Qanun nə deyir? Bunu hamı bilməlidir! “Şəffaflıq Azərbaycan”İB tərəfindən nəşr olunub Bakı, Azərbaycan Respublikası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix08.09.2018
ölçüsü0,51 Mb.
#66987
1   2   3   4   5   6   7   8   9   ...   23

Qeydiyyat şöbəsi (konsulluq idarəsi) ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, 

ananın   yaşadığı   yeri   müəyyən   etmək   mümkün   olmadıqda   və   ya   o,   valideynlik   hüquqlarından 

məhrum edildikdə, atalığın müəyyən  edilməsini yerli icra hakimiyyətinin qəyyumluq və himayə 

orqanlarının razılığı ilə uşağın atasının ərizəsi əsasında qeydə ala bilər. Bu halda atanın ərizəsinə 

müvafiq olaraq aşağıdakı sənədlər əlavə olunmalıdır:

yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının müvafiq razılığını təsdiq edən 



sənəd; 

ananın ölümü haqqında şəhadətnamənin surəti; 



ananın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsindən çıxarış;

ananın valideynlik hüquqlarından məhrum olunması barədə məhkəmə qətnaməsindən çıxarış; 



ananın xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsindən çıxarış və ya onun 

yaşadığı yeri müəyyən etməyin mümkün olmasını təsdiq edən daxili işlər orqanlarından müvafiq 

sənəd. 


Atalığın müəyyən edilməsi haqqında akt qeydinin qeydlər üçün müəyyən olunmuş qrafasında bu 

sənədlər barədə məlumatlar qeyd olunur. 



Ölümün qeydə alınması qaydası

Ölümün qeydə alınması qaydası nədir? 

Ölümün   qeydə   alınması   ölmüş   şəxsin   yaşamış   olduğu   yerdə   və   ya   ölümün   baş   verdiyi   yerdə 

Qeydiyyat   şöbəsi   (konsulluq   idarəsi   və   icra   hakimiyyətinin   nümayəndəliyi)   tərəfindən   aparılır. 

Ölüm   faktının   müəyyən   edilməsi   haqqında   və   ya   vətəndaşın   ölmüş   elan   edilməsi   haqqında 

məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə 

aparılır. 

Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları 

işçilərinin  məlumatı  üzrə, habelə  ölümün  baş vermiş  olduğu təşkilatın  müdiriyyətinin  və başqa 

şəxslərin məlumatı üzrə aparılır. 

Ölüm   haqqında   məlumat   Qeydiyyat   şöbəsi   (konsulluq   idarəsi   və   icra   hakimiyyətinin 

nümayəndəliyinə) ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq 

verilməlidir. 

Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında 

feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin 

ikinci   nüsxəsinə   əlavə   olunmalı   və   onun   üzərində   qeydlərin   nömrəsi,   ölümün   qeydiyyat   tarixi 

yazılmalıdır.   Ölüm   haqqında   həkim   şəhadətnaməsi   olmadıqda,   ölüm   faktı   məhkəmə   tərəfindən 

müəyyən edilir. 

Məhkəmə   qaydasında   ölmüş   elan   edilən   şəxslərin   ölümü   qeyd   edilərkən   ölüm   haqqında   akt 

qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər 

ölüm   faktı   məhkəmə   qətnaməsində   müəyyən   tarixlə   göstərilibsə,   ölüm   haqqında   akt   qeydində 

ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir. 

Ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur.

 

Nikahın qeydə alınması qaydası nədir

Nikahın qeydə alınması qaydası nədir? 

Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.

Nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər 

hansı bir Qeydiyyat  şöbəsi (konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi)  tərəfindən 

həyata keçirilir. Nikaha daxil olmağı arzu edənlər bu barədə Qeydiyyat şöbəsinə (konsulluq idarəsi 

və icra hakimiyyətinin nümayəndəliyinə) şəxsən yazılı ərizə verirlər. 

Əgər nikaha daxil olmaq istəyən şəxslərdən birinin üzürlü səbəbə görə (ağır xəstəlik, uzunmüddətli 

ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə Qeydiyyat şöbəsinə (konsulluq 

idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə) gəlmək imkanı olmadıqda, gəlmiş ikinci tərəf 

digər tərəfin özünə aid hissəsini şəxsən doldurduğu birgə ərizə və ya ayrı-ayrı ərizələri təqdim edir. 

10



Gəlməmiş tərəfin ərizədəki imzasının həqiqiliyi onun yaşadığı yerin Qeydiyyat şöbəsi (konsulluq 

idarəsi   və   icra   hakimiyyətinin   nümayəndəliyi)   tərəfindən   və   ya   notariat   qaydasında   təsdiq 

edilməlidir. 

Ərizəni   qəbul   etmiş   Qeydiyyat   şöbəsi,   konsulluq   idarəsi   və   icra   hakimiyyətinin   nümayəndəliyi 

nikaha daxil olanları nikahın qeyd olunması şərtləri və qaydası ilə tanış etməli, bu şəxslərin bir-

birinin səhhəti və ailə vəziyyəti haqqında xəbərdar olduqlarını aydınlaşdırmalı, habelə gələcək ər-

arvad və ya valideyn kimi onlara hüquqlarını və vəziyyətini izah etməlidir. Nikahın qeydiyyatının 

günü və saatı nikaha daxil olan şəxslərlə razılaşdırılaraq müəyyən edilir. 

Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi ərizəni qəbul etdikdən 

sonra evlənənlərin razılığı ilə istirahət günü də nəzərə alınmaqla nikahın bağlanması günü və saatı 

təyin   edilir.   Nikah   Qeydiyyat   şöbəsi,   konsulluq   idarəsi   və   icra   hakimiyyətinin   nümayəndəliyi 

tərəfindən  nikaha  daxil olmaq  istəyən  şəxslərin  bu barədə ərizə  verdikləri  gündən 1 aydan  tez 

olmayaraq   onların   iştirakı   ilə   bağlanır.   Üzrlü   səbəblər   olduqda   nikahın   bağlanma   müddəti 

Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən azaldıla və ya 

1 aydan çox olmayan müddətə uzadıla bilər. 

Müddəti   azaltmaq   və   uzatmaq   üçün   əsas   ola   bilən   üzrlü   səbəblərə   təcili   olaraq   uzunmüddətli 

ezamiyyətə getmə və ya daimi yaşamaq üçün başqa yerə köçmə, birgə uşaqların olması, nikaha 

daxil olmaq istəyən qadının hamilə olması, evlənənlərin və ya  onların yaxın qohumlarının ağır 

xəstəliyi,  hərbi xidmətə  çağırılma  və digər  hallar  aid  edilə  bilər.  Bu hallar  müvafiq  sənədlərlə 

(ezamiyyə  vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) təsdiq edilməlidir. Xüsusi 

hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 

50-dən yuxarı olması) nikah ərizə verilən gün bağlana bilər. 

Nikaha daxil olan şəxslərin arzusu ilə nikahın qeydə alınmasında digər şəxslər iştirak edə bilərlər. 

Nikah haqqında aktın qeydində imza edən şahidlər iki nəfərdən artıq olmamalıdır. 

Nikaha daxil olmağı arzu edən şəxslərin müraciətinə əsasən nikah toy mərasimində qeydə alına 

bilər. Nikahın qeydiyyatı günü təyin edilərkən nikaha daxil olmağı arzu edən şəxslər Qeydiyyat 

şöbəsinə   (konsulluq   idarəsi   və   icra   hakimiyyətinin   nümayəndəliyinə)   nikahın   toy   mərasimində 

qeydə alınmaq istəyi barədə məlumat verirlər. 

Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir.

Soyadı, adı və ata adını necə dəyişdirilməsi

Soyadı, adı və ata adını necə dəyişdirilməlidir? 

Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına 

çatdıqdan sonra yol verilir.

Adın, ata adının  və soyadın  dəyişdirilməsi  qeydiyyat  şöbəsi və ya  konsulluq tərəfindən  həyata 

keçirilir.

Ərizə   verən   şəxsin   istəyi   ilə   ata   adı   onu  tərbiyə   etmiş   şəxsin   razılığı   ilə   həmin   şəxsin   adı   ilə 

dəyişdirilir.

Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri üzrə qeydiyyat 

şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan 

Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir.

Ərizə iki nüsxədə təqdim olunur. Nüsxələrdən birinin üzərində ərizənin qəbul edilməsinə dair qeyd 

aparılır və o, ərizə verən şəxsə qaytarılır.

Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

1. ərizə verən şəxsin soyadı, adı, atasının adı;

2. adını, ata adını və ya soyadını dəyişdirmək istəyi;

3. daşımaq istədiyi ad, ata adı və soyad;

4. doğulduğu tarix və yer;

5. milliyyəti və vətəndaşlığı;

6. yaşayış və iş yeri, vəzifəsi;

7. hərbi uçot yeri;

11



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə