6. Şəxsiyyət vəsiqəsi verilərkən qanunla hansı məbləğdə dövlət rüsumu ödənilməsi nəzərdə
tutulmuşdur?
•
16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilməsi
üçün
-üç iş günü müddətində verildikdə 5 manat,
-üç iş günündən sonrakı müddətdə verildikdə 1 manat məbləğdə dövlət rüsumu ödənilməsi
qanunla müəyyən edilmişdr.
•
16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır.
8. Azərbaycan Respublikasının vətəndaşları 25, 35, 50 yaşına çatdıqda, həmçinin onların
soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi dəyişdikdə şəxsiyyət
vəsiqəsinin dəyişdirilməsinə görə qanunla hansı məbləğdə dövlət rüsumu müəyyən
edilmişdir?
Azərbaycan Respublikasının vətəndaşları 25, 35, 50 yaşına çatdıqda, həmçinin onların soyadı, adı,
atasının adı, yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi dəyişdikdə şəxsiyyət vəsiqəsinin
dəyişdirilməsinə görə 2 manat dövlət rüsumu müəyyən edilmişdir.
9. Şəxsiyyət vəsiqəsi vətəndaşdan hansı hallarda müvəqqəti alınır?
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi vətəndaşdan aşağıdakı hallarda müvəqqəti
olaraq alınır:
•
Vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda onun yaşadığı yerin hərbi komissarlığı,
hərbi tədris müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti çağırışçının
(kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq hərbi xidmət başa çatanadək saxlamaq və
sonra sahibinə qaytarmaq üçün yaşayış yeri üzrə müvafiq dövlət orqanına göndərir.
•
Barəsində həbsəalma qəti-imkan tədbiri seçilmiş, azadlığın məhdudlaşdırılması, müəyyən
müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya
məhkum olunmuş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və
cəzanı icra edən orqanlar tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və
ya şəxsi işə əlavə edilir.
•
Göstərilən əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır.
10. Şəxsiyyət vəsiqəsi olmadan və ya yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşamasına
görə qanunla hansı inzibati məsuliyyət müəyyən olunmuşdur?
Vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına, habelə həmin müddət
ərzində yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşamasına görə xəbərdarlıq edilir və ya üç
manatdan beş manatadək miqdarda cərimə edilir.
11.Hansı hallarda Şəxsiyyət vəsiqəsi təhvil verilir?
•
Vətəndaş öldükdə onun şəxsiyyət vəsiqəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını
aparan orqana təhvil verilir və həmin orqan vətəndaşın ölümünü qeydə aldıqdan sonra şəxsiyyət
vəsiqəsi onu vermiş müvafiq dövlət orqanına göndərilir.
•
Tapılmış şəxsiyyət vəsiqəsi onu verən dövlət orqanına təhvil verilməlidir.
12. Hansı hallarda Şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir?
Dəyişdirilməsi nəzərdə tutulmuş hallarda 1 ay ərzində dəyişdirilməzsə şəxsiyyət vəsiqəsi qüvvədən
düşmüş hesab olunur.
13. Şəxsiyyət vəsiqəsinin itirilməsi və ya qəsdən korlanmasına görə hansı məbləğdə cərimə
edilir?
Şəxsiyyət vəsiqəsinin itirilməsi və ya qəsdən korlanmasına görə təqsirli şəxslər on beş manatdan
iyirmi beş manatadək miqdarda cərimə edilir.
8
14. Şəxsiyyət vəsiqəsi vətəndaşın öz təqsiri üzündən itdikdə və ya yararsız hala düşdükdə
onun dəyişdirilməsinə görə qanunla hansı məbləğdə dövlət rüsumu müəyyən edilmişdir?
Şəxsiyyət vəsiqəsi vətəndaşın öz təqsiri üzündən itdikdə və ya yararsız hala düşdükdə onun
dəyişdirilməsinə görə 3 manat dövlət rüsumu müəyyən edilmişdir.
15. Şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsində, onun verilməsi üçün vətəndaşdan
nəzərdə tutulmayan sənədlər tələb edilməsində və ya şəxsiyyət vəsiqəsinin verilməsində
(dəyişdirilməsində) süründürməçiliyə yol verilməsində təqsirli şəxslər hansı qaydada inzibati
məsuliyyət daşıyırlar?
Vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya pasportlarının verilməsindən əsassız imtina
edilməsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya
onların verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və
ya girov götürülməsinə görə səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı
Doğumun dövlət qeydiyatına alınması
1. Doğumun dövlət qeydiyatına alınması qaydası nədir?
Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin
yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən
aparılır.
Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə
ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir.
2. Doğumun qeydə alınması üçün hansı sənədlər təqdim edilməlidir?
Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
•
valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
•
valideynlərin nikah haqqında şəhadətnaməsi;
•
doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;
•
uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra
valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
•
uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd;
•
uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin
verdiyi sənəd;
3. Valideynlər öldükdə doğumun qeydiyyatını necə həyata keçirilir?
Valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə
hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə
qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər
qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər
4. Atalığın müəyyən edilməsinin qeydə alınması qaydası
Ərizə əsasında atalığın müəyyən edilməsinin qeydə alınması valideynlərdən birinin yaşadığı yerin
Qeydiyyat şöbəsi (konsulluq idarəsi) tərəfindən həyata keçirilir. Atalığın müəyyən edilməsi
valideynlərin birgə ərizəsi (məhkəmənin qətnaməsi) əsasında qeydə alınır.
5. Ana öldükdə və ya ananın yaşadığı yeri müəyyən etmək mümkün olmadıqda atalığı necə
müəyyən etmək olar?
9