Qeydiyyat şöbəsi (konsulluq idarəsi) ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə,
ananın yaşadığı yeri müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından
məhrum edildikdə, atalığın müəyyən edilməsini yerli icra hakimiyyətinin qəyyumluq və himayə
orqanlarının razılığı ilə uşağın atasının ərizəsi əsasında qeydə ala bilər. Bu halda atanın ərizəsinə
müvafiq olaraq aşağıdakı sənədlər əlavə olunmalıdır:
•
yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının müvafiq razılığını təsdiq edən
sənəd;
•
ananın ölümü haqqında şəhadətnamənin surəti;
•
ananın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsindən çıxarış;
•
ananın valideynlik hüquqlarından məhrum olunması barədə məhkəmə qətnaməsindən çıxarış;
•
ananın xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsindən çıxarış və ya onun
yaşadığı yeri müəyyən etməyin mümkün olmasını təsdiq edən daxili işlər orqanlarından müvafiq
sənəd.
Atalığın müəyyən edilməsi haqqında akt qeydinin qeydlər üçün müəyyən olunmuş qrafasında bu
sənədlər barədə məlumatlar qeyd olunur.
Ölümün qeydə alınması qaydası
Ölümün qeydə alınması qaydası nədir?
Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə
Qeydiyyat şöbəsi (konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi) tərəfindən aparılır.
Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında
məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə
aparılır.
Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları
işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa
şəxslərin məlumatı üzrə aparılır.
Ölüm haqqında məlumat Qeydiyyat şöbəsi (konsulluq idarəsi və icra hakimiyyətinin
nümayəndəliyinə) ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq
verilməlidir.
Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında
feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin
ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi
yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən
müəyyən edilir.
Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt
qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər
ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində
ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir.
Ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur.
Nikahın qeydə alınması qaydası nədir
Nikahın qeydə alınması qaydası nədir?
Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.
Nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər
hansı bir Qeydiyyat şöbəsi (konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi) tərəfindən
həyata keçirilir. Nikaha daxil olmağı arzu edənlər bu barədə Qeydiyyat şöbəsinə (konsulluq idarəsi
və icra hakimiyyətinin nümayəndəliyinə) şəxsən yazılı ərizə verirlər.
Əgər nikaha daxil olmaq istəyən şəxslərdən birinin üzürlü səbəbə görə (ağır xəstəlik, uzunmüddətli
ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə Qeydiyyat şöbəsinə (konsulluq
idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə) gəlmək imkanı olmadıqda, gəlmiş ikinci tərəf
digər tərəfin özünə aid hissəsini şəxsən doldurduğu birgə ərizə və ya ayrı-ayrı ərizələri təqdim edir.
10
Gəlməmiş tərəfin ərizədəki imzasının həqiqiliyi onun yaşadığı yerin Qeydiyyat şöbəsi (konsulluq
idarəsi və icra hakimiyyətinin nümayəndəliyi) tərəfindən və ya notariat qaydasında təsdiq
edilməlidir.
Ərizəni qəbul etmiş Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi
nikaha daxil olanları nikahın qeyd olunması şərtləri və qaydası ilə tanış etməli, bu şəxslərin bir-
birinin səhhəti və ailə vəziyyəti haqqında xəbərdar olduqlarını aydınlaşdırmalı, habelə gələcək ər-
arvad və ya valideyn kimi onlara hüquqlarını və vəziyyətini izah etməlidir. Nikahın qeydiyyatının
günü və saatı nikaha daxil olan şəxslərlə razılaşdırılaraq müəyyən edilir.
Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi ərizəni qəbul etdikdən
sonra evlənənlərin razılığı ilə istirahət günü də nəzərə alınmaqla nikahın bağlanması günü və saatı
təyin edilir. Nikah Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi
tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 aydan tez
olmayaraq onların iştirakı ilə bağlanır. Üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti
Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən azaldıla və ya
1 aydan çox olmayan müddətə uzadıla bilər.
Müddəti azaltmaq və uzatmaq üçün əsas ola bilən üzrlü səbəblərə təcili olaraq uzunmüddətli
ezamiyyətə getmə və ya daimi yaşamaq üçün başqa yerə köçmə, birgə uşaqların olması, nikaha
daxil olmaq istəyən qadının hamilə olması, evlənənlərin və ya onların yaxın qohumlarının ağır
xəstəliyi, hərbi xidmətə çağırılma və digər hallar aid edilə bilər. Bu hallar müvafiq sənədlərlə
(ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) təsdiq edilməlidir. Xüsusi
hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının
50-dən yuxarı olması) nikah ərizə verilən gün bağlana bilər.
Nikaha daxil olan şəxslərin arzusu ilə nikahın qeydə alınmasında digər şəxslər iştirak edə bilərlər.
Nikah haqqında aktın qeydində imza edən şahidlər iki nəfərdən artıq olmamalıdır.
Nikaha daxil olmağı arzu edən şəxslərin müraciətinə əsasən nikah toy mərasimində qeydə alına
bilər. Nikahın qeydiyyatı günü təyin edilərkən nikaha daxil olmağı arzu edən şəxslər Qeydiyyat
şöbəsinə (konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə) nikahın toy mərasimində
qeydə alınmaq istəyi barədə məlumat verirlər.
Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir.
Soyadı, adı və ata adını necə dəyişdirilməsi
Soyadı, adı və ata adını necə dəyişdirilməlidir?
Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına
çatdıqdan sonra yol verilir.
Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata
keçirilir.
Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə
dəyişdirilir.
Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri üzrə qeydiyyat
şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan
Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir.
Ərizə iki nüsxədə təqdim olunur. Nüsxələrdən birinin üzərində ərizənin qəbul edilməsinə dair qeyd
aparılır və o, ərizə verən şəxsə qaytarılır.
Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:
1. ərizə verən şəxsin soyadı, adı, atasının adı;
2. adını, ata adını və ya soyadını dəyişdirmək istəyi;
3. daşımaq istədiyi ad, ata adı və soyad;
4. doğulduğu tarix və yer;
5. milliyyəti və vətəndaşlığı;
6. yaşayış və iş yeri, vəzifəsi;
7. hərbi uçot yeri;
11