Qanun nə deyir? Bunu hamı bilməlidir! “Şəffaflıq Azərbaycan”İB tərəfindən nəşr olunub Bakı, Azərbaycan Respublikası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix08.09.2018
ölçüsü0,51 Mb.
#66987
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

Bələdiyyə   ehtiyat   fondunun   kənd   təsərrüfatına   yararlı   torpaqları   kənd   təsərrüfatı   istehsalı   üçün 

yalnız   icarə   qaydasında   istifadəyə   aşağıdakı   növbəliliyə   əməl   etməklə   verilir:   sovxozun   və   ya 

kolxozun   ərazisində   müvəqqəti   məskunlaşmış   məcburi   köçkünlər;   Azərbaycan   Respublikasının 

müvafiq rayonunun (şəhərinin) ərazisində yaşayan torpaq payı almamış fiziki və hüquqi şəxslər; 

müvafiq ərazidə torpaq payı almış fiziki və hüquqi şəxslər; Azərbaycan Respublikasının digər fiziki 

və hüquqi şəxsləri; xarici ölkələrin fiziki və hüquqi şəxsləri.



15. İcarə müqaviləsinin müddəti  və müddətin uzadılmasında hansı qüzəştlər var? 

Torpaq hüquqi və fiziki şəxslərə qısa və uzunmüddətli icarəyə verilir. Qısamüddətli icarə 15 ilədək, 

uzunmüddətli icarə isə 15 ildən 99 ilədək müəyyən oluna bilər.

Azərbaycan   Respublikasının   28   oktyabr   2008-ci   il   tarixli   709-IIIQD   nömrəli   Oanunu   qüvvəyə 

minənədək hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş  bələdiyyə  torpaqları üzərində istifadə 

müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə 

icarəyə verilə bilər. İlkin istifadəçi bu halda istifadəsində olmuş torpağı açıq torpaq hərracı və ya 

müsabiqəsində   təkliflər   eyni   olduqda   icarə   hüququ   ilə   müvəqqəti   istifadəyə   əldə   edə   bilər.  



16. Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya 

müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə hansı şəxslərə üstünlük 

verilir? 

torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; 



Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və 

həlak olanların ailəsinə;

yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya 



istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi 

hərbi xidmət hərbi qulluqçularından başqa);

sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən



təsərrüfatla məşğul olmaq istəyən gənclərə;

müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə;



müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış 

yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına; 

17. Müsabiqə və ya hərrac nəticəsində yaranan müqavilə hansı qurumlarla bağlanılır? 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müsabiqə və ya hərrac komissiyası tərəfindən verilən 

şəhadətnamə əsasında hərrac və və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə 

torpaqlarına dair münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına dair münasibətdə isə DT və 

XK-nin yerli qurumları (rayon, şəhər şöbələri) arasında 20 gündən gec olmayaraq mülki və torpaq 

qanunvericiliyinə

 

uyğun


 

olaraq


 

müvafiq


 

müqavilə


 

bağlanmalıdır.

 

18. Vətəndaşlar tərəfindən fərdi yaşayış evinin tikintisi və digər məqsədlər üçün qeyri-qanuni 

istifadə edilən torpaq sahələri onların adına qanuniləşdiriləcəkmi?

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə 

minənədək   (   29   iyun   2001-ci   il   tarixədək)   fərdi   yaşayış   və   bağ   evlərinin,   qarajların,   habelə 

sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni 

istifadə   edilən   (   müvafiq   qaydada   rəsmiləşdirilməmiş)   bələdiyyə   torpaqlarının   hüquqi   və   fiziki 

şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri bələdiyyənin qərarı ilə 

müsabiqə və ya hərrac keçirilmədən onları istifadə edənlərin mülkiyyətinə bilavasitə satılacaq bu 

şərtlə   ki,   həmin   torpaq   sahələri   elektrik,   rabitə,   nəqliyyat,   qaz,   su,   kanalizasiya   və   digər 

kommunikasiya   xətlərinin   mühafizə   zolağında,   habelə   sürüşmə   zonasında   yerləşməmiş   olsun. 

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə 

mindiyi   29   iyun   2001-ci   il   tarixdən   sonra   fərdi   yaşayış   və   bağ   evlərinin,   qarajların,   habelə 

sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni 

34



istifadə edilən ( müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqları müvafiq bələdiyyələrin 

qərarları   ilə   müsabiqəyə   çıxarılmalıdır.   Bu   zaman   möhürlü   zərflərdəki   təkliflər   bərabər   olduğu 

halda, torpağın ilkin istifadəçisi üstün hüquqla həmin torpağı əldə edə bilər. 

15. Hərbi xidmətə çağırış

1. Kimlər hərbi xidmətə çağırılmalıdır və həqiqi hərbi xidmətin müddətləri nə qədərdir?

Hərbi  xidmət  həqiqi  hərbi xidmətdən  və ehtiyyatda  xidmətdən  ibarətdir.



Hərbi  xidmətə  münasibətdə  vətəndaşlar  aşağıdakı kateqoryalara  bölünürlər:

o çağırışa  qədər yaşlılar-hərbi uçota  qəbul ərəfəsində olan  vətəndaşlar,

o çağırışçılar-ehtiyata   keçirilənədək   hərbi uçotda   duran və ya durmalı olan   və ehtiyatda 

olmayan, 18 yaşdan 35 yaşınadək  kişi vətəndaşlar,

o hərbi qulluqçular-həqiqi  hərbi  xidmətdə olan  vətəndaşlar,

o hərbi vəzifələr –ehtiyatda olan vətəndaşlar,

o hərbi vəzifəli olmayanlar-hərbi uçota götürülməli  olmayan və ya  hərbi uçotdan çıxarılmış, 

o cümlədən  istefaya  keçirilmiş  vətəndaşlar. 

2.Hansı hallarda  çağırışa  möhlət verilir?

Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət ailə vəziyyətinə, sağlamlıq vəziyyətinə görə, təhsili 

davam   etdirmək   üçün,   deputatlıq   fəaliyyəti   ilə   əlaqədar   olaraq   verilir.   Müddətli   həqiqi   hərbi 

xidmətə çağırışa möhlətrayon, şəhər, şəhərdə rayon şağırış komissiyasının qərarı ilə verilir. Həmin 

məsələdə komissiya  bu Qanunu rəhbər tutur.

Möhlət  almaq üçün əsasları itirmiş çağırışçılar, habelə  möhlət  hüququ olmayan  və ya çağırışdan 

azad edilmək üçün   bu Qanunda   nəzərdə tutulmuş   əsasları olmayan,   müxtəlif səbəblərə   görə 

müəyyən edilmiş   müddətlərdə   müddətli həqiqi   hərbi xidmətə   çağırılmamış   şəxslər 35 yaşına 

çatanadək  növbəti çağırış keçirilərkən  xidmətə çağırılmalıdırlar.

3. Ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə   çağırışdan   möhlət,   himayəsnidə aşağıdakı 

şəxslər olan çağırışçılara verilir:

Birinci  qurup əlil olan ata və ana, onlarla   birlikdə və ya  ayrılıqda yaşamalarından aslı 



olmayaraq, onları saxlamalı olan  başqa övladları  olmadıqda.

Hərbi xidmətə çağrılanadək doğulmuş  üç və daha çox  uşağı olan , yaxud  birinci  ya  ikinci 



qrup əlil  olan  arvad:

8 yaşınadək  üç  və ya  daha çox  uşağı olan ana:



18 yaşınadək  və yaxud yaşları  18-dən  yuxarı,  lakin  birinci  və ya  ikinci  qrup  əlil olan 

qardaş  və ya bacı,  onların saxlamaq imkanına  malik  başqa  şəxslər olmadıqda.

Çağırışçılara   ailə  vəziyyətinə görə  hərbi xidmətə  çağırışdan möhlət  35 yaşa qədər verilir. Bu 

yaşa  qədər  çağırışdan  möhlət  hüququnu  itirməmiş  şəxslər dinc  dövrdə  müddətli  həqiqi  hərbi 

xidmətdən  azad olunurlar  və ehtiyata  keçirilirlər.



4. Hansı hallarda  səhhətə görə çağırışa  möhlət verilir?

Tibbi müayinə  zamanı  həqiqi  hərbi xidmətə  müvəqqəti  yararsız  sayılmış  şəxslərə  çağırışdan 

səhhətə görə  möhlət  verilir.

Səhhətə görə  çağırışdan  möhlət  üç  il  müddətinədək, hər dəfə bir ildən  artıq olmamaq  şərti ilə 

verilə  bilər. Üç ildən sonra,  səhətinin vəziyyətindən  aslı olaraq, möhlət  almış  çağırışçılar,  ya 

həqiqi  hərbi xidmətə  çağırırlar, ya da  hərbi xidmətə  tam yararsız  hesab olunaraq hərbi uçotdan 

çıxarılırlar, yaxud  da 35 yaşına çatana qədər  müntəzəm  ardıcıllıqla  təkrarən  tibbi  müayinədən 

keçərək   ehtiyata   keçirilirlər. Bu   yaşa   çatmamış   ehtiyatda olan şəxslər, təkrar tibbi müayinə 

zamanı  dinc dövrdə  həqiqi  hərbi  xidmətə  çağırılırlar.

35



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə