Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   61   62   63   64   65   66   67   68   ...   91

157 
 
massiv  qanın  və  qanəvəzedicilərin  köçürülməsi  ilə  yanaşı  müxtəlif  medikamentoz 
tədbirlərin  aparılması  da  lazımdır  (hormonlar,  antioksidantlaer,  ürək  qlikozidləri, 
qələvi preparatları və s.).  
Onu  qeyd  etmək  lazımdır  ki,  mamalıq  stasionarlarında  hamiləlik  başa 
çatdırıldıqdan  sonra  ağır  dərəcədə  qan  itirmiş  xəstələr,  ümumiyyətlə  qanaxmalı 
xəstələr yalnız və yalnız reanimasiya şöbəsində yerləşdirilməli və müalicəsi burada 
aparılmalıdır.  Qanaxma  ilə  daxil  olmuş  və  doğuş  vaxtı  qanaxmanın  meydana 
çıxması zamanı xəstələrin harada (A.Q.: doğuş zalında və ya əməliyyat blokunda) 
yerləşdirilməsi  yaranmış  situasiyadan  asılıdır  (situasiyalara  şərh  verməli). 
Qanaxmaların  davam  etməsi  hallarında  reanimasion  tədbirlər  əməliyyat  otağında 
apatrılmalıdır.  Bu  zaman  tədbirlər  effeksiz  olduqda  qanaxmanın  dayandırılması 
üçün təcili cərrahi əməliyyata başlamaq lazımdır. 
 
Qanköçürmə və onun  inkişaf tarixi 
Qanköçürmə  (haemotransfusio)  –  müalicə  məqsədi  ilə  xəstəyə  və 
zərərçəkmişə sağlam adamdan alınmış qanın transplantasiyası əməliyyatıdır.  
Qan  -  müxtəlif  toxumalardan  təşkil  olunmuş  maye  halında  olan  qarışıqdır. 
Onun  tərkibi  maye  hissədən  (plazmadan)  və  burada  suspenziya  halında  olan 
(взвешенных  в  ней)  qan  hüceyrələrindən  (formalı  elementlərdən  –  eritrositlərdən, 
leykositlərdən və trombositlərdən) ibarətdir. 
Qanköçürmə transfuziologiyanın (“transfusio” – latınca “köçürmə”; “logos” 
–  yunanca  “anlayış,  elm,  təlim”  deməkdir)  tərkib  hissələrindən  biridir. 
Transfuziologiya  -  təbabətin  yalnız  qanın  konservləşdirilməsi  və  köçürülməsi  ilə 
deyil,  eləcə  də  qanın  komponentlərə  ayrılması  və  onların  klinikada  diferensasiyalı 
tətbiqi  məsələləri  ilə,  habelə  qanəvəzedicilərin  alınması  və  istifadə  edilməsi,  eləcə 
də  dərman  preparatlatrının  parenteral  yeridilməsi  ilə  əlaqədar  fəsadlaşmaların 
profilaktikası problemləri ilə məşğul olan elmi sahəsidir. 
Transfuziologiyanın  onilliklərlə  davam  edən  tarixi  hadisəslərlə  zəngindir. 
Əminliklə  demək  olar  ki,  təbabətin  heş  bir  elmi  sahəsi  transfuziologiyadakı  kimi 
əldə  olunmuş  nailiyyətlər  və    durğunluq  dövrlərinin,  ümumqəbul  edilmiş  və 
unudulmuş fikirlərin kəskin əvəz olunması ilə inkişaf etməmişdir. 
Transfuziologiya  tarixinin  vacib  hissəsi  qanın  köçürülməsi  tarixidir. 
Xəstələrin bu metodla müalicəsi transfuziologiyada xüsusi yer tutur. Bunun köməyi 
ilə  qanın  bir  insandan  digərinə    köçürülməsi  sayəsində  insan  toxumasının  həqiqi 
bərpası həyata keçirilir. Bu zaman heç bir vasitə ilə əldə oluna bilməyən yüksək (с 
изумительным) müalicə effektə alınır. 
Qanköçürmə haqqında elmi təlimin inkişafı əsas üç mərhələyə bölmək olar: 
1.
 
Birinci  mərhələ  -  qədim  zamandan  Vilyam  Harveyin  qandövranının 
kəşfinə (1628-ci il) qədər dövr


158 
 
2.
 
İkinci  mərhələ  -  1628-ci  ildən  qan  qruplarının,  aqlyütinasiyanın  və 
izohemaqlyütinasiya  qanunun  K.Landşteyner  (K.Landsteiner)  və 
Y.Yanskiy  (J.Jansky)  tərəfindən  kəşfinə  (1901-1907-ci  illərə)  qədər 
olan dövr; 
3.
 
Üçüncü mərhələ - 1901-1907-ci illərdən bu günə qədər olan dövr. 
Orqanizmdə  qanın  əvəz  olunması  və  itirilmiş  qanın  yerinin  doldurulması 
ideyası hələ qədim zamanlardan meydana çıxmışdı. Misirlilər müharibələr vaxtı ev 
heyvanları  sürülərini    xüsusi  olaraq  ordunun  arxasınca  aparırdılar;  vuruşmalarda 
yaralanmalar  zamanı  döyüıçülərə  itirilmiş  qanın  yerinin doldurulması üçün  həmin 
heyvanların qanından istifadə edirdilər (!?). Bizim eradan əvvəl III əsrdə Hippokrat, 
Avl  Korneliy  Sels  (Авл  Корнелий  Цельс)  müalicə  məqsədi  ilə  qanın  icilməsini 
məsləhət görmüşdülər. Bizim  eradan  əvvəl  I-II əsrlərdə  Ovidiya  (Овидий)  özünün 
“Metamoefozalarında...”  Medeyaların  sözləri  ilə  qocalardan  qanı  buraxıb  onu 
cavanların  qqnı  ilə  əvəz  etməl  lazımdır.  “Qanköçürmə”  adı  da  buradan 
götürülmüşdür. 
Qacalıb  əldən  düşmüş  (одряхлевший)  Romam  Papası  VII  İnnokentiy 
ömrünün uzadılması məqsədi ilə 1492-ci ildə bir necə oğlan uşaqlarından alınmış 
qanın köçürülməsi  ilə  müalicə  edilmişdir.  Bu qandan  hazırlanmış  “Həyat  eliksiri” 
ona kömək etməmişdi və o ölmüşdü, qanı köçürən həkim qorxusundan qaçmışdı. 
İkinci  mərhələ  qanköçürmənin  bəzi  məsələlərinin  elmi  əsasının  təşəkkül 
tapması ilə xarakterizə olunur və 1628-ci ildə V.Harveyin qan dövranının kəşfi ilə 
əlaqədar olmuşdu. Bununla da qanköçürmə və digər problemlərə elmi yanaşmanın, 
düzgün metodikanın anatomik  başlanğıcını qoymuşdu. 
Bu  zaman  bir  çox  ölkələrdə  və  xüsusən  də  İngiltərədə  alimlər  heyvanlara 
homogen və heterogen qanın köçürülməsi ilə təcrübələr apatrırdılar. Belə ki, 1661-
ci  ildə  ingilis  həkimi  Louyer  qanı  buraxılmış  itə  qan  köçürməklə  müvəffəqiyyətlə 
eksperiment  aparmışdı  vı  sübut  etmişdi  ki,  bu  üsul  qanitirmələr  zamanı  effektli 
müalicə üsuludur. 
Tarixdə  ilk  dəfə  1667-ci  ildə  Fransada  fəlsəfə  və  tibb  professoru  Denis  və 
cərrah  Emmeris  (Emmeris)   tərəfindən insana  müvəffəqiyyətlə  qan  köçürülmüşdü. 
Həmin  dövrlərdə  eksperiment  məqsədi  ilə  qanı  buraxıldıqdan  sonra  zəifləmiş  16 
yaşlı gəncə və sağlam adama quzunun qanı köçürülmüşdü. Üçüncü dəfə insana qan 
köçürülən zaman onun ölümü ilə nəticələnmişdi. Buna görə də Fransa Akademiyası 
qərar  qəbul  etmişdi  ki,  hər  bir  halda  qanın  köçürülməsi  üçün  Parlamentin  icazəsi 
olmalıdır. 
1819-cu  ildə ilk  dəfə  olaraq  insandan  alınmış  xəstəyə  köçürülmüşdür. Bunu 
ingilis  fizioloqu  və  mama  həkimi  A.Blendel  (A.Blundel)  həmin  məqsədlə  özünün 
quraşdırdığı xüsusi apatın vasitəsi ilə həyata keçirmişdi. 
Rusiyada  ilk  dəfə  qan  köçürülməsini  müvəffəqiyyətlə  həyata  keçirən  mama 
həkimi  Q.Volf    (Г.Вольф)  olmuşdu.  O,  1832-ci  ildə  uşaqlıq  qanaxmasından  ölən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə