Qanun nə deyir? Bunu hamı bilməlidir! “Şəffaflıq Azərbaycan”İB tərəfindən nəşr olunub Bakı, Azərbaycan Respublikası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə23/23
tarix08.09.2018
ölçüsü0,51 Mb.
#66987
1   ...   15   16   17   18   19   20   21   22   23

Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya 

əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul 

etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə 

edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

Miras hansı müddətə qəbul edilə bilər?

Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə 

bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 

Mirasın qəbul edilməsinin xüsusi müddəti

Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun 

qəbulu üçün müəyyənləşdirilmiş  müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı 

həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır.



Vərəsəlik şəhadətnaməsi nə vaxt verilir?

Vərəsəlik şəhadətnaməsinin verildiyi müddət:

Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt 

verilir.   Əgər   notariat   orqanında   şəhadətnamə   tələb   edən   şəxslərdən   savayı,   başqa   vərəsələrin 

olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

Vəsiyyətnaməni dəyişdirmək və ya ləğv etmək olarmı?

Vəsiyyət  edən vəsiyyətnaməni  həmişə  dəyişdirə  və ya  ləğv edə bilər. Bunu aşağıdakı üsullarla 

etmək olar:

-

əvvəlki vəsiyyətnaməni və ya onun bir hissəsini ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə 



(əvvəlki   vəsiyyətnamənin   göstərişləri   sonrakı   vəsiyyətnamə   ilə   dəyişdirilmədiyi   halda 

qüvvədə qalır),

-

notariat orqanına ərizə verməklə,



-

vəsiyyətnaməni  ləğv etmək  üçün onun bütün nüsxələri  vəsiyyət  edənin  özü və ya  onun 

sərəncamı ilə notarius tərəfindən məhv edilməlidir. 

-

Notariat  vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz.



 

20. Hüquqi yardimla bağli uğurlu işlər və maraqli prosesslər

Lənkəran – Hüquqi Yardım Mərkəzi (LRC) – İyul, 2011

Regionlarda ən xarakterik problemlərdən biri vətəndaşların əmək müqaviləsi olmadan işə 

cəlb   olunması   və   işlədilməsidir.   İşsizliyin   ciddi   problem   olması   səbəbindən   və   bəzi   hallarda 

işverənin vergidən yayınma və lazımı anda məsuliyyəti öz üzərindən ata bilməsi üçün, vətəndaşlar 

bu cür hallara göz yumaraq işyerlərində çalışmağa razılıq verirlər. Bu baxımdan əmək müqaviləsi 

olmadan   işləyən   vətəndaşların   daha   sonra   problemlərlə   qarşılaşaraq   mərkəzlərimizə   hüquqi 

məsləhət üçün müraciət etməsi başa düşüləndir.  Bununla bağlı mərkəzlərimizə bir çox müracitlər 

daxil   olub.   Xüsusilə   bu   müraciətləri   digərlərindən   fərqləndirən   əsas   cəhət   onların   kollektiv 

müraciətlər olmasıdır.   Mərkəzimizə 10 nəfərdən ibarət Masallı və Lənkəran rayon sakini müraciət 

edərək bildiriblər ki, onlar hərbi hissələrdən birində təmir-tikinti işlərində çalışmışlar və işləri təhvil 

verdikdən sonra onlara haqqları tam   ödənilməmişdir.   Vətəndaşların şikayəti  ilə bağlı bir başa 

olaraq   müdafiə   nazirliyinə   müraciət   ünvanlanıb   və   problem   iki   həftə   ərzində   yoluna   qoyulub, 

vətəndaşları almalı olduqları əmək haqqı tam olaraq onlara ödənib. 

Digər   belə   bir   hal   Lənkəran   şəhərində   yerləşən   hərbi   hissədə   baş   verib.   Müdafiə 

nazirliyinə göndərilən müraciətə cavab olaraq bildirilib ki, işlər özəl şirkət tərəfindən aparılır və 

48



işçilərin  əmək haqqının ödənilməsi  də məhz  şirkətin vəzifəsidir. Lakin cavab məktubunda özəl 

şirkətin   əlaqə   vasitələri   və   ünvanı   göstərilməyib.   Bu   isə   vətəndaşlara   həmin   şirkəti   tapmaqda 

çətinlik   yaradıb.   Təşkilatımız   bu   işdə   də   vətəndaşlara   köməklik   göstərib   və   şirkətin   əlaqə 

vasitələrini   müəyyənləşdirərək,   ora   müraciət   ünvanlanmasına   yardım   edib.   Şirkətə   müraciət 

ünvanlandıqdan sonra problem yoluna qoyulub. Vətəndaşların əmək haqqı tam olaraq ödənilib.   

Bu iki nümunədən çıxan ümimi nəticə ondan ibarətdir ki, vətəndaşlarla əmək müqaviləsi 

bağlanmadan yalnız özəl şirkətlər deyil, eyni zamanda bəzi hallarda dövlət qurumlarının özləri də 

fəaliyyət göstərirlər. Bu isə bir başa qanun pozuntusudur və problemin aktuallığını və ciddiliyini 

göstərir.   Ümumiyyətlə   Əmək   hüquqları   ilə   bağlı   əksər   problemlər   vətəndaşların   hüquqi 

maarifsizliyi, əmək münasibətlərinə girən zaman öz hüquqlarını bilməməsi ilə bağlıdır. Amma digər 

bir   diqqət   ayrılmalı   məqam   odur   ki,   vətəndaşlar   problemlə   qarşılaşdıqları   halda   onunla   yalnız 

şəkildə deyil,  kollektiv  qaydada,  birgə mübarizə  aparmağa  üstnülük verirlər.   Kollektiv şəkildə 

edilən müraciətlərə daha erkən baxılır və onların həlli daha tez baş verir. 

Məhz bu səbəbdən “Şəfafflıq Azərbaycan” təşkilatı  2011-ci il 6 dekabr tarixində Əmək 

münasibətləri   zamanı   qarşıya   çıxan   hüquq   pozmaları     mövzusunda   Əmək   və   Əhalinin   sosial 

müdafiəsi   nazirliyi   və   vətəndaş   cəmiyyətinin   üzvlərinin   də   qatıldığı   dəyirmi   masa   keçirib.   Bu 

dəyirmi masada yuxarıda sadalanan problemlər də daxil olmaq əmək münasibətləri zamanı qarşıya 

çıxan digər çatışmazlıqlar da müzakirə edilib və onların həlli ilə bağlı tövsiyyələr səsləndirilib.



Şəki – Hüquqi Yardım Mərkəzi (LRC) - Noyabr 2011

Şəki şəhərinin mərkəzi bazarında bir neçə dükana  sahib olan sahibkarın mülkiyyəti haqsız 

olaraq   onun   əlindən   alınıb.   Haqsız   yerə   köşklərini   itirən   sahibkar   bununla   bağlı   məhkəməyə 

müraciət   edib.   Amma   sahibkarın   ziyanına   qərar   çıxarılıb.   Qarşılaşdığı   haqqsızlıqlarla   əlaqədar 

mərkəzimizə müraciət edən vətəndaşa lazımı məsləhət verilməklə yanaşı, şikayət ərizəsi müvafiq 

qurumlara göndərilib. Məsələ ilə bağlı kütləvi informasiya vasitələrində məlumatlar yerləşdirilib və 

məhkəmə   proseslərinin   gedişi   müşahidə   olunub.   Məhz   bunun   nəticəsində   vətəndaş   Apelyasiya 

məhkəməsində qalib gəlib. Amma daha sonra problem məhkəmə qərarının icra edilməməsi ilə bağlı 

yaranıb.   Məhkəmə   tərəfindən   vətəndaşın   leyhinə   çıxarılmış   qərar   müxtəlif   bəhanələrlə   icra 

edilməyib. Tərəfimizdən bununla bağlı müvafiq dövlət qurumlarına məlumat verilib və məhkəmə 

qərarının tez zamanda icra olunması ilə bağlı tələbimiz çatdırılıb. Bu hadisələrdən sonra Məhkəmə 

qərarının icrası istiqamətində işlər görülməyə  başlanıb. “Şəffaflıq Azərbaycan”  təşkilatının Şəki 

mərkəzi işə fəal cəlb olunub və onlar icra prosesini yerində izləyərək baş verən hadisələrlə bağlı 

ictimaiyyəti məlumatlandırıblar. Mərkəzimizin hüquqşünasları icra proesesinin gedişində vətəndaşa 

daim hüquq məsləhətlər veriblər və onu dəstəkləyiblər. Nəticədə 2011-ci ilin 23 Noyabr tarixində 

məhkəmə qərarı tam icra olunub və dükanlar sahibinə təhvil verilib. Hadisədən bir müddət sonra 

Şəki şəhər icra hakimi işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. 

Azərbaycan   reallığında   vətəndaşların   qarşılaşdıqları   qanun   pozuntusu   ilə   sonadək 

mübarizəsi xarakterik hal deyil. Belə ki, bir çox hallarda vətəndaşlar problemlərini rüşvət verərək 

həll   edir,   bəzən   isə   haqsız   qərarla   razılaşmaq   məcburiyyətində   qalırlar.   Amma   yuxarıda   adını 

çəkdiyimiz   işdə   vəziyyət   fərqlidir.   Vətəndaş   ona   qarşı   edilən   haqsızlıqla   barışmamaqla   yanaşı, 

problemini rüşvət verərək deyil, əksinə hər tərəfli mübarizə ilə yoluna qoymağa çalışır. O vətəndaş 

cəmiyyətinin üzvlərini də prosesə cəlb etməklə, onun əhatə dairəsini daha da genişləndirir. Bu kimi 

işlər   insanları   öz   hüquqlarını   müdafiə   etməyə   həvəsləndirir   və   vətəndaşlarla,   ictimai   təşkilatlar 

arasında   inamı   gücləndirir.   Baş   verənlərə   şahid   olan   digər   sahibkarlar   da   qarşılaşdıqları   oxşar 

problemlərlə bağlı müvafiq qürumlar qarşısında məsələ qaldırdıqdan sonra isə günhkarlar barəsində 

daha ciddi tədbirlər görülür. Prosesdən bir müddət sonra şəki şəhər icra hakiminin vəzifəsindən 

uzaqlaşdırılması məhz bu amillə bağlıdır. 



Quba – İctimai Maraqların Qorunması  və Hüquqi Məsləhət Mərkəzi – Avqust 2011

49



Quba şəhəri sakini  Quba ALAC ofisinə müraciət edərək aldığı ticarət obyektinin Daşınmaz 

Əmlakın Dövlət Reyestri tərəfindən qeydiyyata alınmamasından şikayətini bildirmişdir. Vətəndaş 

DƏDRX-nin Xaçmaz  ərazi  idarəsi  tərəfindən  onun ərizəsinə  cavab  olaraq  verilən  məktubunda, 

haqlı olaraq bildirilirdi ki,  alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunmadığı üçün AR MM-

nin 146.1-ci maddəsinə əsasən o qəbul edilə bilməz. Alqı-satqı müqaviləsinin digər tərəfi olan, 

tərəfindən   müqavilənin   rəsmi   möhür   ilə   təsdiqlədiyini   bildirərək   notarial   qaydada   müqavilənin 

yenilənməsindən imtina etmişdir.

Vətəndaşa əqdin bağlanmış  hesab edilməsinə  dair iddia  ərizəsi  ilə  məhkəməyə  müraciət 

etmə   hüququ   izah   edilmişdir.   Vətəndaşın   xahişi   ilə   iddia   ərizəsi   tərtib   edilmiş   və   vətəndaş 

məhkəməyə   müraciət   etmişdir.   Quba  ALAC  ofisi  vətəndaşı   Məhkəmədə   təmsil  etmişdir.  Quba 

rayon məhkəməsinin  Qətnaməsi ilə İddia tələbi təmin edilmişdir.

Bu işdən görüldüyü kimi vətəndaşlar bir çox hallarda öz hüquqları barədə tam məlumatlı 

olmurlar və müxtəlif qurumlar onların məlumatsızlığından istifadə edərək süni əngəllər yaradırlar. 

ALAC layihəsinin köməkliyi ilə vətəndaşlara onların hüquqları izah olunur və onlar bu qurumlar 

qarşısında öz hüquqlarını daha inamlı şəkildə qoruyurlar. Bu məsələ digər vətəndaşlar üçün də 

nümunə təşkil edir və onları hüquqların pozulmasına qarşı mübarizədə həvəsləndirir. 



Gəncə- – Hüquqi Yardım Mərkəzi (LRC)

Oktyabr, 2010

“Şəffaflıq   Azərbaycan”   təşkilatının   Gəncə   mərkəzinə   müraciət   edən   bir   qrup   vətəndaş 

Goranboy rayonu qəsəbələrindən birində yerləşən onlara məxsus və şəxsi mülkiyyətlərində olan 

torpaq sahələrinin Azenerji ASC və Goranboy rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq 

zəbt edildiyini bildiriblər. Belə ki, bu vətəndaşların Hüquqi savadsızlığından istifadə edərək onların 

Torpaq Şəhadətnamələri əllərindən alınıb və nəticədə Azenerji ASC tərəfindən şəxsi mülkiyyətdə 

olan torpaq sahələri qanunsuz olaraq zəbt edilmişdir. 

Vətəndaşların məsələ ilə bağlı müraciətinin ardından lazımı sənədlər toplanaraq “dəymiş 

maddi   ziyanın   ödənilməsinə   dair”   İddia   Ərizəsi   hazırlandı   və   məhkəməyə   müraciət   edildi.   İşə 

aidiyyatı   üzrə   Gəncə   İnzibati-İqtisadi   Məhkəməsində   baxıldı   və   vətəndaşların   leyihinə   qərar 

çıxarıldı.   Nəticə etibarı ilə Azenerji ASC vətəndaşların Mülkiyyət Hüquqlarını pozduğuna görə 

Konpensasiya ödəməli oldu.

İcra hakimiyyətinin nümayəndəsi vətəndaşlardan onları aldadaraq torpaq şəhadətnamələrini 

alması ilə öz səlahiyyətlərini aşmışdır. 

Azernerji ASC isə vətəndaşların xüsusi mülkiyyətində 

olan   torpaq   sahələrini   qanunsuz   olaraq   zəbt   etməsi   ilə   Azərbaycan   Respublikasının 

Konstitusiyasında göstərilən mükiyyət hüququnu, o cümlədən “Torpaqların Dövlət ehtiyacları üçün 

alınması” haqqında Azərbaycan Respublikası qanunundan irəli gələn tələbləri və Mülki Məcəllə ilə 

qorunan şəxsin mülkiyyət hüquqlarını pozmuşdur.

Azenerji tərəflərlə  uzun müddətdən sonra razılığa gələrək Kompensasiya  ödəməyi  qəbul 

edib və Məhkəmə Barışıq Sazişi imzalanıb. 

GƏNCƏ- İctimai Maraqların Qorunması  və Hüquqi Məsləhət Mərkəzi (ALAC)

 

Payız 2011

“Şəffaflıq   Azərbaycan”   təşkilatının   ALAC   Gəncə   mərkəzinə   müraciət   edən   vətəndaş 

yaşadığı  yerə   qaz  çəkmək  üçün  ondan   600  manat   pul  alınsa  da  onun  evinə  qaz   çəkilmədiyini 

bildirmişdir. Vətəndaşın şikayəti əsasında Azərbaycan Respublikası Dövlət Neft şirkəti “Azəriqaz” 

İstehsalat   birliyinə   müraciət   ünvanlanmışdır.   Qurumdan   məsələyə   tez   bir   zamanda   diqqət 

göstərilmiş və problemin aradan qaldırılması üçün işlər görülmüşdür. Bildirmidir ki, texniki şərt 

əsasında   layihədə   nəzərdə   tutulan   tikinti-quraşdırma   işləri   başa   çatdırıldıqdan,   “Azəriqaz”   İB 

tərəfindən qaz sayğacı quraşdırıldıqdan  və istismara qəbul edildikdən  sonra  göstərilən  ünvandakı 

fərdi evə təbii qazın verilməsi müvafiq qaydada təmin edilmişdir. Müraciətçi ofisə gələrək ondan 

alınan məbləğin geri qaytarıldığını bildirmişdir.  

50



Buna bənzər digər bir problemdə isə müraciətçi bildirilmişdir ki, onun yaşadığı mənzilə  qaz 

xəttinin çəkilməsi üçün  dövlət rüsumu keçirməsinə baxmayaraq  ondan əlavə 300 manat pul tələb 

olunur. Vətəndaşın ərizəsi əsasında məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft şirkəti 

“Azəriqaz” İstehsalat birliyinə müraciət ünvanlanmışdır. Məhz bundan sonra vətəndaşın problemi 

öz həllini tapıb. Belə ki, qurumdan gələn cavabda bildirilir ki, yeni yaşayış  sahələrinin  və evlərin 

qazlaşdırılmasının     “Bir   pəncərə   prinsipi”   ilə   icra   olunması   üçün     Azəriqaz   istehsalat   birliyi 

tərəfindən  təlimat hazırlanmışdır. Həmin təlimatın tələbinə uyğun olaraq  mülkiyyət və qeydiyyatla 

bağlı aidiyyatı sənədlər əlavə olunmaqla  evin layihə smeta  sənədlərinin hazırlanması üzrə xərclərlə 

razılaşmaqla  nömrələnmiş ərizə forması Gəncə Qaz İstismar sahəsində imzalanmış,  müraciətçinin 

evinə qaz sayğacı quraşdırılmış, evə təbii qaz verilmişdir.  Müraciətçi ofisə gələrək ondan ancaq 

sayğacın pulunun alındığını və digər məbləğin isə ona geri qaytarıldığını bildirmişdir.

 “Şəffaflıq Azərbaycan” təşkilatının ALAC Gəncə mərkəzinə gələn  vətəndaş ünvanlı sosial 

yardım   (ÜSY)   almaq   üçün   Əmək   və   Əhalinin   Sosial   Müdafiəsi   Nazirliyinin   Gəncə   mərkəzinə 

müraciət   edərkən   süründürməçiliklə   üzləşdiyini   bildirmişdir.   Məsələ   ilə   əlaqədar   ƏƏSM 

Nazirliyindən gələn cavabda vətəndaşın ünvanlı sosial yardım almaq üçün Gəncə şəhər əhalinin 

sosial müdafiəsi mərkəzinə rəsmi qaydada müraciət etmədiyi göstərilmiş, bununla belə vətəndaşın 

mərkəzə  dəvət  olunaraq,   ünvanlı  sosial  yardımla   bağlı  mövcud  olan   qanunvericilik  barədə  ona 

ətraflı məlumat verildiyi, ailəsinin ünvanlı sosial yardım hüququnun müəyyən edilməsi üçün zəruri 

sənədləri təqdim etməklə Mərkəzə rəsmi qaydada müraciət etməsi tövsiyyə olunmuşdur. Müraciətçi 

ofisə gələrək ona ÜSY təyin olunduğunu bildirmişdir. 



Bakı- İctimai Maraqların Qorunması  və Hüquqi Məsləhət Mərkəzi (ALAC)

Dekabr  2011

“Şəffaflıq Azərbaycan” təşkilatının Bakı mərkəzinə müraciət edən vətəndaş elektrik enerjisindən 

istifadəyə görə ona haqsız yerə borc yazıldığını bildirib. Vətəndaş tərəfindən Bakıelektrikşəbəkəyə 

dəfələrlə müraciət edilməsinə baxmayaraq onun şikayətinə baxılmamış, vətəndaş süründürməçiliyə 

məruz   qalmışdı.   Tərəfimizdən   Bakıelektrikşəbəkəyə   müraciət   edildikdən   sonra   vətəndaşın 

şikayətinə baxılıb və o Abonent şöbəsinə dəvət olunub. Araşdırmalar nəticəsində məlum olub ki, 

vətəndaşa   borc   haqsız   yerə   yazılıb.   Yekunda   borc   silinib.   Təşkilatımıza   göndərilən   məktubda 

bildirilir ki, enerji sərfiyyatına görə vətəndaşın  Bakıelektrikşəbəkəyə heş bir borcu qalmayıb. 



Fevral 2012

Bakı mərkəzinə müraciət edən vətəndaş ona Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinin yerli 

bölmələri tərəfindən haqsız olaraq ona ünvanlı sosial yardımın təyin edilmədiyi barədə şikayətini 

bildirib. Vətəndaşın ərizəsi əsasında məsələ ilə əlaqədar olaraq müvafiq dövlət qurumuna müraciət 

göndərilib. Məhz təşkilatın məsələyə müdaxiləsinin ardından problem yoluna qoyulub və haqsız 

yerə   təyin   edilməsindən   imtina   olunan   ünvanlı   sosial   yardım   vətəndaşa   verilib.   Vətəndaş 

mərkəzimizə gələrək probleminin yoluna qoyulmasına göstərdiyimiz yardıma görə minnətdarlığını 

bildirib. 

51



“ŞƏFFAFLIQ AZƏRBAYCAN”

KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İCTİMAİ BİRLİYİNİN 

Qaynar Xətlər

Bakı

                  088 707 07 07

Gəncə 

088 202 02 02

Lənkəran

                  088 303 03 03

Quba

088 404 04 04

Şəki

088 505 05 05

52



i

 27 oktyabr 2009-cu il tarixli 904-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 



qəzeti, 11 noyabr 2009-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 

11, maddə 879)  ilə 7-ci maddənin “5 il” sözləri “12 il” sözləri ilə əvəz edilmişdir və məzmunda “Qeyd” 

hissəsi əlavə edilmişdir.



Document Outline

  • 10. Şəxsiyyət vəsiqəsi olmadan və ya yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşamasına görə qanunla hansı inzibati məsuliyyət müəyyən olunmuşdur? 

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə