur. 
Hemotransfuziya 
üçün 
qan 
tədarükündə, 
adətən, 
aşağıdakı 
hemokonservantlardan istifadə edilir: 
1.
 
Qlükozositratlı  qlüqisir  məhlulu  –  “ЦОЛИПК-76”  hemokonservantı 
adlanır;  levomisetinsiz  olur.  Tərkibinə  daxilir:  natrium-sitrat  –  2  qram;  quru 
qlükoza  3  qram;  bidistillə  olunmuş  su  100,0  ml-ə  qədər.  Qlüqisirin  pH  5,0 
bərabərdir.  Bu  məhlul  +120°С  temperaturda  30  dəqiqə  müddətində  avtoklavda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə