Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   68   69   70   71   72   73   74   75   ...   91

172 
 
Kliniki  praktikada  bəzi  hallarda  autohemotransfuziya  üsulundan  da  istifadə 
edilir.  Bu  zaman  xəstəyə  özünün  qanı  kömürülür.  Bu  üsul  iki  qayda  ilə  həyata 
küçirilə bilər: 
-
 
əməliyyatdan  əvvəl  əlverişli  vaxtda  xəstənin  konservant  məhlulunda 
tədarük olunmuş öz qanı transfuziya edilir; 
-
 
massiv qanaxmalardan sonra xəstənin seroz boşluqlarından yığılmış qanın 
reinfuziyası. 
Donor  qanının  köçürülməsindən  autohemotransfuziyanın  bi  çox  üstünlükləri 
var, yəni burada köçürülən qanın uyğunsuzluğu ilə, donorda ola bilən infeksion və 
virus xəstəlikləri ilə (virus hepatiti, AIDS), immunlaşma riski ilə, aktiv transfuziya 
sindromunun  inkişafı  ilə  əlaqədar  bir  sıra  fəsadlaşmaların  inkişafı  təhlükəsinin 
yaranma    hallar  istisna  olunur.  Həm  də  xəstənin  damar  nəcrasında  eritrositlərin 
funksional aktivliyi yaşaması daha yaxşı təmin edilir. 
Nadir  qruplu  və  donor  qanı  tapılmayan  xəstələr  üçün,  böyrəklərin  və  qara 
ciyərin  funksional  pozulması  olan  xəstələrdə  qanlı  cərrahi  əməliyyatlar  zamanı 
autohemotransfuziya üsulunun istifadəsinə göstərişdir. Belə hallarda donor qanının 
köçürülmməsi  posthemotransfuzion  fəsadların  inkişafına  səbəb  ola  bilər.  Son 
vaxtlar  trombogen  təhlükənin  azaldılması  məqsədi  ilə  nisbətən  hətta  az  qanlı 
əməliyyatlar zamanı autohemotransfuziya üsulunun  istifadəsi genişləndirilmişdir.  
Xəstənin  özündə  dərin  iltihasbi  proseslər  (sepsis),  həmçinin  pansitopeniya 
zamanı  autohemotransfuziya  əks  göstərişdir.  Pediatriya  praktikasında  bu  üsulun 
istifadəsinə mütləq əks göstəriş var. 
 
A.Q.:  Qan  qrupu,  rezus-faktoru,  onların  mahiyyəti  və  təyinedilmə  texnikası, 
donor qanının köçürülmə texnikası haqqında məlumat verilməlidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
FƏSIL VII. 


173 
 
Kəskin qanitirmə zamanı infuzion-transfuzioya terapiyasının 
taktiki məsələləri  
 

 
Hipovolemiyanın korreksiyası  

 
Hemodilyusiya  

 
DQH-nin bərpaolunması kriterləri  

 
Qanın oksigen tutumunun bərbası və saxlanılması  

 
Kəskin qanitirməsi olan xəstələırdə anesteziyanın aparılması  

 
Mamalıqda kəskin qanitirmənin müalicə prinsipləri  

 
Kəskin qanitirmənin sonrakı müalicəsinin bəzi aspektləri 
 
 
MAMALIQ QANAXMALARININ 
MÜALICƏSININ MÜASIR PRINSIPLƏRI 
 
Mamalıq qanaxmaları bir problem kimi 
Mamalıq  praktikasında  kəskin  qanitirmənin  yerinin  doldurulması  strategiyası 
və  taktikası  problemi  öz  aktuallılğını  saxlamaqdadır.  Məsələnin  həlli  problemi  bir 
çox  amillərlə  bağlıdır:  (A.Q.:)  antinatal  xidmətin  vəziyyətindən,  doğuşayardım 
stasionar 
müəssisələrin 
səviyyələrndən, 
struktur-təşkilati 
və 
idarəçilik 
prinsiplərindən,  təminat  və  təchizatından,  həkimlərin  və  personalların  peşəkarlıq 
səviyyələrindən, onların bilik və bacarıqlarından, təcili və təxirəsalınmaz  yardımın 
təşkilounma vəziyyətindən asılıdır. 
Mamalıq qanaxmaları ana ölümünün aparıcı səbəbləri sırasında duraraq, onun 
strukturunda  təmiz  halda  20-25%,  konkuresiyalı  səbəb  kimi  42%,  fon  səbəbi  kimi 
isə  78%  təşkil  edir.  Ümumi  doğuşların  içərisində  mamalıq  qanaxmaların  xüsusi 
çəkisi  3-8%-dir.  Bu  zaman  2-4%  hallarda  qanaxmalar  doğuşun  cift  və  doğuşdan 
sonrakı  dövrlərində  uşaqlığın  hipotoniyası  ilə  əlaqədardır.  Cəmi  1%-i  normal 
yerləşmiş  ciftin  vaxtından  əvvəl  ayrılması  və  cift  glişləri  (предлежании 
плаценты) zamanı baş verir. Eyni zamanda massiv qanitirmənin strukturuda başqa 
mənzərə  müşahidə  olunur  (massiv  mamalıq  qanaxması  dedikdə  bədən  kütləisinin 
1,5%-dən və dövredən qanın həcminin (DQH) 25%-dən çox olan qanitirmə nəzərdə 
tutulur. 
Ayrıca  götürüldükdə  uçaqlığın  hipotoniyası  heç  vaxt  uşaqlıq  qanaxmasının 
səbəbi  deyildir.  Massiv  qanaxma  bir  sıra  digər  səbəblərlə  və  ən  çox  onlaerın 
kombunasiyaları  ilə  şərtlənir.  Son  illərdə  NYCVƏA  ilə  əlaqədar  qanaxmaların 
faizinin artması fonunda  ciftdən və doğuşdan sonrakı dövrlərdə olan qanaxmaların 
miqdarı  aşkar  azalmağa  meyilliliyi  müşahidə  edilir.  NYCVƏA  halları  45%  təşkil 
edir. 
Bundan  başqa  massiv  qanaxmalar  ağır  preeklampsiya,  cift  gəlişləri  zamanı 
(предлежании  плаценты),  şokdansonrakı  vəziyyətlərdə  (birincili  qanitirmə  ilə 


174 
 
əlaaqədar  olmayan  şoklar  nəzərdə  tutulur:  dölyanı  maye  emboliyası, 
plevropulmonal,  anafilaktiki,  məhlulların,  donor  qanının  köçürülməsindən  baş 
verən və s. şoklar, xorioamnionit, septiki şoklar) meydana çıxır. 
Bu  qrupda  qanaxmalar  xüsusi  intensivliyi  ilə  səciyyələnir;  belə  hallarda  daha 
böyük  həcmdə  kömək  tələb  edilir  və  pis  proqnozla  fərqlənir.  Həmin  xəstələrdə 
DQH-nin  kəskin  defisiti,  ürək  fəaliyyətinin  pozulmaları,  anemik  və  sirkulyator 
formalı hipoksiyalar xarakterik vəziyyət alır. Hemodinamikanın pozulmasının əsas 
səbəbi  DQH-nin  kəskin  defisiti  və  DQH  ilə  damar  məcrasının  tutumu  arasındakı 
uyğunsuzluqdur. 
Bu  zaman  baş  verən  toxuma  hipoksiyası  oksidləşmə-bərpa  proseslərinin 
pozulmasına  səbəb  olur,  nəticədə  MSS-nin,  böyrəklərin,  qara  ciyərin,  böyrəküstü 
vəzlərin  və  digər  orqan  və  sistemlərin  zədələnmələri  inkişaf  edir.  Su-elektrolit 
balansının  pozulması,  KOV  (kolloid-osmoid  vəziyyətin),  hormonal  nisbətin, 
ferrmentativ  proseslərin  pozulması  meydana  çıxır.  Massiv  mamalıq  qanaxmaları 
praktiki  olaraq  həmişə  qanın  hemokoaqulyasion  xassələrinin  pozulmaları  fonunda 
baş verir. Nisbətən az qan itgisi zamanı belə (DQH-nin 15-20%-i qədər) çox vaxt 
hemostaz  sistemində    artıqikifazalı  dəyişikliklər  inkişaf  edir.  Qısamüddətli 
hiperkoaqulyasiya fazası asanlıqla hipokoaqulyasiya fazasına keçir. 
Mamalıq  qanaxmaları  zamanı  müalicə  erkən  başlamalı  və  kompleks  şəkildə 
aparılmalıdır. Müalicə tədbirləri əsasən aşağıdakı istiqamətlərdə görülməlidir: 

 
Qanaxmanın dayandırılması; 

 
Hemodinamikanın normallaşdırılması; 

 
Hemostaz pozulmalarının korreksiyası. 
Əvvəlcə  qanaxmanın  dayandırılmasının  konservativ  üsullarının  tətbiqindən 
başlamaq  lazımdır  (uterotonik  preparatların  vurulması,  uşaqlığın  xarici  masajı, 
uşaqlıq boşluğunun əllə və ya instrumental müayinəsi, uşaqlıq yolunun arxa tağına 
efir  tamponunun  qoyulması,  doğuş  yollarının  cırılmış  yumşaq  toxumalarına 
tikişlərin  qoyulması).  Əgər  sadalanan  üsullar  effekt  vermirsə,  bu  özünü  o  saat 
görsədir;  əgər  effekt  yoxdursa,  çoxsaylı  əlavə  digər  manipulyasiyaların  aparılması 
vaxt itgisinə səbəb olur. yadda saxlamaq lazımdır ki, uşaqlıq boşluğunun əllə və ya 
alətlərlə  müayinəsi  yalnız  bir  dəfə  aparılmalıdır,  həm  də  bunu  adekvat 
ağrısızlaşdırma  altında  icra  olunmalıdır  ki,  qanaxma  şokuna  ağrı  komponenti  də 
əlavə  olunmasın  və  şok  dərinləşməsin.  Onu  da  əlavə  etmək  lazımdır  ki, 
posthemoragik şokun fonunda manipulyasiyanın yaratdığı ağrı qıcığının subyektiv 
əlamətləri  görsənməyə  də  bilər.  Lakin  bu  zaman  ağrı  şokun  dərinləşməsində  “öz 
işini” görəcəkdir. 
Manipulyasiya  nə  qədər  tez  başlayırsa, onun  effektliyi  də  yüksək  olur.  Lakin 
qanitirmənin həcmi 800 ml-dən çoxdursa və hipotenziyanın müddəti 30 dəqiqədən 
artıqdırsa,  manipulyasiyanın  effektliyi  və  nəticəsi  də  az  olacaqdır.  Uşasqlıq 
boşluğunun  əllə  müayinəsindən  müsbət  nəticənin  alınmaması  qanaxmanın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə