Qanun nə deyir? Bunu hamı bilməlidir! “Şəffaflıq Azərbaycan”İB tərəfindən nəşr olunub Bakı, Azərbaycan Respublikası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix08.09.2018
ölçüsü0,51 Mb.
#66987
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

Ailəyə məxsus torpaq üzərində hüquqları təsdiq edən sənəd;



Qeyd: Torpaq sahəsinə görə məcburi dövlət sosial sığortası ödənildikdə birdəfəlik müavinatı Sosial 

Müdafiə Fondu ödəyir, həmçinin valideynlər işləyirlərsə bu halda da müavinatı Fond ödəyir. Sosial 

Müdafiə Fondu torpaq sahəsinə  dair məcburi  dövlət  sosial sığortası  ödənilmədiyinə  dair  arayış 

verərsə bu halda müavinatı Sosial Müdafiəsi Mərkəzi ödəyir, habelə valideynlər işsizdirsə o halda 

da müavinat Mərkəz tərəfindən ödənilir.

6. Sosial müavinat hansı hallarda təyin edilir?

Yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda 



və işləmədikdə;

Əlilliyə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda



Sağlamlıq   imkanları   məhdud   18   yaşınadək   uşaqlara   müavinət-müvafiq   icra   hakimiyyəti 

orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq 

imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda

Ailə başçısını itirməyə görə müavinət:



Əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda;

Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və 



nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə.

Müvafiq   icra   hakimiyyəti   orqanı   tərəfindən   müəyyən   edilmiş   bəzi   kateqoriya   şəxslərə 



kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş 

şəxslərin əmək pensiyası hüququ olmadıqda;

3 yaşınadək uşağa qulluğa görə müavinət - 3 yaşınadək uşağa qulluq göstərən, müvafiq icra 



hakimiyyəti   orqanı   tərəfindən   müəyyən   edilən   şəxs   qismən   ödənişli   sosial   məzuniyyətdə 

olduqda;


Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 

yaşınadək   (ümumtəhsil   müəssisələrində   əyani   təhsil   alanlar   üçün   18   yaşınadək)   uşaqlarına 

müavinət   bəzi   kateqoriya   şəxslərin   müvafiq   icra   hakimiyyəti   orqanı   tərəfindən   onu   almaq 

hüququ müəyyən edildikdə;

Valideynlərini   itirmiş   və   valideyn   himayəsindən   məhrum   olmuş   uşaqların   qəyyumlarına 



(himayəçilərinə)  müavinət  - müvafiq  icra hakimiyyəti  orqanı tərəfindən  qəyyum  (himayəçi) 

təyin   edilmiş   şəxslərin   "Ünvanlı   dövlət   sosial   yardımı   haqqında"   Azərbaycan   Respublikası 

Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) 

təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda

1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - ailənin "Ünvanlı dövlət sosial yardımı 



haqqında"   Azərbaycan   Respublikası   Qanununa   əsasən   ünvanlı   sosial   yardım   almaq   hüququ 

olduqda;


Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət - şəxsin 

radiasiya qəzası nəticəsində əlil olduğunu və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş 

şəxslərin   18   yaşınadək   uşaqlarının   qəza   nəticəsində   sağlamlıq   imkanlarının   məhdudluğunu 

təsdiq edən müvafiq icra hakimiyyəti orqanının arayışı təqdim edildikdə;

Uşağın   anadan   olmasına   görə   müavinət   -   müvafiq   icra   hakimiyyəti   orqanı   tərəfindən 



verilmiş arayış təqdim edildikdə;

Dəfn üçün müavinət şəxs vəfat etdikdə.



10. Ünvanlı sosial yardım

1.Ünvanlı dövlət sosial yardımı kimlər üçün təyin olunur?

Sosial yardım yalnız aztəminatlı ailələr üçün  təyin olunmalıdır



2.Sosial yardımı hansı ailələr ala bilərlər?

26



Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 1 il ərzində orta aylıq 

gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətli olmaması, ailənin əmək 

qabiliyyətli  üzvünün Baş Məşğulluq İdarəsinin yerli orqanında işsiz kimi qeydə  alınması, vəfat 

etməsi,   məhkəmə   tərəfindən   itkin   düşmüş   hesab   edilməsi,   azadlıqdan   məhrum   edilməsi,   ailə 

üzvünün   olduğu   yerin   məlum   olmaması   və   s.)   hər   bir   ailə   üzvü   üçün   ehtiyac   meyarının 

məcmusundan aşağı olan aztəminatlı ailələr dövlət büdcəsinin vəsaiti hesabına ailənin orta aylıq 

gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində sosial 

yardım almaq hüququna malikdirlər.



3.Sosial yardım hansı müddətə təyin edilir?

Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən, 1 il müddətinə təyin olunur. 

Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.

4.Sosial yardım təyin olunduqda  ailə tərkibində nəzərə alınmayan şəxslər kimlərdir?

Tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, qocalar və əlillər üçün internat 



evlərində,   sağlamlıq   imkanları   məhdud   şəxslər   üçün   müvafiq   xüsusi   təhsil   müəssisələrində 

yaşayanlar);

Müddətli həqiqi hərbi xidmətdə olan şəxslər cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;



Axtarışda olan şəxslər;

Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;



Əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla



5. Sosial yardım almaq üçün hansı sənədlər tələb edilir?

Ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin əsli və surəti  



Nikah, boşanma, doğum və ya ölüm haqqında şəhadətnamələrin surəti 

Qəyyumluqda (himayədə) olan uşaqlar üçün qəyyumluq  (himayəçilik) haqqında rayon 



(şəhər) icra hakimiyyəti başçısının sərəncamının surəti

Ailə üzvünün müddətli həqiqi hərbi xidmətdə olması barədə hərbi komissarlıqdan arayış



Hər   bir   ailə   üzvünün   qazancı   (əmək   haqqı,   pensiya,   müavinət,   təqaüd,   aliment, 

kompensasiya, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir, mülki-hüquqi müqavilə əsasında 

işləyənlərin qazancı və s.) barədə aidiyyəti orqanın arayışı; 

Dövlət Sosial Sığorta Şəhadətnaməsi



 İş yerindən gəlir (istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində zərərə görə verilən 

ödənclər də daxil olmaqla) haqqında arayış;

Ailənin mülkiyyətində və ya istifadəsində olan torpaq payı və həyətyanı  torpaq sahəsi 



barədə müvafiq sənədlərin surəti;

ailə üzvlərindən hər hansı birinin ali, orta ixtisas və ya texniki peşə təhsili alması barədə 



təhsil müəssisəsindən arayış;

ailə   üzvləri   tərəfindən   əmlakın   icarəyə   (kirayəyə)   verilməsi   və   ya   icarəyə   (kirayəyə) 



götürülməsi barədə müqavilənin surəti;

məhkəmə tərəfindən ailə üzvünün itkin düşmüş və yaxud ölmüş hesab edilməsi barədə 



məhkəmə qərarının surəti;

ailə   üzvünün   axtarışda   olması   və   ya   olduğu   yerin   məlum   olmaması   barədə   müvafiq 



orqanın arayışı;

ailə üzvünün azadlıqdan məhrum edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı,



ailə üzvünün tam dövlət təminatında olması barədə müvafiq xidmət müəssisəsinin arayışı.



6.Hansı halllarda sosial yardımın verilməsindən imtina olunur?

Sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatlar verilmədikdə, yaxud 



ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün və ya tam olmayan məlumatlar və sənədlər 

verildikdə.   Bu   halda   “Ünvanlı   dövlət   sosial   yardımı   haqqında”   Azərbaycan   Respublikası 

27



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə