Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   63   64   65   66   67   68   69   70   ...   91

161 
 

 
qanköşürmə  vaxtı  və  ondan  sonra  fəsadlaşmanın  inkişafının 
profilaktikasını aparmalı. 
(A.Q.: bura daxil edilməlidir - əksgöstərişlər, şəraitin təşkili və s.) 
 
Köçürülən qanın resipient orqanizminə təsiri 
 
Qanın köçürülməsinə olan göstərişlər haqqında danışmazdan əvvəl köçürülən 
qanın resipient orqanizminə təsir mexanizmi üzərində dayanmaq lazımdır. 
Kliniki  praktikada  istifadə  edilən  konservləşdirilmiş  bütöv  qan  resipientin 
orqanizminə  müxtəlif  təsirlər  göstərir.  Bu  təsirlərin  mexanizminə  təmiz  humoral 
mövqedən nəzər yetirərkən, onun əvəzedici (заместительном), stimuləedici və ya 
qıcıqlandırıcı, qandayandırıci və zərəsisləşdirici haqqında danışmasq lazımdır. 
Əvəzedici  təsir  ona  əsaslanmışdır  ki,  qanaxma  hallarında  xəstəyə  böyük 
miqdarda  qan  (500,0;  1000,0;  2000,0  ml  və  çox)  köçürən  zaman  qanın  formalı 
elementləıri və duru hissəsi, demək olar ki, normal həcmdə bərpa olunur  (DQH-nin 
itirilmiş  hissəsinin  bərpası)  ki,  bnunun  nəticəsində  qan  dövranı  yaxşılaşır,  arterial 
təzyiq və maddələr mübadiləsi normallaşır.  
Stimuləedici  və  ya  qıcıqlandırıcı  təsiri başlıca olaraq, qan plazmasının tərkib 
hissəsi  ilə,  onun  zülal  komponentləri  ilə  əlaqədardır.  Köçürülən  qan  orqanizmin 
müxtəlif  fizioloji  funksiyalarına  və  birinci  növbədə  MSS-nə  tonuslaşdırıcı  təsir 
göstərir,  mübadilə  proseslərini  fəallaşdırır,  damar  sisteminin  sinir  reseptorlarına 
təsir  edir.  Buna  görə  də  qan  köçürülməsinin  effekti  yalnız  xəstənin  orqanizminə 
yeridilən  qanın  həcmindən  deyil,  həm  də  pesipient  orqanizminin  reaktivlik 
qabiliyyətindən də asılıdır. 
Köçürülən  donor  qanının  qandayandırıcı  təsiri  hemofiliyalı,  xolemiyalı, 
hemorragik  diatezli,  mədənin  qanayan  xorası  olan  xəstələrdə  çoxsaylı 
eksperimental və kliniki müşahidələrlə sübut olunmuşdur. Qandayandırıcı təsirinin 
mexanizmi,  əsas  etibarı  ilə, qanın  laxtalanma  qabiliyyətinin  sürətləndirilməsindən, 
maddələr  mübadiləsinin  dəyişikliyindən,  daxili  sekresiya  orqanlarına  təsirlərindən 
ibarətdir.  
Qanköçürmənin  zərərsizləşdirici  təsiri  endotoksinlərin  və  ya  artıq  miqdarda 
toplanmış  toksiki  təsirli  mübadilə  metabolitlərinin  dövredən  qanda  qatılıqlarının 
azaldılmasına  əsaslanır.  Belə  güman  edilir  ki,  bu  zaman  zərərli  məhsulların  bir 
hissəsi  köçürlən  qan  vasitəsi  ilə  neytrallaşdırılır,  digər  hissəsi  faqositar  sistem 
tərəfindən  faqositozauğramaası  sayəsində  zərəsizləşdirilir,  qalanı  isə  fəallaşmış 
xəstənin qan plazmasının zülalları və eritrositləri tərəfindən adsorbsiya olunur. 
 
Köçürülmüş donor qanının resipient orqanizminə 
təsir mexanizmləri 


162 
 
Hemotransfuziya  resipient  orqanizminə  müəyyən  təsir  göstərir.  Köçürülmüş 
donor  qanının  effektləri  ylnız  faydalı  (müalicəvi)  təsirlərə  malik  deyil,  həm  də 
zərərli  ola  bilir;  hətta  resipient  orqanizminə  ağır  fəsadlaşmaların  inkişafına  qədər 
əhəmiyyətli  dərəcədə  dəyişikliklər  törədə  bilər.  lakin  indi  burada  donor  qanının 
köçürülməsi  zamanı  meydana  çıxan  fəsadlaşmalardan  deyil,  onun  resipient 
orqanizminə faydalı, müsbət təsirlərindən danışılacaqdır. 
Hemotransfuziyanın  resipient  orqanizminə  müsbət  təsirlərin  hamısı  birlikdə 
onun  müalicə  effektlərinin  göstəriciləridir.  Bu  təsirlərə  köçürülən  donor  qanının 
əvəzedici,  stimulyasiyaedici,  hemostatik,  hemodinamik  effektlər  aiddir.  Həmin 
effektlər  xəstə  orqanizminin  müvafiq  çatmamazlığı  olan  zaman  meydana  çıxır: 
DQH-nin  defisiti  yarandıqda,  ya  da  qanın  hüceyrə  elementlərinin  (eritrositlərin, 
trombositlərin, leykositlərin) defisiti olduqda. 
Hal-hazırda  В.А.Аграненко-nun  fikrinə  görə  (1997)  praktiki  təbabətdə 
müalicə məqsədi ilə qanın və qan komponentlərinin köçürülməsinə yanaşma başlıca 
olaraq  onun  hüceyrə  və  zülal  komponentlərinintransfuziyasının  əvəzedici  və 
hemostatik müalicə effektinə əsaslanmalıdır. 
 
Hemodinamik təsir 
Qanın köçürülməsi başlanğıcda DQH-nin bərpası məqsədi ilə istifadə olunur. 
Köçürülmüş  qan  DQH-nin  nəinki  bərpasını  təmin  edir,  həm  də  onun  səviyyəsini 
uzun müddət kifayət qədər yüksək səviyyədə saxlayır. Bundan başqa qan itgisi olan 
xəstəyə  homoloji  qanın  köçürülməsi  toxuma  limfasının  qan  damarı  məcrasına 
axınını stimulə edir ki, avtohemodilyusiya adlanan effekti yaradır və qan dövranının 
yaxşılaşmasına  kömək  edir.  Bu  zaman  mikrosirkulyasiya  sistemi  kənarda  qalmır, 
burada  arteriolaların  və  venulaların  genişlənməsi  baş  verir,  kapillyar  şəbəkə  açılır 
ki, nəticədə qanın cərəyanə sürətlənir. 
Bundan  başqa  arterio-venoz  şuntların  bir  hissəsinin  aradan  götürülməsi 
hesabına  arterial  sistemdən  venoz  sistemə  keçməsinin  azlması  baş  verir.  bunların 
hamısı  toxumalara  oksigenin  çatdırılmasının  artmasına  və  turşu-qələvi  müvazinəti 
göstəricilərinin yaxşılaşmasına gətirib çıxarır. 
 
Hemostatik təsir 
Qan  köçürmənin  hemostatik  təsiri  bütöv  qanın,  qan  preparatlarının  (eritrosit 
kütləsi,  trombosit  kütləsi,  təzə  və  ya  quru  plazma),  yaxud  da  qanın  plazmadakı 
laxtalanma amillərinin ayrılıqda və qatılaşdırılmış şəkildə köçürülməsi ilə olunur. 
Damar  daxilində  qan  daim  duru  vəziyyətdə  olur  və  eyni  zamanda  damar 
divarının  zədələnməsi  zamanı  trombun  əmələ  gəlməsinə  həmişə  hazırdır.  Belə 
müvazinətin  saxlanılması  üçün  qanın  aqreqat  vəziyyətinin  tənzimlənməsinin 
çoxkomponentli  fizioloji  sistemi  cavabdehdir.  Bu  sistem  xeyli  labilliliyi  ilə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə